Şuşanın əhalisi
Şuşanın əhalisi — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin əhalisi.
İlk sakinləri
[redaktə | mənbəni redaktə et]Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı. Dəniz səviyyəsindən 1300–1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verirdi. Seçilmiş ərazinin çox əlverişli hərbi–strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan 1754-cü ildə yeni qalanın tikintisinə başlamaq haqqında əmr verdi. 1756-cı ildə təhlükəsiz yaşamaq üçün zəruri işlər başa çatdırıldıqdan sonra Qarabağ xanlığının paytaxtı buraya köçürüldü. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı. Yeni yarandığı dövrdə Şuşa cəmisi 162 ailənin yaşadığı kiçik bir yaşayış məntəqəsi idi. Rus məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri arxiv sənədinin məlumatından aydın olur ki, bu ailələrin hamısı azərbaycanlılardan ibarət idi[1]. Bu o deməkdir ki, Şuşanın əsasını azərbaycanlılar qoymuş v ə ilk dövrdə burada ancaq azərbaycanlılar yaşamışlar. Sonrakı dövrdə şəhərdə yaşayan əhalinin sayı Qarabağ xanlığının müxtəlif mahallarından köçüb gələnlərin hesabına surətlə artmışdı. Bir tərəfdən çox əlverişli mövqeyə malik olması, digər tərəfdən isə Qarabağ xanlığının mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali üçün çox cəlbedici edirdi. Əldə olunan məlumatlar göstərir ki, artıq XVIII əsrin sonu –XIX əsrin əvvəllərində burada 2 mindən çox ailə yaşayırdı[2]. Əgər hər ailənin, orta hesabla, 5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, göstərilən dövrdə Şuşada 10 min nəfərdən çox əhalinin yaşadığını müəyyənləşdirə bilərik. Bu əhalinin əsas hissəsini Qarabağ xanlığının Dəmirçihəsənli, Kəbirli, Dizaq Cavanşir, Otuziki, İyirmidörd və Xaçın mahallarından köçüb gələnlər təşkil edirdi.
Etnik tərkib
[redaktə | mənbəni redaktə et]Şuşanın əhalisi Azərbaycan türklərindən ibarət idi. Bunu şəhərin bütün məhəllə adlannın (Təbrizli, Culfalar, Hacı Yusifli, Merdinli, Saatlı, Köçərli, Xoca Mərcanlı və s.) Azərbaycan türkcəsində olması da sübut edir. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Şuşaya köçüb gələnlər arasında mənşəcə alban olub orta əsrlər dövründə erməni kilsəsinin təsiri altında qriqoryanlaşmış və erməniləşmiş əhali də var idi. Onların əksəriyyətini Qarabağ xanlığının Tativ, Xaçın və Dizaq mahallarından gələnlər təşkil edirdi. Lakin "Qarabağ əyalətinin təsviri" adlı sənədin məlumatları əsasında apardığımız hesablamalardan məlum olur ki, bu əhali Şuşada yaşayan bütün əhalinin cəmisi 27 % -ni təşkil edirdi[1]. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi.
Türkmənçay müqaviləsinin şəhərin etnik tərkibinə təsiri
[redaktə | mənbəni redaktə et]XIX əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Şimali Azərbaycanda yaranmış siyasi sabitlik Şuşada əhalinin artmasına müsbət təsir göstərdi. XIX əsrin 70-ci illərindən başlayaraq yeni sənaye müəssisələrinin işə salınması şəhərdə işçi qüvvəsinə tələbatı xeyli artırmışdı. Bu isə şəhərdə əhalinin sayımn xeyli artmasına gətirib çıxardı. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25881 nəfərə çatdı. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43869 nəfərə çatmışdı. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin sayının sürətlə artması da Türkmənçay və 1829-cu ildə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rəsmi məlumatlara görə Rusiya təkcə 1828–1830-cu illərdə Cənubi Qafqaza 40 min nəfər İran ermənisi və 84 min nəfər Türkiyə ermənisi köçürmüşdü. Ermənilərin Cənubi Qafqaza köçürülmələri bundan sonra dönməz xarakter almış v ə getdikcə güclənmişdi. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən 80 il ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı. Rus qafqazşünası N. Şavrov yazırdı ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu gəlmədir.[3]
Məlikliklərin əhalisi
[redaktə | mənbəni redaktə et]XVII əsrdə və XVIII əsrin əvvəlində Qa- rabağın dağlıq hissəsində beş alban xristian məlikliyi (Xaçın, Çiləbörd, Gülüstan, Və- rəndə və Dizaq) mövcud idi. Bu məlikliklər- dən Xaçın məlikliyinin tarixi daha qədim olub, vaxtilə Albaniyanı idarə etmiş Mehra- nilər sülaləsinə gedib çıxır. XIII əsrdə bu quruma başçıhq etmiş Həsən Calal özünü "Alban çarı", "Alban hüdudlarının hakimi", "Xaçın və Arsax ölkəsinin knyazı" adlandırırdı. Xaçın məlikliyi istisna olmaqla qalan dörd alban məlikliyi Qarabağa gəlmə idilər. Mirzə Adıgözəl bəy yazır ki, Dizaq hakimi olan Məlik Yeqan Qarabağa XVIII əsrin əvvəllərində gəlmiş və daşıdığı "məlik" tituluna Nadir şah tərəfındən layiq görülmüşdü. Vərəndə məlikliyinin Qarabağda yaranma tarixi 1603-cü ilə aiddir. Bu məlikliyin əsasını Göyçə əsilzadələrindən olan və yaşadığı yerdə məruz qaldığı təqiblərdən yaxa qurtar- maq üçün Qarabağa qaçmış Məlik Şahnəzər qoymuşdu. Mirzə Adıgözəl bəyin Talış ad- landırdığı Gülüstan məlikliyinin hakimləri Qarabağa Şirvandan gəlmişdilər.88 Çiləbörd məlikliyinə başçılıq etmiş Məlik Yesai 1687-ci ildə Sünik hakimini öldürdükdən sonra Qarabağa qaçmış və XVIII əsrin 30-cu illərində Nadir şahın Osmanlı Türkiyəsinə qarşı apardığı müharibələr zamanı "göstərdiyi xidmətə görə" sultan tituluna layiq görülmüşdü.89 Beləliklə, mənşəcə alban olan Qarabağ məlikliklərinin əhalisinin etnik mənşə ba- xımından müasir ermənilərlə heç bir əla- qəsi yoxdur. Və bu məlikliklərin dördünün(Çiləbörd, Gülüstan, Vərəndə və Dizaq) əhalisi Qarabağın yerli əhalisi deyildi. Qarabağa Azərbaycanın başqa yerlərin- dən köçüb gəlmişdilər. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali Qarabağ xanlığınm əhalisinin olduqca az bir qismini təşkil edirdi. "Qarabağ əyalətinin təsviri"ndə verilmiş məlumatlardan aydın olur ki, 1823-cü ildə Qarabağ xanlığında yaşayan 20035 ailə- dən 15729-unu azərbaycanlı, 4366-smı isə mənbədə düzgün olmayaraq "erməni" kimi qələmə verilən alban-xristian ailələri təşkil edirdi. "Qarabağ əyalətinin təsviri" demoqrafık proseslərin heç də azərbaycanlılar üçün əlverişli olmayan bir dövrdə tərtib edildiyindən bölgədəki etnik mənzərəni olduğu kimi əks etdirmir. Belə ki, 1804–1813-cü illər Birinci Rusiya-İran müharibəsinin törətdiyi kütləvi aclıq, dağıntı və xəstəliklər, eləcə də müharibədən sonrakı illərdə Qarabağ xanlığında tətbiq edilən amansız işğal rejimi burada azərbaycanhlann sayının kəskin şəkildə azalmasına səbəb olmuşdu. Rus generalı P.S.Kotlyarevskinin bu dövrə aid raportlanndan birində göstərilirdi ki, Qarabağ xanlığının Rusiyanın tərkibinə qatıldığı 1805-ci ildən keçən 7 il ərzində bu xanlıqda yaşayan 4845 azərbaycanlı ailəsi öz yaşayış yerini tərk edərək İrana qaçmağa məcbur olmuşdur. Bu proses sonrakı illərdə də davam etmişdir. Rusiya işğal rejiminin amansız təqiblərinə tab gətirə bilməyən sonuncu Qarabağ xanı Mehdiqulu xan 1822-ci ildə İrana qaçmağa məcbur olmuş və bu zaman özü ilə xeyli azərbaycanlı ailəsini də aparmışdı. Oxşar proseslər Şuşa şəhərində də getmişdi. XVIII əsrin sonlarında 10 min nəfər əhalinin yaşadığı bu şəhərdə XIX əsrin əwəllərində əhalinin sayı, təxmi- nən, 2–3 min nəfər azalmışdı. Bunun səbəblərindən bəhs edən S.A.Yegiazarov yazırdı ki, Şuşa əhalisinin bir qismi Ağa Məhəmməd şah Qacarla müharibə zamanı qaçıb dağılmış, digər qismi isə Qarabağ xanlığı Rusiyaya qatıldıqdan sonra İrana köçmüşdü. Hətta bu ağır müstəmləkə və ayrı-seçkilik şəraitində belə, xristian əhali Qarabağ xanlığında, o cümlədən Şuşa şəhərində əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ildə Şuşada yaşayan 1532 ailənin 1000-dən çoxu azərbaycanlılardan, təxminən, 500-ü isə ermənilərdən (yəni erməniləşmiş albanlardan) ibarət idi. Şuşa şəhərində əhalinin etnik tərkibinin bu nisbəti, hətta çar hökumətinin erməniləri kütləvi surətdə İrandan və Osmanlı imperiyasmdan Qarabağa köçürdüyü dövrdə — XIX əsrin 30-cu illərində də dəyişməmişdi. Həmin dövrdə şəhərdə qeydə alınmış 1698 ailənin 936-sını azərbaycanlılar təşkil edirdi.
Xristianlaşdırma siyasəti
[redaktə | mənbəni redaktə et]XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Şuşaya köçüb gələnlər arasında mənşəcə alban olub orta əsrlər dövründə erməni kilsəsinin təsiri altında qriqoryanlaşmış və erməniləşmiş əhali də var idi. Onların əksəriyyətini Qarabağ xanlığının Tativ, Xaçın və Dizaq mahallarından gələnlər təşkil edirdi. Lakin "Qarabağ əyalətinin təsviri" adlı sənədin məlumatları əsasında apardığımız hesablamalardan məlum olur ki, bu əhali Şuşada yaşayan bütün əhalinin cəmisi 27 % -ni təşkil edirdi[1]. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi. Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərdi. Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840-cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrildi. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanda yaranmış siyasi sabitlik Şuşada da əhalinin sayının artmasına gətirib çıxardı. XIX əsrin 70-ci illərindən başlayaraq fabrik-zavod istehsalının yaranması ilə əlaqədar işçi qüvvəsinə tələbatın artması da şəhərdə əhali artımını xeyli sürətləndirdi. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25.881 nəfər təşkil etmişdi. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43.869 nəfərə çatmışdı[4]. Lakin Şuşada müşahidə edilən bu artım heç də şəhərin köklü sakinləri olan azərbaycanlıların hesabına baş verməmişdi. Rus çarizminin həyata keçirdiyi köçürmə siyasəti burada indiyə q ədər mövcud olmuş etnik balansın pozulmasına, ermənilərin sayca surətlə artmasına gətirib çıxartdı. Təkcə onu göstərmək kifayətdir ki, Şuşada əhalinin ümumi sayı 1897-ci ildə 25.881 nəfərdən artıraraq 1913-cü ildə 42.568 nəfərə çatdığı halda, azərbaycanlıların sayı (10 min nəfər) faktiki olaraq dəyişməz qalmışdı. XIX əsrin sonu — XX əsrin əvvəllərində köçkün ermənilərin hesabına şəhərdə əhalinin mexaniki artımı təbii artımı bir neçə dəfə üstələmişdi.
Sovet hakimiyyəti illəri
[redaktə | mənbəni redaktə et]1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin bərqərar edilməsi Qarabağın, o cümlədən, Şuşayanın əhalisinin etnik tərkibinə təsirsiz qalmadı. Həyata keçirilən repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu[5]. Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə m əruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü il iyulun 7-də h əyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları m əkrli palanları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK Rəyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi. Sovet hakimiyyəti Şuşa şəhərində yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsir göstərdi. Vaxtilə Azərbaycanın böyük və abad şəhərlərindən biri olmuş Şuşada, təxminən 50 il ərzində, əhalinin sayı 3 dəfədən də çox azalmışdı. Belə ki, 1917-ci ildə burada 43.869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı c əmisi 13.664 nəfər təşkil etmişdi[6]. Sovet hakimiyyəti dövründə Şuşada yaşayan əhalinin milli tərkibi də ciddi dəyişikliyə məruz qaldı. Şuşanın Qarabağın mərkəzi statusundan məhrum edilməsi ona gətirib çıxardı ki, çar hökumətinin köçürmə siyasəti dövründə burada yerləşdirilmiş ermənilər tədricən onu tərk etdilər. 1970-ci ildə şəhərdə yaşayan 13.664 nəfər əhalinin yalnız 3577 nəfərini ermənilər təşkil edirdi. Sonrakı illərdə bu tendensiya daha da güclənmişdi. 1989-cu ildə Şuşada yaşayan 20.579 nəfər əhalinin cəmisi 1.377 nəfəri ermənilərdən ibarət idi[7].
Demoqrafik vəziyyət
[redaktə | mənbəni redaktə et]1823-cü ilə aid statistik məlumatına görə, bu dövrdə Qarabağ xanlığında yaşayan 20035 ailədən 15729-nu azərbaycanlı, 4366-nı isə xristian (alban mənşəli) ailələri təşkil edirdi. 2000-ci ilin yazında Şuşada üç min nəfərdən az insan yaşayırdı.[6] Bunların əksəriyyətini Azərbaycandan qaçqın düşmüş kasıb ermənilər təşkil edirdi.[6]
İl | Azərbaycanlılar | % | Ermənilər | % | Digər | % | Cəmi |
---|---|---|---|---|---|---|---|
1886[8] | 11,595 | 43.3 | 15,188 | 56.7 | 23 | 0.1 | 26,806 |
1897[9] | 10,778 | 41.6 | 14,420 | 55.7 | 683 | 2.6 | 25,581 |
1904 | 11,083 | 43.2 | 14,495 | 56.5 | 25,656 | ||
1916[10] | 19,121 | 43.6 | 23,396 | 53.3 | 1,352 | 3.1 | 43.869 |
1926[8] | 4,900 | 96.4 | 93 | 1.8 | 111 | 2.2 | 5,104 |
1939[11] | 3,701 | 68.2 | 1,476 | 27.2 | 247 | 4.5 | 5,424 |
1959[12] | 4,453 | 72.8 | 1,428 | 23.3 | 236 | 3.9 | 6,117 |
1970[13] | 6,974 | 80.2 | 1,540 | 17.7 | 179 | 2.1 | 8,693 |
1979[14] | 9,216 | 85.5 | 1,409 | 13.1 | 159 | 1.5 | 10,784 |
1989[15] | 14,738 | 98 | 15,039 | ||||
2005[16] | 3,105 | 100 | 3,105 | ||||
2009[17] | 3,900 | 100 | 3,900 | ||||
2015[18] | 4,446 | 100 | 4,446 |
Sosial tərkib
[redaktə | mənbəni redaktə et]Azərbaycanm digər şəhərləri kimi, Şuşada da əhalinin sosial tərkibi rəngarəng idi. Burada xan nəslinə mənsub ailələrlə yanaşı, bəylərin, dövlət məmurlarının, din xadimlərinin, tacirlərin, sənətkarların, maafların, hərbçilərin, müəllimlərin, tibb işçilərinin və başqalarının ailələri yaşayırdı. 1830-cu il məlumatına görə Şuşada 56 bəy, 64 müsəlman ruhanisi, 21 xristian din xadimi, dükanı olan 200 tacir və emalatxanası olan 266 sənətkar yaşayırdı. XIX əsrin ikinci yarısından başlayaraq, şəhərin iqtisadi həyatında müşahidə edilən canlanma və bununla əlaqədar əhalinin sayının sürətlə artması əhalinin sosial tərkibinə də ciddi təsir göstərmişdi. 1897-ci ildə keçirilmiş ümumrusiya siyahıyaalmasına görə Şuşada 2272 nəfər zadəgan, 270 nəfər din xadimi, 1416 nəfər tacir, 2738 nəfər sənətkar, 97 nəfər dövlət məmuru, 334 nəfər hərbçi və başqaları qeydə alınmışdı. Göründüyü kimi, Şuşada yaşayan əhali arasında imtiyazlı silkin nümayəndələri çox idi. Bu, hər şeydən əvvəl, şəhərin yaranıb formalaşdığı XVIII əsrin ikinci yarısı — XIX əsrin əwəllərində ara müharibələrinin və yadelli hücumların fasiləsiz davam etdiyi bir şəraitdə şəhərin etibarlı sığınacaq yeri olması ilə bağlı olmuşdur. Şuşanın kurort şəhəri kimi şöhrət qazanması da bu məsələdə az rol oynamamışdı. Şəhərin külli miqdarda süfrə və müalicəvi bulaqlara malik olması, dörd tərəfdən alp çəmənlikləri ilə əhatə olunması, büllur kimi təmiz havası onu bütün imkanlı adamlar üçün cəlbedici edirdi. Elə bu səbəblərdən idi ki, Qarabağ bəylərinin əksəriyyəti Şuşada yaşamağa üstünlük verir, burada özləri üçün təmtəraqlı imarətlər tikdirirdilər.
Məşğuliyyət
[redaktə | mənbəni redaktə et]Şuşa şəhəri XVIII əsrin sonlarından başlayaraq bütün Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdi. Şuşadan çıxan ticarət karvanları müxtəlif Azərbaycan xanlıqlarına gedir, geri qayıdarkən isə həmin xanlıqlarda istehsal olunmuş məhsulları Şuşa bazarlarına daşıyırdılar. XIX əsrin əvvəllərində Şuşaya Dərbənddən qızıl boya, Şəki xanlığından silah, ipək, mahud, yapıncı və xalça, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, Gəncədən zəy və meyvə gətirilirdi. XIX əsrin ikinci yarısına aid mənbələrdən birində göstərilir. "Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adamlar axışıb gəlməkdədir". Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və İran şəhərləri, xüsusilə Təbriz şəhəri mühüm yer tuturdu. Bu şəhərlərdən Şuşaya daha çox toxuculuq məhsulları gətirilirdi. 1830-cu ildə Təbrizdən Şuşaya 300 tay bürmet parça, 300 yük bez parça, 1000 arşın qanavuz parça, 200 ədəd qələmkar parça, 2000 ədəd ipək yaylıq, 1000 ədəd örtük və s. gətirilmişdi.117 Bu növ parçalar və digər toxuculuq məmulatları, həmçinin müxtəlif növ ədviyyat, qənd, xına, dəri və s. məh- sullar Şuşaya Xoy, Ərdəbil, Urmiya şəhərlərindən və İrandan da idxal edilirdi. Ümumiyyətlə, Cənubi Azərbaycandan və İrandan Şuşaya gətirilən məhsulların illik həcmi 140 min gümüş rubla bərabər idi.118 Şuşa tacirləri Osmanlı imperiyası, Rusiya, Hindistan və Avropa ölkələri ilə də qızğın ticarət əlaqələri saxlayırdılar. Şuşanın XIX əsrdə ticarət əlaqələrindən bəhs edən mənbələrdən birində göstərilirdi ki, bu şəhər "Qərbin və Şərqin bir çox ölkələri ilə ticarət edirdi. Həmin dövrdə Şuşaya Qafqazın, Osmanlı imperiyasının, Rusiyamn, İranın, İraqın və Hindistanm müxtəlif şəhərlərindən tez-tez tacirlər gəlirdilər. Şuşa tacirləri də həmin ölkələrdə olur, hətta Almaniyadakı məşhur Leypsiq yarmarkasında iştirak edirdilər. İpəklə ticarət edən şuşalı tacirlər Nijniy Novqorod yarmarkasına gedirdilər. Onlara Konstantinopol bazarlarında da rast gəlmək olardı". XIX əsrdə və XX əsrin əvvəllərində Şuşa Rusiya şəhərləri ilə geniş ticarət əlaqələri saxlayırdı. Moskvada və Novqorodda qızğın ipək ticarəti ilə məşğul olan şuşalı tacirlər Rusiyadan mahud, pambıq və ipək parçalar, çini və şüşə qablar, dəmir, mis və dəmir məmulatları, müxtəlif növ xəzlər, kağız və s. alıb gətirirdilər. Şuşa şəhəri özünün sənətkarlıq məhsulları ilə də şöhrət qazanmışdı. Şuşa sənətkarları həm daxili tələbatı ödəmək, həm də digər Azərbaycan xanlıqlarına və xarici ölkələrə ixrac etmək üçün müxtəlif növ sənətkarlıq məhsulları istehsal edirdilər. Şəhər əhalisinin sənətkarlıq məhsullanna olan tələbatının ödənilməsi də yerli sənətkarların üzərinə düşürdü. "Qarabağ əyalətinin təsviri"ndən aydın olur ki, XIX əsrin əvvəllərində Şuşada 50-dən artıq sənətkarlıq sahəsi üzrə ixtisaslaşmış sənətkarlar fəaliyyət göstərirdi. Onların arasında papaqçılar, çəkməçilər, dərzilər, dülgərlər, həllaclar çoxluq təşkil edirdilər. Bu dövrdə Şuşada ayrı-ayrı sənətkarlıq sahələri, xususlIə toxuculuq və xalçaçıhq getdikcə daha çox əmtəə xarakteri daşıyır, sifarişlə məhsul ıstehsalı ılə yanaşı, bazar üçün məhsul istehsalı da genişlənirdi. Sənətkarlıq məhsulları istehsalı şəhərin iqtisadi həyatın.n əsasını təşkil edirdi. Qeyd etmək lazımdır ki, Şuşada ev sənətkarlığı da yüksək inkişaf etmişdi. Şəhərdə ev şəraitində çoxsaylı toxucular və xalçaçılar fəaliyyət göstərirdi. Rusıya-Iran müharibələrinin başa çatmasından az sonra tərtib olunmuş rus mənbələrındən birindədə göstərilirdi: "Bütün İranda olduğu kimi, bizim müsəlman yılayətlənndə də ıpək və pambıq parçalar fabrikdə deyil, daha çox şəhər əhalisi tərəfındən evlərdə ıstehsal edilir" Bu, toxuculuq istehsalmda qadın əməyindən genış istifadə edilməsilə bağı idi. Şəriət qaydalanna görə müsəlman qadınların şəhərin ictimai yerlərində emalatxana açıb əmək fəaliyyəti ilə məşğul olmaları məqbul hesab edilmirdi. Azərbaycanda qadın toxucuların əmək və məişət şəraiti haqqında ətraflı məlumat verən müəlliflərdən biri yazırdı: "Ev qayğılarından başqa digər məşğuliyyəti olmayan qadınlar bütün sərbəst vaxtlarını yun, pambıq və ipək əyirilməsinə sərf edir, sonra isə parça toxuyurdular. Qadınlar əyiricilik və toxuculuqdan başqa, daha incə sənətlərlə — ipək üzərinə naxış vurmaq və digər zərif, zəhmət tələb edən işlərlə məşğul olurlar". Şuşada sənətkarlığın inkişafı və sənətkarların sayı digər mənbələrdə də öz əksini tapmışdır. Məsələn, Həştərxan gömrükxana idarəsinin direktoru N.İva- novun 1809-cu ilə aid olan məlumatından aydın olur ki, bu dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Əslində, 1500 toxucu dəzgahı ən azı 1500 sənətkar deməkdir. Əgər bu rəqəmin üzərinə digər sənət sahiblərini, habelə ev şəraitində fəaliyyət göstərən xalçaçıları və toxucuları da əlavə etsək, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində Şuşada 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi aydın olar. Göründüyü kimi, toxuculuq Şuşada ən geniş yayılmış və inkişaf etmiş sənət sahələrindən biri idi. Qarabağ xanlığında pambıqçılığın yüksək inkişaf səviyyəsinə çatması burada müxtəlif növ pambıq parçaların istehsah üçün daha əlverişli şərait yaradırdı. XVIII əsrin sonlarında Şuşada və onun ətrafında yerləşən yaşayış məntəqələrində pambıq parça istehsal edən 1000-dək toxucu dəzgahı fəaliyyət göstərirdi. İstehsal edilən pambıq parçalar yerli əhalinin tələbatını ödəməklə yanaşı, Rusiya və İrana da ixrac edilirdi.
Din
[redaktə | mənbəni redaktə et]XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib.[19] Şuşa şəhərində memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var.[19] Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərlərini qeyd etmək olar.[19]
Tanınmış sakinləri
[redaktə | mənbəni redaktə et]Şəhərin tanınmış sakinlərdən şair Mirzə Rəhim Fəna, heykəltaraş Münəvvər Rzayeva, jurnalist Haşım bəy Vəzirov, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, futbol hakimi Eldar Əzimzadə, bəstəkar Süleyman Ələsgərov, dövlət xadimi İskəndər Əliyev, həkim Azad Əmirov, tarzən Məşədi Cəmil Əmirov, mühəndis Teymur bəy Aslanov, Sovet İttifaqı Qəhrəmanı və Azərbaycanın Daxili İşlər Naziri Xəlil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov, müğənni Sürəyya xanım Qacar, hərbçi Azad bəy Vəzirov, dramaturq Süleyman Sani Axundov və digərlərini qeyd etmək olar.
-
Qasım bəy Zakir, Azərbaycan şairi
-
Məhəmməd bəy Aşiq, Azərbaycan şairi
-
Mirzə Məmmədqulu Təbib, Azərbaycan həkimi
-
Mirzə Sadıq Piran, Azərbaycan şairi
-
Xurşidbanu Natəvan, Azərbaycan şairəsi
-
Mir Möhsün Nəvvab, Azərbaycan şairi, rəssam, xəttat və musiqişünas
-
Hacı Hüsü, Azərbaycan muğam xanəndəsi
-
Bülbülcan, Azərbaycan muğam xanəndəsi
-
Fatma xanım Kəminə, Azərbaycan şairəsi
-
Mirzə Sadıq (Sadıqcan), Azərbaycan tarzəni və tarı təkmilləşdirən sənətkar
-
Həsənəli xan Qaradaği, Azərbaycan maarifpərvəri, şair, pedaqoq və ədəbiyyatşünas
-
Kərim bəy Mehmandarov, Azərbaycan həkimi
-
Nəcəf bəy Vəzirov, Azərbaycan yazıçı və dramaturq
-
Mehdiqulu xan Vəfa, Azərbaycan hərbçisi
-
Səfərəli bəy Vəlibəyov, Azərbaycan maarif xadimi
-
Nəcəfqulu bəy Şeyda, Azərbaycan şairi
-
Cabbar Qaryağdıoğlu, Azərbaycan muğam xanəndəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Описание Карабахской провинции, составленное в 1823 году по распоряжению главнокомандующего в Грузии Ермолова. Тбилиси, 1866
- ↑ Əliyev F.M. Şimali Azərbaycan şəhərləri. Bakı, 1960
- ↑ Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани иногородцам. СПб., 1911
- ↑ Садыхова Г. История города Шуши. Баку, 2004
- ↑ İmanov R.C. Azərbaycanın ərazi bütövlüyünə qəsd-qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti. Bakı, 2005
- ↑ 1 2 3 de Vaal, Tomas. Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı. 2008. 342. ISBN 978-9952-25-086-2. (#accessdate_missing_url)
- ↑ Mahmudov Y. Şükürov K. Qarabağ. Real tarix, faktlar və sənədlər. Bakı, 2005
- ↑ 1 2 (rus.) НАСЕЛЕНИЕ НАГОРНОГО КАРАБАХА Arxivləşdirilib 2011-09-16 at the Wayback Machine
- ↑ (rus.) г. Шуша Arxivləşdirilib 2011-06-04 at the Wayback Machine Первая всеобщая перепись населения Российской Империи 1897 г. Демоскоп Weekly
- ↑ (rus.) Caucasian Calendar (Кавказский Календарь), 1917, p. 190
- ↑ (rus.) ШУШИНСКИЙ РАЙОН (1939 г.) Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
- ↑ (rus.) ШУШИНСКИЙ РАЙОН (1959 г.) Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
- ↑ (rus.) ШУШИНСКИЙ РАЙОН (1970 г.) Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
- ↑ (rus.) ШУШИНСКИЙ РАЙОН (1979 г.) Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
- ↑ (rus.) Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine
- ↑ De facto and De Jure Population by Administrative Territorial Distribution and Sex Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine Census in NKR, 2005. THE NATIONAL STATISTICAL SERVICE OF NAGORNO-KARABAKH REPUBLIC
- ↑ "Statistical yearbook of NKR 2003-2009" (PDF). stat-nkr.am. National Statistical Service of Nagorno-Karabakh Republic. səh. 37. 2011-08-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-04-07.
- ↑ Sarukhanyan, Vahe. "Շուշին փորձում է կրկին կրթական կենտրոն դառնալ". Hetq (erməni). 2 June 2015. 15 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2018.
...քաղաքում գրանցված է 4.446 մարդ...
- ↑ 1 2 3 "Qarabağdakı ibadət evləri". modern.az. 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2017.