İuda ordeni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İuda ordeni
rus. Орден Иуды

Ölkə Rusiya Rusiya
Tip Orden
Kimə verilir Heçkimə
Status İvan Mazepa
Deviz Lənətə gəlmiş pulpərəst İuda boğulur
Statistika
Parametrlər gümüş, 5 kq
Təsis tarixi 1709
Təltif sayı 1 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İuda ordeni — 1709-cu ildə Rusiya çarı I Pyotrun əmri ilə getman İvan Mazepanın təltif edilməsi üçün tək nümunədə hazırlanmış orden.

Ordenin təsviri

[redaktə | mənbəni redaktə et]

Orden 5kq çəkiyə malik gümüşdən hazırlanmış dairə formasında idi. Dairənin içərisində ağcaqovaq ağacında edam edilən İuda İskariot, 30 gümüş pul və yazı təsvir olunmuşdur. İuda İskariotun bu ordendə təsvir edilməsi simvolik xarakter daşıyır. Çünki İsa Məsihin 12 həvarisindən biri olan İuda Sonuncu şam yeməyi zamanı onu 30 gümüş pula romalılara satmışdır. Təsvirin aşağısında bu yazı vardır:

"Lənətə gəlmiş pulpərəst İuda boğulur".

I Pyotr vaxtilə təltif etdiyi Andrey Pervozvannı ordeninin əvəzinə ona xainlik edərək İsveç kralı XII Karlın tərəfinə keçmiş Mazepanı bu ordenlə təltif etməyi tapşırmışdır. Lakin I Pyotrun planı baş tutmamışdır.

Nəticədə I Pyotr tərəfindən Bütün Təlxəklər, Sərxoşlar və Dəlisovlar kilsəsi (I Pyotr İçki məclislərində, karnavallarda əylənmək məqsədilə katolik kilsəsinə parodiya olaraq yaratmışdır.) yaradılmış və ordenlə knyaz Yuri Fyodoroviç Şaxovski təltif olunmuşdur. .[1]

  1. Елена Уханова Медаль для «Нового Иуды» «Родина» N11, 2007.