Şahmat960
Fişer Təsadüfü Şahmatı (Fischerandom), yaxud Şahmat960 —19 yanvar 1996-cı il tarixində Argentinada açıq elan edilən köhnə dünya şahmat çempionu Bobby Fischer tərəfindən ixtira edilmişdir. Standart şahmatdakı kimi eyni lövhə və fiqurla istifadə edilir, lakin fiqurların təsadüfü yerləşdirilməsi açılışları yadda saxlaya bilməyən oyunçular üçün öz yaradıcılığını və qabiliyyətini göstərmək üçün mühüm perspektivdir. 2008-ci ildə FİDE Şahmat qanunlarına Şahmat960nı əlavə etdi.
Quruluşu
[redaktə | mənbəni redaktə et]Oyundan əvvəl, müəyyən bir tələblərə əsasən, başlanğıc mövqeyi təsadüfi olaraq təyin olunur və qurulur. Qala-qurma üçün müxtəlif mümkün başlanğıc mövqelərindən qalma istisna olmaqla hər şey standart şahmatla eynidir.
Başlanğıc Vəziyyətdəki Tələblər
[redaktə | mənbəni redaktə et]Ağların fiqurları(piyadalar istisna olmaqla) 2 məhdudiyyətlə ilk sırada yerləşdirilir. Məhdudiyyətlər aşağıdakılardır :
- Fillər əks rəngli damalarda yerləşdirilməlidir (yəni oyunçunun 2 ədəd ağ fili və ya 2 ədəd qara fili ola bilməz)
- Şah mütləq Topların arasında yerləşdirilməlidir.
Qara fiqurlar da Ağlara güzgü effekti ilə eyni istiqamətdə yerləşdirilir, məsələn Ağların Şahı f1-dədirsə Qaraların Şahı f8-də olmalıdır.
Nə üçün 960?
[redaktə | mənbəni redaktə et]Hər Fil 4 damadan birində ola bilər; 2 Filin qurulması vacib olduğundan Vəzir isə 6 mümkün damada ola bilər; Nəticədə 2 At növəbə ilə 4 və 5 damada ola bilər; Qala-qurma üçün isə mümkün 3 dama boş qalır. Bunlara əsaslanaraq mümkün başlanğıc mövqeləri 4×4×6×5×4 = 1920 qədər ola bilər. Lakin 2 Atın xarakteristikası eyni olduğundan bir birinin yerində ola bilərlə yəni 1920÷2 = 960-dır. Yəni yuxarıda göstərilən qaydalara əsasən şahmat fiqurları maksimum 960 cür düzülə bilər. Ona görə də Fişer bu şahmatı belə adlandırmışdır.
Qala-qurma
[redaktə | mənbəni redaktə et]Standart şahmat qanunlarına görə hər oyunçu 1 dəfə qala qura bilərlər. Şahmat960-da qala qurduqdan sonra Top və Şahın mövqeyi Standart şahmata uyğun yerləşdirilir. Yəni Əgər Ağ Şah kiçik qala qurursa hər zaman Şah və Topun mövqeyindən asılı olmayaraq Şah hər zaman g1-də top isə f1-də olur. Ağ şah uzun qala qurursa Şah hər zaman c1-də top isə d1-də olur. Qala-qurma aşağıdakı zaman yerinə yetirilə bilmir :
- Şah və Top heç bir zaman yerini dəyişməməlidir.
- Rəqib Şah verməməlidir.
- Şah və qalaqurulan Topun arasında heç bir fiqur olmamalıdır və həmin mövqeləri rəqib vurmamalıdır.
Qeyd: Oyunçu standart şahmatda olduğu kimi qala qurarkən birinci Şaha toxunmalıdır və ya "Mən qala qururam " deməlidir, əks halda rəqibin etiraz etməsiylə qalaqurma başveməyə bilər
Fərziyyələr
[redaktə | mənbəni redaktə et]Şahmat960-da yeni açılışlar daima əlavə edilməkdədir, amma əsas prinsiplər hələ də tətbiq olunur: Şahın qorunması, orta mövqedəki idarəni ələ almaq, zəif fiqurların birinci oyuna daxil edilməsi, müdafiəsiz fiyadaların qorunması və s. Şahmat960 oyunun başlanğıcında ola bilərki müdafiəsiz piyadalar çox olsun. Standart şahmatda rəqibə hücum üçün minimum 3 gediş lazımdır. Amma Şahmat960-da bu gediş 2-dir. Məşhur Stokfiş proqramı bu oyunda Ağların üstünlüyünü orta hesabla " 0.1 ilə 0.5 piyada " ilə görürsə də bu standart şahmatda "0.2 piyada"-dır. Ona görə də oyunçuların yarışlarda oynayarkən bu oyunu ağlarda və qaralarda olmaqla 2 dəfə oynaması məsləhət görülür.
Tarixi
[redaktə | mənbəni redaktə et]1992-ci ildə Robert Fişer Bobi Spaski ilə oyundan qayıtdıqdan sonra Şahmat960 oyununu təkmilləşdirməyə başladı. Fişerin məqsədi oyunçuların açılışları əzbərləməsinin aradan qaldırılması ilə onların yaradıcılıq qabiliyyətlərinin ortaya çıxartmaq idi. Çünki Fiqurlar müxtəlif şəkildə düzüldüyündən onlar üçün əvvəlcədə müəyyən açılış tətbiq etmək çətin idi. Buna görə də oyunçu yalnız oyun zamanı özü tez bir zamanda müəyyən açılış fikirləşməli və oyunun növəbti gedişlərində özünəməxsus strategiyalar tətbiq etməli idi.
Məşhur Oyunlar
[redaktə | mənbəni redaktə et]2018-ci ildə Dünya Şahmat Çempionu Maqnus Karlsen Dünya Şahmat960 çempionu (rəsmi deyil) Hikaru Nakamura ilə oynadı. Qarşılaşma 8 ədəd "Rapid" və "Blitz" (Vaxtdan asılı olan oyunlardır. Rapid 10–60 dəqiqə, Blitz isə 3–10 dəqiqə olur) oyunlarından təşkl olunmuşdur. Rapid oyunu 2 xal sayılırdı. Nəticədə qarşılaşma Maqnus Karlsenin 14–10-luq qələbəsi ilə başa çatdı.