Əbuishaqzadə Əsad Əfəndi
Əbuishaqzadə Əsad Əfəndi | |
---|---|
Əvvəlki | Seyid Mehmed Zeynalabdin Əfəndi |
Sonrakı | Xəlilzadə Mehmed Səid Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Atası | Əbu İshaq İsmayıl Əfəndi |
Həyat yoldaşı | Xədicə xanım |
Uşaqları |
Mehmed Şərif Əfəndi Fitnat Zübeydə xanım |
Əbuishaqzadə Əsad Əfəndi (1685 və ya oktyabr 1685, İstanbul, Osmanlı imperiyası və ya İstanbul – 9 avqust 1753 və ya 10 avqust 1753, İstanbul) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Əbu İshaq Əfəndi də Sultan Əhməd səltənətində şeyxülislam olmuşdur.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]1685-ci ilin oktyabrında İstanbulda dünyaya gəldi. Sultan Əhməd dönəminin şeyxülislamlarından Əbu İshaq İsmayıl Əfəndinin oğlu və Sultan Mahmud dönəminin şeyxülislamlarından İshaq Əfəndinin isə kiçik qardaşı olan Əsad Əfəndi öncə atasının, daha sonra isə dövrün digər mühüm alimlərinin yanında təhsilinə başladı. Hələ 10 yaşında olmasına baxmayaraq şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi tərəfindən məzun edildi. 25 yaşında ikən 1710-cu ildə müdərris olaraq fəaliyyətə başladı. Xüsusilə atasının və Yenişəhərli Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində pillə-pillə yüksələrək İstanbulun müxtəlif mədrəsələrində dərs deməyə davam etdi. Məkkə-Mədinə müfəttişliyi və fətva əminliyi əzifələrini də yürütməyə başlayan Əsad Əfəndi ardından Saloniki qazısı olaraq təyinat aldı. 1733-cü ildə Mədinə, ertəsi il isə Məkkə qazılığına gətirildi. 1736-cı ildə Rusiya və Avstriya ilə başlayan müharibələr əsnasında Məkkədən geri çağrılaraq Anadolu qazəsgəri təyin olundu və ordu qazısı olaraq səfərə göndərildi (14 mart 1737). Bu müharibə əsnasında sədrəzəm Gömrükçü Mehmed Paşayla münasibəti pis olduğu üçün vəzifədən alınan, ancaq ordunun gücdən düşməsinin ardından yenidən vəzifəyə gətirildiyi zaman bundan imtina edən Hacı İvaz Paşanı razı salmış, nəticədə ordunun qalib gəlməsinə və Adaqalanın fəth edilməsinə (avqust 1738) dolaylı yolla səbəb olmuşdur. Belqradın azad olunmasıyla bağlı aparılan sülh müzakirələrində Osmanlı tərəfinin nümayəndəsi olaraq iştirak etdi və sülhün ardından digər nümayəndələrlə birlikdə Belqrada yola düşdü.
Belqrad sülhü imzalandıqdan sonra 13 mart 1744-cü ildə Rumeli qazəsgərliyinə gətirilən Əsad Əfəndi 17 ay sonra vəzifədən alınsa da, 29 oktyabr 1746-cı ildə ikinci dəfə bu vəzifəyə gətirildi. Hələ vəzifə müddəti tamamlanmadan azad edilən Əsad Əfəndi çox keçmədən 20 iyul 1748-ci ildə şeyxülislamlığa gətirildi. Tarixi mənbələrdə bu vəzifəni dürüstlüklə və ədalətli şəkildə icra etdiyi qeyd edilən Əsad Əfəndi 12 avqust 1749-cu ildə gözlənilmədən vəzifədən azad edildi. Əsl səbəbi bilinməsə də, bu haqda bir çox fərqli iddia var.
Vəzifədən alındıqdan sonra xələfi Mehmed Səid Əfəndi tərəfindən irəli sürülən Məkkəyə sürgün edilməsi ilə bağlı təklif Sultan Mahmud tərəfindən qəbul edilmədi və Sinopa sürgün edildi. Ardından Gəliboluya çağırıldı və 3 il burada qaldı. 4 mart 1752-ci ildə bağışlanaraq İstanbula dönsə də, ağır xəstə idi. 10 avqust 1753-cü ildə cümə günü vəfat etdi və atasıyla qardaşının məzarları yanına İsmayıl ağa məscidinin həyətinə dəfn edildi.[2]
Özü kimi şeyxülislam olan Mirzəzadə Mehmed Əfəndinin qızı Xədicə xanımla evlənən Əsad Əfəndinin bu evlilikdən 2 övladı olmuşdur. Oğlu Mehmed Şərif Əfəndi Sultan Əbdülhəmid və Sultan Səlim səltənətlərində şeyxülislam olmuş, qızı Fitnat Zübeydə xanım isə məşhur divan şairəsidir.[3]
Mənbə
[redaktə | vikimətni redaktə et]- Sâlim, Tezkire, İstanbul 1315, s. 73.
- Subhî, Târih, vr. 53b, 160b, 187b.
- İzzî, Târih, vr. 3a, 175b, 206a, 262a.
- Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 133, 134, 143, 148, 174.
- Râmiz, Âdâb-ı Zürefâ, Millet Ktp., Ali Emîrî, nr. 762, vr. 6.
- Müstakimzâde, Devha-i Meşâyih-i Kibâr Zeyli, Millet Ktp., Ali Emîrî, nr. 721, vr. 96.
- a.mlf., Terâcim-i Ahâlî-i Fetvâ (Resâil içinde), İÜ Ktp., TY, nr. 6699, vr. 87.
- Vâsıf, Târih, I, 17.
- Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 476–479.
- Ergun, Türk Şairleri, III, 1329–1335.
- İbrahim Hakkı Konyalı, Alanya, İstanbul 1946, s. 423.
- Latif Beyreli, Lehcetü’l-lugāt (yüksek lisans tezi, 1988), MÜ Sosyal Bilimler Enstitüsü.
- Cavid Baysun, "Es’ad Efendi", İA, IV, 359–362.
- Öztuna, BTMA, I, 265–267.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Muhammet Nur Doğan, Şeyhülislâm İshak Efendi, Hayatı, Eserleri ve Divan’ının Edisyon Kritiği (doktora tezi, 1987), İÜ Ed.Fak. Genel Ktp., THT, nr. 48, s. I-XCIV.
- ↑ Hakkı Tekin, Şeyhülislâm Esad Efendi ve Atrabü’l-âsâr fî tezkireti urefâi’l-edvâr Adlı Eseri (yüksek lisans tezi, 1993), EÜ Sosyal Bilimler Enstitüsü.
- ↑ a.mlf., Lehcetü’l-luga ve Atrabü’l-âsâr Müellifi Şeyhülislâm Esad Efendi, Hayatı, Eserleri ve Divan’ının Tenkidli Metni (doçentlik tezi, 1990), İÜ Ed.Fak.