Şahid Əbdülkərimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şahid Əbdülkərimov
Ümumi məlumatlar
Doğum adı Şahid Əbdülkərimov
Doğum tarixi 1938
Doğum yeri
Vəfat tarixi 17 iyun 2003(2003-06-17)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar

Şahid Əbdülkərimov (1938, Nuxa17 iyun 2003, Şəki) – Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi.

1956-cı ildə Şahid Nuxa (Şəki) şəhərindəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959–1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961–1966-cı illərdə M. Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlamışdır.

Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub. Bir çox mahnıları mahnıları AzTv-nin "Qırmızı Qərənfil" uşaq xorunun ifasında səsləndirilmişdi. Sonralar Şahid s. mahnılarını bəstələmişdir. Şahidin mahnılarını ən çox mərhum müğənnimiz Nəzakət Məmmədova oxumuşdur. Əfsuslar olsun ki uzun illər onun mahnıları xalq mahnıları kimi təqdim edilirdi. Respublikamızın xalq artisti Abdulla Abdullayev qeyd edir ki "Təki sən səslə məni" mahnısını mərhum prezidentimiz Heydər Əliyevin çox sevdiyini onun öz dilindən eşidib. Şahid Əbdülkərimov bəstələdiyi mahnıların sözləri Əliağa Kürçaylı, Cabir Novruz, Ramiz Məmmədzadə, Arif Abdullazadəyə məxsus olmuşdur.

İlk dəfə Şahidin mahnısı 1974-cü ildə Azərbaycan televiziyasında özünün adı ilə səsləndirilmişdir. Həmin ildə Bakı rayonlararası xalq yaradıcılığı evində "Sən nəğmələr qoş" devizi ilə mahnı müsabiqəsi keçirilmişdi. Şahid o müsabiqədə 1-ci yer tutmuşdu. 1976-cı ildə o, Şəki şəhərinə dəvət almış, Tibb işçiləri mədəniyyət evinin direktoru təyin edilmişdi. Burada o, "Şəfa" xalq çalğı alətləri ansamblı və rəqs kollektivi yaratmışdır. 1988-ci ildə Abşeron rayonundaŞəki şəhərində bəstəkarın 50 illik yubileyi qeyd edilmişdi. 1988-ci ildən Şəki şəhərində yaşayan Şahid Əbdülkərimov, ömrünün son illərində bu şəhərin Qışlaq hissəsindəki məşciddə din xadimi kimi fəaliyyət göstərmişdi. O, 2003-cü ilin iyun ayının 17-də 65 yaşında vəfat edib.

Müğənni Nadir Qafarzadə 2011-ci ildə "Azadinform"a verdiyi müsahibədə vurğulayırdı ki, "…sonradan mənim sənətə gəlməyimdə bizim gözəl bəstəkarımız Şahid Əbdülkərimov əlimdən tutub."[1]

Bəstələdiyi mahnıların adları

[redaktə | mənbəni redaktə et]
  1. Ana torpağım mənim Bakı;
  2. Azərbaycan;
  3. Bala gəlin
  4. Biləydim kaş;
  5. Dayağım ol;
  6. Məmmədbağır Bağırzadənin ifasında "Gözəlim" — sözləri Süleyman Rüstəmin
  7. Günüm keçməsin sənsiz;
  8. Gecələr;
  9. Hanı bəs vəfan sənin;
  10. Nəzakət Məmmədovanın ifasında "Heç küsməyin yeridirmi" — sözləri Nəbi Xəzrinin
  11. Baba Mahmudoğlu — Bala gəlin — sözləri Molla Cümənin
  12. Heydərbaba
  13. Xoş gəldin;
  14. Xurma bağı;
  15. Qocalmışam demə ana;
  16. May;
  17. Naxçıvanım;
  18. Nişan üzüyü;
  19. Niyə belə oldu;
  20. Sağıcı mənim bacım;
  21. Sarı sim;
  22. Sevgilimə könül açdım;
  23. Sevincim;
  24. Şirin yuxun olaydım;
  25. Təki sən səslə məni;
  26. Təzə il;
  27. Yurdumun qoynunda;

[2].

  1. "Nadir Qafarzadə:"Mən çimərlik paltarında da ona şəkil göndərmişəm", Day.az". 2011-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-22.
  2. "Qoçaq Əsgərovun saytı". 2011-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-22.