Ağ zanbaqlar ölkəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağ zanbaqlar ölkəsi
rus. Финляндия, страна белых лилий
Kitabın Azərbaycan dilində nəşr olunmuş versiyası.
Kitabın Azərbaycan dilində nəşr olunmuş versiyası.
Müəllif Qriqori Petrov
Janr Səyahətnamə
Orijinalın dili Rus dili
Ölkə Rusiya Rusiya
Orijinalın nəşr ili 1923

Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə BolqarıstanTürkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir.

Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir MərkəziKitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.