Şahzadə Nukata
Şahzadə Nukata | |
---|---|
yap. 額田王 | |
Doğum tarixi | təq. 630 |
Vəfat tarixi | təq. 690 |
Fəaliyyəti | şair, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Şahzadə Nukata[a] (額田王?, təq. 630 – təq. 690) və ya Nukata no Okimi[b] – Asuka dövründə yaşamış Yaponiya şairəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şahzadə Kaqaminin qızı və İmperator Tenmunun həyat yoldaşı olmuşdur. Yamato əyalətində yerləşən Nukata kəndində doğulduğu[3] və Fucivara no Kamatarinin həyat yoldaşının bacısı olduğu güman olunur.[2] Ana tərəfdən ailəsi İzumo qrupunun üzvü olmuş güclü bir klana mənsub olmuşdur. Ailəsi miflər və şifahi ənənələrlə zəngin olduğu üçün sarayda ədəbi bacarıqlarına görə fərqlənmişdir.[3]
Əvvəlcə Şahzadə Oama (gələcək imperator Tenmu) ilə evlənsə də, təxminən 658-ci ildə Şahzadə Naka no Oe (gələcək imperator Tenci) ilə evlənmişdir. Heç vaxt rəsmi saray imperatriçası statusu daşımamasının səbəbi yüksək rütbəli şinto rahibəsi olması ilə əlaqələndirilir. İmperator Tenmu üçün bir qız doğmuşdur. Ömrünün sonlarına qədər əhəmiyyətli şəxs kimi qalmış, imperatorluq ailəsi ilə poeziya mübadiləsində olmuşdur.[3]
Şeirləri
[redaktə | mənbəni redaktə et]Şahzadə Nukata dövrünün ən görkəmli qadın şairi hesab olunur. O, şifahi ədəbiyyatın ibtidai mühiti ilə inkişaf etmiş ədəbi cəmiyyət arasındakı keçiddə vacib rol oynamışdır.[3] Müasir dövrə qədər gəlib çatmış şeirləri azdır: 3 çoka və 9 tankadan ibarət 12 şeiri "Manyoşu" antologiyasında qorunub saxlanmışdır.[2] Bəzi şeirləri həmin antologiyanın ən vacib şeirləri hesab olunur. Ən məşhur şeiri baharla payızın zidd gözəlliklərindən bəhs edən bir çokadır. Yaradıcılığında Çin poeziyasının təsiri olmuşdur.[3]
Qeydlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1095. İstifadə tarixi: 1 iyun 2024.
- Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 45. ISBN 0-87011-626-6. İstifadə tarixi: 1 iyun 2024.
- Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. səh. 729. ISBN 9780674017535. İstifadə tarixi: 1 iyun 2024.