Əşrəf şah
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Əşrəf şah | |
---|---|
puşt. شاہ أشرف هوتک | |
| |
1725 – oktyabr 1729 | |
Əvvəlki | Mir Mahmud Hotaki |
Sonrakı | II Təhmasib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1700 |
Doğum yeri | |
Vəfat tarixi | 1730 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Ailəsi | Hotaki |
Dini | islam, sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Mir Əşrəf şah Xotəki (1700, Qəndəhar vilayəti, Səfəvilər – 1730, Bəlucistan, Səfəvilər) — Hotaki sülaləsindən İranın ikinci şahı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əşrəf şah Mir Əbdüləziz xan Xotəkinin oğludur. 1700-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. 1724-cü ildə Mahmud şah dəli oldu. Əfqanlar onun əmisi oğlu Əşrəf xanı taxta çıxardılar.
Çünki Osmanlı sarayı həm Təhmasiblə, həm də Mahmudun əvəzinə taxta çıxmış Əşrəflə münasibətlərin birdəfəlik korlanmasını istəmirdi.Osmanlı sarayı müsbət cavab verilmədiyi halda Təhmasibin Rusiyaya yaxınlaşacağından da ehtiyat edirdi. Ona görə Osmanlı sarayı Rusiya tərəfini xəbərdar etməklə II Şah Təhmasibin yanına öz səfirini göndərdi. Amma bu səfirin apardığı müzakirələrin bir nəticəsi olmadı.
Təhmasiblə bərabər, Əşrəf də Osmanlı dövləti ilə əlaqə yaratmağa çalışırdı. Çünki Əşrəf yaxşı anlayırdı ki, bölgənin güclü dövləti və qərbdən ölkənin həmsərhəd olduğu Osmanlı dövləti ilə anlaşma əldə edə bilməsə şahlığının ömrü də uzun olmayacaqdır. Ona görə Mahmudu əvəzləyəndən az sonra Əşrəf öz nümayəndə heyətinin Osmanlı sarayına göndərdi. Əbdüləziz adlı birisinin rəhbərlik etdiyi nümayəndə heyəti 1725-ci ilin iyun aynda İsfahandan yola düşsə də təxminən yarım ildən sonra 1726-cı ilin yanvarında Osmanlı sarayına yetişdi.
Əşrəfin səfirlik heyəti özü ilə üç məktub gətirdi. 1-ci məktub Əşrəfin özü tərəfindən Osmanlı sultanının adına yazılmışdı. 2-ci məktubu etmadüddövlə Osmanlı sədr-əzəminə yazmışdı. 3-cü məktub isə 19 nəfər əfqan üləması adından Türkiyə müftisinə göndərilmişdi.
Rusiya ilə bağlanmış müqaviləyə əsasən, Osmanlı sarayı Əşrəfin nümayəndəsini səfir statusunda qəbul edə bilməzdi. Ona görə Osmanlı sarayı Rusiyanın və Fransanın İstanbuldakı səfirlərinə Əşrəfin nümayəndəsini Əşrəfin məktublarını gətirən şəxs kimi qəbul etdiyini bildirdi. Ümumi bir razılıq əldə edildikdən və bir müddət Əşrəfin nümayəndələrinə qarşı göstərilən süründürməçilikdən sonra Osmanlı sədrəzəmi Əşrəfin nümayəndəsini qəbul etdi. Etimadüddövlənin imzaladığı məktub sədr-əzəmə təqdim edildi. Məktub oxunandan sonra məlum oldu ki, Əşrəf nəzarəti altında olan ərazilərdən imtina etmək və Osmanlıya qarşı ərazi güzəştlərinə getmək fikrində deyil. Əksinə, Osmanlı dövlətindən tələb olunurdu ki, işğal etdiyi keçmiş Səfəvi ərazilərini azad etsin. Əfqan üləmalarının yazdığı məktub da oxşar məzmunda idi. Nəhayət, sonda səsləndirilən Əşrəfin məktubunda da Osmanlı sarayına qarşı iradlar öz yerini tapmışdı. Əşrəfin iradlarından biri bu idi ki, Osmanlı dövləti şiə iranlılara qarşı mübarizə aparılmasında əfqanlara kömək göstərmir. Əşrəfə görə onu İranda fateh kimi qəbul edirdilər və bir fateh kimi onun haqqı var ki, Osmanlı dövlətinin və Rusiyanın əlinə keçirdiyi əraziləri geri qaytarsın.
Əşrəf sadəcə olaraq müəyyən iddialar irəli sürməklə kifayətlənmirdi. Bağdad hakimi Əhməd paşanın sultan sarayına göndərdiyi məktubundan bilinirdi ki, Əşrəf əməli fəaliyyətə başlayıb. Xüsusi ilə məqsədlə öz nümayəndələrini Osmanlı qoşunları arasına yollayıb Osmanlı döyüşçüləri arasında təbliğat aparırdı ki, nə üçün sünni Osmanlı sünni əfqanlara qarşı mübarizə aparır. Əşrəfin təbliğatçıları Osmanlı döyüşçülərini inandırmaq istəyirdilər ki, eyni məzhəb üzvləri bir-birini müdafiə etməlidirlər. Belə bir təbliğat Osmanlı döyüşçülərinə azçox təsir edir və onlarda əfqanlara qarşı rəğbət əhval-ruhiyyəsini gücləndirirdi.
Osmanlı sarayı və əyanları Əşrəfin iddialarını heç də xoşluqla qarşılamadılar və hələ onun nümayəndələri geri qayıtmamış Əşrəfə qarşı müharibə elan olundu. Həmin müharibənin elan olunması 1726-cı ilin birinci rübünə təsadüf etsə də, müharibə bir də payızda başladı. Osmanlı sərkərdəsi Əhməd paşa öz qoşunu ilə Həmədandan Əşrəfə qarşı yola düşdü. Van hakimi Xanık paşa, Həmədan hakimi Əbdülrəhman paşa, Mosul hakimi Qara Mustafa paşa və başqaları da onu müşayiət edirdilər. Əşrəfin ixtiyarında bir neçə zənburək var idi. İxtiyarındakı qoşunun sayı isə 17 min nəfərə çatırdı. Əhməd paşa hücumu başlamazdan əvvəl Əşrəfə hədələyici məktub göndərdi və ona bildirdi ki, hücuma keçməkdə məqsədi ləyaqətsiz əfqanları padşahlıqdan uzaqlaşdırmaq və şahlığı onun həqiqi sahibinə qaytarmaqdır. Bu hədə dolu məktub Əşrəfi hiddətləndirdi və Əhməd paşanın hikkəli məktubuna hikkəli də cavab vermək üçün öz adamlarını göndərdi ki, şahlığın həqiqi sahibi sayılan Şah Sultan Hüseynin boynunu vursunlar. Bu əmr dərhal yerinə yetirildi. Şah Sultan Hüseynin başı bədənindən ayrıldı və Əşrəf onu Əhməd paşaya göndərdi. Əşrəf onu da çatdırdı ki, Əhməd paşanın cavabı süngü ilə veriləcəkdir.
Əşrəf eşidəndə ki, Osmanlı qoşunu onun üzərinə gəlir, qarşılayıcı tədbirlərin həyata keçirilməsinə başladı. Əmr etdi ki, Osmanlı qoşununun marşrutu üzərində olan yaşayış məntəqələri dağıdılıb məhv edilsin. Eyni zamanda özü də ətrafına toplaya bildiyi qoşunlarla Osmanlı qoşununu qarşılamağa yola düşdü. Osmanlı qoşunu rəhbərliyinin laqeydliyi və qətiyyətsizliyi nəticəsində təxminən 2 minlik dəstə əsas qoşundan ayrı düşdü. Əşrəf bundan xəbər tutdu və həmin dəstənin yolunu kəsib onu mühasirəyə aldı. Osmanlı dəstəsi tamamilə məhv edildi. Əhməd paşa bundan ciddi narahatlıq keçirdi. Dərhal qoşunların dayanmasına və səngərlənməsinə göstəriş verdi. Osmanlı qoşunlarının ilk uğursuzluğu Osmanlı döyüşçülərində ruh düşgünlüyü, əfqanlarda isə əksinə ruh yüksəkliyi yaratdı. Bununla belə, Əşrəf yaxşı anlayırdı ki, Osmanlı qoşununa qarşı sona qədər müqavimət göstərmək üçün lazımi qüvvəyə malik deyildir. Ona görə də Osmanlı qoşunları daxilində yenidən təxribat xarakterli təbliğat aparılmasına başladı. Onun adamları Osmanlı döyüşçülərinə bildirirdilər ki, apardıqları müharibə dinə ziddir, sünnilərin sünnilərə qarşı döyüşməsi düzgün deyil. Əşrəf tərəfindən Osmanlı qoşunlarında olan kürd rəhbərlərin pulla alınmasına da cəhd göstərildi. Eyni zamana bir neçə tanınmış dini xadim Osmanlı qoşunlarına göndərildi. Həmin din xadimləri də aparılan mübarizənin məzhəb baxımından düzgün olmadığını əsaslandırmağa çalışırdılar. Onların fikrincə, həmməzhəblərin qanının tökülməsinin günahı Osmanlıların üzərinə düşəcəkdir. Aparılan təbliğatın dini əsaslar üzərində qurulması Əhməd paşanın təşvişinə səbəb oldu. Çünki bu təbliğat doğrudan da Osmanlı qoşununa təsir etməyə başladı. Əşrəfin göndərdiyi mollalar onu da bildirdilər ki, şiələrin hakimiyyətinə son qoymuş bir şəxs sizinlə vuruşmaq istəmir və Osmanlı dövlətinin belə bir şəxsi yıxmaq üçün xristianlarla əlbir olması düzgün deyildir. Əhməd paşa onların dediklərinin əksini əsaslandırmağa çalışsa da, əfqan mollalarının Osmanlı döyüşçüləri ilə birlikdə namaz qılması əfqanlara olan rəğbəti daha da artırdı. C. Hanveyin yazdığına görə, əfqan mollalarının təbliğatı kifayət qədər təsirli oldu və onlar gedəndən sonra 5 minə qədər döyüşçü Osmanlı qoşunlarından ayrıldı. Əfqan təbliğatının genişlənməsinə yol verməmək üçün Əhməd paşa tezliklə hücuma keçməyi qərara aldı.