1976 UEFA Avropa Çempionatı Finalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
1976 UEFA Avropa Çempionatı Finalı
Turnir UEFA Avro 1976
Əlavə vaxtdan sonra Çexoslovakiya millisi 11 metrlik cərimə zərbəsi seriyasında 5-3 hesabı ilə qələbə qazandı.
Tarix 20 iyun 1976
Yer Rayko Mitiç, Belqrad
Hakim Serxio Qonella (İtaliya)
Tamaşaçı 30 790
1972
1980


1976 UEFA Avropa Çempionatı FinalıUEFA Avro 1976 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə UEFA tərəfindən milli komandalar üçün təşkil etdiyi beşinci UEFA Avropa Çempionatı turniri. Matç 1976-cı ilin 20 iyun tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən Rayko Mitiç stadionunda baş tutdu. Finalda ÇexoslovakiyaAlmaniya milli komandaları görüşürdü. Bu matç Almaniyada Nacht von Belgrad və ya Belqraddan bir gecə kimi tanınırdı.

Əlavə vaxtdan sonra hesab 2-2 idi və beləliklə UEFA Avropa Çempionatı turnirində ilk dəfə 11 metrlik cərimə zərbəsi seriyası baş tutdu. İlk yeddi zərbə qol ilə nəticələndi amma Qərbi Almaniya yığmasından dördüncü zərbəsi Uli Hoeness qapının üzərindən keçdi. Hesab 4-3 olarkən topa yaxınlaşan Antonin Panenka hesabı 5-3 etdi və yekunda Çexoslovakiya qələbə qazandı. Sonuncu 11 metrlik cərimə zərbəsi zamannı Panenka topu torun düz mərkəzinə aşırma formasında göndərərkən alman qapıçı Zepp Mayer sol küncə tullandı.[1] Bu günə qədər onun bu qələbə vuruşu, ən məşhur zərbələrdən biridir və bu formada vurulan 11 metrlik cərimə zərbəsi sinonimi kimi onun adı hallanır.

Bu günədək bu oyun Almaniya millisinin sonuncu rəsmi matçıdır ki, 11 metrlik cərimə zərbəsi seriyasından məğlub ayrılır.

Oyunun nəticələri

[redaktə | mənbəni redaktə et]
20 iyun 1976
 Çexoslovakiya 2 : 2
11 m. 5 : 3
Hesabat
 Almaniya
Şveqlik Qol 8'
Dobiaş Qol 25'
Qollar Müller Qol 28'
Hölzenbein Qol 89'
Masnıy Vurulub
Neqoda Vurulub
Ondruş Vurulub
Yurkemik Vurulub
Panenka Vurulub
Kozak Vurulub
Barmoş Vurulub
11 metrlik cərimə zərbələri Bonhof Vurulub
Floe Vurulub
Bonqarz Vurulub
Hoeness Qaçan penalti
Rayko Mitiç, Belqrad
Tamaşaçı: 30 790
Hakim: İtaliya Serxio Qonella
Çexoslovakiya
Almaniya
Q 1 İvo Viktor
M 4 Anton Ondruş (k)
M 5 Yan Pivarnik
M 12 Koloman Qoq
M 3 Yozef Çapkoviç
Y 2 Karol Dobiaş Booked in the 55-ci minute 55' 94-cü dəqiqədə əvəz olunub 94'
Y 8 Yozef Moder Booked in the 59-cu minute 59'
Y 7 Antonin Panenka
Y 10 Marian Masni
Y 11 Zdeněk Nehoda
H 17 Yan Şveqlik 79-cu dəqiqədə əvəz olunub 79'
Əvəzetmələr:
M 6 Ladislav Jurkemik 79-cu dəqiqədə əvəzetmədən daxil olub 79'
Y 16 Frantişek Veseli 94-cü dəqiqədə əvəzetmədən daxil olub 94'
Baş məşqçi:
Vaçlav Ejek
Q 1 Zepp Mayer
M 5 Frans Bekkenbauer (k)
M 2 Berti Foqts
M 4 Hans-Georq Şvarzenbek
M 3 Bernard Ditz
Y 7 Rayner Bonhof
Y 6 Herbert Vimmer 46-cı dəqiqədə əvəz olunub 46'
Y 10 Erix Ber 80-ci dəqiqədə əvəz olunub 80'
Y 8 Uli Hoeness
H 9 Diter Müller
Y 11 Bernd Hölzenbein
Əvəzetmələr:
Y 15 Haynz Floe 46-cı dəqiqədə əvəzetmədən daxil olub 46'
Y 14 Hans Bonqarz 80-ci dəqiqədə əvəzetmədən daxil olub 80'
Baş məşqçi:
Helmut Şön

Matç qaydaları

  • 90 dəqiqə.
  • 30 dəqiqə əlavə, lazım olduqda.
  • Hesab bərabərdirsə yenidən oyun davam etdirilsin.
  • Maksimum 2 əvəzetmə.
  1. Scott Murray, Tom Bryant and Tom Henry. "The footballers who have moves named after them". The Guardian. Guardian News and Media Limited. 31 October 2007. 24 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2013.