Şablon müzakirəsi:Misir Tanrıları (heroqliflərdə)
Bu, Şablon:Misir Tanrıları (heroqliflərdə) səhifəsinin müzakirə səhifəsidir. |
|
Bu şablonu istifadə etmək üçün tələsmək lazım deyildi. Adında və mətnində hərf və üslub səhvləri var. Bunlar düzəldildikdən sonra məqalələrə yerləşdirilməli idi. Çünki, həmin səhvlərin düzəldilməsi üçün məqalələrdə bir-bir dəyişikliklər etmək lazımdır. Şablon adlarını mümkün qədər anlaşılan və mötərizələrdən istifadə etmədən yazmaq lazımdır. İstifadə qaydalarında isə bəndlərin izahını vermək lazımdır ki, şablonu yaradan şəxsdən başqa digər istifadəçilər də onu istifadə edə bilsinlər. Wertuose 21:10, 14 Fevral 2010 (UTC)
- Hörmətli Wertuose konkret təklifiniz nədir? Desəydiniz müzakirə etmək olardı. Tutarlı hər bir konkret təklifə çox sevinərdim. Buyurun mən hazır. Adları azərbaycanlaşdirmağı kim bacarır, buyursun. Məlumat üçün deyim ki, Şablon alman şablonu əsasındadır. --MrArifnajafov 17:19, 17 Fevral 2010 (UTC)
- Bəlkəm Şablon:Misir allahlarının da adını tanrı ilə əvəz edək? Əlavə bir təklif var?--MrArifnajafov 10:44, 23 Fevral 2010 (UTC)
- "allah"ın "tanrı" ilə əvəz olunması doğru təklifdir. Əslində ərəbcə onlara ilah deyilir. Wertuose düzgün qeyd edib. Söz yox mütəxəssisi deyiləm, amma mənə də sözlərin bəziləri tanış deyil, eləcə də bəzi dil xətaları var. Məsələn,
- “İdeoqramm”, həmçinin idoqram yox, “ideoqram” olmalıdır .
- “Horus - Şahin kimi adı” aydın deyil.
- Miqyası “rəqəm” yox, ya “rəqəmlərlə”, ya da “ədəd”.
- Bütün bunlar düzəldiyi təqdirdə bu şablonlardan istifadə olunan səhifələrdə yenidən düzəlişlər aparılmalıdır. Düzəltməyə də, təbii ki bizə imkan verməyəcəksiniz :)) özünüz düzəldəcəksiniz. Artıq əziyyət olur. --Vago 12:01, 2 Mart 2010 (UTC)
- “Horus - Şahin kimi adı” haqqında bu məqalələrdə bir qədər məlumat var oxuya bilərsiniz.
- Horus adı Horus Horusun gözü Heqat
- Düzdür bir qədər mütəxəssis fikirinə ehtiyac var. Belə bir mütəxəssisi özüm də axtarıram.
Vikidə bu mövzuya müraciət edən ölkələr çox azdır, amma biz o azın içində varıq buna istehza ilə yanaşmaq yox, əksinə sevinmək lazımdır. Mən hərf səhflərinin düzəldilməsinə qarşı deyiləm, müəlifinin fikirini soruşmadan məqaləsinin məzmununun sağa-sola redaktə edilməsinin əleyhinəyəm--MrArifnajafov 17:00, 2 Mart 2010 (UTC)
- İstehzanı (daha doğrusu, gülümsəmə) məqalənin varlığına yox, oradakı düzəlişlərin operativ aparılması nöqteyi-nəzərindən qeyd etmişəm, Burada şablonda düzəlişlərin aparılması müəyyənləşdikdən sonra, ona istinad edilən səhifələrdəki düzəlişləri aparmaqdan söhbət gedir və şübhə etmirəm ki, içərimizdə buna ən həssas yanaşanlardan biri Sizsiniz, yəni MrArifnajafov )
--Vago 06:08, 3 Mart 2010 (UTC)
- Biz axı allaha min şükür ərəb deyilik ilah yazaq. Onsuz da dilimiz doludu ərəb fars rus sözlərilə bunu da əlavə edək onda lap əla olar. Bəlkəm imkansızlıqdan istifadə etmək olar, amma "tanrı" sözümüz var axı.--MrArifnajafov 15:20, 3 Mart 2010 (UTC)
- Mən "ilah" sözünü mənanı çatdırmaq üçün qeyd etmişdim. Bizdə ilahə, ilahi, ilahiyyat və s. kimi sözlər dolu olduğu halda sözün kökü olan "ilah" orfoqrafiya lüğətində yoxdur. Sortilegus da düzgün qeyd edib ki, dilimizə artıq "çoxallahlı dinlər" və s. kimi terminlər daxil olub və mətbuatda da bu baraədə müzakirələr gedir. Məncə hansı uyğun sözlər orfoqrafiya lüğətində yoxdur, "tanrı", qalan yerlərdə də "allah" yazaq, görək orfoqrafiya lüğətinin son variantına (lazım olan müraciət etsin elektron variantını göndərim) on minlərlə söz əlavə edən terminalogiya üzrə "mütəxəssis"lərimiz "nə yaradır". --Vago 05:19, 4 Mart 2010 (UTC)
- Biz axı allaha min şükür ərəb deyilik ilah yazaq. Onsuz da dilimiz doludu ərəb fars rus sözlərilə bunu da əlavə edək onda lap əla olar. Bəlkəm imkansızlıqdan istifadə etmək olar, amma "tanrı" sözümüz var axı.--MrArifnajafov 15:20, 3 Mart 2010 (UTC)
- Vagonun təklifi ağlabatandır məncə indiki vəziyyətdə bu daha məntiqlidir. Əlavə bir təklif edərdim : qadın cinslilər üçün hamı tərəfindən başadüşülən İlahə, kişi cinslilər üçün isə Tanrı sözündən istifadə etsək pis olmazdı. Allah kəlməsini isə yalnız təkallahlı dinlərə aid edilsin və bu standart bütün məqalə və şablonlarda tətbiq edilsin.--MrArifnajafov 09:14, 4 Mart 2010 (UTC)
MrArifnajafovun təklifini qəbul edirəm: qadın cinslilər üçün hamı tərəfindən başadüşülən İlahə, kişi cinslilər üçün isə Tanrı sözündən istifadə edək. Allah isə təbii olaraq təkdir, vahiddir, yekdir. Allah sözü cəm halda olmamalıdır. Bu məntiqə söykənsək təkallahlı din sözü düzgün termin deyil, onun da dəyişilməsi lazımdır... -- Cekli829 13:23, 4 mart 2010 (Cek vaxtı ilə)
- İlah və ilahə ərəb dilində pagan dinlər üçün erkək və qadın bütləri bildirən terminlərdir. Azərbaycan türkcəsinə ilahə sözünün keçib, ilah sözünün keçməməsinin də tarixi səbəbləri var. Məlumdur ki, ərəblər VII əsrdə Azərbaycanı fəth edib, islamı gətirdikdə Azərbaycanda heç də əhalinin hamısı xristian (Qafqaz Albaniyasında) və zərdüşti (Atropatenada) deyildi. Həm Şimali, həm də Cənubi Azərbaycanda pagan dinlər - bütlərə sitayiş də yayılmışdı. Məsələ burasındadır ki, Azərbaycan əhalisinin sitayiş etdiyi bütlər arasında kişi obrazlı büt yox idi.(eramızdan əvvəlki dövr Şamaxı xaric. Buradan E.ə. I minilliyə aid zevsin heykəlcikləri tapılıb. Lakin artq bizim eranın II əsrində maqlar Şamaxını tamamilə zərdüştiləşdirmişdi.) Azərbaycanda yalnız bir ilahəyə - Ay ilahəsinə sitayiş olub. Ay ilahəsi Qafqaz Albaniyasında Selena (Romanın təsiriylə), Atropatenada isə Anahit (Mesopotomiyanın təsiri ilə) adlandırılıb. Azərbaycanda iki Ay ilahəsi məbədi məlumdur. Biri indiki Şəki rayonu ərazisində (albanlara məxsus), digəri Qazaka (müasir Təxti süleyman)şəhərində bu gün də xarabalıqları qalan Anahit məbədi. Məhz bu səbədən də ərəblərin gətirdiyi ilahə sözü dilimizə keçsə də ilah sözü dilimizə keçmədi. Çünki bizim sadəcə olaraq ilah çağıracağımız obyektimiz yox idi. İlah və ilahə sözlərinin qarşılığı Türkiyə türkçəsində müvafiq olaraq Tanrı və Tanrıçadır. Məncə bizim dilimiz də türk dili olduğu üçün bu cür istifadə etməmiz daha doğru olardı. Nəzərə alın ki, tanrı sözü təmiz türk mənşəli sözdür və dilimizdə qorunan ən qədim türk sözlərindəndir. Tanrı sözü hələ eramzdan əvvəl tonqroye formasında şumerlərin, tenqri formasında isə hunların və göytürklərin dilində işlədilirdi. --Sefer azeri 16:03, 4 Mart 2010 (UTC)
Şablon:Misir Tanrıları (heroqliflərdə) haqqında müzakirə başlat
Müzakirə səhifələri istifadəçilərin Vikipediya məzmununu daha yaxşı hala necə gətirə biləcəkləri haqqında danışdıqları yerdir. Şablon:Misir Tanrıları (heroqliflərdə) səhifəsini inkişaf etdirmək barədə digər istifadəçilərlə müzakirə aparmaq üçün bu müzakirə səhifəsindən istifadə edə bilərsiz.