Şimali Makedoniyada ay adları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Makedoniya ayları (mak. Македонски месеци) — Şimali Makedoniyada və makedon icmalarının yaşadığı digər ölkələrdə rəsmi olaraq istifadə edilən 12 təqvim ayının adları. Ümumlikdə həm latın mənşəli standart beynəlxalq formalar (rəsmi mənbələrdə və kilsə təqvimlərində), həm də bəzi kənd yaşayış məntəqələrində qədim slavyan adları da (onlar müəyyən təbii dövrlərə və ya kənd təsərrüfatı işlərinə əsasən qoyulurdu) istifadə olunur. Adların müasir formaları 19-cu əsrin sonunda istifadə olunmağa başladı və sözlər ilk öncə “-ja” ilə bitirdi (јануарија, февруарија, септемврија, декемврија və s.). Standart normalar makedon dilində təhsilin sayəsində bərqərar olundu.

Hamı tərəfindən qəbul edilmiş adlar

[redaktə | vikimətni redaktə et]
Ay Makedonca adı Qədim slavyanca adı Təsviri
Yanvar Јануари [Yanuari] Коложег [Koljeq] Odun yandırılan ay
Fevral Февруари [Fevruari] Сечко [Seçko] Şaxta ayı
Mart Март [Mart] Цутар [Tsutar] Çiçəkaçma ayı
Aprel Април [April] Тревен [Treven] Ot ayı
May Мај [May] Косар [Kosar] Ot biçmə ayı
İyun Јуни [Yuni] Жетвар [Jetvar] Biçin ayı
İyul Јули [Yuli} Златец [Zlatets] Qızıl ay
Avqust Август [Avqust] Житар [Jitar] Çörək ayı
Sentyabr Септември [Septemvri] Гроздобер [Qrozdober] Üzüm salxımın yığılması ayı
Oktyabr Октомври [Oktomvri] Листопад [Listopad] Yarpaq tökülməsi ayı
Noyabr Ноември [Noyemvri] Студен [Studen] Soyuq ay
Dekabr Декември [Dekemvri] Снежник [Snejnik] Qarlı ay

Müxtəlif rayonlarda xalq adları

[redaktə | vikimətni redaktə et]
  • Gevgeliya şəhərində S. Tanoviç elar arasında istifadə olunan ay adlarında aşağıdakı fərqləri qeyd etdi: may— црешар [tsreşar], iyun — житвар [jitvar], iyul — билјар [bilyar], avqust — прабражденски [prabrajdenski], sentyabr — бугуројчин [buquroyçin] və ya груздобер [qruzdober], oktyabr — митровски [mitrovski] və ya касим [kasım], noyabr — листупад [listupad], dekabr — гулемијут месиц [qulemuyım mesits] və ya бужикјов [bujikyov].[1]
  • Pirava, Valadnovo kəndlərində növbəti adlar istifadə olunur: коложег [kolojeq] — yanvar, сечко [seçko] — fevral, летник [letnik] — mart, тревен [treven] — aprel, цутник [tsutnik] — may, црвеник [tsrevnik] — iyun, горешник [qoreşnik] — iyun, гумнар [qumnar] — avqust, гроздобер [qrozdober]— sentyabr, листокап [listokap] — oktyabr, снежен [snejen] — noyabr, студен [studen] — dekabr.[2]
  • Boşaviya rayonlarında, Kojuf dağının ətəyində kavadarlar ayları fərqli adlandırırlar. Belə ki, onlar noyabr ayına алистоп [alistop] deyirlər, dekabra isə андреја [andreja] deyirlər, çünki makedon eli arasında yayılmış deyimə görə, Həvari Andreyin anım günü ərəfəsində həmişə qar yağır. Yanvar ayı ən pis və ən soyuq qış ayı hesab olunduğundan коложег [kolojeq] adlanır, ona görə də keçmişdə bu ayda yandırıb istilənmək üçün odun doğrayırdılar.
  • Qolo-Brdo (Albaniya) yaşayış məntəqəsində yanvar "kolojek" və "kolotsek", iyun "çereşnar" və ya "tsreşnar", iyul "jetvar", noyabr "dorvar" və "drvar", dekabr "yödre" adlanır.[3]

Xristian bayramları ilə müvafiqlik

[redaktə | vikimətni redaktə et]

Etnoloqlar və antropoloqlar Makedoniya xalq mədəniyyətində hər ay müddətinin makedon dilində "menitsi" və ya "sinori" adlandırılan bəzi kilsə və ya xalq bayramlarına görə təyin oluna biləcəyini təsbit etdilər. Makedoniya xalq təqvimində aylar bu cür bölünmüşdür:

Bu traktovkada il 13 aydan ibarətdir (fevral iki ayla əvəz olunub), bu da ona işarədir ki, keçmişdə makedoniyalılar ay təqvimindən istifadə edirdilər.

  1. Ристески С. Љупчо. „Категориите простор и време во народната култура на Македонците“. „Матица“, Скопје, 2005. стр.355
  2. Ристески С. Љупчо. „Категориите простор и време во народната култура на Македонците“. „Матица“, Скопје, 2005. стр.356.
  3. Будимовски К. Драгослав. „Македонците во Албанија“. „Студентски збор“, Скопје, 1980. стр.121.
  4. Запис од теренските истражувања во Порече на полскиот етноантрополог Јозеф Обрембски во книгата на Ристески С. Љупчо. „Категориите простор и време во народната култура на Македонците“. „Матица“, Скопје, 2005. стр.359.
  5. Ристески С. Љупчо. „Категориите простор и време во народната култура на Македонците“. „Матица“, Скопје, 2005. стр.360.