39°44′11″ şm. e. 45°20′44″ ş. u.HGYO

Ağyar (Dərələyəz)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Ağyar
39°44′11″ şm. e. 45°20′44″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Mərkəzin hündürlüyü 1.160 m
Saat qurşağı UTC 4
Əhalisi
Əhalisi
  • 1.301 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ağyar xəritədə
Ağyar
Ağyar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağyar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]

Kəndin ilkin adı Əyar olmuşdur. Rayon mərkəzindən 3 km cənub-şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur[3]. İlk dəfə XII-XIII əsrlərdə adı çəkilmişdir.

Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə» mənasında işlənən əyar sözü[4] əsasında formalaşmışdır. Nəsil adı bildirir.

Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyışdirilib Aqarakadzor qoyulmuşdur.

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-29 - cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülmüşdür[5].

Burada ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır[6].

İndi yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. 364, № 736
  4. 338, s.574
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.20
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. 90-91, 160-161