2011-ci il Mərakeş iğtişaşları
Bu məqaləni vikiləşdirmək lazımdır. |
2011-ci il Mərakeş iğtişaşları - Mərakeşdə kral VI Məhəmmədin hakimiyyətinə son qoyulması tələbi ilə keçirilən aksiyalar faciəvi hadisələrə yol açmışdır.
Əl-Xoseym şəhərində aksiyaçılar bir bankın şöbəsini yandırıblar. Həmin vaxt binada olan 5 bank işçisi diri-diri yanıb. Mərakeş hakimiyyəti hadisə ilə bağlı araşdırma başladığını bəyan edib.
Ümumiyyətlə, aksiyalar zamanı 128 nəfər yaralanıb, 120 nəfər saxlanılıb. Rabat və Kasablanka şəhərlərində keçirilən aksiyalar dinc xarakter daşısa da, mağazaları talan edən qruplar meydana gəlmişdi. Qeyd edək ki, Mərakeşdə 20 Fevral Hərəkatı “Facebook” sosial şəbəkəsi vasitəsilə ölkədə kral hakimiyyətinə, korrupsiyaya son qoymaq, həyat şəraitini yaxşılaşdırmaq tələbləri ilə aksiya təşkil edir.[1]
Mərakeşdə minlərlə nümayişçi paytaxt Rabatın küçələrinə çıxaraq kralın səlahiyyətlərinin azaldılmasını, korrupsiya ilə mübarizənin aparılmasını və siyasi islahatlar tələb ediblər. Nümayişlərə polis müdaxilə etməyib, etirazçılar əllərində Tunis və Misir bayraqları tutublar. Nümayişlərin təşkilatçısı olaraq “20 fevral hərəkatı” adlanan, Facebook səhifələrində qurulan hərəkat çıxış edir. Hərəkatın Facebook səhifəsində 19 mindən çox davamçısı qeydiyyatdan keçib. Tunis və Misirdə inqilabların əsas hərəkətverici qüvvəsi Facebook və Twitter sosial şəbəkələri olmuşdu.[2]
Mərakeşdə keçirilən mitinq də 5 nəfər ölüb, 128 nəfər yaralanıb. Tanca, Naraş, Mərakeş, Kasablanka və Tetuan kimi böyük şəhərlərdə toplanan müxalifətçilər Kral Məhəmmədin səlahiyyətlərinin bəzilərini təhvil verməsini, korrupsiya ilə mübarzə aparılmasını, hökumətin buraxılmasını və demokratik islahatların keçirilməsini tələb ediblər. Ölkənin şimalındakı liman qəsəbəsi Laraşda mağazalar, bank şöbələri və dövlət qurumlarının binaları talan edilib.
Ölkənin daxili işlər naziri Taib Şerkavuy nümayişlər zamanı 6 şəhərdə 120 nəfərin həbs edildiyini açıqlayıb.[3]
Hadisələrin Xronikası
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Mərakeşdə qanlı çaxnaşma başladı". 2011-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-21.
- ↑ "QƏDDAFİDƏN GÖRÜNMƏMİŞ QƏDDARLIQ". 2012-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
- ↑ "Mərakeşdə də qan töküldü". 2011-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.