Əyrivəng kilsəsi
Əyrivəng kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gədəbəy |
Yerləşir | Əyrivəng çayının sahili |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | IX-X əsrlər |
İstinad nöm. | 4255 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əyrivəng kilsəsi — Gədəbəy rayonunun Əyrivəng kəndində yerləşən IX-X əsrlərə[1] aid xristian məbədi. Əyriçayın sol sahilindәki meşә örtüklü hündür tәpәnin üstündә yerlәşən məbəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli abidə kimi qeydiyyata alınmışdır.[2]
Orta ölçülü əsas ibadət zalı nalvari apsidaya malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır. Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsiylə əlaqələndirilmişlər.
Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Pәncәrә yerlәri haşiyәsizdir. Karniz bir qәdәr kәnara çıxan düzbucaqlı daş cәrgәsindәn ibarәtdir.
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Məbədin vəziyyəti qəzalıdır: dam örtüyü dağılmış, divarlarının bir hissəsi isə uçmuşdur.[3] Orta ölçülü (7.50 x 3.70 metr) əsas ibadət zalı nalvari apsidaya (3.20 metr) malikdir. Kilsə binasının əsas özəlliklərindən biri də onun qərb tərəfinə inşa edilmiş 1.15 x 2.60 metr ölçüyə malik iki yan otaqdır.[4] Onlar kilsənin əsas ibadət zalı ilə kiçik qapı yerləri vasitəsiylə əlaqələndirilmişlər.[5] Məbədin yeganə giriş qapısı qərb divarında yerləşir və narteksə açılır.[4] Abidənin narteks hissəsi ehtimal ki, daha sonrakı dövrə aiddir.[4]
Kilsə və narteks demək olar ki, yonulmamış kobud çay daşlarından, əhəng məhlulu istifadə etməklə və horizontal xətlər gözlənilmədən inşa edilmişdir. Kilsə divarları 110 sm, narteksin divarları isə 98 sm qalınlığa malikdir.[4] Qafqaz Albaniyası memarlığına məxsus digər erkən orta əsrlər abidələri kimi Əyrivəng kilsəsi də dekorativ urban elementlərindən məhrumdur.[4] Pәncәrә yerlәri haşiyәsizdir. Karniz bir qәdәr kәnara çıxan düzbucaqlı daş cәrgәsindәn ibarәtdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Əyrivəng məbədi (Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2007. 881. ISBN 978-9952-441-01-7. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2020.
- ↑ "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- ↑ Мамедова, 2004. səh. 86
- ↑ 1 2 3 4 5 Мамедова, 2004. səh. 87
- ↑ Xәlilov, M.C. Albaniyanın xristian abidәlәri (IV–X әsrlәr). Bakı. 2011. (#accessdate_missing_url)
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Xәlilov, M.C. Albaniyanın xristian abidәlәri (IV–X әsrlәr). Bakı. 2011. (#accessdate_missing_url)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Əyrivəng məbədi – tədqiq edilməmiş Alban abidəsi". azertag.az. AzərTAC. 17.09.2017. İstifadə tarixi: 18 iyul 2020.