Şeyx Səduq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şeyx Səduq
Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi
Doğum adı ابوجعفر محمد بن علی بن حسین بن موسی بن بابویه قمی
Doğum tarixi 918[1]
Doğum yeri Qum, Sacilər dövləti
Vəfat tarixi 991[2]
Vəfat yeri Rey, Qəznəvilər dövləti
Elm sahəsi İslam
Tanınmış yetirmələri Şeyx Müfid, Şərif Rəzi, Seyid Mürtəza Ələmül-hüda
Tanınır Şeyx Səduq, İbn Bəbaveyhi əl-Qummi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şeyx Səduqun "Kəmalu'd-din və Tamamu'n-Nimə" əsərinin əlyazmasından bir səhifə

Şeyx Səduq (fars. شیخ صدوق‎) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; d.  M. 923, H. Q. 306, Qum — ö.  M. 991, H. Q. 381, Rey, Qəznəvilər dövləti). Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır — IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi.

Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H. Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur.[3]

Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atasından almışdır. Bir sıra elmləri atasından mənimsədikdən sonra təhsilini davam etdirmək üçün çoxsaylı səfərlər etmişdir. Hədis toplamaq üçün Bəlx, Buxara, Kufə, Bağdad (M. 966/967), Məkkə, Mədinə və b. şəhərlərə səfər etmişdir.

Şeyx Səduqun müəllimləri çoxdur. Şeyx Əbdül Rabbani Şirazi bunlardan bəzilərinin adlarını qeyd edib :

  • atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi
  • Şeyx Kuleyni
  • Şeyx İbrahim ibn Cəfər ibn Əhməd Həmədani
  • Şeyx Məhəmməd ibn İdris
  • Vəlid Məhəmməd ibn Həsən Qumi
  • Əhməd ibn Əli ibn İbrahim Qumi
  • Əli ibn Məhəmməd Qəzvini
  • Cəfər ibn Məhəmməd bin Şazan
  • Cəfər ibn Məhəmməd bin Quluyəh Qumi
  • Əli ibn Əhməd ibn Mehryar
  • Əbül Həsən Xəluti
  • Əbu Cəfər Məhəmməd ibn Əli ibn Əsvəd
  • Həbib ibn Hüseyn Kufi Təğləbi
  • Hüseyn ibn Məhəmməd ibn Ömər
  • Şeyx Səəd ibn Abdullah əl-Əş'arî
  • Hüseyn ibn Musa Kəluzəni
  • Şeyx Müfid
  • qardaşı, Hüseyn ibn Əli ibn Musa ibn Bəbaveyhi Qumi
  • qardaşı oğlu, Şeyx Həsən ibn Hüseyn ibn Əli ibn Musa ibn Bəbaveyhi
  • Harun ibn Musa Tələkbəri
  • Hüseyn ibn Abdullah Qəzairi
  • Həsən ibn Məhəmməd Qumi
  • Əli ibn Əhməd ibn Abbas Nəccaşi
  • Zəkəriyya Məhəmməd bin Süleyman Əbu Həmrani
  • Seyid Mürtəza

Dini fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

300-ə yaxın kitabın müəllifidir.[4] Şiə rical alimi Şeyx Nəccaşi "ər-Rical" kitabında 189 kitabın adını çəkmişdir.[5]

  1. Mən lə Yəhdurul-Fəqih
  2. Kəmaluddin və Tamamun-Nimə
  3. Əmali
  4. Sıfatuş-Şiə
  5. Əl-Xisal
  6. İləluş-Şərayi[6]
  7. Tovhid
  8. Uyunu Əxbər
  9. Məaniul-Əxbər
  10. Vilayəti-Əli (ə)
  11. Mərifət
  12. Uyunu Əxbarir-Rza (ə)
  13. Əl-Taqiyyə
  14. Əl-Tarix
  15. Əl-Məvaiz və'l-Hikəm
  16. Səvabul-Əmal və İqabul-Əmal[7]
  17. Muris
  18. Merac
  19. Sələt
  20. Cənazə
  21. Əl-İmamət vəl-Təbsirət minəl-Heyrət
  22. İmla
  23. Nuədir kitabul-Muntaq
  24. Əxvəni
  25. Ən-Nisəu vəl-Vidən
  26. Alləl-Aşərəə
  27. Təfsir
  28. Nikah
  29. Mənasik əl-Həcc
  30. Qərubəl-İsnəd
  31. Təslim
  32. Tibb
  33. Risalətəl-Karr vəl-Farr

Şeyx Səduqun "əl-Xisal" əsəri Müşfiq Mehdibəyli və Mikayıl Əlizadə tərəfindən tərcümə edilərək "Xislətlər" adı ilə 2013-cü ildə "Qədim Qala" nəşriyyatı tərəfindən nəşr edilib.[8]

Şeyx Səduqun "Uyunu əxbar ər-Rza" əsəri Hilal Ağamoğlanov tərəfindən tərcümə edilərək "İmam Rzanın (ə.s.) hədis çeşməsi" adı ilə 2013-cü ildə "Elm və Təhsil" nəşriyyatı tərəfindən nəşr edilib.[9]

Haqqında deyilənlər

[redaktə | mənbəni redaktə et]

"Ey mənim şeyxim, (Şeyx Səduqun atası: Əli ibn Hüseyn) etimad etdiyim və fəqihim…! Allah-taala səni Özünü razı olduğu işlərə müvəffəq etsin və sənin nəslində saleh övladlar qərar versin… Səni səbirə və Fərəcin (12-ci imamın) intizarına dəvət edirəm!… Elə isə səbir et və bütün şiələrimi də səbir etməyə çağır!…"[10][11][12][13][14]

"… Şeyx Səduqun atası (Əli bin Hüseyn) öz əmisi qızı ilə ailə həyatı qurmuşdu. Amma qocalmasına və bu məktubdan illər ötməsinə baxmayaraq övladı olmurdu. Bir gün onun yolu Bağdad şəhərinə düşdü. Bu zaman İmam Zamanın (ə) 3-cü naibi Şeyx Əbul Qasim Hüseyn bin Ruh Bağdadda idi. Əli bin Hüseyn onunla görüşdükdən sonra İmam Zamana (ə) məktub yazır və məktubda İmamdan (ə.c) istəyir ki, İmam onun üçün övlad duası etsin. Və məktubu 3-cü naibdən İmamın (ə.c) hüzuruna göndərir. Bir müddətdən sonra İmamdan (ə.c) belə bir cavab məktubu gəlir:

"… Allah-taala tezlikə sənə Deyləmli qızından iki xeyirli, əməli-saleh və fəqih (alim) oğlan bəxş edəcəkdir…". Bu duadan sonra Əli bin Hüseyn iki və onlardan sonra da bir oğlana sahib oldu (Məhəmməd – Həsən – Hüseyn) ki, hər üçü alim və zahid idilər. Belə ki, Məhəmməd (Səduq) hədis əzbərləməkdə öz zamanında misilsiz idi. Və həmişə iftixar edir və deyirdi ki, mən İmam Zamanın duası ilə dünyaya gəlmişəm!"[15][16][17][18]

" Səduq alicənab, hədislərə əzbər və rical elminə yiyələnmiş bir insan idi. Qum alimləri arasında elmi baxımdan ondan üstünü yoxdur. Şeyx Səduqun əsərlərinin sayı olduqca çoxdur."[19]

" Səduq bizim fəqihimiz idi. O (h.q.-red) 355-ci ildə Bağdada səfər etdi. Bağdad böyükləri onun elmindən faydalandılar."

"Şeyx Əbu Cəfər Məhəmməd ibn Əli ibn Babivəyh elə bir şəxsdir ki, onun elmi və düzgünlüyü hamı tərəfindən qəbul olunur…"

" Səduq hədisçilərin rəisi, dinin əsaslarını dirildən, fəzilətlər və kəramətlər sahibi idi. O və qardaşı imam Əsgəriimam Mehdinin duaları ilə dünyaya gəliblər."[20]

" Məhəmmməd ibn Əli üç yüzdən çox kitab yazıb. İslam alimləri arasında onun misli yoxdur."

" Şeyx Səduq adı ilə tanınmış Məhəmməd ibn Əli Qum alimləri arasında misilsizdir."[21]

" Həzrət Höccət onun barəsində belə deyib: Pak Allah onun vasitəsilə xalqa fayda verəcəkdir."

  1. إبن بابويه القمي، محمد بن علي، // https://librarycatalog.usj.edu.lb/cgi-bin/koha/opac-authoritiesdetail.pl?authid=343394.
  2. Али-заде А. Шейх Садук (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  3. "Kərim Uçar, "Şiə alimlərinin bioqrafiyası", Berlin-2007, 1. cild, Şeyx Səduq (r.ə.) (türkcə)". 2016-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-04.
  4. "əl-Əlam", c. 6, səh. 264
  5. Şeyx Nəccaşi, "ər-Rical"
  6. علل الشرائع - ج1ج2 Arxivləşdirilib 2013-08-13 at the Wayback Machine  (ərəb.)
  7. "Dəyərli "Səvabul-əmal və iqabul-əmal" kitabı artıq satışda - Annotasiya" (az.)). islamazeri.az. 2017-03-08. 2017-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-06.
  8. Şeyx Səduq, Xisal, Bakı, "Qədim Qala" Nəşriyyat evi, 2013, 208 səh., ISBN 978-9952-8190-5-2
  9. Şeyx Səduq ibn Babuveyh, İmam Rzanın (ə.s.) hədis çeşməsi, Bakı, "Elm və təhsil", 2013, 327 səh., ISBN 978-9952-8024-1-2
  10. Muhəddis Nuri, "Xatəmətul Mustədrək", c. 3, səh. 277
  11. Mirzayi Nuri, "Ğənaimul Əyyam", c. 1, səh. 30
  12. Şuştəri, "Məcalisul Muminin", c. 1, səh. 453
  13. Şeyx Abbas Qumi, "Tətimmətul Muntəha", səh. 402
  14. Seyid Həsən Sədr, "Təsisuş Şiə", səh. 331
  15. Şeyx Tusi, "Əl-Ğeybə", səh. 308–320
  16. Şeyx Səduq, "Kəmalud-Din", c. 2, səh. 502/ bab: 45
  17. Ravəndi, "Əl-Xəraic, c. 2, səh. 706
  18. Təbərsi, "Əlamul-Vura", səh. 451
  19. Şeyx Tusi, "əl Fihrist", Məşhəd, (H. Ş.) 1351, səh. 303
  20. Şeyx Əsədullah Şuştəri, "Məqabis əl-Ənvar"
  21. Xeyrəddin Zərkəli, "Əl-Əlam"
  • Kərim Uçar, "Şiə alimlərinin bioqrafiyası", Berlin-2007, 1. cild,
  • "Şeyx Səduq" (az.). haqqyolu.com. 2009-04-14. 2015-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  • Əliyev, Şeyx Rza. "Şeyx Səduq (r.ə)". Telegraph. 2024-07-13. İstifadə tarixi: 2024-08-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]