Şahzadə Səlim (III Mehmedin oğlu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şahzadə Səlim
Şəxsi məlumatlar
Doğum tarixi fevral 1585
Doğum yeri
Vəfat tarixi 20 aprel 1597(1597-04-20) (12 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Skarlatina
Dəfn yeri
Atası III Mehmed
Anası Handan Sultan

Şahzadə Səlim (fevral 1585, Manisa, Osmanlı imperiyası20 aprel 1597, İstanbul, Osmanlı imperiyası) — 13-cü Osmanlı sultanı III Mehmedin ilk oğlu.[1]

Şahzadə Səlim 1585-ci ildə Manisada dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Muradın oğlu və o illərdə Saruhan sancaqbəyi olan Şahzadə Mehmed, anası isə Handan Sultandır[1]. Onunla eyni ərəfələrdə babası Sultan Muradın da iki əkiz oğlu dünyaya gəlmiş (Şahzadə Cahangir və Şahzadə Süleyman), bu səbəblə doğumu şənliklərlə qeyd olunmuşdur. Uşaqlıq illəri Manisada keçən Şahzadə Səlim atasının 16 yanvar 1595-ci ildə taxta çıxmasıyla paytaxt İstanbula gətirildi və sultanın ən böyük oğlu kimi taxtın varisi olaraq görülməyə başlandı.

Ancaq tutulduğu qızılazar xəstəliyi səbəbilə 20 aprel 1597-ci ildə hələ 12 yaşında ikən İstanbulda vəfat etdi. Atasının da iştirak etdiyi cənazə mərasiminin ardından Ayasofiyadakı Sultan Səlim türbəsinə dəfn olundu.

  1. 1 2 Table XXXIII. MEHMED III (page 206). A.D.Alderson "The Structure of the Ottoman Dynasty". Oxford 1956