Əriş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
əriş sapları (1)arğac (2)

Əriş — toxucu dəzgahına şaquli istiqamətdə (uzununa) çəkilən iplərdir (saplardır).[1]

Toxuma prosesində əvvəlcə əriş saplar arğac saplarının arasından keçirmək üçün ərişlənir. Toxunan materiallarda (əsasən də xalça toxuculuğunda) uzununa müvazi gedən əriş əsas iplərdən biridir.[2] Əriş saplar yun, ipək, pambıq, eləcə də at quyruğu, çətənə, qadının baş tükü və s.-nin qarışığından istifadə edilməklə alına bilər. Müasir dövrdə süni (sintetik) saplara daha çox üstünlük verilir.

  1. "Əriş". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-21.
  2. Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.378.