Şuşa (qəzet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şuşa
Redaktor Vasif Quliyev
Yaranma tarixi 1932
Siyasi mənsubiyyət Bitərəf
Dil Azərbaycan
Səhifə 12
Ünvan Şuşa

ŞuşaAzərbaycan SSR dövründə Şuşada nəşr olunmuş qəzet.[1]

Qəzet 1932-ci ildən "Sosializm maldarçılığı" adı ilə nəşr olunmağa başlamış, rayon partiya komitəsi tərəfindən təsis edilmişdir.[2] Sonrakı illərdə qəzet "Sosialist maldarlığı", "Kolxoz bayrağı", "Şuşa kurortu" adları altında fəaliyyət göstərmişdir. 1930-cu illərində qəzetin səhifələrində bir sıra maraqlı rubrikalar ("Müxbirlərin səsi", "Müxbirlərimiz yazırlar", "Müxbir siqnalları", "Xarici ölkələrdə", "Cəbhədə xəbərlər" və s.) yer almışdır. 1965-ci ildən başlayaraq qəzet "Şuşa" adı ilə nəşr edilmişdir. Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Şuşanın erməni işğalına məruz qalması "Şuşa" qəzetinin fəaliyyətinə təsir etmişdir. Bundan sonra qəzet düz 13 il fəaliyyətini dayandırmışdır. Yalnız 2005-ci ildən başlayaraq "Şuşa" qəzeti fəaliyyətini Bakıda davam etdirməyə başlamışdır.

Qəzetə təxminən 20 nəfər redaktorluq etmişdir. Onlar Camal Ələsgərov, Həsənqulu Abbasov, İkinci Dünya müharibəsi dövründə Hüseyn Kərimov, daha sonra isə Səfər Quliyev, İdris Hacıyev, İdris Məhərrəmov, Əyyub Kazımov, Fərrux Tağıyev, İsrafil Əbilov, Rəfiqə Tağıyeva olmuşlar. 2005-ci ildən bu günədək isə qəzetin redaktoru Vasif Quliyevdir.

Qəzetdə daha çox ədəbiyyatla, incəsənətlə bağlı yazıların dərc olunmasında özünü göstərmişdir. Qəzetdə mədəniyyətlə, ədəbiyyatla, musiqi ilə bağlı yazılara daha çox üstünlük verilmişdir.

"Şuşa" qəzetində müxtəlif Azərbaycan şair və yazıçılarının, o cümlədən Səməd Vurğun, Məmməd Rahim, Cəfər Xəndan, Süleyman Rüstəm, Yusif Vəzir Çəmənzəminli kimi şəxslərin əsərləri vaxtaşırı çap olunmuşdur.

  1. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006
  2. "90 yaşlı "Şuşa" qəzeti". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-02.