1-Xlorpropan
1-Xlorpropan | |
---|---|
Ümumi | |
Sistematik adı | 1-Xlorpropan |
Kimyəvi formulu | С3H7Cl |
Molyar kütlə | 0 kq[1] |
Fiziki xassələri | |
Sıxlıq | 0,89 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −122,8 °C[2] |
Qaynama nöqtəsi | 47,2 °C, 46,5 °C[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 540-54-5 |
PubChem | 10899 |
ChemSpider | 10437 |
1-Xlorpropan (С3H7Cl) — üzvi birləşmədir, hallogenalkanların nümayəndəsidir. 2-xloropropanın izomeridir.
Fiziki xassələri
[redaktə | vikimətni redaktə et]1-Xlorpropan rəngsis tez alışan mayedir. Xloroforma bənzər qoxusu var. Bir çox xloralkanlardan fərqli olaraq sudan yüngüldür, sıxlığı 0,89 q/ml təşkil edir.
Alınması
[redaktə | vikimətni redaktə et]1. Propanın xlorlaşması reaksiyası zamanı 2-xlorpropan ilə birlikdə alınır. Məhsulların nisbəti temperaturdan asılıdır. Dimetilformiadın katalizi zamanı tionilxloridin propanol-1-ə təsiri nəticəsində:
2. Propan-1 –in xlorid turşusu ilə reaksiyası nəticəsində almaq olar:
3. Hidrogenləşmə reaksiyası:
Kimyəvi xassələri
[redaktə | vikimətni redaktə et]1-Xlorpropan suda pis həll olunur. Etil spirtində, dietil efirində, asetonda yaxşı həll olunur.
1. Vürs reaksiyası:
2. Dehidrogenləşmə reaksiyası
3. Fridel-Krafts reaksiyası:
Reaksiya zamanı benzol çox götürülürki alkilləşmə davam etməsin.
4. Konovalov reaksiyası. Nitrolaşma raksiyası
Toksikliyi
[redaktə | vikimətni redaktə et]1-Xlorpropan tənəffüs olunduqda və daxilə düşdükdə çox zərərlidir, dərialtına keçir. Mərkəzi sinir sisteminə pis təsir göstərir. Göz və dəri ilə təmasda olduqda keçici qıcıqlanmaya səbəb olur. Hava ilə qarışdıqda partlayış baş verə bilər.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Məhərrəmov A. M., Məhərrəmov M. M. Üzvi kimya, BDU, Bakı, 2007.
- Справочник химика / Редкол.: Никольский Б.П. и др. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
- Шаваров Ю. С. Органическая химия. Москва, Издательства химия, 2002.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1-CHLOROPROPANE (ing.).
- ↑ 1 2 David R. Lide, Jr. Basic laboratory and industrial chemicals (ing.): A CRC quick reference handbook. CRC Press, 1993. ISBN 978-0-8493-4498-5