Ağaxan Talışınski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağaxan Talışinski
Ağaxan Mir Rza xan oğlu Talışinski
Doğum tarixi 19 sentyabr 1885(1885-09-19)
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1949(1949-12-21) (64 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Atası Mir Rzaxan Talışinski
Anası Məryəm xanım Mehmandarova
Elm sahəsi travmatologiya
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili

Ağaxan Talışınski (tam adı: Mir Əbülfət bəy Mir Rza xan oğlu Talışınski; 19 sentyabr 1885, Lənkəran, Lənkəran qəzası21 dekabr 1949, Bakı) — Azərbaycanda travmatologiya elminin banisi, tibb elmləri doktoru, professor, Kiyev Dövlət İnstitutunun tibb fakültəsinin məzunu.

Həkim, travmatoloq-orteped, Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Ağaxan (Əbülfət bəy) Mir Rza xan oğlu Talışınski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Ağaxanın əsil adı – Mir Əbülfətdir. Bu ad onun babası Mir Əbülfət xanın (1823–1877) adıdır. Atası Mir Rza xanın (1863–1932) ilk oğul övladı olduğu üçün, ənənəyə görə, atasının adını ona vermişdir, lakin babanın adını daşıyan ilk övlada ailədə ikinci ad olaraq Ağaxan deyilmişdir. Əbülfət bəy Talışinskinin ömür yoldaşı Hacı Zeynalabdin Tağıyev təsis etdiyi qız məktəbini bitirmiş Kişvər xanım Xanoğlan bəy qızı Talışinskaya idi. Onların bir oğlu və bir qızı olmuşdur. Oğlu tibb elmləri namizədi, travmotoloq həkim Əziz (Abbasqulu) Talışinski, qızı Adilə (Lyalya) xanım Talışinskaya.

Mir Əbülfət bəy ilk təhsilini Lənkəran şəhər birdərəcəli məktəbini bitirdikdən sonra 1901-ci ildə təhsilini Bakıda gimnaziyada davam etdirmişdir. 1909-cu ildə gimnaziyanı bitirən Mir Əbülfət bəy Talışinski elə həmin il Kiyev Dövlət İnstitutunun tibb fakültəsinə qəbul olur. 1916-cı ildə İnstitutu bitirir[1].

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi-təcrübi işlə yanaşı Ə. Talışinski 1920-ci ildən başlayaraq pedaqoji fəaliyyətini də davam etdirir və Bakı Universitetinin tibb fakültəsinin tələbələrinə cərrahiyyə və travmotologiya-ortopediyadan dərs deyir. 1931-ci ildə universitetin ümumi cərrahiyyə kafedrasının dosenti seçilən Ə. Talışinski ortopediya-travmotologiya kurslarına rəhbərlik etmişdir. Ə. Talışinski 1939-cu ildə Azərbaycan Tibb İnstitutunun elmi şurasının qərarı ilə Azərbaycan Respublikasının Həkimləri Təkmilləşdirmə İnstitutunun professor və travmotologiya-ortopediya kafedrasına müdir seçilmişdir. O, 1945-ci ilə qədər bu kafedraya rəhbərlik etmişdir[2]. Professor Ə. Talışinski 1945-ci ildə Bakı şəhərində təşkil edilmiş Azərbaycan Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun travmotologiya-ortopediya və protezləşmə klinikasının müdiri təyin edilmişdir. O, ömrünün axırına qədər bu vəzifədə çalışmışdır (1949).

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ə. Talışinski 1935-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tələbələri üçün Azərbaycan dilində ilk dərslik – "Travmotologiya" monoqrafiyasını yazmışdır. Uzun illərin elmi fəaliyyətini yekunlaşdıran Ə. Talışinski 1936-cı ildə "Yalançı oynaqların və gec bitişən sınıqların müalicəsində sümük köçürülməsi kimi yeni cərrahi müdaxilə" mövzusunda respublikada ilk dəfə travmotologiya elmi sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1937-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini, 1939-cu ildə professor elmi adı alır.

  • Atası Mir Rzaxan Talışinski General Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovayla evlənmış və bu evlilikdən Mir Rza xanın üç oğlu və yeddi qızı olmuşdur. Onun Əbülfət Talışinski Mir Abbasqulu xan və Mir Rüstəm xan adlı oğlu; Bəyim xanım, Zöhrə xanım, Zümrüd xanım, Rzaqulu Nəcəfovun həyat yoldaşı Bilqeys xanım, Sitarə xanım (məşhur dilçi alim, repressiyaya uğramış Xalid Səid Xocayevin ömür yoldaşı), Asiya xanım, Cahan xanım (repressiyaya uğramış, məşhur xanəndə Cahan Talışinskaya) adlı yeddi qızı olmuşdur. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Atası Mir Rza xan ömrünün qırx ilindən çoxunu Lənkəran qəza rəisinin dəftərxanasında işçi və tərcüməçi işləmişdi. 1932-ci ildə təqaüdə buraxılmış, bir il sonra Lənkəran şəhərində vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Bağırov Hacı Balağa. İlk Azərbaycanlı travmotoloq-ortoped alim. "Xalq qəzeti" 15 yanvar, 2000, № 10.
  2. Talışlı Hacı Mirhaşım. Xatirəmdə yaşayanlar. Bakı: "Adiloğlu", 2010, 464 s.