Ağakərim
Kərim Novruzov | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Ağakərim |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | meyxanaçı |
Fəaliyyət illəri | 1983–2017 |
Janr | Meyxana |
Ağakərim (tam adı: Kərim Novruzov; 1 may 1964, Maştağa, Bakı, Azərbaycan SSR) — Azərbaycan meyxanaçısı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]1964-cü ildə Bakının Maştağa kəndindən anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb.
2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib.[2] 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.[3]
Musiqi repertuarı
[redaktə | mənbəni redaktə et]- "Amandı"
- "Azərbaycanlılar"
- "Bu gedər, o biri gələr"
- "Divanə kimi"
- "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi"
- "Günahkar mavi Xəzərdir" feat. Mətanət Əbdülova
- "Kasıb"
- "Qonşunun gəlini"
- "Maştağa"
- "Nizami"
- "Pul"
- "Rədd elə getsin"
- "Varmı görəsən?"
- "Vurulmuşam"
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Meyxanaçı Kərim: "Pis dolanmıram, nədən şikayətlənməliyəm?"". teleqraf.com. teleqraf.com. 2017-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2017.
- ↑ "İnsult keçirən Kərim efirdə - "Hərəkət edə bilmirdim"". qafqazinfo.az. qafqazinfo.az. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2021.
- ↑ "Ağakərim yenidən İNSULT keçirdi". 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.