Şri-Lanka coğrafiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Şri-Lanka Cənubi Asiya regionuna dail olan və demək olarki Şri-Lanka adasında yerləşən bir dövlətdir. Ölkənin ərazisi onun dəniz əraziləri ilə birlikdə 65 610 km² təşkil edir[1]. Şimaldan cənuba ölkə 445 km, şərqdən qərbə isə 225 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 1340 km təşkil edir.

Şri-Lanka adası həm də Seylon adı ilə tanınır. Ölkə bütünlüklə Hind okeanı ilə əhatələnmişdir. Ada 350 km uzunluğa və 180 km enə malikdir. O Tasmaniyaİrlandiya adalarının ölçüləri böyüklükdədir. Ada Hindustan yarımadasından Manasar körfəziPolk boğazı ilə ayrılır. Polk boğzının eni 50 km təşkil edir.

Adanın təbii ehtiyatları: əhəng daşı, gil, fosforit, qrafit.

Adəm körpüsü adanı nə zamansa materilə birləşdirirdi. Tarixçilərin verdiyi məlumata görə 1481-ci ildə baş vermiş güçlü zəlzələdən sonra ara tamamən dağılmışdır. Ölkə heç bir ölkə ilə quru sərhəddinə malik deyildir.

Relyefinin dioqramması[2]

Şri-Lanka adasının sahilləri demək olar ki, çimərliklərdən ibarətdir. Ərazisinin böyük hissəsi 30-200 metr arasında dəyişir. Düzənlik dalğavari formaya malikdir. Düzənliyin birdən-birə düksəkliyə keçməsi adanın cənub-şərqində müşahidə edilir. Şimal hissədə bu keçid dalğavaridir. Adanın mərkəzi hissəsində Mərkəzi plato yerləşir. Bu plato şimaldan cənuba 65 km məsafədə yerləşir. Bu hissədə hündürlük 1500 metri keçir. Adanın və ölkənin ən hündür nöqtəsi Pidurutalaqaladır (2524 m). Bu zirvə platonun tam mərkəzində qərarlaşır. İkonci ən hündür nöqtə Kiriqalpotta (2395 m) dağıdır. Ancaq bu zirvələrin yüksək olmasına baxmayaraq ın məşhuru Adəm pikidir. Pik 2234 metr yüksəkliyə malikdir. Dağ Pidurutalaqaladan cənub-qərbdə yerləşir. Şərqdə yerləşən növbəti zirvə isə Namunakula (2036 m) zirvəsidir. Şimal hissədə alçaq dağlıq yerləşir ki, onlar arasında dərin dərələr və ucu şiş pikləri müşahidə etmək olar. Bəzi zirvələr 1800 m yüksəkliyə malikdir. Adəm pikindən cənubda belə kifayyət qədər yüksəkliyə malik zirvələr vardır.

İqlimi subekvatorialdır. Mussonların təsirinə məruz qalır: şimal-şərq mussonları oktyabrdan marta, cənub-qərb mussonları isə iyun-oktyabra qədər uzanır. Ən intensiv yağışlar dağların cənub-qərb ətəklərinə may və ya iyundan oktyabra qədər düşür. Bu zaman aylıq yağıntının miqdarı 2 500 mm olur. Dekabrdan marta qədər isə Benqal körfəzi istiqamətdən gələn güçlü küləklər aylıq 1250 mm yağıntı gətirir.

Ada ərazisində ən aşağı temperatur dağlarda 16 °C olaraq qeydə alınmışdır. Ən yüksək temperatur isı şimal-şərq sahillərində qeydə alınır. Burada temperatur 38 °C ola bilir. İllik orta temperatur isə 28 - 30°С arasında dəyişir.

Digər ərazilərə nisbətdə daha yüksək rütubət cənub-qərb ərazilərində və dağlarda müşahidə edilir. Məsələn Kolomboda daim rütubətlilik 70 % keçir. Musson yağışları dönəmində isə 90% olur. Anuradxapurada gündür 60%, noyabr-dekabr ayları isə 80% olur.

  1. "Şri-Lanka". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  2. Darashaw Nosherwan Wadia. "Records of the Department of Mineralogy, Ceylon". 1943.