İti cığ
İti cığ | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: İti cığ |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
İti cıq — Şimal yarımkürəsində tundradan tropiklərədək nəmişli yerlərdə rast gəlinir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 30-100 sm və daha çox olan bozumtulyaşıl rəngli, sıx çimli bitkidir. Çoxsaylı gövdələri yumru, özəklidir.qaqaş qahraman Uzunluğu təxminən gövdəsinə bərabər olan silindrik formalı nazik yarpaqları, bərk, ucları isə iti tikanlıdır. Yanlardan çıxan qonur-mixəyi və ya mixəyi rəngli çiçəkqrupu sıxılmış oval şəkilli süpürgəvaridir. Budaqcıqların ucunda 2-5 çiçək yerləşir Çiçəkyanı yarpağın ucu tikanlı,çiçəkqrupundan hündürdür. May-sentyabr aylarında çiçəkləyir və meyvə verir.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]İti cıq kserofil coğrafi tipinin Aralıq dənizi sinfinə və qrupuna aiddir. Atlantik Avropa və Aralıq dənizi ölkələrində, Şimali İran və Qafqazda yayılmışdır. Azərbaycanda iti cıq Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında aranda bitir.
Ekoloji qrup və bitdiyi yerlər
[redaktə | mənbəni redaktə et]Halomezofitdir, psammofit-litoral bitkilik tipində rast gəlir. Əsasən dəniz kənarı zolaqlarda, nəmli, şoran, qumsal yerlərdə çox vaxt edifikator rolunu oynayır. Xəzərin sahillərində cəngəllik əmələ gətirir.
Kimyəvi tərkibi
[redaktə | mənbəni redaktə et]Flavonoidlərlə zəngindir.
Təsiri və tətbiqi
[redaktə | mənbəni redaktə et]Xalq təbabətində tətbiq edilir. Diuretik təsirə malikdir, sidik kisəsi və qadın xəstəliklərində, eləcə də ishal zamanı istifadə olunur.
İstifadə olunan hissələri
[redaktə | mənbəni redaktə et]Müalıcə məqsədi ilə bitkinin çiçəkləri və meyvələri istifadə edilir.
İstifadə formaları
[redaktə | mənbəni redaktə et]Dəmləmələr.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
[redaktə | mənbəni redaktə et]Alçaq çəpərlərin qurulması üçün istifadə olunur. Gövdələrindən həsir toxunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
- Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 325.