İzoenzimlər
İzoenzimlər-Fermentlər (enzimlər)- biokatalitik aktivliyə malik olan yüksək spesifik zülal tərkibli üzvi maddələrdir. - LD1, LD2, LD3, LD4, LD5.
İzoenzimlər
[redaktə | mənbəni redaktə et]İzoenzimlər - 1952-ci ildə Neylanus elektroforez vasitəsilə laktatdehidrogenazanın bir neçə fraksiyasını almışdır. Müəyyən edilmişdir ki, bu fraksiyalar hər biri öz effektliyinə görə bir-birindən fərqlənir. Digər tərəfdən müəyyən edilmişdir ki, onlar öz kimyəvi tərkibinə , substrat spesifikliyinə, temperatur və digər faktorların təsirinə görə fərqlənir. Laktatdehidrogenazanın beş izoenzimi müəyyən edilmişdir. Onları LD1, LD2, LD3, LD4, LD5 kimi işarə edirlər. LD1, LD2 ürəkdə eritrositlərdən və böyrəkdən alınmışdır. LD3 qalxanabənzər, mədəaltı vəzdə, dalaqda tapılmışdır. LD4, LD5 qara-ciyərdə, skelet əzələlərində tapılmışdır. Laktatdehidrogenaza fermentlərin orqanizmdə paylanmasını, onun vəzifəsini təyin edir. Məsələn, LD-nin aktivliyinin artması müxtəlif xəstəliklərin – qaraciyərin, ürəyin xəstə olmasını müəyyənləşdirir. Məsələn, ürəkdə infarkt zamanı (miokard) LD1 və LD2 artıq olur. LD4 və LD5 artıq olduqda hepatit yaranır.
Enzim inhibitorları
[redaktə | mənbəni redaktə et]Bir ferment inhibitoru fermentə bağlanaraq onun aktivliyini azaldan molekuldur. Enzim inhibitorları narkotik kimi də istifadə olunur. Bu, patogenlərin qarşısını ala bilər və ya fermentin fəaliyyətini maneə törətməklə metabolik çatışmazlıqları aradan qaldırır. Bir ferment inhibitoru substratın fermentin aktiv sahəsinə daxil olmasının qarşısını almaqla istənilən reaksiyanı katalizləşdirməyə mane ola bilər.
İzoenzimlərin üzvi səciyyəviliyi
[redaktə | mənbəni redaktə et]İzoenzimlər də həmçinin yüksək üzvi səciyyəviliyə malikdir. Adətən üzvi səciyyəvi fermentlər tipik toxuma fermentləridir. Onlar hüceyrələrdə hüceyrə membranı üçün olduqca mühüm metabolizm reaksiyalarına katalitik təsir göstərir və az miqdarda qana keçir. Ona görə də normal orqanizmdə onların miqdarı qan plazmasında az olur. İnsan orqanizmin hər hansı üzvünün zədələnməsi hesabına xəstəlik baş verərsə, onda zədələnmiş üzvünün hüceyrə membranlarının sızdırıcı qabiliyyəti artır və hüceyrənin digər tərkib hissələri kimi, o cümlədən fermentlər də qana keçir. Beləliklə, spesifik üzvdə olan fermentin aktivliynin yüksəlməsinə gətirib çıxarır. Bu isə müalicə edən həkimə imkan verir ki, təyin edilmiş üzvün funksiyasının pozulmasının qarşısını almaq üçün müəyyən tədbirlər işləyib hazırlasın.
Mənbə
[redaktə | mənbəni redaktə et]- A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev. “Həyat fəaliyyətinin kimyəvi əsasları”, Bakı-2009
- Afsun Sujayev, Emin Garibov. Some New Approaches in Synthesis of Physiologically Active Substances. Lambert Academic Publishing, Germany, 2016, 55 p.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalə qaralama halındadır. |