Əbu Müslim məscidi (Cek)
Əbu Müslim məscidi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Cek kəndi |
Tikilmə tarixi | XVIII əsr |
Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Cek kəndində yerləşən məscid.[1] Regionun islam dininə möhkəm bağlılığından soraq verən Əbu Müslim məscidinin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək islamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir.[2]
Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən məscid, 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə qismən bərpa edilmişdir. Maddi çətinliklər üzündən Əbu Müslim məscidinin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır.[3][4]
16 m2 həcmi var və 16 nəfərlikdir.[2]
Qalereya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Tərxan Paşazadə, "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri", № 1, Bakı, "Müəllim", 2009 s.37
- ↑ 1 2 Tərxan Paşazadə. Əbu Müslim məscidi. "Cəmiyyət və Din" qəzeti. 8-14 avqust 2013, № 29 (215). səh. 9, 15 Arxivləşdirilib 2023-12-11 at the Wayback Machine. (az.)
- ↑ Əlhəddin Cekli və Tərxan Paşazadə, "Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!", "Kamal" jurnalı, № 3 (7), iyun 2010, səhifə 44-48.
- ↑ Quba rayonu, "Əbu Müslim" məscidi.[ölü keçid] (az.)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Vikianbarda Əbu Müslim məscidi (Cek) ilə əlaqəli mediafayllar var.