76°30′00″ şm. e. 113°30′00″ q. u.HGYO

Şahzadə-Patrik adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şahzadə Patrik adası
ing. Prince Patrick Island
Ümumi məlumatlar
Sahəsi 15 848 km²
Uzunluğu
  • 240 km
Eni 80 km
Hündür nöqtəsi 227 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
76°30′00″ şm. e. 113°30′00″ q. u.HGYO
Ölkə  Kanada
Vilayət
Akvatoriya
Şahzadə Patrik adası xəritədə
Şahzadə Patrik adası
Şahzadə Patrik adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadə Patrik (ing. Prince Patrick Island) — ada Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxildir. İnzibati cəhətdən Şimal-Qərb ərazilərinə daxildir. Adada yaşayış yoxdur (2012).

Şahzadə Patrik adasının xəritəsi
Şahzadə Patrik adasının kosmosdan çəkilmiş şəkili

Sahəsi 15 848 km² təşkil edir. Bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 55-ci, Kanadada isə 14-cü yeri tutur. İl boyu qar və buzla örtülü olur və Kanadanın əlçatmaz yerlərindəndir. Ən hündür yeri 227 m, sahil xətdinin uzunluğu 1672 km təşkil edir. Ada seysmik cəhətdən aktiv ərazidə yerləşir[1].

Şahzadə Patrik adası ilk dəfə 1853-ci ildə araşdırılır. Ada general qubernator Şahzadə Artur Vilhelm Partikin şərəfinə adlandırılıb

Adada Mauld Bey (Mould Bay) metroloji stansiyası (H.A.W.S.) 1948-ci ildə Kanada və ABŞ hərbi qüvvələrinin köməyi sayəsində fəaliyyətə başlayır. Stansiyada 10-40 arası insan çalışırdı 1997-ci ildə maliyyə çatışmamazlığı səbəbindən fəaliyyəti dayandırılır və avtomatik stasiya ilə əvəzlənir. Tikili hələ də mövcudluğu saxlayır.

  1. "Atlas Canada". 2013-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-08.