Şövkət Dağdevirən

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şövkət Dağdevirən
Şəxsi məlumatlar
Doğum tarixi 1863
Doğum yeri
Vəfat tarixi 9 fevral 1931(1931-02-09)
Vəfat yeri
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şövkət Dağdevirən (türk. Mustafa Şevket Dağdeviren; 1863, Ədirnə9 fevral 1931, İstanbul) — Türk siyasətçisi. 1906–1913-cü illərdə çıxan "Yeni Ədirnə" qəzetini nəşr etdirmiş, 1918–1920-ci illərdə Ədirnənin bələdiyyə başçısı olmuşdur. Birinci Dünya müharibəsi nəticəsində ölkənin işğalından sonra qurulan Frakiya-Paşaəli Müdafiə Hüquq Cəmiyyətinin qurucularından biri olmuşdur.

Həyat və fəaliyyəti

[redaktə | vikimətni redaktə et]
Şövkət bəy 1913-cü il Balkan müharibəsində Ədirnənin işğalı zamanı[1]

Şövkət Dağdevirən Ədirnənin ən varlı ailələrindən olan Dağdevirənzadə Arif bəy və Hacı Ayşə xanımın oğlu olaraq 1863-cü ildə Ədirnədə anadan olmuşdur. Uşaqlıqda Ədirnə ibtidai məktəbində dini təhsilini başa vurduqdan sonra Ədirnə orta məktəbində oxuyub və özəl müəllimlərdən ərəb, fars və türk dillərini öyrənib. 14 yaşında 1877-ci ildə dövlət məmuru olan Şövkət bəy iki il Ədirnə Maliyyə və Məktublar İdarəsində və Ədirnə Apelyasiya Məhkəməsində işləyib. 4 iyul 1880-ci ildə Şövkət bəy həmin məhkəmənin mühasib vəzifəsinə təyin edildi.

29 avqust 1882-ci ildə 4-cü dərəcəli Osmanlı ordeni alan Şövkət Dağdevirən 13 fevral 1884-cü ildə 3-cü, 22 mart 1886-cı ildə isə 2-ci dərəcəli rütbəyə yüksəldilmişdir. 27 fevral 1888-ci ildə "Nişan-i Osmani" ilə 4-cü dərəcəli "Məcidiyyə ordeni" aldı. 21 yanvar 1890 tarixində rütbəsi yüksəldilərək "Rütbe-i Saniye Sınıf-ı" oldu. 15 aprel 1890-cı ildə Uzun körpü mahal qubernatorunun müavini təyin edildi.[2][3] 17 fevral 1891-ci ildə Vilayət Mətbəəsinə müdir təyin edilən Şövkət bəy Fransadan yeni texnoloji litoqrafiya və çap maşınlarına sifariş verdi və 1895-ci il iyun ayında bu maşınları Aleksandrupolisdən təslim alaraq Ədirnəyə gətirdi. Beləliklə, mətbəə yenidən quruldu və modernləşdirildi. Şövkət bəy Ədirnə Salnamələri və Ədirnə qəzetini nəşr etdi.[4][5] Uzun körpü, Kıyıköy, Dimetoka, Svilenqrad, Keşan və Ortaköy qəzalarının əkinçilik vergisini qiymətləndirmə işinə təyin edildi.[2]

Frakiya Paşaeli Müdafiə Hüquq Cəmiyyəti Lüleburgaz Konqresi idare heyəti, 31 mart 1920. Oturanlar soldan sağa Şakir Kesebir, Cafer Tayyar Paşa, Şövkət bəy, Hilmi Ergene. Ayaqüste duranlar: soldan Salih Cevdet, Cəmal Bey, Nazmi beyzadə İsmayıl, Saleh Camal, Şövkət Ödül[6][7][8][9]

5 avqust 1892-ci ildə o tam pulsuz şəkildə Vilayət Təhsil-Təhsil İdarəsinə təyin edildi və Sultanın adının verildiyi məktəbin (bugünkü Edirnə Texniki və Sənaye Peşə Liseyi) inşasında göstərdiyi əməyə görə 18 fevral 1897-ci ildə "Rumeli Kazaskeri"ndən sonra gələn ikinci pilləsindən "Rütbe-i Üla"ya qədər yüksəldi.[2] 25 may 1897-ci ildə Yunan medalı ilə təltif edildi.[2]

12 iyul 1898-ci ildə İskeçe və ya Xanti qəzası qubernatorunun müavini oldu, elə həmin il Uzun körpü kəndləri arasındakı sərhəd mübahisələrinin həlli üçün ayrılmış vəzifəyə təyin edildi və Alexandroupolis qubernatorunun müavini olaraq fəaliyyət göstərdi. 1 sentyabr 1899-cu ildə ikinci dəfə Alexandroupolis qubernatorunun müavini təyin edildi.[2]

20 avqust 1905-ci ildə Kaleiçi mahalında baş verən böyük yanğında 1270 ev, 4 məscid, 1 dərviş lojası, Katolik Bolqar, Pravoslav Bolqar, fransız məktəbləri ilə birlikdə 7 məktəb, 6 kilsə, 13 sinaqoq, 55 mağaza, 33 yeməkxana, 4 aptek, 1 polis bölməsi, 210 mağaza, 16 qəhvəxana, 200 iş yeri, 4 üzüm bağı, 1 mətbəə, 1 restoran, 2 at dəyirmanı, 1 hamam, 28 tövlə, 13 çörəkxana, 12 otaq, 2 məkan, təxminən 1687 bina yararsız hala düşdü. Həmin gün dəymiş ziyan 500.000 lirəyə yaxın qiymətləndirildi. Şövkət bəy 16 saat davam edən yanğından sonra evsiz qalan ailələrin yerləşdirilməsi və ehtiyaclarını ödəmək üçün yaradılan komissiyada fəal iştirak etdi.[10]

Şövkət bəy 13 iyul 1893-cü ildə Ədirnə Vilayət Sənaye Məktəbi Komissiyasının üzvü, 14 sentyabr 1906-cı ildə eyni qurumun sədr müavini və 1907-ci ilin dekabrında komissiya sədri olaraq fəaliyyət göstərmişdir.[2] 1908-ci ildə Şövkət bəyin portretini də çəkən Həsən Rza bəy bu məktəbin direktoru təyin edildi.[11]

Nəbiyə xanımla ailəli olan Şövkət bəy Ədirnə Muzeyinin qurucusu[12] və tarixçi Arif Dağdevirənin (1888–1979) oğludur.[13] II Mahmud tərəfindən Dağdeviren ailəsinə verilən, lakin böyük bir qismi Bolqarıstan sərhədləri daxilində qalan Vaysaldakı Karapınar təsərrüfatının sahibi və meneceri Şövkət bəyin Sabirə Dağdevirən, Məlahət Berk, Səlçuk Dağdevirən, Zerrin və Nərmin Dağdevirən, Şövkət Dağdevirən ve Oya Altınel adlarında 7 nəvəsi olub.

Yeni Ədirnə qəzeti

[redaktə | vikimətni redaktə et]
Qurucusu olduğu "Yeni Ədirnə" qəzeti

1906-cı ildə nəşr olunmağa başlayan Yeni Ədirnə qəzeti Şövkət bəy tərəfindən təsis edildi. Məsul şəxsi Şövkət bəy olan qəzet əvvəlcə həftədə 2 gün, sonra həftədə 3 gün nəşr olunmağa başladı. Qəzetin idarə binası əvəllər Rustəm Paşa xanının üst mərtəbəsi sonra hökumət binası və ən sonda bələdiyyənin qarşısındakı özəl bir tikili idi. Siyasi-milli bir Osmanlı qəzeti olan "Yeni Ədirnə" nəşrini 1913-cü ilə qədər davam etdirdi və ordan gələn gəlir ilə Sənaye Peşə Liseyində oxuyan kasıb şagirdlərin təhsilində istifadə edildi.[2][14]

Bələdiyyə başçısı olduğu dövrlər

[redaktə | vikimətni redaktə et]
Şövkət bəy Hanyada sürgündə[15]

Şövkət bəy Birinci Balkan muharibəsində əsir düşdü və Sarayiçiyə aparıldı. İkinci Balkan müharibəsində Ədirnə bolqarlardan geri alındıqdan sonra 1918–1920-ci illərdə Ədirnə Bələdiyyə Başçısı vəzifəsini icra etdi. Şövkət bəy 2 noyabr 1918-ci ildə Ədirnə Millət vəkili Faiq Kaltakkıran, vəkil Şərəf Aykut, Tacir Qasım Yolageldili və bəzi Ədirnə vətənpərvərlərin iştirakı ilə İstanbuldakı Küçük Kınaciyan binasında Qasım Yolageldilinin ofisində baş tutan iclasa qatıldılar və gələcəyin təyin edilməsində çox əhəmiyyətli rol oynayan Frakiya Paşaeli Müdafiə Hüquq Cəmiyyətinin yaradılmasına qərar verdilər. 7 noyabr 1918-ci ildə keçirilən ikinci iclasda birliyin adının Frakiya Paşaeli Müdafiə Komitəsi Osmaniyyə olması qərarlaşdırıldı və 1 dekabr 1918-ci ildə Şevket bəyin katibliyi və rəhbərliyi altında dərnək quruldu. 16 oktyabr 1919-cu ildə keçirilən qurultayda dərnəyin prezidenti təyin edilən Sövkət bəy yunanların Frakiyanı işğal etməsinə qədər doqquz ay yarım müddətində Frakiyanın gələcəyi üçün müəyyən işlər gördü. 1920-ci ilin mayında Naib Tahir Əfəndi Ədirnə qubernatorluğunu Şövkət bəyə təhvil verdi.[16] 25 iyul 1920-ci ildə Ədirnənin yunanlar tərəfindən işğalı zamanı Şövkət bəy Ədirnədə qaldı və qubernator müavini olaraq müqavilə imzaladı. İşğal zamanı Yunanıstanda kralçılat Venizelos Elefteriosin yerinə keçəndən sonra Şövkət bəy digər vətənpərvərlərlə birlikdə Qirit adasında yerləşən Hanyaya 4 dəfə sürgün edildi.[17][18][19][20]

Şövkət bəy Ədirnə bələdiyyə başçısı olduğu müddət
1892 tarixli Ədirnə Salnaməsi

Ədirnə salnaməsi

[redaktə | vikimətni redaktə et]

Şövkət bəyin 1892-ci ildə yazdığı "Ədirnə salnaməsi"ı iki hissədən ibarətdir. Birinci hissəyə əyalətdəki inzibati vahidlər, bu vəzifələrdə çalışanların adları və şəhərin statistik məlumatları daxil edilmişdir. İkinci hissədə 1892-ci ildə Salonikidən Çatalcaya qədər uzanan Kırklareli, Təkirdağ, Gelibolu, Gümülcine, DimetokaAleksandrupolisi əhatə edən böyük Ədirnə vilayəti haqqındadır. Əsər Osmanlı-Türk əlifbasında yazılmış və Tanzimat Türkcəsindədir. Səlnamə 2005-ci ildə Frakiya Universitetindən Ratip Kazancıgil və Nilüfər Gökçə tərəfindən müasir türkcəyə tərcümə edilərək nəşr edilmişdir.

Balkan müharibəsi gündəliyi

[redaktə | vikimətni redaktə et]

1912–1913-cü illər Balkan müharibələri zamanı Şövkət bəy Ədirnədə qaldı və 155 günlük Ədirnə mühasirəsi haqqında gündəlik yazdı. Bu gündəlik Ədirnə müdafiəsinin mülki tərəflərini və döyüş ağırlığını izah etmək baxımından əhəmiyyətli bir sənəddir. Gündəliyin ilk hissəsini Şövkət bəyin nəticəsi Bəhlul Cem Altınel tərəfindən Ratip Kazancıgilə verilmiş və müasir türkcəyə tərcümə edilərək son hissəyə əlavə edilmişdir.

Eyni gündəlik Ratip Kazancıgilin müasir türkcəsi ilə 2013-cü ilin may ayında "Müharibəni yaşayanların qələmindən Balkan müharibəsi xatirələri. Hafız Rakım Ertür, M. Şövkət Dağdevirənzadə, Dr. Rifat Osman" başlığı ilə 2-ci dəfə "Edirne Valiliği Kültür Yayınları" nəşriyyatı tərəfindən yenidən nəşr olunmuşdur.[21]

Mükafat və təltifləri

[redaktə | vikimətni redaktə et]

Şövkət bəy 13 fevral 1901-ci ildə Bolqar idarəsi tərəfindən verilən 3-cü dərəcəli "Merit" vətəndaş medalı, 28 mart 1901-ci ildə 3-cü dərəcəli "Məcidiyyə ordeni" və 27 iyun 1901-ci ildə İran dövləti tərəfindən verilən 3-cü dərəcəli "Şırr-u Hurşit" ordeni ilə təltif olunub.[2] 8 avqust 1902-ci ildə 3-cü dərəcəli Osmanlı ordeni alan Şövkət bəy 18 noyabr 1902-ci ildə Gümülcine qubernator köməkçisi təyin edildi. 19 yanvar 1902-ci ildə İran dövləti tərəfindən ikinci dərəcəli "Şir-u Hursit" ordeni və 22 noyabr 1903-cü ildə "Həmidiyə Hicaz Dəmiryol" medalı ilə təltif olundu. 18 iyul 1904-cü ildə 2-ci və 9 aprel 1906-cı ildə 1-ci "Məcidiyyə" ordeni ilə təltif edilmişdir.[2]

Son illəri və ölümü

[redaktə | vikimətni redaktə et]

İşğaldan sonra Ədirnəyə qayıdan Sövkət bəy Frakiya Təyyarəçilər Birliyinin başçısı təyin edildi və bir çox faydalı fəaliyyətə imza atdı. Sonralar Türk Hava Qurumu adını alan bu dərnəyin baş müfəttişi olan zaman xəstələnən Şövkət bəy 9 fevral 1931-ci ildə müalicə üçün getdiyi İstanbul, Erenköydə yerləşən anasının evində rəhmətə getdi. Erenköy Sahrayıcedit qəbiristanlığında dəfn edildi.

Tarixçi yazıçı Osman Nuri Peremeci onun haqqında aşağıdakıları demişdir:

" Şövkət bəy çox ağıllı, mülayim, söhbətcil bir insan idi, hamıya yaxşılıq etməyi sevər, həm də vətənpərvər idi. "
  1. Kayıcı Haluk, Edirne'de Altı Ay Musavver Edirne Tarih-i Mahsuriyyeti İkdam Gazetesi Edirne Harb Muhabiri Kenan, Sabah Gazetesi Edirne Harb Muhabiri Nazmi Ceren Yayıncılık s:13 Edirne 2014
  2. 1 2 3 4 5 6 7 8 9 Başbakanlık Osmanlı Arşivleri DH. SAİD 55.39 s:75–76 ve DH. SAİD 80.174
  3. Kazancıgil Ratip, Gökçe Nilüfer, Dağdevirenzade M. Şevket Bey'in Edirne Tarihi ve Balkan Savaşı Anıları, Türk Kütüphaneciler Derneği Edirne Şubesi Yayınları, 2005 Edirne
  4. Bilar Ender, Edirne'nin Basın-Yayın Tarihi (1361–2006), Cilt 1, Sayfa: 54, 111, 295 Edirne Valiliği 2006'
  5. Altınel B. Cem Kuruluşunun 100. Yılında Trakya Paşaeli Müdafaa-i Hukuk Derneği Yöneticilerinin Yaşam Öyküleri Edrne Belediye Başkanlığı Yayınları No:30 Edirne 2018 ISBN 978-605-67863-4-4
  6. soldan Salih Cevdet, Cemal Bey, Nazmi beyzade İsmail, Salih Cemal, Şevket Ödül
  7. Bıyıklıoğlu Tevfik, Trakya'da Millî Mücadele Cilt 2, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Türk Tarih Kurumu Yayınları Resim: 32 1992 Ankara
  8. Altınel B. Cem 1863–1931 Şevket Dağdeviren ve Edirne'si Edirne Belediyesi Yayınları No: 27 sayfa: 62 Nisan 2017 İstanbul
  9. Türk Tarih Kurumu Kütüphanesi Tevfik Bıyıklıoğlu Arşivi Belge No: 32 TB D: 151 N: 76
  10. 1283 sayılı 25 Ağustos 1321 tarihli EDİRNE GAZETESİ
  11. Ord. Prof. Dr. Süheyl Ünver, Şehit Ressam Hasan Rıza Hayatı ve Eserleri Trakya Üniversitesi Yayınları No: 165 Ekim 2015
  12. Yıldırım Şahin, Karakaş Günay, Edirne Müzeleri ve Ören Yerleri, T. C. Kültür ve Turizm Bakanlığı — Yapı Kredi Yayınları Sayfa 92, 2006 İstanbul
  13. Dağdeviren Arif, Edirne'de Sinan ve Selimiyesi, 1968 Edirne
  14. Osmanlicagazeler.org sitesi. Erişim tarihi: 21 Kasım 2017.
  15. Bıyıklıoğlu Tevfik, Trakya'da Millî Mücadele Cilt 2, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Türk Tarih Kurumu Yayınları Resim: 71 1992 Ankara
  16. Peremeci Osman Nuri, Edirne Tarihi, Edirne ve Yöresi Eski Eserleri Sevenler Kurumu Yayınları, Sayfa 170–171 ve 342 1939 İstanbul
  17. Bıyıklıoğlu Tevfik, Trakya'da Millî Mücadele Cilt 1, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Türk Tarih Kurumu Yayınları Sayfa 124–280 1992 Ankara
  18. Aykut Mehmet Şeref, Trakya Millî Mücadele Tarihi Malta Hatıratı ve Malta'da Türkler, Alfa Yayınları s:7–124, 2010 İstanbul
  19. Güner Zekai, Trakya-Paşaeli Müdafaa-i Hukuk Cemiyeti'nin Kuruluşu ve Faaliyetleri (1 Aralık 1918–13 Mayıs 1920), Atatürk Araştırma Merkezi S: 11–176, 1998 Ankara
  20. Altınel B. Cem 1863–1931 Şevket Dağdeviren ve Edirne'si Edirne Belediyesi Yayınları No: 27, sayfa:36 Nisan 2017 İstanbul
  21. Kazancıgil Ratip, Savaşı Yaşayanların Kaleminden Edirne Balkan Savaşı Anıları Hafız Rakım Ertür M. Şevket Dağdevirenzade Dr. Rifat Osman, Edirne Valiliği Kültür Yayınları, S: 139–207 2013 İstanbul