Əbdus Salam

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbdus Salam
pənc. محمد عبد السلام
Doğum tarixi 29 yanvar 1926(1926-01-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 noyabr 1996(1996-11-21)[1][2][…] (70 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru "Pakistan" ordeni "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı Order of Independence Grand Cross of the Order of Excellence Sitara-i-Imtiaz Pride of Performance
"Kopli" medalı
Fizika üzrə Nobel mükafatı National Order of Scientific Merit Great Cross of the National Order of Scientific Merit
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Əbdüs Salam (urdu محمد عبد السلام; [əbd̪ʊs səlɑm]; 29 yanvar 1926[1][2][…], Canq, Britaniya Hindistanı21 noyabr 1996[1][2][…], Oksford, Birləşmiş Krallıq) — zəif elektromaqnit qüvvələri sahəsindəki işlərinə görə 1979-cu ildə fizika üzrə Nobel mükafatını alan nəzəri fizik.

Əbdüs Salam 1960-cı ildən 1974-cü ilə qədər Pakistan hökumətində elmi məsləhətçi kimi fəaliyyət göstərmişdir və bu əhəmiyyətli rol Pakistanın infrastrukturuna böyük töhfələr vermişdir. Salam nəzərikvant fizikasının əhəmiyyətli inkişafına verdiyi töhfələri ilə ölkəsindəki elmi araşdırmaların ən yüksək səviyyəyə çıxmasında müstəsna rolu olmuşdur. Salam "Kosmos və atmosferin yuxarı təbələrinin tədqiqatı komissiyasının" (SUPARCO) yaradıcısı və müdiri idi,Pakistan Atom Enerji Komissiyasında (PAEC) Nəzəri fizika qrupunun rəhbərliyində çalışmışdır. Elm məsləhətçisi olaraq Salam nüvə enerjisinin sülh üçün istifadə edilməsində və 1972-ci ildə Pakistanın nüvə silahının inkişaf etdirilməsində tamamlayıcı bir rol oynamışdır və onun rəhbərliyi altında çalışan elmi işçilər, əməkdaşlar tərəfindən bu proqramın "elmi atası" olaraq göstərilmişdir. 1974-cü ildə Pakistan Parlamenti Əhmədiyyə Müsəlman İcmasının kafir olduğunu bəyan edən sənədi qəbul etdikdən sonra Salam ölkəsindən etirazlarla ayrıldı. Ölümündən sonra belə ölkəsinin ən nüfuzlu elm adamlarından sayıldı. 1998-ci ildə Pakistanın nüvə testlərindən sonra Pakistan hökuməti Salamın xidmətlərini qiymətləndirmək üçün onun xatirəsinə bir xatirə pulu basdırmışdır.

Salamın ən böyük və diqqətə layiq fəaliyyətləri arasına Pati-Salam modeli, maqnetik foton, vektor Meson, Böyük birləşmə qaydası, supersimmetrik işləri və ən əhəmiyyətlisi zəif elektromaqnit qüvvələri nəzəriyyəsi də daxildir ki, bu da fizika sahəsindəki ən nüfuzlu mükafatı — fizika üzrə Nobel mükafatını almasına səbəb olmuşdur. Salam kvant sahəsi nəzəriyyəsinin və London Imperial Kollecində mühazirəsini oxuduğu riyaziyyatın inkişafına böyük töhfələr vermişdir. Şagirdi Riazuddin ilə Salam müasir neytron nəzəriyyəsinə, neytron ulduzlarıquru dəliklərə, həmçinin kvant mexanikasını modernləşdirməyə və kvant sahəsi nəzəriyyəsinə böyük töhfələr vermişdir. Bir müəllim və elm dəstəkçisi olaraq Salam Pakistanda riyazi və nəzəri fizikanın qurucusu və atası, öz dövründə də baş nazirin elm məsləhətçisi olaraq tanınır. Pakistanlı fizikləri Fizika Birliyinə toplayaraq dünyaya çox böyük töhfələr vermişdir. Vəfat etdiyi ana qədər bezmədən, usanmadan fizikaya töhfələrini və Üçüncü Dünya ölkələrində elmin irəliləməsinə olan dəstəyini geri çəkməmişdir.

Gəncliyi və təhsili

[redaktə | mənbəni redaktə et]

Əbdüs Salam Çaudhri Məhəmməd Hüseyn və Hacira Hüseynin oğlu olaraq bir Əhmədi Pəncabi Rajput ailədə dünyaya gəlmişdir. Ailəsi islama Xll əsrdə keçmişdir və köklü dini ənənələrə və öyrənmə eşqinə sahib idilər (babası Gül Məhəmməd, dindar alim olmaqla yanaşı bir müəllim idi.) Salamın atası Pəncab əyalətinin, dolanışıqlarını əkinçiliklə təmin edən kasıb bir məhəlləsində Təhsil bölməsinin kiçik bir məmur kimi fəaliyyət göstərmişdir.

Anadan olanda atası adını Əbdül Salam qoymuşdur. Ərəbcə Əbdül - qul, nökər, Səlam - Allahın adlarından biridir. Lakin sonradan Əbdül sözü ingilis dilinə transliterasiya ediləndə Əbdüs formasını almışdır.

Salam uşaqlıqdan hərtərəfli savadlı olmuşdur, urduingilis ədəbiyyatı ilə də maraqlanırdı. 14 yaşında Pəncab Universitetinin ixtisas imtahanında universitet tarixində ən yüksək bal toplamışdır. Lahorda (Pəncab) Government College Universitetindən tam təqaüd qazanaraq çalışmaq istədiyi sahə olaraq riyaziyyatı seçmişdir. Salamın müəllimləri Salamın ingilis dili müəllimi olmasını istəyirdi, amma Salam riyaziyyat sahəsinə qərar verdi. Dördüncü sinif şagirdi olaraq riyaziyyatdan Srinivasa Ramanujanın problemi haqda nəşr etdirmiş və magistr dərəcəsini 1944-cü ildə Riyaziyyat sahəsində almışdır. Atası onun Hind Dövlət qulluğuna qatılmasını istəyirdi. O zamanlar Hind Dövlət qulluğu cəmiyyətində əhəmiyyətli yerə sahib olan vətəndaşların ən çox istədikləri yer idi. Atasının istəyinə hörmət edərək Salam Hind Dəmir Yollarında işə müraciət etmişdir, lakin kiçik yaşlarından bəri göz qüsuru olduğundan və eynək istifadə etdiyindən tibbi komissiyadan keçmədiyinə görə ona imtina edilmişdir. Vəzifəyə götürülməməsində səbəb yalnız bu da deyildi, dəmir yol mühəndislərinin keçdiyi mexanika testindən keçməməsi və çox gənc olması da səbəb olmuşdur. Bu səbəblə iş müraciətini geri götürmüşdür. Lahorada ikən Government College Universitetindən məzun olmaq üçün təhsilini davam etdirmişdir. Riyaziyyatdakı dərəcəsini 1946-cı ildə Government College Universitetindən aldı. Eyni il Kembricdə Aziz John Kollecindən təqaüd qazanır. 1949-cu ildə B. A. dərəcəsini riyaziyyat və fizika sahəsində Double First-Class Honours ilə tamamlamışdır. 1950-ci ildə ən çox bəyənilən doktorluq dissertasiyasından əvvəl fizikadakı nailiyyətlərinə görə Kembric Universiteti tərəfindən Smith mükafatına layiq görülür. Lisenziyaları tamamladıqdan sonra Fred Hoyl Salamı təcrübi fizika sahəsində işləmək üçün Kavendiş Labarotoriyasına dəvət etmişdir, lakin Salam Canqa, Pəncaba geri döndü və təqaüd qazanmasının ardından Birləşmiş Krallığa doktorluq dissertasiyasını müdafiə etmək üçün getmişdir.

PhD dərəcəsini nəzəri fizika sahəsi üzrə Kembricin Kavendiş Laboratoriyasında almışdir. Doktorluq dissertasiyası kvant elektrodinamikasına həsr olunmuşdur. Onun 1951-ci ildə nəşr etdirdiyi bu işi dünyada olduqca diqqət çəkmişdir və bunun nəticəsində Adams Mükafatını qazanmışdır. Aspirantura işləri əsnasında müəllimləri DirakRiçard Feynman kimi alimlərin həll edə bilmədiyi çətin bir problemi bir il içərisində həll etməsi üçün ona şöhrət qazandırdı. Salam altı ay içində Meyson qaydası ilə problemə bir həll tapdı. Kavendiş laboratoriyasında gətirdiyi bu həll ilə Bes, Oppenheymer və Dirakın diqqətlərini çəkməyi bacardı.

Akademik karyerası

[redaktə | mənbəni redaktə et]

1951-ci ildə doktoranturadan sonra Salam eyni dövr ərzində 1954-cü ilə qədər riyaziyyat professoru olaraq Goverment College Universitetində qalır, sonra Pəncab Universiteti Riyaziyyat bölməsi başçısı və professoru da oldu. Salam lisenziya dərsinin bir hissəsi olaraq kvant mexanikasından mühazirə kursunun təşkili və universitet tədrisini yeniləmək üçün çalışır. Bu universitet tərəfindən bəyənilir və Salamın tədris planından kənar kvant mexanikasından mühazirə oxuması üçün qərar verilir. Salam universitetdə qarışıq populyarlıq vəziyyəti ilə üzləşərkən, bu vəziyyətdən xüsusilə təsirlənmiş və tələbələrinin təhsilinə nəzarət etməyə başlamışdır. Nəticə olaraq, Riazuddin Kembric Universitetində yalnız Lahor altında lisenziya və magistr səviyyəsində Salam iş imtiyazına sahib olmuş, tələbə və sonrakı (magistratura, doktorantura) səviyyədə qalmışdır. 1953-cü ildə Salamın həmkarları güclü müxalifətlə qarşı-qarşıya gəldi, Salam Lahorda bir araşdırma institutu qura bilmədi. 1954-cü ildə Salam təqaüdünü alır və Pakistan Elmlər Akademiyasına üzv olur. 1953-cü ildə Lahor qiyamları nəticəsində Salam Kembricə geri dönür və Əziz John Kollecinə qatılır, 1957-ci ildə riyaziyyat professoru olaraq vəzifə alır. Bundan sonra o Londonda Imperial Kollecinə dəvət edilir və Paul Matteus Imperial Kollecində Nəzəri Fizika sahəsini qurmaq üçün gedir. Zaman keçdikcə bu sahə Steven Weinberg, Tom Kibble, Gerald Guralnik, CR Hagen, Riazuddin və Con Ward kimi tanınmış fiziklərin daxil olduğu nüfuzlu araşdırma mərkəzlərindən biri olur. 1957-ci ildə Pəncab Universitetində elementar zərrəciklər fizikasına verdikləri töhfələrinə görə Fəxri Həkim və Salam ilə görüş təşkil olunur. Müəllimlərin köməyi ilə həmin ildə Salam Pakistan tələbələri üçün təqaüd proqramı hazırlayır. Salam Pakistan ilə güclü bağlarını mühafizə edir və zaman-zaman ölkəsini ziyarət edir. Kembric və Imperial Kollecdə nəzəri fiziklər ilə bir qrup qurur. Bu qrupun əksəriyyətini pakistanlı tələbələr təşkil edirdi.

1959-cu ildə gənc J.Robert Oppenheymer ilə bir araya gəlir, Prinston Universitetində bir təqaüd alır və 33 yaşında Royal Society Fellow adını alır və neytrinolarla bağlı tədqiqatlarının nəticələrini təqdim edir. Oppenheymer və Salam elektrodinamikanın əsasları, problemləri və onların həll yollarını müzakirə edirlər. Onun xüsusi və fərdi assistenti Jean Bouckley olur. 1980-ci ildə Salam Banqladeş Elmlər Akademiyası üzvü seçilir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Salam yaşadığı müddətdə ictimai və şəxsi həyatı ayrı tutulan olduqca xüsusi bir fərd idi. O iki dəfə evlənib. İlk həyat yoldaşından üç qızı və bir oğlu, ikinci həyat yoldaşından da bir oğlu və bir qızı dünyaya gəlib. İkinci həyat yoldaşı Conson ilə Londonda 1968-ci ildə evlənib. Professor Dame Lui Conson, Oksford Universitetində molekulyar biofizik idi.

Salam "mömin bir müsəlman olaraq tanınırdı" və elmi işlərinin əsas hissəsi olaraq dinini göstərmişdi. O, Əhmədiyyə müsəlman icmasının (Camaatının) üzvü idi, daha doğrusu əhmədiyyə ailəsində anadan olmuşdur. Artıq İngiltərədə yasadiği dövrdə öz iş yerində hər gün dini mütaliə edirdi. O zamanlar:

"Bizim nəsil Tanrının dizaynının bir hissəsi, bir lütf və təvazökar bir ürək ilə şükür edib mənə verilən bu lütfü imtiyazlı qılıram, ancaq Qurani Kərim Allahın yaratdığı qanunların növlərini əks etdirmək üçün bizə əmr edir" demişdir.

" Fizika üzrə Nobel Mükafatının təqdimat mərasimində laureat kimi çıxışında Salam Quran ayələrindən sitat gətirərək demisdir:

Mərhəmətli Yaradanın yaratdiqlarında hər hansı bir qüsur görə bilməzsən. Baxışlarını çevir, hər hansı bir qüsur görürsənmi? Sonra gözlərini dikərək müəyyən bir nöqtədən ayırmayaraq təkrar-təkrar bax. Baxışların, ovsunlayıcı və gözlərini qamaşdıran yorğun bir parıltı halında sənə geri dönərlər (67:3-4). [6]

"

Ardından belə demişdir:

"Bu əslində bütün fiziklərin inancıdır; dərin axtardığımız, daha çox maraq və həyəcanla eşitdiyimiz, daha parlaq baxışlar üçün olduğunu düşündüyümüz mənəvi gücdür".

1974-cü ildə Şura Məclisi (Pakistan), müsəlmanlar olaraq konstitusiya dəyişikliyini elan etdi. Etiraz olaraq Salam Pakistanı tərk edir. Hətta ayrılmasından sonra Salam Pakistanla əlaqələrini təmamilə kəsməmək üçün Nəzəri fizika qrupu ilə yaxın əlaqəsi çərçivəsində Pakistan Atom Enerjisi Komissiyası, akademik elm adamları ilə son dərəcə yaxın əlaqələri inkişaf etdirdi. Pakistanlı alimlər üçün post-tədqiqat proqramları yaradıldı. 1983-cü ildə Riazuddin və Aşhar Qadir Salama qoşuldular və 1990-ci ilə qədər onunla çalişdılar.

Əbdüs Salamın Rabvah, Pencabdakı Behişti Məqbərə qəbirstanlığındakı qəbri. Başdaşındakı "müsəlman" sözü pozilulmuşdur.

Əbdüs Salam Oksfordda vəfat etmisdir. Pakistanda, Rabvehdəki (Pencab) Əhmədiyyə icmasının saldiğı Behişti Məqbərə qəburstanlığında valideynlərinin yanında basdırılmışdır. Onun qəbrinin başdaşında "ilk müsəlman Nobel laureatı professor Əbdüs Salam" sözləri yazılmışdır. Ancaq əhmədiyyələr Pakistanda 1984-cü ildə general Ziyaülhaqq hökumətinin qəbul etdiyi qərarla (XX qətnamə) rəsmi olaraq müsəlman sayılmadığına görə buradakı müsəlman sözü silinmisdir.

Xatirəsi, adı verilmiş mükafatlar, institutlar və başqa mərkəzlər

[redaktə | mənbəni redaktə et]

Adına mükafatlar


Adı verilmiş institut və başqa təskilatlar

Haqqında çəkilən sənədli filimlər

[redaktə | mənbəni redaktə et]

Verilən qiymət, mükafatlar

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Abdus Salam // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Abdus Salam // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  4. 1 2 www.pas.va (ing.).
  5. 1 2 http://www.ras.ru/win/db/show_per.asp?P=.id-52047.ln-ru.dl-.pr-inf.uk-12.
  6. {{Web kaynağı | url = http://nobelprize.org/nobel_prizes/physics/laureates/1979/salam-speech.html | title = The Nobel Prize in Physics 1979 – Banquet Speech | publisher = Nobelprize.org | date = 10 December 1979 | accessdate = 9 December 2012 |http://web.archive.org/web/20151117023106/http://www.nobelprize.org/nobel_prizes/physics/laureates/1979/salam-speech.html |