Əsədullayevin villası
Əsədullayevin villası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Mərdəkan |
Tikilmə tarixi | 1897 – 1901 |
|
Əsədullayevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Şəmsi Əsədullayevə məxsus olmuş villa. Bina 1897–1901-ci illərdə inşa olunub[1].
Tarixi
[redaktə | mənbəni redaktə et]1897-1901-ci illərdə Muxtarovların villasının yanında Əsədullayevin villası tikildi. Bu villanın 1-ci sadə girişi və indiki “təntənəli” girişi arasında nə fərq var. Əsədullayevin villası Bakı burjuaziyasının uğurunun özünəməxsus reklamı idi[1].
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Planlaşdırılması
[redaktə | mənbəni redaktə et]Ərazisinin genişliyinə (15 ha) görə Nobel (10,23 ha), Muxtarov (8 ha), Tağıyev (8 ha), Aşurbəyov (7 ha) və digər villaları geridə qoyurdu. Təkcə magistral yoldan 400 m məsafədə olan xidməti tikililər və iki monumental darvaza park ərazisinin əsas planlaşdırılmış tərəflərini göstərirdi. Ağcaqovaq xiyabanı qızıl çalarlı balıqqulağılı qum səpilmiş piyada yollarını birləşdirirdi. Monumental girişə gedən əsas xiyaban üçmərtəbəli əsas bina ilə bitirdi. Parkın kompozisiyasının mərkəzi diametri 35 m, hündürlüyü 2,5 m olan hovuz sayılırdı ki, ilk baxışdan yaşıl xiyabanın 300 m-lik uzunluğunu məhdudlaşdırır[1].
Hovuzun divarların hündürlüyü yerli Abşeron üsuludur ki, güclü küləklərə, qum kütləsinin daşınmasına qarşı şərtlənir. Əgər hovuz böyük su şəffarlığı ilə torpaq səviyyəsi ilə eyni yerləşsəydi, qum onun üzünü örtərdi. Təbii şərait memarlara o zamanın park memarlığının funksional problemlərini bu və ya digər qərarla deyirdi[1].
Binanın üçüncü mərtəbəsindən hovuzun hər tərəfini əhatə edən yaşıl xalılı şaxələnmiş yollarlı xiyaban mənzərəsi açılır. Yuxarıdan o sanki fantastik rəng çalarlı nəhəng çələngə bənzəyir. Şimalda üzüm bağları və Xəzər dənizi ilə əhatələnib[2].
Villanın ansambl sırasında hovuzdan əlavə digər müxtəlif tipli hovuzlar da vardır. Lakin onlar lokal xarakter daşımış və planlaşdırmanın kompozisiyasına təsir göstərməmiş, park memarlığının elementləri rolunu oynamışdır[2].
Planlaşdırma quruluşu iki korpusa əsaslanır – bir tərəfdən park, digər tərəfdən isə dəniz. Əgər üçmərtəbəli bina xiyabana və əsas etibarilə parka açılırdısa, ikimərtəbəli tikili tamamilə dənizə açılırdı. Onun yerli tikinti prinsiplərinə uyğun memarlıq üslubu villanın əsas xüsusiyyətlərini əks etdirirdi[2].
İnteryeri
[redaktə | mənbəni redaktə et]Bu binanın birinci mərtəbəsindəki daş sütunlar ikinci əsas mərtəbənin şüşə qalereyasını (şüşəbənd) saxlayırdı, kompozisiyaya eyni zamanda dəniz tərəfdən düzbucaq şəklində surahıbəndli və iki daş pilləkənli hovuz daxildir. İkinci mərtəbədəki hovuz ikimərtəbəli binanın geniş kompozisiyasının eklektikliyi və öz elementləri ilə uyğunlaşdırılmamış daha maraqlı hissəsidir[2].
Villanın ümumi ərazisinin memarlıq-planlaşdırma quruluşu bədii memarlıq xüsusiyətləri ilə yaradılmışdır ki, harada ki, Abşerondakı hasarlı villanın xüsusiyyətlərinin maraqlı tərəflərini ortaya çıxarmaq mümkündür[2].