Ağqıraq
Ağqıraq | |
---|---|
40°07′26″ şm. e. 45°21′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.025 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Ağqıraq, Astğadzor — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Ağqıraq kəndi rayon mərkəzindən 55,5 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Kəndin qədim adı Ağqıraq olsa da sonralar erməni mənbələrində Əliqırıq, Əliqrağı, Əliqraq kəndi kimi sabitləşmişdir. XX əsrin ortalarında kənd Əliqoıx adlandırılmışdır. Qafqazın 5 verstlik xəritəsində Əlikrıx kimi qeyd edilmişdir. 1897-ci ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı yaşamışdır. Sonradan onlar kənddən deportasiya edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər 1829-1930-cu illərdə Türkiyənin Alaşkert və Van bölgəsindən köçürülmüş azərbaycanlılar deportasiya olunmuşdur.
Kəndin ərazisində türklərlə bağlı VIII-IX əsrlərə aid tarixi abidələr vardır.
Toponim qədim türk dilində «kiçik, balaca», ərazicə çox da geniş olmayan mənasında işlənən ağ sözü ilə, «sahil» mənasında işlənən qiraq sözü əsasında formalaşmışdır. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Astğadzor qoyulmuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Əhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985, 88 səh.
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, 530 с.
- Радлов В.В. Опыт словарья тюркских наречий, т.l, ч. 1-2, СПб, 1893, 1914 стр.; т ll, ч.1-2, СПб, 1899, 1814 стр. т lll, ч.1-2, СПб, 1905, 2204 стр.; т.lV, ч. 1-2, СПб, 1911, 2230 стр.
- Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852, 1231 с.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2