Şəhər bağında xalq gəzintisi (film, 1898)
Naviqasiyaya keç
Axtarışa keç
Şəhər bağında xalq gəzintisi | |
---|---|
Film bu bağda (keçmiş Mixaylov) çəkilmişdir. | |
Janr | sənədli film, səssiz film |
Rejissor | Aleksandr Mişon[1] |
Ssenari müəllifi | |
Operator | Aleksandr Mişon |
İlk baxış tarixi | 21 iyun 1898 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | |
Dil | səssiz |
Texniki məlumatlar |
1 hissə 35 mm |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1440281 |
Şəhər bağında xalq gəzintisi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film.
Məzmunu
[redaktə | mənbəni redaktə et]Müşahidə manerasında lentə alınmış bu kinosüjetdə Bakıdakı Mixaylov bağında (indiki Əliağa Vahid bağında) qıtlıqdan zərər çəkənlərin nəfi üçün mayın 31-də Bakı elmi foto dərnəyi tərəfindən təşkil olunmuş xalq gəzintisi öz əksini tapmışdır.[1]
Kinolent xronikal informasiya janrına aiddir. Burada müxtəlif zümrələri təşkil edən adamlar təqdim olunmuş, tamaşaçılarda Bakı həyatı və şəhər əhalisi haqqında müəyyən təsəvvür yaradılmışdır.[1]
Film haqqında
[redaktə | mənbəni redaktə et]Kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir.[1]
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Filmin üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Aleksandr Mişon[2]
- Operator: Aleksandr Mişon
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.