Ət-Tayyib Əs-Salih

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ət-Tayyib Əs-Salih
ərəb. الطيب صالح
Doğum tarixi 12 iyul 1929(1929-07-12)[1][2] və ya 13 iyul 1929(1929-07-13)[3]
Vəfat tarixi 19 fevral 2009(2009-02-19)[4][5][…] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Təhsili
  • London Universiteti[d]
Fəaliyyəti yazıçı, jurnalist, diplomat, romançı
Əsərlərinin dili ərəb dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ət-Tayyib Əs-Salih(ərəb. الطيّب الصالح‎; 12 iyul 1929[1][2] və ya 13 iyul 1929[3]19 fevral 2009[4][5][…], London) — ən görkəmli Sudan yazıçılarından biri.

Sudanın şimalında dünyaya gəlmişdir.

Xartum Universitetini bitirdikdən sonra İngiltərədə London Universitetində təhsilini davam etdirmişdir. Kiçik fermer və dindar müəllim ailəsindən olan Ət-Tayyibin ilk məqsədi kənd təsərrüfatı sahəsində işləmək olmuşdur. Lakin, İngiltərəyə gəlməmişdən öncə radio verilişləri sahəsində çalışmışdır[6].

O, həm roman, həm də kiçik hekayələr müəllifidir. Onun ən məşhur əsəri 1966-cı ildə Beyrutda nəşr etdirdiyi "Şimala köç fəsli" romanıdır ki, burada sudanlı tələbələrin İngiltərədən vətənlərinə qayıdış dövrünün gəlib çatması təsvir olunur. 2001-ci ildə əsər Dəməşqdəki Ərəb Ədəbiyyatı Akademiyası tərəfindən "XX əsrin ən məşhur ərəb romanı" elan olunmuşdur. Əsər ərəbcə yazılmış, sonradan isə, ingilis və fransız dillərinə tərcümə olunub. Müəllifin digər əsərləri də ərəb dilindən 20-dən artıq dilə tərcümə olunmuşdur.

Ət-Tayyibin "Zeyinin toyu" adlı romanı Liviyada səhnələşdirilmişdir. Bundan əlavə, 1970-ci illərin sonunda bu ssenari əsasında küveytli rejissor Xalid Siddiqin çəkdiyi film Kann festivalında qalib olmuşdur.

Ət-Tayyib 10 ildən artıq Londonun ərəb dilli qəzeti olan "Əl-Məcəllə"nin köşə yazarı olmuşdur. Bundan əlavə, o bir müddət BBC-nin Ərəb şöbəsində işlədikdən sonra, Qətərin İnformasiya naziri vəsifəsinə keçmişdir.

  1. 1 2 al-Ṭayyib Ṣāliḥ // AlKindi.
  2. 1 2 Tayeb Saleh // Babelio (fr.). 2007.
  3. 1 2 The Fine Art Archive. 2003.
  4. 1 2 http://news.bbc.co.uk/1/hi/world/africa/7896724.stm.
  5. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. AYYILDIZ, E. (2018). Et-Tayyib Sâlih’in "Mevsimu’l-Hicre İle’ş-Şemâl" Adlı Romanının Tahlili. Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi, 58(1), 662–689. doi:http://dx.doi.org/10.33171/dtcfjournal.2018.58.1.31