40°59′11″ şm. e. 45°37′00″ ş. u.HGYO

Şiş Quzey mağarası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şiş Quzey mağarası
Ümumi məlumatlar
Kəşf tarixi 1965
Dövrü Paleolit
Yerləşməsi
40°59′11″ şm. e. 45°37′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Şiş Quzey mağarası xəritədə
Şiş Quzey mağarası
Şiş Quzey mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şiş Quzeypaleolit dövrünə aid olan Tovuz şəhərindən qərbdə yerləşən mağara. Mağara 1965-ci ildə М. М. Mansurovun rəhbərliyi ilə təşkil edilən arxeoloji ekspedisiya zamanı (1962-1965) aşkarlanmışdır. Tapıntılar Aşel mədəniyyəti dövrünə aid edilir. Tapıntılar sahəsi 60×20 m ərazini əhatə edir. Ümumilikdə isə burada 1075 tapıntı aşkarlanmışdır ki, onlarında 146 ədədi əmək alətləri idi.

Burada o dövrün əhalisi mergeldən əmək aləti kimi yararlanırdılar. Yaşayış məntəqəsi qayanın başında yerləşirdi. Paleolit dövrünə aid tapıntılar 80 m uzunluğa malik terrasda yayılmışdır. N. Şirinova görə terraslat Xəzər epoxasını əhatə edir.

  • Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6). — Bakı: Şərq-Qərb, 2008. — Т. 1. — 448 s. — ISBN 979-9952-448-38-2.