Şarlottanın toru
"Şarlottanın toru" (ing. Charlotte's Web) — ABŞ yazıçısı Elvin Bruks Uaytın uşaqlar üçün yazdığı və ilk dəfə 1952-ci ildə işıq üzü görən kitab.
Kitabı qəhrəmanı Fern adlı qızın ölümdən xilas etdiyi Uilbur adlı xotuxdur. Xotux bir tövləyə düşür və buradakı heyvanlar ona ömrünün sonuna az qaldığını söyləyirlər. Amma Şarlotta adlı hörümçək öz toruna sözlər hörür və bu sözlərlə fermeri xotuxun yaşamaq haqqı qazandığına inandırmağa çalışır.
"Şarlottanın toru" tənqidçilər tərəfindən rəğbətlə qarşılanmışdır. Xüsusilə kitaba New York Times-da resenziya yazan Yudora Uelti bunları qeyd edirdi: "Bu əsər ideal hazırlanıb və bu az qala sehirli bir yolla edilib".[1]
Ekranlaşdırma
[redaktə | mənbəni redaktə et]Əsərin motivləri əsasında aşağıdakı bədii və cizgi filmləri çəkilib:
- Şarlottanın toru (1973)
- Şarlottanın toru 2: Uilburun möhtəşəm sərgüzəşti (2003)
- Şarlottanın toru (2006)
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Hörümçək Şarlottanın tam adı Şarlotta A.-dır. Bu ad ABŞ-də geniş yayılan və layınca adı Araneus cavaticus olan, eləcə də "dərz hörümçəyi" adlandırılan hörümçəyin adından götürülüb.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.nytimes.com/books/98/11/22/specials/welty-charlotte.html Arxivləşdirilib 2009-04-25 at the Wayback Machine New York Times, October 19, 1952