Əmtəə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Əmtəəİqtisadi nəzəriyyədə müştərilərin istəklərini qarşılayan və faydalılıq təmin edən məhsul və xidmətlərdir. Əsasən əmtəələr və xidmətlər fərqləndirilir.

İqtisadi nəzəriyyədə bütün əmtəələr maddi hesab edilsə də, həqiqətdə informasiya (və ya Məlumat) kimi əmtəələr qeyri-maddi əmtəələrdir. Misal üçün, digər əmtəələr arasında Alma maddi obyekt olsa da, xəbər qeyri-maddi sinif əmtəələrə aiddir və yalnız Kompüter, Mətbəə kimi alətlər vasitəsilə qavranıla bilir.

Əmtəələrin faydalılıq xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Əmtəələr öz faydalılığını artıra və azalda bilər və ya marjinal faydalı əmtəə kimi təsvir edilə bilər. Atmosfer kimi bəzi şeylər faydalıdır amma iqtisadi dəyəri yoxdur. Bunlar "pulsuz əmtəələr"ə daxildirlər. İqtisadi nəzəriyyədə pis yaxşının əksidir. Belə ki, hər hansı bir obyektin yaxşı və ya pis olması onun fərdi istehlakçısından asılıdır və buna görə də bütün əmtəələrin hər zaman yaxşı olmadığını anlamaq önəmlidir.

Əmtəələrin növləri

[redaktə | mənbəni redaktə et]

Əmtəələr fərqli xarakteristikalarına görə maddilik və ya nisbi elastiklik kimi müxtəlif kateqoriyalara bölünürlər. Alma kimi maddi əmtəə informasiya kimi qeyr-maddi əmtəədən insanın ikincini fiziki tuta bilməsinin qeyri-mümkünlüyü baxımından fərqlənir, halbuki, birinci müəyyən fiziki sahəni tutur. Qeyri-maddi əmtəələr xidmətlərdən o baxımdan fərqlənir ki, qeyri-maddi əmtəələr ötürülə və satılıb-alına bilinir.

Qiymət elastikliyi də əmtəələrin növlərini fərqləndirir. Elastik əmtəə qiymətdəki kiçik dəyişiklik səbəbiylə kəmiyyətdəki böyük dəyişikliklərin olduğu əmtəədir və buna görə də, əvəzedici əmtəələr ailəsinə aiddir; məsələn, qələmin qiyməti qalxan kimi istehlakçılar karandaş almağa üstünlük verəcəklər. Qeyri-maddi əmtəə az və əvəzedicisi olmayan, yarış biletləri, rəssamın orijinal əsəri və insulin kimi tibbi təlimat kimi əmtəədir. Tamamlayıcı əmtəələr əvəzedicisi olan əmtəələrdən daha qeyri-elastikdir. Hansı əmtəənin əvəzedici, hansının tamamlaycı olduğu digər əmtəələrlə əlaqəsindən asılıdır.

Aşağıdakı qrafik əmtəələrin ekslyuzivliyinə və rəqabətliliyinə görə sinifləşdirilməsini göstərir.

Kənarlaşdırıla bilən Kənarlaşdırıla bilinməyən
Rəqabətli Şəxsi əmtəələr
yemək, maşın
Ümumi əmtəələr
balıq ehtiyatları, kömür
Rəqabətsiz Klub əmtəələr
kinoteatrlar, peyk televiziyası
İctimai əmtəələr
hava, milli müdafiə
  • Bannock, Graham et al. (1997). Dictionary of Economics, Penguin Books.
  • Milgate.Murray (1987), "goods and commodities," The New Palgrave: A Dictionary of Economics, v. 2, pp. 546–48.