Ağa Mustafayev
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağa Mustafayev | |
---|---|
Ağa Məmməd oğlu Mustafayev | |
Doğum tarixi | 9 may 1942 (82 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı | professor |
İş yeri | AMEA-nın Polimer Materialları İnstitutu |
Təhsili | |
Mükafatları |
Ağa Məmməd oğlu Mustafayev (9 may 1942, Mağaracıq, Amasiya rayonu) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mustafayev Ağa Məmməd oğlu 9 may 1942-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin əczaçıllıq fakültəsinə qəbul olunmuş və 1963-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt Kimya zavoduna göndərilərək 1963–1966-cı illərdə orada kimyaçı vəzifəsində işləmişdir. O, 1966–1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasının əyani şöbəsində oxumuşdur. Mustafayev Ağa Məmməd oğlu 1969–1972-ci illərdə NKPİ-də kiçik elmi işçi kimi çalışmış, 1972-ci ildən AMEA-nın Polimer Materialları İnstitutuna keçirilərək kiçik elmi işçi, sonra böyük və aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Mustafayev Ağa Məmməd oğlu 1997-ci ildən "Doymamış Poliefirlər" sektorunun, 2007–2014-cü illərdə "Doymamış Poliefirlər", 2014-cü ildən isə "Poliefir və polikarbonat materiallar" laboratoriyasının müdiridir.
O, 1971-ci ildə kimya elmləri üzrə namizədlik, 1991-ci ildə Kazan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında doktorluq disseretasiyasını müdafiə etmişdir. 2007-ci ildə ona "Üzvi Kimya" ixtisası üzrə professor adı verilmişdir. Bakı Dövlət Universitetinin Üzvi Kimya kafedrasının professoru və universitetin nəzdində fəliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
Elmi nailiyyətləri
[redaktə | mənbəni redaktə et]Elmi fəaliyyəti halogen tərkibli mono və politsiklik quruluşlu birləşmələrin, doymamış poliefirlərin, çoxşaxəli epoksid qatranlarının, tsiklik karbonatların sintezinə və tədqiqinə həsr olunmuşdur. Çöxcəhətli elmi tədqiqat işlərinin nəticələri 180-dən çox elmi əsərdə, o cümlədən, 18 müəlliflik şəhadətnaməsində öz ifadəsini tapmışdır. Rəhbərliyi ilə 5 elmlər namizədi, 12 magistr dissertasiyası müdafiə olunmuşdur.
PMİ-nun yeni strukturunda bu laboratoriya əvvəllər fəaliyyət göstərmiş (2007–2014-cü illər) "Doymamış poliefirlər" laboratoriyasının yenidən qurulması nəticəsində yaradılmışdır. Laboratoriyanın rəhbəri k.e.d., professor A. M. Mustafayevin rəhbərliyi ilə polibromtərkibli funksionaləvəzli tsiklopentadienlərin səmərəli alınma üsullarının işlənməsi; tərkibində müxtəlif funksional qruplar olan dienofillərlə polibromtərkibli tsiklopentadienlərin dien sintezi reaksiyasının elmi əsaslarının işlənməsi, sintez edilmiş polibromtərkibli bitsiklik quruluşlu dikarbon turşusu və anhidridi əsasında doymamış poliefirlərin məqsədyönlü alınma üsullarının və kinetik qanunauyğunluqlarının öyrənilməsi, yüksək istismar göstəricilərinə malik yanmayan kompozisiyaların alınması, tərkibində üç epoksid qrupu olan polioksixlorpropilen oliqomerinin və onların əsasında epoksi(met)akrilat oliqoefirinin alınma üsulunun işlənməsi, onların "ED-20" qatranında aktiv durulaşdırıcı və modifikator kimi istifadəsi istiqamətlərində tədqiqatlar aparılmışdır.
Sistematik olaraq polibromtərkibli tsiklopentadien və onun törəmələrinin malein anhidridi ilə, N-arilmaleinimidlərlə, N, N-bisarilmaleinimidlərlə, alifatik- və aromatik quruluşlu akrilatlarla, akrilamidlərlə və akrilnitrillərlə Dils-Alder reaksiyaları aparılmış, funksionaləvəzli polibromtərkibli bitsiklik quruluşlu mono- və dikarbon turşusunun amidlərinin, imidlərinin, bisimidlərinin, nitrillərinin, xlor anhidridlərinin və efirlərinin səmərəli alınma usulları işlənmişdir. Polibromtsiklopentadienlərin dien sintezi reaksiyalarının kinetik qanunauyğunluqları öyrənilmiş və müəyyən edilmişdir ki, onların aktivliyinə donor-akseptor enerjisi ilə yanaşı, lokallaşma enerjisi də mühüm təsir göstərir. Təcrübə yolu ilə lik dəfə olaraq polibromtsiklopentadienlərin "normal", "çevrilmə" və "neytral" tip reaksiyalarla dien sintezi reaksiyasına girməsi aşkar edilmiş və bu reaksiyaların mexanizmləri öyrənilmişdir. Sintez olunan birləşmələr əsasında sənayenin müxtəlif sahələrində, sərt istismar şəraitində istifadə oluna bilən, yüksək termiki xassələrə malik yanmayan, xüsusi təyinatlı polimer materialların alınması istiqamətində məqsədyönlü tədqiqatlar aparılmışdır.
Oksidləşmə-reduksiya sistemində dien karbohidrogenlərinin aminləşməsi ilə alınan alifatik və tsiklik quruluşlu doymamış diaminlərin, bunların əsasında tərkibində polihalogen atomları saxlayan funksionaləvəzli tsiklik və alitsiklik quruluşlu amidlər, imidlər, öz-özünə bərkiyən aminoepoksid oliqomerləri, bərkidicilər və antipirenlər sintez edilmişdir.
Tərkibində polixlor-, polibrom atomları olan mono- və politsiklik dikarbon turşuları, anhidridləri, polimetilen və etilenoksid qrupları olan qlikollar, malein anhidridi, (met)akril turşuları əsasında tsiklik və alitsiklik quruluşa malik doymamış poliefirlərin məqsədyönlü alınma üsulları işlənilmiş və proseslərın kinetik qanunauyğunluqları öyrənilmişdir.
Tərkibində aktiv funksional qruplar saxlayan üçəvəzli tsikloheksan sırası ketonların sintezi və fəza quruluşlarından asılı olaraq bioloji aktivliyinin dəyişməsi və molekulun konformasiya tarazlığı öyrənilmişdir. Müəyyən edilmişdir ki, sintez olunan maddələrin içərisində heyvanlarda əmələ gəllmiş dəri xəstəliklərinin dəmiroy xəstəliyinin) müalicəsi üçün dərman maddəsi kimi istifadə etmək olar.
Qliserin əsasında tərkibində, epoksid qrupları saxlayan alifatik quruluşlu, şaxələnmiş epoksid oliqomerlərinin və bunların əsasında polioksipropilen əvəzli karbamid oliqomerlərinin və oksazolidin-2-onların, mono-, diepoksi(met)akrilat oliqoefirlərinin məqsədyönlü alınma üsullarının işlənilməsi, alınmış birləşmələrin istifadə imkanlarının müəyyən edilməsi istiqamətində də geniş, fundamental elmi tədqiqatlar aparılmış və aparılmaqdadır.
Qliserinlə karbamidin metal oksidlərinin iştirakı ilə reaksiyasından qliserin karbonat alınmış, onların əsasında metakrilat oliqomerləri sintez edilmişdir. Aparılmış elmi tədqiqatların nəticələri 180-dən çox elmi əsərdə, o cümlədən 18 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Əldə edilən elmi nəticələr sistematik olaraq Beynəlxalq və Respublika səviyyəli elmi jurnallarda nəşr edilmiş, simpozium və konfransların materiallarında çap edilmiş, mühüm elmi nəticələr kimi Azərbaycan Milli Elmlər Akademiyasının illik məruzələr toplusunda 2006 və 2014-cü illərdə dərc olunmuşdur.
Laboratoriyanın fəaliyyəti dövründə Mustafayev Ağa Məmməd oğlunun rəhbərliyi altında elmi kadrların hazırlanması da özünəməxsus yer tutmuşdur, 5 namizədlik və 12 magistr dissertasiyası müdafiə olunmuşdur. Hal-hazırda laboratoriyada iki doktorant, bir dissertant, iki magistr dissertasiya işlərini yerinə yetirmək üçün fəaliyyət göstərirlər.
Əsas elmi nailiyyətlər
[redaktə | mənbəni redaktə et]- А. М. Мустафаев, О. Б. Абдыев, А. Д. Алиев, Н. Б. Муталлимова Радикальная сополимеризация метил-2-хлоракрилата с карбонилсодержащими фенилметакрилатами [ölü keçid] // Высокомолекулярные соединения. — 2008. — Т. 50. — С. 1559–1562.
- A. M. Mustafaev, A. M. Magerramov, G. Kh. Velieva, S. D. Murshudova and M. A. Allakhverdiev Diels-Alder reaction of para-substituted allyl and 2-propynyl benzoates with hexabromo- and tetrabromo-5,5-dimethoxy- 1,3-cyclopentadienes [ölü keçid] // Russian Journal of Organic Chemistry. — Vol. 40. — P. 1274–1278.
- A. M. Mustafaev, A. M. Magerramov, G. Kh. Velieva, S. D. Murshudova and M. A. Allakhverdiev Polybromocyclopentadienes in Diels–Alder Reactions. Reactions of Hexabromo- and 5,5-Dimethoxytetrabromo-1,3-cyclopentadienes with para-Substituted Allyl Benzoates [ölü keçid] // Russian Journal of Organic Chemistry. — Vol. 40. — P. 482–488.
- A. M. Mustafaev, N. M. Seidov, R. Sh. Kuliev, A. I. Abasov, T. M. Abasova and V. A. Bairamov Production of high-v.i. oils by thermal decomposition of ethylene/propylene copolymer (англ.) // Chemistry and Technology of Fuels and Oils [ölü keçid]. — Springer New York Consultants Bureau. — Vol. 18. — P. 10–13.
- A. M. Mustafaev, R. Sh. Kuliev, N. I. Seidov, A. I. Abasov, T. M. Abasova, R. Z. Gasanova Viscosity index improver based on products from thermal decomposition of ethylene /propylene copolymer (англ.) // Chemistry and Technology of Fuels and Oils. — Springer New York Consultants Bureau, 1982. — Vol. 17. — P. 650–651. — ISSN 0009–3092.