Şeremetyevlər
Şeremetyevlər | |
---|---|
Titul | Boyar |
Əcdadı | Andrey Kobıla |
Mənşəyi | Kazan |
Təbəəliyi | Qazan xanlığı, Rusiya imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Şeremetyevlər—Rusiya xalqının tanınmış soylarından biri.
Soyun yaranması
[redaktə | mənbəni redaktə et]Rusiyanın mşşhur familiyalarından biri Şeremetyevlərin tarixi Aleksandr Nevskinin silahdaşı Kobıla (at) ləqəbli Andreydən başlayır. Andrey Kobılanın (Kobıla türkcə at cinsi adıdır) 5-ci övladı (nəvəsinin nəvəsi) Andrey Şeremet və onun qardaşı Simeon Yıpança məlumdur (XIV əsr). Həmin Şeremetdən Şeremetyevlərin boyar nəsli başlayır.
Rusiya tarixində Kazanın alınmasında Volqaboyu tatarlarının üsyanının yatırılmasında, Livon müharibəsində rəşadət göstərdikləri qeyd olunur. Övliya Çələbi Kırıma səyahət edərkən Şeremetyevdən, onun kazak-rus gücləriylə Kırıma hücumundan və tatarlara əsir düşməsindən danışır.
Şeremetyevlərin I Pyotr epoxasından başlayan dövrü daha məzmunlu və daha parlaqdır. Artıq ailə Rusiya tarixində xeyriyyəçi, mesenat adamlar kimi məşhurlaşırlar. Bu nəsildən teatr həvəslisi, kolleksioner, muzey yaradıcısı, xor və orkestr təşkilatçısı, naşir, yazıçı çıxır. Şeremetyevlərdən rus tarixi tədqiqçisi, Arxeoloji komissiya yaradıcısı kimi adamlar yetişir. Var-dövlətlə yanaşı bu kimi xeyirxah işlərə qoşulurlar.
Şeremetyevlərlə Koliçevlər və Yapançalar eyni türk ocağının odunun zərrələridir. Hər üçünün nəsil gerbi eynidir. Bu gerbdə gümüşü aypara üstündə bunçuq, çarpazlaşmış ox və qılınc kimi şərq elementləri həkk olunmuşdur. Azacıq dəyişikliklə Şeremetyevlərin digər qolu məşhur Suxovo-Kobılinlər və Yakovlevlərin gerbi də eyni atributları saxlamışdır.
Adın anlamı
[redaktə | mənbəni redaktə et]Şeremet türkcə həm də dəlisov at "Şermetli at" mənasını verir. Şeremetyevlərin ulu babasının Kobıla (at) adı daşımasını da nəzərdə saxlamaq lazımdır. Şeremet qədim bulqar nəslindən olan müasir çuvaş dilində "yazıq, peşman , xəcalətli" deməkdir. Lakin bu söz fars dilində "şərməndə" – "peşman " sözü ilə bağlı olduğu üçün bu izahat müvafiq görünmür.
N.Baskakovun göstərdiyinə görə Şeremet adı (onlar öz familiyalarını əvvəl elə beləcə rus dili şəkilçisi qoşulmadan işlədirlər) Şir Muxammet adından götürülmüşdü. Şir Muxammet adı eynilə türk əsilli rus soyadı olan Baxmetov (Bay Muxammet) qəlibilə yaranmışdır.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Moskva və Moskvaaltı ərazilər Şeremetyevlərlə bağlı yadigar adları hələ də öz sinəsində saxlamaqdadır. Arbat küçəsində Şeremetyev sarayı, Şeremetyev kəndi və onunla adlanan hava limanı, Şeremetyevlərin xalq üçün açdığı xəstəxana (indi Sklifasovski Təcili Yardım İnstitutu), Marina Roşa kəndi, ailə beşiyi Kuskovo sarayı, Ostankino kəndi və saray-malikanə. İndi bu yerlər dövlət muzeyinə çevrilmişdir.
Qraf Şeremetyevlərin Ostankinoda gözəl bağında (140 hektarlıq) oranjereyaları, pavilyonları, dekorativ və meyvə ağacları, gülüstanlıqları dillər əzbəri idi. Burada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (BDNX) yaradıldı. 1939-cu ildən bu sərgi fəaliyyətdədir.
İndi Moskvada Dzerjinski adına Ġstirahət və Mədəniyyət parkı vaxtilə Şeremetyevlərin "Mənzərə Parkı" (Peyzajnıy park) idi. 1793-95-də arxitektor Mironov və Arqunovun iştirakı ilə salınmışdı.
Soyun məşhur nümayəndələri
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Баскаков Н.А. Русские фамилии тюркского происхождения, Баку, Язычы, 1992.
- Minaxanım Təkləli, Türk əsilli ruslar, Bakı, Nurlar, 2010, II nəşr.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- История рода Шереметевых в Горбатовском уезде Arxivləşdirilib 2009-07-05 at the Wayback Machine