İvan Şirokoqorov
İvan Şirokoqorov | |
---|---|
Doğum tarixi | 15 iyul 1869 |
Doğum yeri | |
Vəfat tarixi | 11 sentyabr 1946 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elmi dərəcəsi | |
İş yeri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
İvan İvanoviç Şirokoqorov(rus. Иван Иванович Широкогоров; 15 iyul 1869, RSFSR – 11 sentyabr 1946, Bakı) — sovet patoanatomu. SSRİ Tibb EA-nın (1944) və Azərbaycan SSR EA-nın akademiki (1945). Azərbaycan SSR əməkdar elm xadimi (1936). Yuryev Universitetinin professoru (1915). 1920–1921-ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru.[1]
Akademik fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1896–1901-ci illərdə Yuryev Universiteti (Tartu) tibb fakültəsində təhsil almışdır.[2] Şirokoqorov 1900–1908-ci illərdə Yuryev Universitetində Ümumi Patologiya və Patoloji Anatomiya kafedrasında prozektor (anatomiya üzrə professorların köməkçisi) köməkçisi vəzifəsində işləmişdir.[3] 1908–1915-ci illərdə privat-dosent (professor köməkçisi) olmuşdur. 1908 ildə Parisdə Paster İnstitutunda Meçnikovun yanında işləməyə ezam olunur, 1913 ildə xərçəng institutunda (London) işləmişdir. 1924 ildə İvan Şirokoqorov "Azərbaycan patoloqanatomlarının Elmi Cəmiyyəti"nin sədri seçildi. "Azərbaycan patoloqanatomlarının Elmi Cəmiyyəti" ilk dəfə 1924-cü ildə professor İ.Şirokoqorovun təşəbbüsü ilə yaradılmış və o, Elmi Cəmiyyətin ilk sədri olmuşdur. Cəmiyyət yarandığı dövrlərdən çox intensiv fəaliyyət göstərməyə başlamışdır. Təsadüfi deyilki, "Patoloqanatomların Ümumittifaq Elmi Cəmiyyəti"nin II qurultayı 1930-cu ildə bəynəlxalq səviyyədə məhz Bakı şəhərində keçirilmişdir. Azərbaycan səhiyyəsində böyük nüfuz sahibi olmuş və parlaq elmi, pedaqoji və praktik fəaliyyət göstərən professor İ. İ. Şirokoqorov 1936-cı ildə Azərbaycan SSR "əməkdar elm xadimi" fəxri adına layiq görülüb.[4] 1919–1930-cu illərdə S. M. Kirov adına ADU-da, 1930–1946-cı illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnistitutunda patoloji anatomiya kafedrasının müdiri olmuşdur[5]. 1919–1928-ci illərdə ADU tibb fakültəsinin ilk dekanı və 1920–1921-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur.[6] Akademik 1924–1932-ci illərdə Azərb. SSR Xalq Səhiyyə Komissarlığında Tibbi elmi şuranın sədri olub. 1934–1937-ci illərdə Azərb. SSR Xalq Səhiyyə Komissarlığında Ali Qiymətləndirmə Komissiyasında sədr işləyib. 1945-ci ildə biologiya və kənd təsərrüfatı elmləri bölməsi üzrə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir. Tədqiqatı, əsasən, ölkə patologiyasına (malyariya, taun, cüzam, leyşmanioz, mığmığa qızdırması, pellaqra və s.) həsr edilmişdir. Londonda 1913 ildə keçirilən XVII Beynəlxalq tibb konqresində ilk dəfə olaraq sinir hüceyrələrinin mitoxondrilərindən danışmışdır.
Cənubi Qafqaz respublikaları arasında ilk universitet 1918-ci ildə Tiflis şəhərində, sonra isə 1919-cu ildə Azərbaycanda təşkil edilmişdir. Azərbaycanda ali təhsil müəssisələrinin təşkilində o dövrdə Cənubi Qafqaz respublikalarında yaşayan mütərəqqi fikirli rus ziyalılarının böyük rolu olmuşdur. Zaqafqaziya Universiteti bağlandıqdan sonra Tiflisdən Bakıya köçən bir qrup rus ziyalısının — bunlar arasında 1918-ci ilə qədər Qafqaz ordusunun baş cərrahı işləmiş professor Vasili Razumovskinin, Yuryev (Derpt) Universitetinin professoru, I Dünya müharibəsində (1914–1918) Rusiya Qırmızı Xaç Cəmiyyəti tibb hissəsinin rəhbəri, ixtisasca patoloq-anatom İ. İ. Şirokoqorov, mama-ginekoloq F.N.İlyin və başqalarının Bakı Dövlət Universitetinin yaradılmasında[7] böyük xidmətləri olub.[8]
1930-cu ildə tibb fakültəsi Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının nəzdinə verilmiş və onun bazasında da Azərbaycan Tibb İnstitutu yaradılmışdır. Əvvəldən də olduğu kimi patoloji anatomiya kafedrasına yenə də professor İ. İ. Şirokoqorov rəhbərlik etməyə başladı (o vaxt bu vəzifədə "patoloji-anatomik institutunun direktoru" adlandırılırdı). 1930-cu ildən sonra 1940-cı ilə qədər kafedra əməkdaşları sırasında Q. Ə. Səlimxanov, S. D. Abbasova, H. K. Həsənov, M. Muxtarov və V. S. Karagedova da qoşulmuşlar. Kafedranın ilk müdiri olmaqdan başqa professor İ. İ. Şirokoqorov, həm də Azərbaycanda nəzəri patoloji anatomiyanın əsasını qoymuş və Azərbaycanda praktik patoloji-anatomik xidmətin də yaradıcısı olmuşdur. Bu dövrlərdə Bakı şəhərindəki iri xəstəxanalarda artıq patoloji-anatomik müayinələr aparılmağa başlanılmışdı.[4]
Mükafatları
[redaktə | vikimətni redaktə et]- Lenin ordeni
- "Şərəf nişanı" ordeni
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində əmək igidliyinə görə" medalı[10]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ AMEA Rəyasət Heyətinin şöbəsi — Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi.
- ↑ M. Əmrahov, M. Salahov, N. Əsədov. Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917–1941-ci illər). Bakı: Mütərcim, 2007. — səh. 9.
- ↑ https://istormed.ru/публикации-сотрудников-института/научные-статьи/биографии-деятелей-медицины-и-здравоохранения-академиков-амн-ссср-рамн/2174-широкогоров-иван-иванович.html
- ↑ 1 2 "Arxivlənmiş surət". 2018-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.
- ↑ Azərb. Sovet Ensiklopediyası, X cild, səh. 547
- ↑ Azərb. Tibb Universitetinin Arxiv şöbəsi.
- ↑ http://www.paralel.az/print.php?id=67268[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-26.
- ↑ Harsh Realities of Student Life by Uzeyir Hajibeyov Arxiv surəti 17 avqust 2018 tarixindən Wayback Machine saytında
- ↑ Архив Патологии (журнал). том 8, выпуск 5–6. Москва — 1946. səh. 157–159
- 15 iyulda doğulanlar
- 1869-cu ildə doğulanlar
- 11 sentyabrda vəfat edənlər
- 1946-cı ildə vəfat edənlər
- 77 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Vvenedenskoye qəbiristanlığında dəfn olunanlar
- Tibb elmləri doktorları
- Dorpat İmperator Universitetinin müəllimləri
- Dorpat İmperator Universitetinin məzunları
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- AMEA-nın akademikləri