Əsas tonun tezliyi
Naviqasiyaya keç
Axtarışa keç
Əsas tonun tezliyi (ing. Fundamental frequency, rus. Частота основного тона) — səs tellərinin vibrasiyalarının tezliyi. Boğazda və ağız boşluğunda yaranan digər yüksəktezlikli harmonikalar üçün baza rolunu oynayır. Əsas tonun tezliyi nitqin əsas tonuna bütün digər faktorlardan daha çox təsir edir. Əsas ton diapazonu uşaqlar üçün təxminən [170..600] Hs, kişilər üçün [85..200] Hs, qadınlar üçün [160..300] Hs-dir. Praktikada əsas tonun periodunu avtokorrelyasiya funksiyasının maksimumuna görə müəyyən etmək olar.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,111 səh.