Əmbərçay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əmbərçay

ƏmbərçayQax rayonunda çay.

Türk dillərində anbar "su anbarı", "məhsuldar torpaq" və s. mənalarında işlənir. Tədqiqatlar anbar sözünü etnonim hesab edirlər. Azərbaycan dilinin bəzi dialektlərində əmbərə "kiçik, dayaz arx", əmbərçu "bostan sulamaq üçün su şırımı" mənalarında işlənir. Hidronim əmbər (dayaz arx) və çay (su hövzəsi) komponentlərindən düzəlib, "dayaz çay, suyu az olan çay" deməkdir. Bu fikri hazırda Əmbərçayın quruyaraq Qanlı Qobu adlanması faktı da təsdiq edir. XIX əsrdə Qafqazda Kutaisi quberniyasının Raçin qəzasında Ambar, Tiflis quberniyasının Tioneti qəzasında Ambarisxevi, Tiflis quberniyasının Borçalı qəzasında Ambarlu, Zaqatala dairəsində Əmbərçay və s. toponimlər qeydə alınmışdır. Dağlıq Altayda Ambarlu adlı çay vardır.[1]

  1. Əmbərçay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.