Ətirli moruq
Ətirli moruq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ətirli moruq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ətirli moruq (lat. Rubus odoratus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Vətəni Şimali Amerikadır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Nəmişli torpaqlarda, kök zoğları verərək çoxalır. Kölgəyə və soyuğa davamlıdır. Qışda sərt şaxtalarda donur, lakin yazda yenidən bərpa olunur.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Naxçıvan MR-da təbii halda yaylmışdır.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Abşerona ətirli moruğu ilk dəfə 1930-ci ildə Rusiyadan gətirmişlər. Ətirli moruqdan dekorativ bitki kimi tək və ya qrup əkinlərində, canlı hasarların salınmasında istifadə etmək olar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 494.