Ağçay (Qax)
Naviqasiyaya keç
Axtarışa keç
Ağçay | |
---|---|
41°27′29″ şm. e. 47°00′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 495 (2012) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 3417 |
Vikianbarda əlaqəli mediafayllar |
Ağçay — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ağçay kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 27 ailə yaşayırdı.[1] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 179 təsərrüfatda hər iki cinsdən toplam 495 nəfər əhali yaşamaqdadır.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]- Ağçay oyk., sadə.
- Xaçmaz r-nunun Niyazoba i.ə.v.-də kənd. Ağçayın kənarındadır. XIX əsrdə gəlmə rusların məskunlaşdığı bu kənd Vasilyevka (1992-ci ilədək) adlandırılmışdı;
- Qax r-nunun İlisu i.ə.v.-də kənd. Ağçayın sahilində, Baş Qafqaz silsiləsinin c. ətəklərindədir. Yaşayış məntəqəsi 1953-cü ildə yeni yaradılmış üzümçülük sovxozunun fəhlələri üçün salınmışdır. Kəndlər öz adlarını ərazidəki eyniadlı çaydan almışlar. Ural və Rostov vilayətlərində də eyni-adlı (Aksay) yaşayış məntəqələri qeydə alınmışdır.[3]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |