Şaziyə Ərdoğan
Şaziyə Ərdoğan | |
---|---|
türk. Şaziye Okur | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 23 fevral 1992[1] (32 yaş) |
Doğum yeri | |
Boyu | 153 sm |
Çəkisi | 45 kq |
İdman növü | ağır atletika |
Vikianbarda əlaqəli mediafayllar |
Şaziyə Ərdoğan Okur (23 fevral 1992[1], Ankara[1]) — qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli ağır atlet. O, gənclər kateqoriyasında 44 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla qaldırmada 92 kq və ümumi 169 kq nəticə ilə hazırkı dünya rekorduna sahibdir.[2]
Karyerası
[redaktə | mənbəni redaktə et]O, Ankarada, atası inşaat işçisi olan kasıb bir ailədə anadan olub. O, hələ 11 yaşında ikən Ankaranın Keçiören ibtidai məktəbində ağır atletika ilə məşğul olmağa başlayıb.[3]
2009-cu il iyulun 28-də İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında o, birdən qaldırmada 79,0 kq, təkanla qaldırmada 97,0, ümumilikdə isə 172,0, sonra isə 176,0 kq-ı qaldıraraq yeniyetmələr arasında dörd Avropa rekordu qırıb.[4][5]
Onu Tələt Ünlü, Mustafa Doğan, Erkan Kayır və Nurcihan Gönül hazırlayıb.[3]
2013-cü ildə Okur anabolik steroid Stanozolol istifadə etdiyinə görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 2 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb.[6]
2021-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağır atletika üzrə dünya çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində bürünc medal qazanıb.[7][8]
2022-ci ildə Albaniyanın Tiran şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb.[9][10] O, Əlcəzairin Oran şəhərində keçirilən 2022 Aralıq dənizi Oyunlarında qadınlar arasında 49 kq çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma yarışlarında bürünc medal qazanıb.[11]
Əsas nəticələr
[redaktə | mənbəni redaktə et]İl | Məkan | Çəki | Birdən (kq) | Təkanla (kq) | Ümumi | Sıra | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | 2 | 3 | Sıra | 1 | 2 | 3 | Rank | |||||
Dünya çempionatları | ||||||||||||
2019 | Tailand Pattaya | 45 kg | 73 | 75 | 77 | 90 | 92 | 169 | ||||
2021 | Özbəkistan Daşkənd | 45 kg | 74 | 76 | 93 | 169 | ||||||
Avropa çempionatları | ||||||||||||
2019 | Gürcüstan Batumi | 45 kg | 70 | 73 | 75 | 88 | 163 | |||||
2022 | Albaniya Tirana | 45 kg | 71 | 73 | 88 | 90 | - | 163 | ||||
Aralıq dənizi Oyunları | ||||||||||||
2018 | İspaniya Tarraqona | 48 kg | 74 | 78 | 93 | 96 | 174 | 1 | ||||
2022 | Əlcəzair Vəhran | 49 kg | 73 | 75 | 92 | 95 | 170 | 3 | ||||
İslam Həmrəyliyi Oyunları | ||||||||||||
2017 | Azərbaycan Bakı | 48 kg | 70 | 74 | 90 | 93 | 166 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 https://www.olimpiyatkomitesi.org.tr/Sporcu-Detay/9801.
- ↑ "Youth Women's World Records" (PDF). IWF World Championships Wrocław 2013. İstifadə tarixi: 20 October 2013.[ölü keçid]
- ↑ 1 2 "Hedefi altın madalya". Hürr,yet Spor (Turkish). 10 April 2010. 15 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2010.
- ↑ "European Junior Weightlifting Campioships Landskrona, Sweden-Results" (PDF). tyngdlyftning. 17 July 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 April 2010.
- ↑ "Şaziye Okur'dan 4 rekor" (Turkish). GS Cimbom. 29 July 2009. 11 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2010.
- ↑ "Sanctioned athletes". 27 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 April 2014.
- ↑ Oliver, Brian. "Thailand take two golds on return to weightlifting's World Championships". InsideTheGames.biz. 8 December 2021. 27 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2021.
- ↑ "2021 World Weightlifting Championships Results Book" (PDF). International Weightlifting Federation. 17 December 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 December 2021.
- ↑ "Şaziye Erdoğan, Avrupa şampiyonu". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-13.
- ↑ Oliver, Brian. "Bulgaria back in style with two golds at European Weightlifting Championships". InsideTheGames.biz. 29 May 2022. 3 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2022.
- ↑ "Weightlifting Results Book" (PDF). 2022 Mediterranean Games. 5 July 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 July 2022.