40-cı qapı (film, 2009)
40-cı qapı | |
---|---|
Janr | dram |
Rejissor | Elçin Musaoğlu |
Prodüserlər |
Xaqani Savalan Elçin Musaoğlu |
Ssenari müəllifi | Elçin Musaoğlu |
Baş rollarda |
Həsən Səfərov Rövşən Ağayev Gülər Nəbiyeva Elmira Şabanova Rafiq Əzimov |
Operator | Abdulrəhim Beşarat |
Bəstəkar | N. Faiq |
Rəssam | Elxan Nəbiyev |
İstehsalçı | Ritm Prodakşn |
İlk baxış tarixi | 25 fevral 2009 |
Filmin digər adları |
40-cı otaq Qırxıncı qapı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 81 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Rəng | rəngli |
IMDb | ID1441366 |
40-cı qapı — filmi rejissor Elçin Musaoğlu[1] tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Ritm Production"da istehsal edilmişdir. Film 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Filmdə əsas rolları Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova və Rafiq Əzimov ifa edirlər.
Məzmun
[redaktə | mənbəni redaktə et]Film Azərbaycan xalqı üçün ağır olan bir vaxtda – 90-cı illərin əvvəlində bütün çətinliklərdən keçmiş 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atası rəhmətə getmiş oğlan təhsilini atıb anasına (Gülər Nəbiyeva) maddi dəstək vermək məqsədilə işləmək qərarına gəlir. Bakıətrafı qəsəbədə yaşayan oğlan özünü və anasını dolandırmaq barədə düşünmək məcburiyyətindədir.[2]
Festivallar və mükafatlar
[redaktə | mənbəni redaktə et]- 2009-cu il 26 apreldə Hyustonda (ABŞ) 42-ci Beynəlxalq Kinofestivalında film “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdür.[3]
- 2009-cu ildə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatını almışdır.[4]
- 2009-cu ildə 19-cu Beynəlxalq Cottbus Film Festivalında "The International Film Guide Inspiration Award" və "Prize of the Ecumenical Jury with a Special Mention" mükafatlarını alıb.[4]
- 2009-cu ildə Monteneqro TV və Film Festivalında "The award for best photography", "The award for best directing" və "Silver olive" mükafatlarını alıb.[4]
- 2010-cu ildə Tiburon Beynəlxalq Film Festivalında (ABŞ) "Federico Fellini Award" mükafatını alıb.[5]
- 2010-cu ildə Eurasia IFF (Qazağıstan) festivalında "Award Jury NETPAC" mükafatını alıb.[6]
- 2010-cu ildə New York Eurasia Film Festivalında "Award Best Screenplay" mükafatını alıb.[7]
Filmin üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]Ssenari müəllifi: Elçin Musaoğlu
Rejissor: Elçin Musaoğlu
Operator: Abdulrəhim Beşarat
Prodüser: Xaqani Savalan, Elçin Musaoğlu
Rəssam: Elxan Nəbiyev
Bəstəkar: N. Faiq
Rollarda
[redaktə | mənbəni redaktə et]Həsən Səfərov — Rüstəm
Rövşən Ağayev — Edik
Gülər Nəbiyeva — Leyla
Elmira Şabanova — Fatma xala
Rafiq Əzimov — Sabir dayı
Adil Zeynalov — Surxay
Özal Muradov — Elşən
Kənan Fərəcullayev — İlqar
Fərid Tahirov — Əhməd
Tural Məmmədov — Ramiz
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bürcəliyeva, Ş. 40-cı qapının sirri: [Rejissor Elçin Musaoğlunun eyni adlı filmindəki hadisələr haqqında] //Mədəniyyət.- 2010.- 19 may.- S. 10.
- ↑ Qırxıncı qapı[ölü keçid]
- ↑ Qaçayev, S. "40-cı qapı" 42-ci festivalda qızıl priz aldı: [Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında rejissor Elçin Musaoğlunun quruluşunda hazırlanan eyni adlı filmin təqdimatı] //Xalq qəzeti.- 2010.- 22 may.- S. 8.
- ↑ 1 2 3 Elçin Musaoğlu
- ↑ ""40-cı QAPI" FİLMİ YENƏ BEYNƏLXALQ MÜKAFAT ALDI". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ ""40-cı qapı"nın 10-cu mükafatı". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ “40-cı qapı” Amerikada" “ən yaxşı ssenari” mükafatını qazanıb: [Rejissor Elçin Musaoğlunun quruluşunda hazırlanan eyni adlı film “New York Eurasisian Film Festival”ında] //Mədəniyyət.- 2010.- 19 noyabr.- S. 6.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Журнал "Баку". Номер: Май — Июнь 2009
- Mirməmməd, G. İçindəki xeyirxahlığı qoru: Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "40-cı qapı" filmi rejissor Elçin Musaoğlunun quruluşunda]//Mədəniyyət.- 2010.- 26 may.- S. 11.
- Sara. “40-cı qapı” filminin geniş təqdimatı olub: Ssenari müəllifi və quruluşçu rejissoru Elçin Musaoğludur //525-ci qəzet.- 2010.- 22 may.- S. 16.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Azərbaycan filmlərinin siyahısı
2008-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı