İxtisas
Naviqasiyaya keç
Axtarışa keç
İxtisas
- müəyyən bilik sahəsi üzrə bölmələr;
- sənət, peşə;
- elm sahəsi;
- əmək hüququnda iş ixtisası və ayrı-ayrı işçilərin ixtisası fərqləndirilir. İş ixtisası iş növünün mürəkkəblik, dəqiqlik və məsuliyyət dərəcəsi ilə müəyyən edilir.
- insanın əmək fəaliyyətinin növü. Hər hansı istehsalat sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər kompleksi. İctimai əmək bölgüsünün geniş yayılmış növü olan ixtisas elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi kimi peşə daxilində formalaşır.
Peşə və ixtisas insanın yaşaması və inkişafı üçün maddi imkan yaradır. O bu baxımdan hobbidən fərqlənir. İxtisas peşə daxilində formalaşır və peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi fizika müəllimi, kimya müəllimi, tarix müəllimi və s., mühəndislik peşəsi tikinti mühəndisi, elektrik mühəndisi və s. ixtisasları əhatə edir.
İxtisas dərəcəsi
[redaktə | vikimətni redaktə et]- işçinin peşə səviyyəsini müəyyən edən və onun əmək haqqına təsir göstərən sıra rəqəm şəklindəki göstərici.
İxtisas təhsili
[redaktə | vikimətni redaktə et]- elm, texnika, sənaye, fermer təsərrüfatı, tibb və mədəniyyətin müxtəlif sahələrində çalışmaq üçün nəzəri biliklər verən və əməli vərdişlər aşılayan xüsusi təhsil.
İxtisaslaşma
[redaktə | vikimətni redaktə et]- fəaliyyətin nisbətən məhdud, xüsusi istiqamətlər, ayrı-ayrı texnoloji əməliyyatlar, yaxud məhsul növləri üzrə cəmlənməsi;
- müəyyən sahədə xüsusi biliklərin və bacarığın əldə edilməsi;
- əməyin növlərə, formalara görə bölgüsü.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.