İstifadəçi müzakirəsi:Sortilegus/Arxiv 2011

Vikipediya, azad ensiklopediya
Ən son rəy:13 il öncə, Sortilegus tərəfindən "Dırnaq" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Cümhuriyyət tələbələri

[vikimətni redaktə et]

Bəli, düz tapmısınız.--Enver62 22:55, 8 dekabr 2010 (UTC)Enver62Cavabla

Salamlar, zəhmət olmazsa, Mustafa bəy Vəkilov adını Mustafa ağa Vəkilov yönləndirməsindən ayırın. Ayrı bir Cümhuriyyət tələbəsi var. Hazırlamaq istəyirəm. Hörmətlə: --Enver62 21:07, 12 dekabr 2010 (UTC)Enver62Cavabla

Salamlar, Bayramlarınız mübarək. Zəhmət olmazsa, mənə bir işdə kömək edin. Cümhuriyyət tələbələri məqaləsində tələbələrin kiçik fotolarını vermək istəyirəm. Amma bacarmıram. Birini siz düzəldin, qalanları ilə mən məşğul olaram. İstəyirəm onlar haqqında məlumatın yanında şəkilləri də getsin.Mən Operadan idtifadə edirəm. Onda nədənsə Viki alətlər görünmür. Ona görə də yaratdığlm məqalələrə daxili keçid verə bilmirəm. Hörmətlə:Enver62.

Salam. Təşəkkür edirəm. Mən də sizin hər iki bayramınızı təbrik edirəm. Oldu, mən nümunə kimi yaradaram. Hörmətlə:--Sortilegus 21:53, 1 yanvar 2011 (UTC)Cavabla

Salam. Sizə çox-çox təşəkkür edirəm!Hörmətlə:Enver62. — Bu imzasız yazı Enver62 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Dəyməz. Əsl təşəkkür elə dəyərli məqalələr yaratdığınıza görə sizə düşür. Nəsə düzəliş, əlavə etmək lazım olsa mən hazır. Hörmətlə:--Sortilegus 22:44, 1 yanvar 2011 (UTC)Cavabla

Vikipediya 10

[vikimətni redaktə et]

Artıq başlamışam. Tezliklə səhifəni tam yaradacam. --Proger danış 01:26, 30 dekabr 2010 (UTC)Cavabla

Lütfən, baxın. Müzakirə səhifəsində yaza bilərsiniz. --Proger danış 00:20, 2 yanvar 2011 (UTC)Cavabla


Seçilmiş məqalə

[vikimətni redaktə et]

Salam Şahzadə. Vikipediya:Seçilmiş məqalə namizədləri səhifəsində Frans Kafka məqaləsinin seçilmiş məqalə olması üçün keçirilən səsvermədə həm "lehinə" səs vermisiz, həm də "bitərəf" qalmısız. Mövqeyinizi dəqiqləşdirməyi sizdən xahiş edirəm. Əks halda verdiyiniz səslər etibarsız sayılacaq. Hörmətlə:--Sortilegus 21:25, 30 dekabr 2010 (UTC)Cavabla

Salam, Sortilegus. Bu mexaniki səhvdir. Əslində Frans Kafka məqaləsinin seçilmiş məqalə olması üçün "bitərəf", Şarl de Koster məqaləsinin seçilmiş məqalə olması üçün isə "lehinə" səs vermişəm. Təsadüfən bir az diqqətsizlik etmişəm. İndi düzəliş apararam. Diqqətinizə görə sizə təşəkkür edirəm.--Şahzadə 07:42, 1 yanvar 2011 (UTC)Cavabla

Ana Səhifə

[vikimətni redaktə et]

İntervikilər yaddan çıxdı. :) -- Pərviz  00:25, 3 yanvar 2011 (UTC)Cavabla

Mükafat

[vikimətni redaktə et]

Salam. Siyahıdakı ucdantutma bütün yeni istifadəçilərin müzakirə səhifəsinə telefon mükafatilə bağlı elan yerləşdirmək səncə nə qədər düzgündür? Bəlkə sənin xətrinə elə bu elanını "xoş gəldin" şablonunun içinə yerləşdirək ki, bu qədər əziyyət çəkməyəsən?:) İstifadəçi müzakirəsi səhifəsi bunun üçün nəzərdə tutulmayıb axı. İndi sənin kimi bir başqa 10 istifadəçi də hərəsi bir mükafat təsis etsin, biri karandaş, biri qələm bağışlayacağıyla bağlı yeni istifadəçilərin müzakirə səhifələrinə elan yerləşdirməyə başlasın - təsəvvür edirsən səhifələr nə günə düşər? Olar "Birja" qəzetinin Vikipediya əlavəsi:) Qeydiyyatdan keçən və aktiv fəaliyyət göstərməyə başlayan istifadəçilərdən bəlkə hansılarınınsa səhifəsinə bunu yerləşdirmək olar. Amma ucdantutma yox. Bu fəaliyyətini spam fəaliyyət kimi dəyərləndirirəm. Hörmətlə:--Sortilegus 20:43, 3 yanvar 2011 (UTC)Cavabla

Əleykə salam. Hə xoşgəldin şablonuna müsabiqənin getdiyi müddətdə əlavə olunsa işim asanlaşar, onda hamıya ayrı-ayrı demyə ehtiyac qalmaz. Əvvəlcədən təşəkkürlər. --TimBits 22:31, 3 yanvar 2011 (UTC)Cavabla

Salam. Təcrübəli bir vikipediya istifadəçisi kimi spam fəaliyyətdən normal fəaliyyətə keçməyin az-maz təcrübəli bir vikipediya idarəçisi kimi məni sevindirir:) İstifadəçi müzakirəsi səhifələrində mükafatla bağlı yazdığın ismarıcları mən lazımlı saymıram. Yuxarıdakı ismarıcımda "nəyə görə" sualına cavab var. Amma Azərbaycandakı seçki dairələri ilə bağlı yaratdığın məqalələr lazımlı məqalələrdir. Çalışıb onları zənginləşdirmək lazımdır. Hörmətlə:--Sortilegus 18:58, 9 yanvar 2011 (UTC)Cavabla

Çox sağ ol qardaş. Xahiş eliyirəm amma göstəriş olmasın da. Mən imkanım əl verən dərəcədə nə isə iş görməyə çalışıram. Mükafat müddətinin sonuna qədər qeydiyyatdan keçən bütün istifadəçilərə bu mesajı yazacam, bəribaşdan deyim. Yəni bunun spam olmadığını məncə açıqdı, açıq deyilsə bir təcrübəli istifadəçi kimi deyirəm ki, bu qənaətin səhvdir. İstifadəçilər arasındakı danışıqlar hər halda istifadəçilərin işidi, bura idarəçi müdaxiləsi lazım deyil, heç idarəçinin səlahiyyəti daxilində də deyil, vikipediyanın işi pozulmursa. Sən təbii ki, hansısa fəaliyyət barədə öz fikrini deməkdə azadsan, buna qarışmağa haqqım yoxdu, sadəcə az-maz təcrübəli idarəçi kimi bəzən bunu istifadəçini ələ salmaq formatında da eliyirsən amma mən səni yaxşı tanıyıram və niyyətinin bu olmadığını bilirəm. Sadəcə bilmək lazımdı ki, hamımızın niyyəti iş görməkdi, buranı qaydaya salmaqdı, onu da yavaş-yavaş (bəzilərimiz tez-tez) eliyirik. İşlərdə uğurlar. --TimBits 22:25, 9 yanvar 2011 (UTC)Cavabla

Saxtakarlıq

[vikimətni redaktə et]

Salam, Sortilegus. Qeydlərimin keçənlərə aidiyyatı yoxdur, amma bir şeyi nəzərə çatdırmaq istəyirəm ki, sübut olmadan birini və ya bir qrup insanı "saxtakar" adlandırmaq, yaxud onları "saxtakarlıq"la ittiham etmək AR CM-yə görə "Şərəf və ləyaqətin alçaldılması" kimi qiymətləndirilir. Məncə Vikidaşlarımıza bu xüsusda məlumat verilsə yaxşı olardı. İndiyədək "saxtakarlıq" sözündən bu niyyətlə istifadə edilməsinə inanmıram, amma son vaxtlar aktiv istifadəçilər tərəfindən işlədilən bu ifadənin birbaşa hər bir idarəçiyə aidiyyatı var. Xahiş edirəm münasibətinizi bildirəsiniz. Hörmətlə, --Vago 12:07, 8 yanvar 2011 (UTC)Cavabla

Mənim də imzamı nəzərə alın.--Cek Li Taran 12:11, 8 yanvar 2011 (UTC)Cavabla

Salam. Mən etimad səsverməsini elə ona görə dərhal yekunlaşdırmayıb şərhlər üçün 1 gün də əlavə vaxt ayırdım ki, sonradan bu müzakirə uzanmasın. Səslərin hesablanması mexanizmini də ən kiçik detallarına qədər orda yazmışam. Əgər saxtakarlıq deyiləndə səsvermənin nəticələrinin hesablanması nəzərdə tutulursa, hər şey göz qabağındadır, orda heç bir saxtakarlıq yoxdur. Səsləri də mən hesablayıb səsverməni yekunlaşdırmışam - məsuliyyət bir idarəçi kimi mənim üzərimdədir. Digər idarəçilər buna görə məsuliyyət daşımır. Kiminsə nəyəsə etirazı varsa mənə müzakirə səhifəmdə yaza bilər - mən hələ yekunlaşdırma ilə bağlı heç bir etiraz ismarıcı almamışam. AR CM Vikipediyaya şamil edilmir, buranın öz qanunları, "cinayət məcəlləsi var":) Amma hər bir istifadəçi öz fikrində qala bilər, hətta saxtakarlıq olduğunu düşünənlər də. Sadəcə düşünmək ayrı şeydir, real faktlar ayrı. Məncə artıq bu mövzunu qapamaq lazımdır. Hörmətlə:--Sortilegus 13:07, 8 yanvar 2011 (UTC)Cavabla

Mən söhbətin dünəndən qapadılması tərəfdarıyam, nə təhər başımız müzakirə-söhbətə qarışıb, Tagalog Vikipediyası burnumuzun ucundadır xəbərimiz yox :) --Vago 13:11, 8 yanvar 2011 (UTC)Cavabla

Biyabırçılıqdır ki:) Bu Wikiboost-u orda müzakirələrə çəkib başını qatmaq lazımdır, yoxsa zalım oğlu məqalələri bot kimi yaradır:) Tempdə səni də üstələyir e:) Siyahı da düzəldib öz istifadəçi səhifəsində, onun hamsını yaratsa çata bilməyəcəyik. Öyrən gör nə fason dildə danışırlar, ora razvedçiklər göndərək:)--Sortilegus 13:24, 8 yanvar 2011 (UTC)Cavabla

Biz onların dilin öyrənənə kimi onlar İngilisləri ötüb keçərlər :))) Bir də ki məni hirsləndirmə, baxmaram keyfiyət-filana ha :)))--Vago 13:27, 8 yanvar 2011 (UTC)Cavabla

--Sortilegus 13:29, 8 yanvar 2011 (UTC)Cavabla

Kampus

[vikimətni redaktə et]

Salam! "Xəzər Universiteti"ndə əvvələ yaxın "Kampus" və ya "Binalar" bölməsi yaradıb, ünvanları göstərmək və binaları orda yerləşdirmək daha yaxşı olmazdımı? Hörmətlə, --Monakhfirst 23:51, 8 yanvar 2011 (UTC)Cavabla

Salam. Eləydi, mən dəyişdim. Səhifənin görkəmini korlayırdı - bayraqlar, gerblər, 6 yekə şəkil arxa-arxaya məqalənin əvvəlində veriləndə yaxşı görünmür. Şəkilləri ya məqalənin içinə "səpələmək" (indi məqalədə olduğu kimi), ya da qalereya kimi məqalənin sonunda vermək yaxşıdır. Hörmətlə:--Sortilegus 23:58, 8 yanvar 2011 (UTC)Cavabla

Daha bir gecə salamı! Mən bir az fərqli düşünürəm. Məqalənin əvvəlinə yaxın (məsələn, rəmzlərdən sonra və ya yaxın bir yerdə) bir bölmə yaratmaq, Kampus və ya bənzər adla, orada universitetin yerləşdiyi yerləri, ünvanları vermək (əslində bu çox vacibdir, hətta zəruridir) və o sözlərdən sonra binaların şəkillərini yerləşdirmək! Bu, həm məzmun, həm dizayn baxımından yaxşı olar. Hörmətlə, --Monakhfirst 00:18, 9 yanvar 2011 (UTC)Cavabla

Texniki əməliyyatlar

[vikimətni redaktə et]

Salam Vago. Vaxtın olanda "Xüsusi səhifələr" bölməsindəki Tələbat olan kateqoriyalarKateqoriyasız səhifələr bölmələrinə baxarsan. Tələbat olan kateqoriyaların sayı çox artıb, yeni yaratdığın məqalələrlə bağlıdır. Sənin özündən yaxşı ondan baş çıxaran olmayacaq:) Amma "Kateqoriyasız səhifələrə" Kiçik tinamu və s. bu cür məqalələrin niyə düşdüyünü anlaya bilmirəm. Çünki məqalədə kateqoriyalar var. Ona da bir baxarsan, mütəxəssis kimi:) Hörmətlə:--Sortilegus 17:03, 9 yanvar 2011 (UTC)Cavabla

Salam, Sortilegus. Kateqoriyaların məsələsini yavaş-yavaş həll edirəm. Bunun sürətini artırmaq üçün, eləcə də sonuncu problemin həlli üçün Tagabegcə Vikipediyadan mütəxəssis dəvət edilməsinin tərəfdarıyam :)) --Vago 17:09, 9 yanvar 2011 (UTC)Cavabla
Taqaloq Vikipediyasını burda elə reklam elədin ki, dünən yarım saat araşdırmışam ki, kimdilər, kimlərdəndilər. 92 milyonluq Filippinin əhalisinin 49 milyonunun danışdığı dövlət dilidir:) Onlarla ayaqlaşmaq bizə çətin olacaq:) Elə gürcüləri oriyentir kimi götürsək yaxşıdır:)--Sortilegus 17:17, 9 yanvar 2011 (UTC)Cavabla
Azərbaycanda oğullar var e, bizim babamız Koroğlu olub, vaxtilə özünüz Vüsal1981-lə nələr yaratmısınız Vikipediyada :))
P.S.: Keyfiyyət göstəricisi, bir də gələcəkdəki söz-söhbətlər qalıb boğazımda :)-Vago 17:27, 9 yanvar 2011 (UTC)Cavabla
Adları latınca olan bitkilərin Azərbaycan dilində qarşılıqları yoxdur?--Sortilegus 17:23, 9 yanvar 2011 (UTC)Cavabla
Onları tapan kimi dəyişərik. Mən elə ona görə saxlamışdım, gördüyünüz kimi, bir xeyli gedəndən sonra yadıma düşdü :)--Vago 17:27, 9 yanvar 2011 (UTC)Cavabla
Adları latınca olan taksonlara uyğun kateqoriyaları da yaradıram. Belə ki, əgər onların Azərbaycanca adı müəyyənləşdirilsə, və uyğun şablonda dəyişdirilsə (1 yerdə), həmin kateqoriyaya aid olan bitkilər avtomatik olaraq Azərbaycanca olan ada uyğun kateqoriyaya aid olacaq. Bu zaman latınca adda olan kateqoriya boş olacaq. Sonra yenisini yaradıb, onu silməli olacağıq. --Vago 11:34, 10 yanvar 2011 (UTC)Cavabla

Bot: JackieBot

[vikimətni redaktə et]

Salam. Bu istifadəçiyə bot statusu vermək olarmı? --Cek Li Taran 09:41, 11 yanvar 2011 (UTC)Cavabla

Səlcuqlular sülaləsi

[vikimətni redaktə et]

Salamlar, Səlcuqlular sülaləsi soyağacını şablon etmək mümkündürmü? əgər mümkünsə hazırlayın, bütün Səcuqlu sultanlarına yerləşdirək. Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə: Enver62 — Bu imzasız yazı Enver62 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam. Mən siyahı şəklində tərtib edə bilərəm. Amma səhifədəki kimi "budaqlar" şəklində hazırlamaq üçün bəzi texniki əməliyyatlar aparmaq lazımdır. Mən bizim şablon tərtibi üzrə ixtisaslaşmış idarəçilərimizə müraciət edərəm, inanıram ki, onlar bu işdə bizə kömək edərlər. Hazır olanda səhifələrə yerləşdirərik. Hörmətlə:--Sortilegus 21:53, 11 yanvar 2011 (UTC)Cavabla

Bot: Movses-bot

[vikimətni redaktə et]

Salam. Bu istifadəçiyə bot statusu vermək olmazmı? --Cek Li Taran 07:55, 13 yanvar 2011 (UTC)Cavabla

Mən bir qədər tələsməzdim.--MrArifnajafov 08:15, 26 yanvar 2011 (UTC)Cavabla

Spam list

[vikimətni redaktə et]

Salam Bürokrat. Bu istifadəçinin redaktələri geri qaytarılmalıdırmı? Mən geri qaytarmaq istəyirəm. --Cek Li Taran 12:50, 14 yanvar 2011 (UTC)Cavabla

Salam. O sayt nədənsə Vikipediyanın qlobal spamlistinə düşüb, ona görə səhifələrdən çıxarılıb. Nə qədər ki, spamlistdədir geri qaytara bilməzsən. Mən dəqiqləşdirərəm görüm nə səbəbə ora salınıb. Dediyin botlarla bağlı birinə status vermək olar, ikincisinin fəaliyyətinə hələ nəzarət edirəm. Hörmətlə:--Sortilegus 22:39, 14 yanvar 2011 (UTC)Cavabla

Film adları

[vikimətni redaktə et]

Vüsal salam. Bu günkü görüşdə yerin görünürdü:) İnşallah gələn görüşlərdən birinə vaxt edib mütləq gəl. Filmlərin adlarının standarta salınmasında sənə nə kimi kömək edə bilərik? Bütün bədii filmləri Arxadan vurulan zərbə (film, 1977) formatına salaq? Cizgi filmləri, sənədli filmlər, televiziya filmləri və s.-in formatını özün müəyyənləşdir, sonra onlara da keçək. Axırda siyahı səhifələrinə özün baxarsan. Hörmətlə:--Sortilegus 18:10, 15 yanvar 2011 (UTC)Cavabla

Salam Sortilegus. İnşallah gələcəyəm. Film adlarını elə nümunədə olduğu kimi dəyişilsə yaxşı olar. Bircə verilişlərdə veriliş yazılacaq. Qalanları film, ???? yazılacaq hətta tamaşalar da. Siyahı və digər məqalələrdə də dəyişilsə yaxşı olar. Köməyinizə böyük ehtiyacım var. Uğur olsun!

--Vüsal Ağayev 18:48, 15 yanvar 2011 (UTC)Cavabla

Əbdülhaq Hamid Tərxan

[vikimətni redaktə et]

Salam. Yaratdığınız bu məqalənin silinməsini istəmirəm. Mümkünsə məqaləni müəyyən qədər zənginləşdirin. --Cek Li Taran 06:15, 17 yanvar 2011 (UTC)Cavabla

Salam. Ensiklopedik şəxs olmağına ensiklopedik şəxsdir. Müasir Türkiyə ədəbiyyatının yaradıcılarından biri sayılır. Sadəcə məqalədə məlumat azdır. Türkdən tərcümə edib 1-2 günə əlavə edərəm. Hörmətlə:--Sortilegus 10:32, 17 yanvar 2011 (UTC)Cavabla

Təbrik

[vikimətni redaktə et]

Salam Sortilegus, Sizin bu 1000-lik siyahısında 623-cü yerə sahib olmanız və Vüqar Ordeni almanız münasibətilə təbrik edirəm.

P.S.: Yuxarıdakı siyahıdan hələ də baş aça bilmirəm. Hörmətlə, --Vago 12:51, 17 yanvar 2011 (UTC)Cavabla

Elə mən də baş aça bilmirəm. Axı necə olur ki, Siz ayda 1 dəfə o siyahıya düşürsünüz? :))) Mən də təbrik edirəm! --Cek Li Taran 12:56, 17 yanvar 2011 (UTC)Cavabla

Salam. Mükafata görə təşəkkür edirəm. Çalışacam Vüqarların etimadını doğruldum:) O siyahı hər dəfə yeniləndə belə problem yaranır. Mən bilən indilik ora düşmək üçün minimum redaktə sayı 55 000 civarındadır. Mənim redaktə sayım çatmır. 1-2 günə adımı siyahıdan çıxarıb atacaqlar:) Hörmətlə:--Sortilegus 13:01, 17 yanvar 2011 (UTC)Cavabla

1-2 günə niyə? Bəlkə daha tez:))))) --Cek Li Taran 13:08, 17 yanvar 2011 (UTC)Cavabla

Sən indi məni təxribata çəkirsən ki, bu gün kompun qabağında oturub 55 000 redaktə barajını aşım da?:)--Sortilegus 13:10, 17 yanvar 2011 (UTC)Cavabla

Redaktələrin sayı deyəsən Nizamlamalarda görsənən saya müvafiqdir.--Vago 13:13, 17 yanvar 2011 (UTC)Cavabla

Təbrik edirəm! Sizi siyahıdan yenə çıxardıblar:)))) --Cek Li Taran 06:20, 18 yanvar 2011 (UTC)Cavabla

Yaxşıdır da, ayda ən azı 2 təbrikim var:) Bir siyahıya salınanda, bir siyahıdan çıxarılanda:)--Sortilegus 21:41, 18 yanvar 2011 (UTC)Cavabla

Məni də təbrik edə bilərsən. Bu gün siyahıdan məni də çıxardıblar. Hətta AzVikidən o siyahıda heç bir təmsilçi qalmayıb?! --Cek Li Taran 06:33, 19 yanvar 2011 (UTC)Cavabla

Rusiya şəhərləri

[vikimətni redaktə et]

Salam. Rusiya şəhərləri haqqında yaratdığın məqalələrə sonra "Şəhər" şablonu əlavə edib onu "doldura" biləcəksən? Şablon bu səhifədə var → Jerdyovka

P.S. Mən nümunə kimi birini "doldura" bilərəm. --Sortilegus 20:44, 17 yanvar 2011 (UTC)Cavabla

bəli. 51.000 məqaləyə çatandan sonra hamısın kateqoriyaya ayıracam dolduracam --JameS RamireZ 20:49, 17 yanvar 2011 (UTC)Cavabla

Kateqoriyalaşdırma da standart formada olmalıdır. Məsələn, Kateqoriya:Rusiya coğrafiyasıKateqoriya:Rusiya vilayətləriKateqoriya:Kaluqa vilayətiKateqoriya:Kaluqa vilayətinin yaşayış məntəqələriKateqoriya:Kaluqa vilayətinin şəhərləriKateqoriya:Kaluqa və ən nəhayət bu kateqoriyanın içində Kaluqa. Sistematikanı rus vikisindən götürə bilərsən.--Sortilegus 21:05, 17 yanvar 2011 (UTC)Cavabla

Ok --JameS RamireZ 21:11, 17 yanvar 2011 (UTC)Cavabla

İdarəçi namizədi

[vikimətni redaktə et]

Salam PPerviz. Mən Sizin namizədliyinizi Azərbaycan dilində olan Vikipediyanın idarəçi seçkilərində irəli sürmək istəyirəm. Sizdən xahiş edirəm ki, bu təşəbbüsümlə bağlı fikirlərinizi yaxın 1-2 gün ərzində müzakirə səhifəmdə mənə bildirəsiniz. Hörmətlə:--Sortilegus 20:31, 17 yanvar 2011 (UTC)Cavabla

Salam həmkar. Mənə etimad edib, idarəçi kimi görmək istədiyinizə görə Sizə təşəkkür edirəm. Təklifinizə müsbət cavab verirəm. Hörmətlə:-- Pərviz  21:00, 17 yanvar 2011 (UTC)Cavabla
Xoş gördük! Təşəkkür edirəm! Təşəbbünüzə fikrim müsbətdir :). Etiraz etmirəm. Çox sağ olun! --Proger danış 21:25, 17 yanvar 2011 (UTC)Cavabla
Salam Sultan11. Mən Sizin namizədliyinizi Azərbaycan dilində olan Vikipediyanın idarəçi seçkilərində irəli sürmək istəyirəm. Sizdən xahiş edirəm ki, bu təşəbbüsümlə bağlı fikirlərinizi yaxın 1-2 gün ərzində müzakirə səhifəmdə mənə bildirəsiniz. Hörmətlə:--Sortilegus 20:36, 17 yanvar 2011 (UTC)Cavabla

Salam, Sortilegus. Sizin bu təşəbbüsünüzə müsbət cavab verir, gələcək fəaliyyətim zamanı bu etimadı doğrultmağa çalışacağam. Etimad göstərdiyiniz üçün sizə minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 21:47, 17 yanvar 2011 (UTC)Cavabla

Salam, Sortilegus. Dostlarımız Sultan11, Proger və PPervizin namizədliyinin idarəçiliyə irəli sürülməsindən çox razı qaldım. Hər üç yoldaş Vikipediya qaydalarını bilən , yüksək fəallıq göstərən və vikicəmiyyətdə hörmət qazanmış insanlardır. Onların seçilməsinin ümumi işimizə fayda verəcəyini düşünürəm.

Mənə etdiyiniz müraciəti yüksək etimad və məsuliyyət kimi qəbul edirəm. Məsələnin həllini dostlarımızın rəyinə etibar edirəm. Hörmətlə --Acategory 09:26, 18 yanvar 2011 (UTC)Cavabla

Sortilegus, salam. İdarəçi namizədliyinə səsverməyə start verdin [1]. Amma qaydalar yenə əvvəlki kimi pozulacaqsa mən bu işdə iştirak etməyəcəm. Vikigörüşdə də demişdim:

  • Səsvermə başlayan tarixdən 15 gün əvvələ kimi redaktəsi olmayanlar səs verə bilməz.
  • namizəd öz-özünə səs verə bilməz.
  • İp ilə səs verənlərin İP ünvanları bloklanmalıdır.

Bunlara riayət olunacaqmı?

Digər məsələ, Səfər Azərinin fəaliyyəti o dörd istifadəçinin hansından aşağıdır. Bəlkə Azərbaycan maraqlarını qoruması və Azərbaycan mədəniyyətini təbliğ etməsi kimlərinsə xoşuna gəlmir? Suallarıma konkret cavab gözləyirəm. Odur ki, hələ ki, səsvermədə iştirakımı təxirə salıram! --Irada 07:07, 19 yanvar 2011 (UTC)Cavabla

Iradanın Səfər Azəri haqqında dediklərini mən də dəstəkləyirəm. Eyni zamanda Bakuemilin də namizədliyini dəstəkləyirəm. O ki, qaldı qaydalara, İradə xanım, onlar hələ ki, AzVikidə qəbul olunmayıb və ona görə də hazırki səsvermədə tətbiq olunmasını doğru hesab etmirəm. --Cek Li Taran 07:13, 19 yanvar 2011 (UTC)Cavabla

Onda gəlin əvvəl səsvermə qaydalarını qaydaya salaq. Səsverməni "bazara" döndərməyək. Bakuemil, sizin idarəçi səsvermənizdə çox kobud səhvə yol vermişdir. Əslində onun İP ünvanı bloklanmalı idi. Bu səhv ondan xəbər verir ki, Bakuemilin təcrübəsi Səfər Azəri qədər deyil. --Irada 07:24, 19 yanvar 2011 (UTC)Cavabla

Birincisi, Bakuemil sadəcə texniki səhv etmişdir. Analoji səhvləri hər kəsin etməsi mümkündür. İkincisi, mən Səfər Azərinin əleyhinə deyiləm axı? Niyə və nəyi müqayisə edirsiniz? --Cek Li Taran 07:30, 19 yanvar 2011 (UTC)Cavabla

Mən bəndlərə bir-bir cavab verim. 1-ci bənd:

  • Səsvermə başlayan tarixdən 15 gün əvvələ kimi redaktəsi olmayanlar səs verə bilməz.

Burda narahatlığın nədən irəli gəldiyini mən bilirəm. Sonuncu seçkidə 5-6 ay fəal olmayan istifadəçilər vardı ki, seçkidə iştirak etdilər və onların səsi sayıldı. Əslində, biz bunu onlara qadağan edə bilmərik. Sadəcə səsvermə şərtlərini bu bəndlə yox, başqa bəndlərlə çətinləşdirmək olar. Məsələn, səsverən istifadəçi seçki gününə qədər ən azı 2000 redaktə etməlidirsəs verən istifadəçi ən azı 1 il qabaq qeydiyyatdan keçməli və səsvermə gününə qədər ən azı 1000 redaktə etməlidir. Amma sənin təklif etdiyin bu bəndi səsvermə qaydalarına salsaq, AzVikinin ən təcrübəli istifadəçilərini səsvermədən kənarda qoya bilərik. Ola bilər hansısa bir işi olduğuna görə AzVikidə 120 000 redaktə sayı olan Vüsal da, ya tutaq ki, 55 000 redaktəsi olan Vago da, lap elə sən, ya mən də səsvermə gününə qədər 15 gün redaktə edə bilməmişik. Deməli, biz səs verib seçkidə iştirak etməməliyik? Bu fəal istifadəçilərə qarşı nə qədər haqlı bir addım olar? Səsvermə qaydalarına əlavə və dəyişikliklərin edilməsi isə uzun bir proses olacaq. Bəlkə 1 il onun müzakirəsi çəkdi (nəzarət komissiyası yaradılandan sonra bəlkə müddət bir az qısa oldu). Deməli, bu müddət ərzində biz AzVikidə heç bir seçki keçirməməliyik?

  • namizəd öz-özünə səs verə bilməz.

Bu günə qədər bir son seçkidə, bir də lap çoxdan keçirilən bir neçə seçkidə olub ki, namizəd özü-özünə səs verib. Bu sırf təvazökarlıq məsələsidir. AzVikidə səsvermə prinsipinə uyğun bütün istifadəçilər səs verə bilərlər. Bunu namizədə qadağan etmək olmaz. O məntiqlə gərək yazaq ki, məqalə üzərində işləyən istifadəçi də, əgər məqalə seçilmiş məqaləyə namizəddirsə səs vermədə iştirak etməsin və ya hansısa qayda, prinsipi hazırlayan istifadəçi də həmin qayda səsverməyə çıxarılanda iştirak etməsin. Nə Vikipediyada, nə də ümumiyyətlə dünya seçki praktikasında belə bir şey yoxdur. Hətta prezident seçkilərində də prezidentliyə namizəd özü iştirak edir və çox böyük ehtimal ki, özünə səs verir:)

  • İp ilə səs verənlərin İP ünvanları bloklanmalıdır.

Bu addımı atmağın əhəmiyyəti yoxdur. Onsuz da istəyir 500 IP səsvermədə səs versin, o səslər sayılmayacaq. Səsvermə prinsipində açıq aydın yazılıb ki, səsvermədə ancaq qeydiyyatdan keçən istifadəçilər (digər şərtlərin də daxilində) iştirak edə bilərlər. Yəni deyirsiz ki, AzVikinin idarəçilərini (bizi hələ qoyuram bir qırağa, elə sənin özünü) bu yolla aldatmaq olar?:) Bakuemil bundan əvvəlki seçkidə əvvəlcə IP ilə səs vermişdi, sonra səsini təsdiqlədi və bunun texniki problem olduğunu dedi. Əgər təsdiqləməsəydi, səs sayılmayacaqdı. Amma IP-dən səs verildiyini görüb biz dərhal o IP ünvanı bloklasaydıq, indi təcrübəli bir istifadəçimizi Vikipediyada fəaliyyət göstərməkdən məhrum etmişdik.

İdarəçiliyə digər namizədlərlə bağlı da müzakirələr aça bilərik. Namizədlikləri irəli sürülən 4 istifadəçinin isə idarəçi olarlarsa AzVikiyə nə xeyirləri dəyə bilər - bunlar haqqında idarəçilərin müzakirə səhifəsində ətraflı yazmışam. AzViki inkişaf etdikcə burda 10 yox, 50 yox, 150 idarəçi olacaq. Sadəcə, fəaliyyəti o dörd istifadəçinin hansından aşağıdır, Azərbaycan maraqlarını qoruması və Azərbaycan mədəniyyətini təbliğ etməsi kimlərinsə xoşuna gəlmir kimi cümlələr yeni-yeni lazımsız və uzun-uzadı müzakirələrə yol açacaq. Elə 3-cə gündür ki, AzVikidəki gərgin vəziyyət bir az səngiyib. Yeni gərginlik ocağı yaratmaq, yeni-yeni ittihamlara başlamaq bizə lazımdırmı? Hörmətlə:--Sortilegus 09:27, 19 yanvar 2011 (UTC)Cavabla

İcazə verirsiniz bu şərhinizi "Seçilmiş şərhlər"ə namizəd irəli sürüm :))--Vago 09:40, 19 yanvar 2011 (UTC)Cavabla
Səsvermə qaydası ilə bağlı təkliflərinlə qismən razıyam və fikrimi burada [2] bildirdim.

Səfər azərinin digər namizədlərdən nədən ayrı tutulmasının isə səbəbini anlamadım. Gələcəkdə istəsən lap 250 idarəçinin namizədliyini ver, öz işindir. Mən bu gündən danışıram. --Irada 09:52, 19 yanvar 2011 (UTC)Cavabla

Təşəkkür

[vikimətni redaktə et]

Salam. Hal-hazırda davam edən səsvermədə mənə etimad göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Ehtiramla:--Sultan11 20:10, 19 yanvar 2011 (UTC)Cavabla

Yeni istifadəçilərə müraciət

[vikimətni redaktə et]

Salam. Bəzi yeni istifadəçilərin müzakirə səhifəsində yazdığın ismarıclara baxdım. Çox bəyəndim. Sükanı belə saxla:) Yeni istifadəçilərə mümkün qədər mülayim tonda müraciət etmək lazımdır. Dərhal yazanda ki, "Bunu niyə belə etmisən, bloklanacaqsan" - onda onları vikipediyadan uzaqlaşdırırıq. Mənim yadıma gəlir, 4 il bundan qabaq Vikipediyada təzə fəaliyyətə başlayanda Vüsal1981 3 gün mənə ancaq istifadəçi müzakirəsi səhifəsində necə ismarıc yazmaq lazım olduğunu başa salmışdı:)--Sortilegus 17:48, 21 yanvar 2011 (UTC)Cavabla

Salam. AzViki üçün əlimdən gələni edirəm və çalışıram ki, yeni istifadəçilər burada həm də mehriban kollektivin olduğunu yaddan çıxartmasınlar. Bəzi kiçik lazımsız mübahisələri nəzərə almasaq. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Həmçinin yeni idarəçi namizədlərimizin də AzViki üçün uğurlu olacağını düşünürəm. Məncə seçimimizdə səhv etməmişik. --Robert Langdon 18:44, 21 yanvar 2011 (UTC)Cavabla

"Bayraq nişanı"

[vikimətni redaktə et]

Hörmətli Sortilegus ! Siz Azərbaycan Vikipediyasında səmərəli idarəçiliyinizə , zəhmətkeş fəaliyyətinizə və Vikipediyanın nüfuzunun qaldırılması üçün verdiyiniz töhvəyə görə "Bayraq nişanı" ilə təltif edilmisiniz. Sizə yeni uğurlar arzu edirəm.--Acategory 13:08, 22 yanvar 2011 (UTC)Cavabla

Salam. Mükafata görə təşəkkür edirəm. Hörmətlə: --Sortilegus 17:59, 22 yanvar 2011 (UTC)Cavabla

İstifadəçi adı dəyişmək

[vikimətni redaktə et]

Salam. Görürəm istifadəçi adını dəyişməklə bağlı təklifini geri götürmüsən. Belə başa düşürəm ki, indiki adı saxlayırıq? Hörmətlə:--Sortilegus 17:53, 22 yanvar 2011 (UTC)Cavabla

Salam. Bəli hələki bu ad qalır. --JameS RamireZ 18:11, 22 yanvar 2011 (UTC)Cavabla

Ok.--Sortilegus 18:20, 22 yanvar 2011 (UTC)Cavabla

İstifadəsiz fayllar

[vikimətni redaktə et]

Salam. Həmin şəkilləri ya commonsdakılarla ya da daha yaxşıları ilə əvəz etmişəm. Odur ki, silə bilərsiz. Təşəkkür. --sefer azeri 23:54, 23 yanvar 2011 (UTC)Cavabla


Salamlar, əgər mümkünsə, bu məqaləyə də balaca şəkil üçün cədvəl yerləşdirin. Qeyd yeri əvəzinə patiya mənsubluğu olsun. Hörmətlə:--Enver62 09:59, 24 yanvar 2011 (UTC)Cavabla

Salam. Siyahı hazırdır. Bir də bir şeyi dəqiqləşdirmək istərdim - ADR parlamentinin Baba Məmmədov adlı üzvü olub? Mən məqalədəki siyahıda adına rast gəlmədim. Hörmətlə:--Sortilegus 17:09, 24 yanvar 2011 (UTC)Cavabla

Salamlar,təşəkkür edirəm! Bəli olub. Indi hazırladığım Cəlil bəy Sultanovla bərabər Zəngəzur qəzasından seçiliblər.Əgər mümkünsə, ru:Ашурбековыdakı kimi rod (soy) şablonunu hazırlayın. Əvvəlcədən minnətdarlığımı bildirirəm:--Enver62 17:16, 24 yanvar 2011 (UTC)Cavabla

Hazırdır → {{Soy}}. Nəyisə dəyişmək lazım olsa, xəbər edərsiz, dəyişərəm. Hörmətlə:--Sortilegus 18:25, 24 yanvar 2011 (UTC)Cavabla

Fəallığı dayandır

[vikimətni redaktə et]

Salam. "Fəallığı dayandır" yumor nişanını lap bəyəndim. Deyirəm bəlkə elə ilk olaraq bu nişanı Vago-ya təqdim edib onu bir "diksindirək"?:) Hörmətlə:--Sortilegus 16:01, 24 yanvar 2011 (UTC)Cavabla

Xoş sözlərə görə təşəkkür edirəm. Açığını deyim o mükafatı yaradanda elə Vagonu nəzərdə tutmuşdum. Birinci lauerat elə o olacaq. Ancaq hələ tezdir, bu ay deyəsən üç medal alıb. Sonra öyrəşər mükafatsız işləməz. Təklif edirəm ki, heç olmasa bir ay keçsin. Əgər kimsə onu Vagodan başqa digərinə birinci versə, bilsin ki, o qərar etibarsız sayılacaq. Hörmətlə --Acategory 17:23, 24 yanvar 2011 (UTC)Cavabla

Mən bürokrat kimi bu məsələyə nəzarəti şəxsən öz üzərimə götürürəm:)) Hörmətlə:--Sortilegus 17:26, 24 yanvar 2011 (UTC)Cavabla

adda deyishik

[vikimətni redaktə et]

http://az.wikipedia.org/wiki/Rəşid_Əliyev_(II)

Bu sehfede "Rəşid Əliyev_(II)" adini "Əliyev Rəşid Ələs" dayishdirmak olarmi?

naya gora burda addan sonra (II) olmalidi? — Bu imzasız yazı Faliyev (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam. Şəxslər haqqında məqalələrin adında rum rəqəminin yazılması o deməkdir ki, eyni ad və soyada sahib bir başqa şəxs (və ya şəxslər) haqqında bizim vikipediyada məqalə artıq mövcuddur. Təcrübəli istifadəçilər bir müddət sonra bu adlarda düzəlişlər edirlər və əgər 2-3 və s. eyni ada və soyada malik şəxs eyni dərəcədə ensiklopedik şəxslərdirlərsə, dəqiqləşdirmə səhifəsi yaradılır. İndiki halda Rəşid ƏliyevRəşid Əliyev (II) səhifələri mövcuddur. Yəqin ki, bu iki şəxs haqqında olan məqalələr onların ixtisaslarına uyğun adlandırılacaq.--Sortilegus 17:15, 27 yanvar 2011 (UTC)Cavabla

Bakı 5

[vikimətni redaktə et]

Soy şablonu

[vikimətni redaktə et]

Salam Vago. Qardaş bu ay sən nə qədər mükafat almısan burda:) Vikicəmiyyətin sənə qarşı sevgisinin təzahürüdür. Amma axırıncı aldığın o "Şablon ulduzu" mükafatı var ha - onun məsuliyyəti yaman ağırdır. Havayı pendir ancaq tələdə olur:) Tak çto {{Soy}} şablonuna bir nəzər sal. Bu formada şablonları da sən "kartoçka" formasına salırsan. Bax gör burda da o forma lazımdırmı. Əvvəlcədən təşəkkürlər. Hörmətlə:--Sortilegus 15:18, 25 yanvar 2011 (UTC)Cavabla

Salam, Sortilegus, bilirsiniz deməyə də utanıram, bu ay sifarişlərim çoxdur, bürokrat olanda nə olar, bildiyiniz kimi, bu cür işlərdə AzVikidə rütbə rol oynamır, inciməyin, gərək növbə gözləyəsiniz :))) Hörmətlə, --Vago 07:31, 26 yanvar 2011 (UTC)Cavabla
:))--Sortilegus 10:11, 26 yanvar 2011 (UTC)Cavabla

Sysop activity on azwiki_p

[vikimətni redaktə et]

Bu səhifədə Proger-in statistikası belədir: Total actions = 3, o cümlədən Protections = 3. Həmçinin Sultan11-də isə 1 Total actions var. Bu nə zaman olub? Mən hələ ki, dəqiqləşdirə bilmədim. --Cek Li Taran 10:38, 26 yanvar 2011 (UTC)Cavabla

Mənim də heç başım çıxmır niyə belə olub. Hər halda texniki xəta olar.--Sortilegus 10:46, 26 yanvar 2011 (UTC)Cavabla

Dostumuz Sortilegus

[vikimətni redaktə et]

İdarəçi seçilməyim münasibəti ilə mənə göndərdiyiniz təbrikə görə Sizə təşəkkür edirəm. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Hörmətlə --Acategory 13:53, 26 yanvar 2011 (UTC)Cavabla

Təbrik

[vikimətni redaktə et]

İdarəçi seçilməyim ilə bağlı etdiyiniz təbriklərə görə çox sağ olun! --Proger danış 20:37, 26 yanvar 2011 (UTC)Cavabla

İdarəçi

[vikimətni redaktə et]

Salam həmkar, təbriklərə görə təşəkkür edirəm! :)-- Pərviz  21:26, 26 yanvar 2011 (UTC)Cavabla

Rayon şablonları

[vikimətni redaktə et]

Salam, Sortilegus. Rayon şablonlarında adı məsələn, "Neftçala rayonu yaşayış məntəqələri" kimi düzəldək, yoxsa elə Neftçala rayonu kifayət edər? Hörmətlə, --Vago 13:59, 27 yanvar 2011 (UTC)Cavabla

Salam Vago. 1-ci variant daha məqbuldur. Şablonun mahiyyətini tam açır. Gələcəkdə şablonlar ola bilər "Neftçala rayonundakı abidələr" və s. və i. Hələ "Neftçala rayonunun yaşayış məntəqələri" (mənsubiyyət şəkilçisi ilə) lap yaxşıdır. Amma bu şablonların adında dəyişikliklər olsa həddən artıq çox məqalədə dəyişiklik etmək lazım gələcək. Kəndlər, qəsəbələr, şəhərlər haqqında məqalələrin hamısında. Hörmətlə:--Sortilegus 14:05, 27 yanvar 2011 (UTC)Cavabla

Sürücülər

[vikimətni redaktə et]

Salam Vüsal. Sürücülər kateqoriyasının ləğv edilməsinə nə deyirsən? Hörmətlə:--Sortilegus 18:17, 27 yanvar 2011 (UTC)Cavabla

Salam. Niyə?

Azərbaycan kinosunda animator köməkçilərinin siyahısı niyə silmisən? Özü də məsləhətləşmədən. Bu sənin 5-15-115 deyil 1115-ci hörmətsizliyindi.

--Vüsal Ağayev 18:29, 27 yanvar 2011 (UTC)Cavabla

O qədər olmaz. Sonrakı "hörmətsizlik"lərimin siyahısı (tərkibi bütün silinəcək və ləğv olunacaq kateqoriyalar) → Kateqoriya:SürücülərKateqoriya:Ofis xidmətiKateqoriya:MühafizəçilərKateqoriya:ƏlbəsəçilərKateqoriya:Geyimçilər. Hələlik təftiş etdiklərim. Hörmətlə:--Sortilegus 18:51, 27 yanvar 2011 (UTC)Cavabla

Sən kimsən ki, mənə belə yazırsan? Əlindən gələni elə. Hamı kimin kim olduğunu yaxşı tanıyır. Sonra peşman olacaqsan. İdarəçilərin içində ən narazı olduğum idarəçi sənsən bunu bil. Mənimlə həmfikir olanlar da var. Sənin məqsədin nəzər diqqəti cəlb etməkdir. Aləmi bir-birinə qatıb, sonra da peacekeeper kimi guya aranı sakitləşdirmək üçün "ağsaqqallıq" edirsən. Ancaq hamı bilir ki, samanı alovlandıran sənsən və sənin telefon zənglərindir. Sabah vikipediya dağılsa onun 1 nömrəli günahkarı sən olacaqsan. İndi də həmin oyunu təkrarlayırsan ki, aktiv istifadəçini qıcıqlandırıb yeni bir şou yaradasan. Bu alınmayacaq. Heç bir kateqoriyanı silməyə sənin ixtiyarın yoxdu. Müzakirə aç, cəmiyyət nə desə o da olsun! Səni burda bürokrat olaraq ona görə seçməmişik ki, ancaq məqalə, kateqoriya və nəhayət istifadəçiləri təmizləyəsən.

--Vüsal Ağayev 19:02, 27 yanvar 2011 (UTC)Cavabla

Yazdıqların arasında ən çox xoşuma gələn → "Sabah vikipediya dağılsa onun 1 nömrəli günahkarı sən olacaqsan" cümləsidir:) Cimmi Uelsin qulaqlarından uzaq:) Adlarını yuxarıda qeyd etdiyim kateqoriyalara intervikilər əlavə elə, kateqoriyadakı şəxslərin məqalələrinə də 5-6 cümlə. Əks halda hamısı silinəcək. Hörmətlə:--Sortilegus 19:13, 27 yanvar 2011 (UTC)Cavabla

məqalələrinə də 5-6 cümlə. Əks halda hamısı silinəcək.

--Vüsal Ağayev 19:23, 27 yanvar 2011 (UTC)Cavabla

Sil getsin:)--Sortilegus 19:27, 27 yanvar 2011 (UTC)Cavabla

Söhbətə qarışdığıma görə hər iki tərəfdən üzr istəyərək Sortilegus bəyin yadına salmaq istərdim ki, lütfən yuxarıda göstərilən kateqoriya və "məqalələr" silinərkən həmin məqalələrdəki şəkillər yaddan çıxmasın.Hörmətlə:--sefer 23:26, 27 yanvar 2011 (UTC)Cavabla

Etimadı doğrultmağa calışacağam

[vikimətni redaktə et]

Hörmətli həmkarım Sortilegus, təbrik üçün sizə təşəkkür edirəm. Göstərilən etimadı doğrultmağa çalışmaqla yanaşı, Vikipediyanın inkişafında əlimdən gələni əsirgəməyəcəyəm. Məncə bu hər birimizin amalıdır. Sizə işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə:--Sultan11 22:27, 27 yanvar 2011 (UTC)Cavabla

Şəkil

[vikimətni redaktə et]

Salam PPerviz. Vikigörüşün şəkillərini göndərdim. Bax gör hansını lazım bilirsənsə yüklə. Bir də ki, ümumiyyətlə AzVikiyə şəkil yükləmə prosesini bir qədər çətinləşdirmək lazımdır. Bilirəm ki, bununla bağlı nəsə hazırlayırdın. Yüklənən faylların adlarının səhifənin adına uyğun olması, Azərbaycan dilində olması, keyfiyyətinin yüksək olması və s. kimi şərtləri də daxil elə ora. Bu işi bir az tezləşdirək. Fayl yüklənməsi ilə bağlı burda vəziyyət o qədər də ürəkaçan deyil. Hörmətlə:--Sortilegus 15:44, 27 yanvar 2011 (UTC)Cavabla

Salam həmkar. Vikigörüş şəkillərinin yüklənməsinə bu gün, yükləmə bölməsinin düzəldilməsinə isə 3-4 günə başlayacam, imtahan sessiyasının bitməsini gözləyirəm. :) Hörmətlə:-- Pərviz  03:48, 28 yanvar 2011 (UTC)Cavabla

Bilirsinizmi

[vikimətni redaktə et]

Salam. Mən bilmək istərdim ki, ana səhifədə göstərilən Bilirsinizmi üçün yeni məlumatları harada yerləşdirmək lazımdır. Hörmətlə--Robert Langdon 14:08, 31 yanvar 2011 (UTC)Cavabla

Salam həmkar. Onu Progerlə dəqiqləşdir. Mən bilən həmin bölməni hələ avtomatlaşdırmayıb. Hörmətlə:--Sortilegus 19:12, 31 yanvar 2011 (UTC)Cavabla

Salamlar

[vikimətni redaktə et]

Oooo, məni kimi görürəm:) Salamlar. Bitdimi hərbi xidmət?:)--Sortilegus 19:15, 31 yanvar 2011 (UTC)Cavabla

Salamlar. xoş gördük :)
Hərbi xidmət bir müddətdir ki, bitib. Asta-asta fəaliyyətimi bərpa etməyə çalışıram --A_M_D m-f 19:47, 31 yanvar 2011 (UTC)Cavabla
Həmişə evində-eşiyində. Fəaliyyətini "asta-asta" bərpa etməklə düz eləyirsən:) AzViki gördüyün kimi artıq o AzViki deyil, xeyli inkişaf edib, zənginləşib. Səni yenidən sıralarımızda görmək çox xoşdur. Burdakı gələcək fəaliyyətində sənə uğurlar. Hörmətlə:--Sortilegus 20:01, 31 yanvar 2011 (UTC)Cavabla

Yaxşı məqalə

[vikimətni redaktə et]

Hörmətli Sortilegus. Mən yaxşı məqalə şərtlərini hazırladım. Heç kim etiraz etmir. Bu qaydaları səsverməyə necə çıxarmaq olar. Qəbul olunma üsulu necədir. --N KOzi 07:52, 7 fevral 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Salam, Sortilegus, 3-4 gündü görsənmirdiniz, fikirləşdim, buraları başlı-başına buraxmısınız :) --→VagoMüzakirə 15:40, 7 fevral 2011 (UTC)Cavabla

Salam Vago. Hə, bir az baş qarışıq idi. Buradan artıq arxayınam. Görürəm köhnə və yeni idarəçilər əl-ələ verib çox gözəl idarə edirlər AzVikini. Hörmətlə:--Sortilegus 15:44, 7 fevral 2011 (UTC)Cavabla

Vandalizm

[vikimətni redaktə et]

Salam, bu ip-li 46.70.126.82 istifadəçi vandalizmlə məşğuldur --JameS RamireZ 18:34, 7 fevral 2011 (UTC)Cavabla

Salam. Məlumat verdiyinə görə təşəkkür edirəm. Digər idarəçi tərəfindən artıq həmin IP ünvan bloklanıb. Hörmətlə:--Sortilegus 19:36, 7 fevral 2011 (UTC)Cavabla

Ramil c

[vikimətni redaktə et]

Salam, Sortilegus. Gələcəyin aktiv Vikipediyaçısı Ramil c (müzakirətöhfələrstatistikalar) ilə hələ ki səbirlə dolanmağı münasib görürəm. Yeni istifadəçilərlə bu cür mövqe sərgiləməyimi necə qiymətləndirirsiniz? :) Hörmətlə, →VagoMüzakirə 11:13, 9 fevral 2011 (UTC)Cavabla

Salam Vago. Müsbət qiymətləndirirəm:) Amma gələcəyin aktiv Vikipediyaçısı xəbərdarlıqlara heç bir reaksiya vermir:) Bir müddət sonra yaratdığı lazımsız məqalələri silərik, amma bloklamaq hələ lazım deyil. Hörmətlə:--Sortilegus 11:23, 9 fevral 2011 (UTC)Cavabla

Yazılanlara reaksiya versəydi, elə müasir aktiv Vikipediyaçısı terminini işlədərdim də :)) Deyəsən buradan köçürür. →VagoMüzakirə 11:25, 9 fevral 2011 (UTC)Cavabla
))3-4 gün gözləyək görək bəlkə yaratdığı məqalələri zənginləşdirdi. Zənginləşdirməsə yəqin ki, əksəriyyəti silinəcək. Fəaliyyəti nəzarətə götürülən istifadəçilər siyahısına salmışam adını. --Sortilegus 11:46, 9 fevral 2011 (UTC)Cavabla
Yavaş-yavaş düzəldirəm. Bəzi aktyorlardan ki yaxşı səhifələrdir. Yavaş-yavaş öyrəşir. Mənbələr də artırmağa çalışır. Bəlkə onun fəaliyyətini mənə həvalə edib, 3 aydan sonra hesabat istəyərsiniz :)→VagoMüzakirə 11:49, 9 fevral 2011 (UTC)Cavabla
3 aydan sonra laçınşünas olacaqsan:)--Sortilegus 12:02, 9 fevral 2011 (UTC)Cavabla
Olacağıq :))→VagoMüzakirə 12:03, 9 fevral 2011 (UTC)Cavabla

Biologiya

[vikimətni redaktə et]

Salam, Sortilegus. İnşallah bir az da belə davam eləsəniz, Sizə "Biologiya ulduzu" təqdim edəcəyəm. ) Hörmətlə,→VagoMüzakirə 13:58, 10 fevral 2011 (UTC)Cavabla

Salam Vago. Bir istifadəçinin fəaliyyətini təftiş edirəm:) Fəaliyyəti çoxşaxəli olduğuna görə gah biologiyaya, gah dinə baş vurmalı oluram:) Hörmətlə:--Sortilegus 14:03, 10 fevral 2011 (UTC)Cavabla

Şablon işinə baxan kim, kimə müraciət olunur :)

[vikimətni redaktə et]

Bir qeydiyyatdan keçməmiş eleskerli izzet ad-soyadlı istifadəçinin xahişini diqqətinizə çatdırıram : "Salam.Xahis edirem Povest ve Serbest sehifesini sablon edin.Imza:eleskerli izzet" →VagoMüzakirə 12:59, 11 fevral 2011 (UTC)Cavabla

Həmin istifadəçinin IP ünvanı belədir: 217.168.176.3 --Cek Li Taran 13:07, 11 fevral 2011 (UTC)Cavabla

İstifadəçi çox böyük ehtimal ki, səhifələrin vikipediya qaydalarına uyğunlaşdırılmasını istəyir. "Povest" səhifəsini mən qaydaya salaram.--Sortilegus 19:54, 11 fevral 2011 (UTC)Cavabla

Mübahisə

[vikimətni redaktə et]

Salam. Vikipediya:Azərbaycan və Ermənistan:Mübahisəli məqalələrin düzəlişi səhifəsinə baxdım. Hətta müəyyən redaktələr də etdim. Əslində, belə bir səhifənin yaradılması bizə "sərf etmir". Erməni dilində olan vikipediya Azərbaycan dilində olan vikipediya səviyyəsində deyil və inanmıram da ki, nə vaxtsa bizim səviyyəyə qalxsın. Bu bilirsən təxminən nəyə oxşayır? Elə bil ki, 100 kiloluq bir boksçu rinqə 40 kiloluq bir boksçu ilə çıxır və döyüşdən əvvəl söz verir ki, rəqibin iki yumruqlu zərbələrinə yalnız 1 yumquğu ilə cavab verəcək. Amma buna da razıyıq, bir şərtlə ki, erməni vikipediyasında analoji səhifə yaradılsın. Qoy ermənilər burda hansı məqalələrə, fayllara etiraz etdiklərini bildirsinlər, biz də erməni vikipediyasında. Əks halda burdakı səhifə silinəcək.--Sortilegus 21:24, 12 fevral 2011 (UTC)Cavabla

Salam. Bu məqalə iki vikipediya arasında normal əlaqələr qurmaq, Xəritə müharibəsi, tarix müharibəsi və sayrə bunu kimi hadisələrin yaranmasından qabağ həll yolu tapılmaq üçün yaradılıb. AzViki və HyViki də Vikipediyanın əsas qanunlarından biri "Tərəfsizliy"i çox zaman pozulur. Və mən iki vikipediya arasında ən çox oxunulan və daha inkişaf etmiş vikipediyada mübahisənin həllini axtarmaqa qərara gəldim. Bu səhifəni erməni dilinə tərcümə edib yazacam və burada hər iki tərəf səs verə bilər xəritə müharibəsinin ömrünə isə az qalıb. --JameS RamireZ 11:45, 13 fevral 2011 (UTC)Cavabla

Azərbaycan (türk) ədəbiyyatı və kateqoriya

[vikimətni redaktə et]

Hörmətli həmkar. Şairlərlə bağlı redaktələriniz (şablonun çıxarılması) və kateqoriyaların ləğvi nə məqsəd daşıyır? Onusda keyfiyyət aşağıdır, kateqoriyaların ləğvi bizə zərbə vurur. --Proger danış 23:10, 14 fevral 2011 (UTC)Cavabla

Qeyri-obyektivlik və dini nifaq

[vikimətni redaktə et]

Hörmətli Sortilegus. Bu, bubu məsələyə dair fikir bildirməniz mənə maraqlı olardı --N KOzi 06:33, 16 fevral 2011 (UTC)Cavabla

Salam. Mənbələr göstərilibsə məlumatların qalmağında heç bir problem görmürəm. Opponent də nəsə əlavə etmək istəyirsə mənbə göstərməklə bunu edə bilər. Vikipediyada olur ki, bir-birinə daban-dabana zidd iki mövqe məqalədə yanbayan öz əksini tapır. Hörmətlə:--Sortilegus 10:31, 16 fevral 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. --N KOzi 10:33, 16 fevral 2011 (UTC)Cavabla

Əli Kərimov

[vikimətni redaktə et]

Salam. Daxili İşlər Nazirləri şablonunu yaradarkən "Əli Kərimov" adında bir neçə nəfərin olduğunu gördüm:

Hələ bundan əlavə haqqında məqalə olmayan keçmiş Daxili İşlər Nazirlərindən biri var. Onu Əli Kərimov (nazir) formasında yaradacam.

Bunların "dəqiqləşdirmə" səhifəsini yaratmaq istəyirəm. Qarabağ şəhidinin adını dəyişib (şəhid) əlavə eləmək istəyirəm. Balaban ustadında problem yoxdu. Tələbə olaraq göndərilən şəxsin adını necə dəyişsək yaxşı olar? Çünki digərlərindən fərqli olaraq bu şəxsdə rum rəqəminin olması bir az yaxşı görsənmir. Bu haqda fikrinizi bilmək istərdim. --Bakuemil 12:46, 16 fevral 2011 (UTC)Cavabla

Salam. Dəqiqləşdirmə səhifəsi yaradılması yaxşı ideyadır. Amma səhifəyə olan daxili keçidlərdə də sonra bir-bir düzəliş edib dəqiqləşdirmə aparmaq lazımdır. Bilmirəm "Əli Kərimov (tələbə)" yazmağımız nə dərəcədə düzgün olar. Ümumiyyətlə, belə götürəndə bu şəxs heç ensiklopedik şəxs də deyil. İstəyirsən, hələlik rum rəqəmi qalsın, sonra baxarıq. Bir də baxmaq lazımdır ki, Əli Kərimov adında başqa nazir olmayıb ki. Məncə olmayıb. Olmayıbsa "Əli Kərimov (nazir)" yazmaqda da problem yoxdur. Hörmətlə:--Sortilegus 13:02, 16 fevral 2011 (UTC)Cavabla

Səsvermə

[vikimətni redaktə et]

Salam, Sortilegus. Necəsən? Bildiyin kimi, mən bir çox səbəbdən VikiMənbədə aktiv deyiləm. Ona görə də orada aktiv idarəçi yox idi. Yeni seçki keçirmək lazım idi. Vugar 1981 idarəçi olmaq istəyini bildirdi. Məncə, uğurlu seçimdir. s:VikiMənbə:İdarəçilər--Eмϊn >> 15:44, 16 fevral 2011 (UTC)Cavabla

Salam Emin. Çox sağ ol, yaxşıyam. Məncə də uğurlu seçimdir. Ümid edirəm ikiniz də əl-ələ verib VikiMənbəni daha da inkişaf etdirəcəksiniz. Bizdən də nə kömək lazım oldu həmişə hazırıq. Hörmətlə:--Sortilegus 21:40, 16 fevral 2011 (UTC)Cavabla

Kömək

[vikimətni redaktə et]

Hörmətli Sortilegus. Bir müddət öncə yaratdığım "Səlahəddin Xəlilov" səhifəsinin türkcə variantını Vikidə yerləşdirdim. Lakin onu tez bir müddətdə çıxardılar. Mənim başa düşdüyümə görə bu mövcud səhifənin tərcüməsi kimi başa düşülüb ya da ki, adlandırma ilə bağlı problem olub. Məgər eyni bir layiqli şəxs haqda müxtəlif dillərdə səhifə yaratmaq olmaz? Sizin məsləhətinizə və köməyinizə ehtiyacım var. Hörmətlə, --Eltac 17:32, 16 fevral 2011 (UTC)Cavabla

Salam Eltac. Vikipediyada son vaxtlar fəallığınız məni çox sevindirir. Nə kömək lazım olsa heç çəkinmədən mənə müraciət edə bilərsiz. Sizin yaratdığınız məqalə belə başa düşdüm ki, Türkiyə türkcəsində olub, ona görə silinib. Azərbaycan dilində vikipediyada istisnasız bütün məqalələr Azərbaycan dilində olmalıdır. Siz həmin məqaləni türkcə vikipediyada yarada bilərsiniz → http://tr.wikipedia.org . Eləcə də istənilən dildə həmin məqalənin qarşılığını həmin dildə olan vikipdiyada yaratmaq olar. Məqalənin orada qalıb-qalmayacağına isə həmin vikipediyaların idarəçiləri qərar verəcəklər. Hörmətlə:--Sortilegus 21:47, 16 fevral 2011 (UTC)Cavabla

VikiKitab

[vikimətni redaktə et]

Salam İradə xanım. Bildiyin kimi bizdə indi ən ciddi problemlərdən biri Vikimedia fondunun Vikipediyadan başqa digər Azərbaycandilli layihələrində idarəçi qıtlığı və idarəçi nəzarətinin olmamasıdır. Bu məsələni biz sonuncu vikigörüşümüzdə də xeyli müzakirə etdik. Artıq 2 layihədə idarəçi seçkisinə start verilib. 1 layihədə də seçki hazırlanır, bu gün-sabah səsvermə başlayacaq. Aktiv istifadəçilərin istəyi və mövqeyi belədir ki, VikiKitab layihəsində idarəçiliyə ən layiqli namizəd sənsən. Bununla bağlı VikiKitabdakı müzakirə səhifəndə sənə müraciətlər də olunub. Əgər etiraz etmirsənsə sənin namizədliyini VikiKitabda idaərçiliyə irəli sürərdik. Hələ ki, böyük layihə deyil, iş də çox olmayacaq. Elə həftədə 1-2 saat vaxt ayırıb təftiş etmək kifayət edər. Bununla bağlı fikrini bilmək maraqlı olardı. Hörmətlə: --Sortilegus 22:14, 16 fevral 2011 (UTC)Cavabla

Sortilegus və Cekli, salam. VikiKitabda və VikiMənbədə son hadisələrdən xəbərim var. Qəti qərara gələ bilməyəndə susmağı üstün tutduğum üçün cavab vermirdim. VikiKitabda istifadəçilərin fəaliyyəti çox aktivlik olmadığına görə, qorxuram mənim üçün maraqsız olsun. Müzakirə və mübahisələr o qədər öyrəşmişəm ki, sakitlik olanda darıxıram :)). Lakin, əgər siz təklif edirsinizsə VikiKitabda idarəçi olum, imtina etmirəm. Ümid edirəm ki, AzVikidəki dostlar məni orada darıxmağa qoymazlar :)--Irada 06:12, 17 fevral 2011 (UTC)Cavabla

Xaker

[vikimətni redaktə et]

Salam. Bu istifadəçinin istifadəçi səhifəsini oxu - İstifadəçi:Zkrhack‎. Yarım saatdır oxuyub gülürəm:)--Sortilegus 22:35, 18 fevral 2011 (UTC)Cavabla

Halal olsun! Bizə möhkəm oğullar lazımdır ))) →VagoMüzakirə 07:49, 19 fevral 2011 (UTC)Cavabla

Gülməkdən öldüm:))))))))-Cek Li Taran 08:02, 19 fevral 2011 (UTC)Cavabla

dostlar bu gun insanlara nese gulmekleyek .daha yardimci olaq yardimlasaq birlikde el-ele verek /amma duzdur İstifadəçi:Zkrhack‎ belkede bu xakerlik yox diger html derlerei progrmalsdirma dilleri oyrenseydi belkede indi daha cox faydasi olacaqdir / qaranliqdan sikayet etmeyin bir samdA SIZ YANDIRIN /tesekkur her kese — Bu imzasız yazı Wg-asna (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Cek dili

[vikimətni redaktə et]

Salam kolleqa. Səfərin Kənd meydanında yazdığı şikayəti oxudum, reaksiya verməsəm də neçə vaxtdır cek dili ilə bağlı müzakirələri də izləyirəm. İstifadəçi əgər səhifəyə əlavə etdiyi məlumatı mənbə ilə də möhkəmlədibsə, o məlumatı silmək düzgün deyil. Alternativ məlumatlar və mənbələr əlavə etmək olar. Təbii ki, müzakirə və mübahisə mövzusu ilə bağlı səndə hamıdan çox məlumat və material olmalıdır və yəqin ki, var. Sözün düzü ixtisasça dilçi-filoloq olsam da, dillərin etimologiyası ilə çox da məşğul olmamışam. Sadəcə bu bir neçə gündə Şahdağ milli etnik qrupuna daxil olan xalqlar, onların sayları, dilləri haqqında olan məqalələri oxudum. Mənim şəxsi fikrim belədir ki, bu xalqlar bir-birinə qohum, dilləri bir-birinə yaxın xalqlardır. Amma heç birinin dili o birinin ləhcəsi deyil. Çox böyük ehtimal ki, qrızlılar daha çoxsaylı olduqlarına görə sovet vaxtı tədqiqatlar aparılanda əsas onlar nəzərə alınıb. Şahdağ qrupunun digər etnik təmsilçilərinin dili, adət-ənənələri elə də yaxşı tədqiq olunmayıb. Vikipediyanın gözəlliyi elə ondadır ki, bu cür məsələlərə faktlar, mənbələr tutuşdurulmaqla, təhlil olunmaqla aydınlıq gətirilir.

P.S. Amma nə istərdim bir aktiv qrızlı istifadəçimiz burda olaydı:) --Sortilegus 17:53, 19 fevral 2011 (UTC)Cavabla

Səfərin hərəkəti mənə qarşı indiyə qədər digər istifadəçilərin də istifdə etdiyi analoji hərəkətdir. Şahdağ xalqları mənim üçün çox həssas məsələdir. Nəinki qrızlı, hətta buduqlu, əlikli, haputlu, yergüclü, xınalıqlı aktiv istifadəçilərin olmasını mən də çox istərdim. --Cek Li Taran 10:40, 21 fevral 2011 (UTC)Cavabla

Tarixdə bu gün

[vikimətni redaktə et]

Salam. Bu gün Ana Səhifədə Tarixdə bu gün bölməsində sadəcə 5 məlumat gördüm. Ancaq, mən hər zaman 7 məlumat yazıram. Əgər bundan sonra beş olacaqsa mən də 5 məlumat əlavə edim. Cavabınıza sevinərəm. Hörmətlə --Robert Langdon 15:07, 21 fevral 2011 (UTC)Cavabla

Salam. Yox, elə 7 məlumat daxil etmək normaldır. Sadəcə bəzən elə olur ki, hər hansısa məlumat çox uzun alınır, bu da ana səhifənin dizaynını korlayır - "tarixdə bu bu gün" bölməsinin də yerləşdiyi sağ sütun çox uzanır, "seçilmiş şəkil" bölməsinin altında isə boşluq yaranır. Ona görə 1-2 məlumatı ixtisar etmək lazım gəlir. Yəni sırf texniki düzəliş üçün edilmiş ixtisardır. Hörmətlə:--Sortilegus 19:22, 21 fevral 2011 (UTC)Cavabla

Name change

[vikimətni redaktə et]

Hi. Could you change the name of my bot, İstifadəçi:KhanBot, to NjardarBot? Thanks. Harald Khan 09:50, 23 fevral 2011 (UTC)Cavabla

Vikipediyada silmək belə mi olur?

[vikimətni redaktə et]

Sortilegus salam. Kənd meydanı yazmışdım, Sizə də təkrar etmək istəyirəm. “Əvvəllər, AzVikidə çox az idarəçi vardı, bu da problem yaradırdı, idi 11-dən çoxdur, indi də bu daha çox problem yaradır” Dünən bütün gün Midiyalılar məqaləsi üstə işləmişəm, AzVikidə az rastlanan mötəbər mənbələrə əsaslanan bir məqalə idi. İndi baxıram ki, PPerviz adlı idarəçi məqalənin məzmununu silib, özün də yönləndirib Madaylar adlı məqaləyə. Bilmirəm bu iadrəçi özbaşınalığıdır, ya adi vikipediya qaydalarının bilməməkdəndir. Əgər PPerviz görə bu eyni məqalələrdirsə onları birləşdirmək şablonu qoymalıdır. Təsəvvür edin mən bir gün işləyirəm, hansısa PPerviz yox edir, mən indi artıq hətta işlədiyim məqalənin məzmununu əldə edə bilmirəm. Bir daha xahiş edirəm, idarəçiləri başa salın ki, mötəbər mənbəyi olan faktları keyfi istədiyi kimi silib atmaq olmaz. Midiyalılar məqaləsinin mətnini də mənə verin, bu bir copy-paste deyil ki, təzədən istifadə edim, uzun araşdırmalar ilə mənbələrdən götürülmüş faktlardır.--Melikov Memmedemail 05:58, 26 fevral 2011 (UTC)Cavabla

Həmin məqaləni bərpa etmişəm. Silinməsini doğru hesab etmədim. Çünki müəllif istəyi olmamışdır. Və həmçinin məqalənin tərkibi onun silinməsinə heç bir əsas vermir. --Cek Li Taran 07:37, 26 fevral 2011 (UTC)Cavabla

Cek Li Taran, sağ olun, ancaq bir daha bütün idarəçilərdən xahiş edirəm ki, mötəbər mənbəyi olan faktları istədiyi kimi silib atmasınlar, inzibatı metodlardan istifadə yaxşı deyil, hər şey müzakirə olunsun ki, məsələ aydınlaşsın, Siz bunu etməsəydiniz mən hətta işlədiyim məqalənin məzmununu əldə edə bilmirdim, gərək indən sonra kopiyaların saxlayım. --Melikov Memmedemail 07:43, 26 fevral 2011 (UTC)Cavabla

Salam. Cekli məqaləni bərpa edib. Mən son vaxtlar geniş müzakirə və mübahisələrə səbəb olan bu iki məqaləni nəzarətdə saxlayacam. Məqalələri kopyalamağa ehtiyac yoxdur. İstənilən silinən məqalənin, hətta o qeyri-ensiklopedikdirsə belə, mətnini əldə etmək üçün siz istənilən idarəçiyə müraciət edə bilərsiniz. O, məqaləni bərpa etməyə və sizə onun mətnini götürməyə imkan yaratmağa borcludur. Sonra məqaləni yenə də silə bilər. Hörmətlə:--Sortilegus 20:49, 26 fevral 2011 (UTC)Cavabla

İnformasiya üçün çox sağ olun, doğrusu bunu bilmirdim, əks təqdirdə PPervizin özündən məqaləmi bərpa etməyi tələb edərdim--Melikov Memmedemail 05:19, 28 fevral 2011 (UTC)Cavabla

Fransa

[vikimətni redaktə et]

Salam. Sizdən bu istifadəçi Cinta Kirana haqqında soruşmaq istərdim. Fransa kommunaları haqqındakı məqalələr həqiqətənmi tam yararsızdır. Üstəlik En departamentinin şablonunu da silmisiniz. --N KOzi 08:00, 26 fevral 2011 (UTC)Cavabla

Salam. Bəli, tam yararsızdır. İstifadəçinin fəaliyyəti spam səciyyəsi daşıyır və kütləvi hal alıb (təsəvvür edirsən, Fransanın departamentlərinə daxil olan yerlər haqqında burda adı fransız dilində, içində 1 şablon cümlə olan 10-15 min məqalənin yaradılmasına biz göz yumsaq AzVikinin vəziyyəti necə ola bilər?). Bu, əslində AzVikidə 3-cü belə haldır. Hardasa 4-5 il bundan qabaq Türkiyənin bütün kəndləri (hətta ən ucqar) haqqında burada adı və məzmunu türkcə olan məqalələr yaradılmışdı. Sadəcə türkdilli vikidən kopyalayıb bura köçürmüşdülər. O vaxt idarəçilərin buna ciddi yanaşmaması səbəbindən sonradan bu, bizim üçün böyük problem yaratmışdı. 4-5 min məqaləni təftiş etmək və "arıtlamaq" lazım gəldi (onların demək olar ki, 95%-i silindi). İkinci hal Rusiya şəhərləri ilə bağlı bu yaxınlarda baş verdi. Kütləvi şəkildə məqalələr yaradıldı. Amma həmin məqalələrin ən azı adları Azərbaycan dilində idi. İdarəçilərdən biri də istifadəçiyə bu məqalələri "vikləşdirməyə" kömək etdi, həm də fəaliyyət o qədər də kütləvi hal almadı. Ona görə də həmin məqalələr silinmədi. Amma hələlik. Müəyyən müddətdən sonra onlar da arıtlana bilər. Hörmətlə:--Sortilegus 21:07, 26 fevral 2011 (UTC)Cavabla

Səsvermə

[vikimətni redaktə et]

Salam. Vaxtın olsa, bura [3] baxarsan. Səslərin necə hesablanacağını bilmirəm.--Eмϊn >> 13:01, 26 fevral 2011 (UTC)Cavabla

Salam. Hələ tələsmə, qoy bütün layihələrdəki səsvermələr tamamlansın 3-4 günə. Sonra VikiSitatda VikiSitat və VikiMənbə üçün ortaq ümumiləşdirmə forması mən tətbiq edəcəm (belə ki, yalnız bu iki layihədə idarəçi mövcuddur və yekunlaşdırma yalnız bu layihələrdə aparılacaq). Digər iki layihədə yekunlaşdırma aparılmayacaq (idarəçi seçilənlər bu seçkidən sonrakı səsvermələrdə bu işi görəcəklər). Bütün seçkilər tamamlanandan sonra mən stüardlardan birinə geniş izahat yazıb müraciət edəcəm və qalib gəlmiş namizədlərimiz üçün idarəçi statusu istəyəcəm (Azərbaycan dilində olan layihələrdə yeganə fəal bürokrat statusu məndə olduğuna görə buna hüququm çatır). Amma sən hələlik səsvermə tamamlanandan sonra verilən səslərin üstündən xətt çəkib, səsləri etibarsız sayarsan. Hörmətlə: --Sortilegus 20:41, 26 fevral 2011 (UTC)Cavabla

Şablon

[vikimətni redaktə et]

Midiyalılar məqaləsi yenə silinib. Xahiş edirəm Madaylar və Midiyalılar məqalələrini araşdırın, Madaylar məqaləsi Q.Qeybullayev adlı bir etnoqrafın qeyri-akademik tək bir kitabında irəli sürdüyü qeyri-adi iddilar əsasında yazılmış “bloq” səhifəsidir, Vikipediyada belə bir şeyə ümumiyyətlə icazə verilməməlidir. AzVikidəki bu tarixi saxtalaşdırmalar idarə olunur-olunmur, bilmirəm (idarəçilərin fəaliyyəti bunu yazmağa vadar edir), ancaq bir daha bildirirəm, Vikipediya bu cür təbliğat yeri olmamalıdır, Azərbaycan həqiqətlərini doğru-dürüst dünyaya yayaq, vətənimiz üçün ən gözəl təbliğat elə budur, sərsəm iddalar zaman-zaman bu torpaqda at oynadıb, ancaq zaman öz sözünü deyib "Kələklə gələn küləklə gedər". Midiya tezisinin çox "qədim" tarixi var, Səfər özünə bir bloq yaratsın və orda Q.Qeybullayevin iddialarını təbliğ etsin, bunun AzVikiyə nə aidiyyəti? “Toponimləri” bölməsinə baxın, belə bir şey mi olar, tam bir “biabırçılıq”. Midiyalılar məqaləsində 20-dən çox tanınmış tarixçiyə istinad var. İdarəçi məqaləni birləşdirə bilərdi, bu cür silməsi "yumşaq desək" yolverilməzdir. Ancaq ən başlıcası, Sizdən bir xahişim var, AzViki fəaliyyət göstərmək üçün mütləq hamının (ilk növbədə idarəçilərin) ciddi əməl etdiyi qaydalar olmalıdır, məsələn, bütün Vikipediyalarda yalandan şablon yerləşdirmək və ya yerləşdirilmiş şablonun tələblərinə yerinə yetirmədən şablonun silinməsi yolverilməzdir. AzVikidə hər bir şeyin silinib atılması su içmək kimi asan olduğu üçün Sizdən bu işi şəxsi nəzarətə götürməyi xahiş edirəm. --Melikov Memmedemail 06:20, 28 fevral 2011 (UTC)Cavabla

16 mart saat 12:00

[vikimətni redaktə et]

Salam. Mart ayında Xəzər Universitetində Vikigörüş keçirmək təklif olunub. 16 mart saat 12:00-da görüşün keçirilməsinə mən razıyam. Sizin və digər istifadəçilərimizin də fikrini bilmək istərdim. --Cek Li Taran 10:11, 3 mart 2011 (UTC)Cavabla

Salam. 16-sı 12:00-da təəssüf ki, mən dərslərlə əlaqədar gələ bilməyəcəm. 15 və ya 16-sı saat 15:00 olsa məmnuniyyətlə iştirak edərəm. --Sortilegus 12:13, 3 mart 2011 (UTC)Cavabla

Təbrik

[vikimətni redaktə et]

Salam. Sizi Azərbaycan dilində olan VikiMənbənin idarəçisi seçilməniz münasibətilə təbrik edirəm. İnanıram ki, sizin səyləriniz sayəsində VikiMənbə daha da zənginləşəcək və inkişaf edəcək. Hörmətlə:--Sortilegus 19:56, 3 mart 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. Dəstəyinizə və xoş sözlərinizə görə minnətdaram. --N KOzi 05:18, 4 mart 2011 (UTC)Cavabla

Salam. Sizi Azərbaycan dilində olan VikiKitabın idarəçisi seçilməniz münasibətilə təbrik edirəm. İnanıram ki, sizin səyləriniz sayəsində VikiKitab daha da zənginləşəcək və inkişaf edəcək. Hörmətlə:--Sortilegus 19:51, 3 mart 2011 (UTC)Cavabla

Sortilegus, təşəkkür edirəm. Mənə səs verənlərin etimadını doğrultmağa çalışacam. Hörmətlə, --Irada 06:35, 4 mart 2011 (UTC)Cavabla

Qlobal akkaunt

[vikimətni redaktə et]

Salam, Sortilegus, akkauntumu qlobal etmək istəyirəm və burada bəlkə mənə yardımın toxuna biləcək bir işin planını tapa biləcəyinizi güman edirəm. Çünki w:pt:Massacre adlı istifadəçi üçün buna bənzər bir şey ediblər. Sadəcə yuxarıda yazılıb ki aktiv bürokrat olmasa belə burada sizə yardım oluna bilər. Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, Vago-azVagoMüzakirə 10:38, 10 mart 2011 (UTC)Cavabla

Salam. Hansı akkauntu qlobal etmək istəyirsən? "Vago-az", yoxsa "Vago"? "Vago-az" qlobaldı. "Vago"-nun bütün layihələrindəki parollarını eyni elə, sonra qlobal qeydiyyata alın. Hansı layihədə ki, "Vago" hesabı sənə məxsus deyil, əgər ordakı "Vago"nun ciddi redaktə sayı yoxdursa, o layihənin bürokratına müraciət elə, o "Vago"nun adını dəyişsin, sən onu özəlləşdir. Hansı layihədə ki, bürokrat yoxdur metaya müraciət elə (mənə göndərdiyin keçid səhifəsində) stüardlar bu işi görsünlər. Hörmətlə: --Sortilegus 23:20, 10 mart 2011 (UTC)Cavabla

Təşəkkür edirəm!-→VagoMüzakirə 07:09, 11 mart 2011 (UTC)Cavabla

Təhqir

[vikimətni redaktə et]

Salam. İstifadəçi Melikov Memmed məni qeyri türk adlandıraraq və qeyri türk ulu babalarımı vikipediyada türk kimi sırımaq istədiyimi söyləyərək təhqir edib.[4] Tələb edirəm idarəçilər tərəfindən cəzalandırılsın və ya daha kobuda ifadələrlə cavab verəcəm! Məncə bu hal nə azvikiyə nə də bizlərə başucalığı gətirməyəcək. Bu [5] qaydalara əsasən, 1. İstifadəçinin yaşı, cinsi, milli mənsubiyyəti, dini, mənsub olduğu sosial qrup, ixtisası ilə bağlı istehzalara yol vermək və təhqir etmək, 2. Sübut olmadan istifadəçini yalançılıqda və ya düzgün redaktə edə bilməməkdə günahlandırmaq (dəfələrlə bunu edib və fikrini əsaslandıra bilməyib) bəndlərinə əsasən istifadəçinin bu - "Bu cür təhdidlərə yol verən istifadəçi xəbərdarlıqsız və ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər." prinsiplə cəzalandırılmasını tələb edirəm.

Ayrıca Midiya məqaləsində müzakirə olunacaq bir şey qalmayıb. Cənab Melikov Memmedin bütün irad və suallarına dəfələrlə cavab vermişəm. Anlaşılmaz hissələri isə izah edib əsaslandırmışam. Özünüz müzakirəni oxuyaraq buna əmin ola bilərsiz. O isə eyni məsələlərə təkrar təkrar qayıtmaqla sadəcə ümumi sözlər və ifadələrlə müzakirəni uzadır. Xahiş edirəm bu məsələdə təftişçiliyi öhdəsinə götürmüş idarəçi kimi fikir bildirib Midiya məqaləsinin müzakirəsini yekunlaşdırasız. Madaylar və Midiyalılar məqalələrində isə müzakirə hələ davam etdirilə bilər. --sefer 12:41, 11 mart 2011 (UTC)Cavabla

Güya mən Səfəri “qeyri türk adlandıraraq və qeyri türk ulu babalarımı vikipediyada türk kimi sırımaq istədiyimi söyləyərək təhqir etmişəm. Bu doğru deyil, mən Səfər haqqında belə bir şey yazmamışam, hətta onun bu barədə sualına “əlbəttə sizi nəzərdə tutmuram” deyərək məsələni izah da etmişəm. Səfər də bilir ki, burda söhbət zaman-zaman Azərbaycanda özləri türk olmayan bəzi şəxslərin Azərbaycan türklərini kökünü aparıb yerli qeyri-türklərə bağlamaq cəhdlərindən gedir. Mən Midiya məqaləsinin də tam tərəfli olduğunu, 40-cı ildə Mir Cəfər Bağırov vəhşi və qaniçən türklər bizim millətin əcdadı ola bilməz, midiyalılar bu millətin əcdadıdır tezisini həyata keçirmək istəmiş, ancaq midiyalıların ari olmaları o qədər aydın idi ki, bu tezliklə bir kənara atılmışdır. İndi isə ümumiyyətlə midiyalıların türk olduğunu yazmaq gülüncdür, hər kəs tərəfindən sadəcə məsxərəyə qoyulan bir tarixi saxtakarlıqdır. Ancaq Səfərin nə olursa olsun bu ideyanı AzVikidə yerləşdirmək cəhdi mənə aydın deyil, hətta bu cür “təhqir metodundan” istifadə edərək də öz məqsədinə çatmaq arzusu qəribədir. Bir daha bildirirəm ki, mən Səfəri təhqir etməmişəm, başıbəlalı tariximiz haqqında söz demək də mənim hüququmdur. --Melikov Memmedemail 09:17, 11 mart 2011 (UTC)Cavabla

Məsələ ilə bağlı mümkünsə mən də münasibət bildirmək istərdim. Əvvəla müzakirəni tam oxudum və hər hansı konkret şəxsi nəzərdə tutan təhqir və ya təhqirə yaxın heç bir fikir və ya ifadəyə rast gəlmədim. Məncə müzakirə qızğın olduğu üçün hansısa söz və ifadələr əslində olduğundan daha sərt görünmüş ola bilər. Məsələnin məğzi ilə bağlı isə deyə bilərəm ki, məqalədə midiyalıların türk olduqlarının təsdiq olunmuş fakt kimi verilməsi əlbəttə ki, doğru deyil, çünki dünya elmində, o cümlədən Azərbaycan tarixçiləri arasında qəbul edilmiş ümumi fikir ondan ibarətdir ki, Midiyalılar fars mənşəli xalq olublar və bu fikir bütün digər vikilərdəki məqalələrin elə ilk abzasında əks olunub. Bunun əksini düşünənlər ola bilər, amma belə hallar Vikipediya tərəfindən qəbul edilmir və Vikipediyanın təməl qaydalarından biri olan "Şəxsi tədqiqatlar olmamalıdır" (No original research) qaydasının tələblərini pozur. Əgər bu fikirlə çıxış edən şəxs tanınmış tarixçidirsə, onda məqalədə qısa şəkildə Midiyalıların mənşəyi ilə bağlı alternativ baxışların olduğu bildirilməli və həmin tarixçinin belə düşündüyü qeyd edilməlidir. Amma bu fikir Azərbaycan tarix elminin ümumi yanaşması kimi təqdim edilə bilməz. Wertuose 12:24, 11 mart 2011 (UTC)Cavabla

“Midiya taryfaları irandilli tayfalar deyildilər, yalnız sonradan Midiya farslar tərəfindən işğal edildikdən sonra müəyyən qədər farslaşmaya məruz qalmışdılar." bu hansısa tədqiqatçının fikri deyil, 1961 - ci ildə AMEA tərəfindən nəşr edilmiş akademik 3 cildlik Azərbaycan tarixinin birinci cildindən (səh 50) olan sitatdır. Bu da şəxsi tədqiqatdır? Ayrıca ola bilər ki, siz qeyri - türk adlandırılmağınızı təhqir hesab etmiyəsiz. Amma mənimçün bu təhqirdir! Mən hətta dəqiqləşdirmək üçün iki dəfə "əgər məni nəzərdə tutursunuzsa", "əgər bu sözü mənə ünvanlamısızsa" kimi ifadələr işlətdim. Hörmətli istifadəçi isə "əlbəttə sizi nəzərdə tuturam" deyə cavab verdi. Sizcə bu təhqir deyil?! Niyə bu cür malalamağa çalışırsız onun sözlərini, hər şey ki, ortadadı. Ayrıca deyirsiz ki, məqalədə midiyalılar türk mənşəli kimi təqdim olunur. Harda, hansı cümlədə. Məqalədə hər iki tərəfin mövqeyi verilib axı. Ayrıca, Qeybullayevin əsəri şəxsi tədqiqat deyil, AMEA tərəfindən 15000 tirajla birinci dəfə, 10000 tirajla ikinci dəfə nəşr edilmiş əsərdir. Elmi redaktoru da akademik Yusif Yusifovdur. Əgər bu əsəri şəxsi tədqiqat kimi qəbul ediriksə, onda Ziya Bünyadov, Fəridə Məmmədova, Süleyman Məmmədov və sair. bütün tədqiqatçıların əsərlərini gərək şəxsi tədqiqat kimi qəbul edək və onlara istinad etməyək. --sefer 18:50, 11 mart 2011 (UTC)Cavabla
Hər şey aydındır. Bu bir daha mənim yuxarıda dediyim fikri təsdiq edir ki, "müzakirə qızğın olduğu üçün hansısa söz və ifadələr əslində olduğundan daha sərt görünmüş ola bilər". Belə ki, orada "əlbəttə sizi nəzərdə tuturam" yox, "tutMuram" yazılıb. Məncə bu məsələ aydındır, keçək məqalənin məzmununa. Mən demirəm ki, məqalədə elə yazılıb, dediyim odur ki, bu cür yazıla bilməz və əgər hər iki tərəf bu fikri dəstəkləyirsə, onda bu mübahisənin səbəbi nədir? Wertuose 20:28, 11 mart 2011 (UTC)Cavabla

Mən öz fikrimi idarəçilərin müzakirə səhifəsində yazdım. Xahiş edirəm mənim istifadəçi müzakirəsi səhifəmi "müharibə meydanı"na çevirməyin:) Bura Kənd meydanı deyil.--Sortilegus 20:46, 11 mart 2011 (UTC)Cavabla

Şəkillər

[vikimətni redaktə et]

Salam Sultan 11. Son vaxtlar şəkil fayllarının adlarını qaydaya saldığınıza görə sizə təşəkkür edirəm. Bu mənim də nə vaxtdan bəri yerinə yetirmək istədiyim və arasıra yerinə yetirdiyim işlərdən biridir. Azviki həddən artıq lazımsız şəkillərlə yüklənib, heç olmasa onların 20-30%-ni bu il qaydaya sala bilsək əla olar.

P.S.Bir də mümkünsə mənə email ünvanınızı yollayın. Hörmətlə:--Sortilegus 20:05, 12 mart 2011 (UTC)Cavabla

Salam Sortilegus. Diqqətinizə görə sizə minnətdaram.İmkan olduqca bu işin ohdəsindən gəlməyə çalışacağam.

P.S. Email ünvanımı yolladım. Hörmətlə: --Sultan11 21:12, 12 mart 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Salam. İmkan oldu mənimlə bir əlaqə saxla.--Sortilegus 11:27, 14 mart 2011 (UTC)Cavabla

Əleyküm salam. İmkan oldu. Səninlə əlaqə saxladım. --Cek Li Taran 12:47, 14 mart 2011 (UTC)Cavabla

Sülalə

[vikimətni redaktə et]

Həkim salam. interviklərə əsasən Kateqoriya:Konstantinlər adını Kateqoriya:Konstantinlər sülaləsi kimi dəyişdim. Baxın görün məqbuldursa o biri sülalələrə aid kateqoriyaların da adını dəyişək. Hörmətlə:--Sortilegus 19:17, 18 mart 2011 (UTC)Cavabla

Dəyərli həmkar məsləhətdirsə mən etiraz etmirəm. (Nədənsə digər dillərdə digər sülalələrdən fərqli olaraq yalnız Konstantin sülaləsi ya da Konstantinin sülaləsi kimi verilir. cəm şəkilçisiz.) Amma mənim üçün fərqi yoxdur təki ana dili leksikonuna uyğunlaşmış olsun. Hesab edirəm ki səhv etmirəmsə bir publisist və jurnalist kimi siz bunu daha düzgün bilirsiniz. Bizans imperatorları şablonunu hazırlayanda adlarla bağlı təkliflərin verilməsini xahiş etmişdim, deyəsən maraq göstərən yoxdur. Bəlkəm siz kömək edəsiniz. Birlikdə adları azərbaycan leksikonuna uyğunlaşdıraq. Məsələn:

Valentinian yoxsa Valentinyan; Feodosiy yoxsa Feodosi, Feodosiya; Flavi yoxsa Flaviy; Flavi Arkadi yoxsa Flaviy Arkadiy; Flavi Hannori yoxsa Flaviy Hannoriy; Flavi Evgeni yoxsa Flaviy (E)Yevgeni(y); Qratsian yoxsa Qrasian yoxsa Qratsian yoxsa Qrasiyan yoxsa Qratsiyan; Markian yoxsa Markiyan ... və s. Hörmətlə.--MrArifnajafov 07:45, 19 mart 2011 (UTC)Cavabla

Feodosiy yiyəlik halında necə yazılmalıdır: Feodosiyin (zarafat da olsa ədəbi yox bayağı - lap Gədəbəy-Qazax ləhcəsi kimi səslənir. ) yoxsa Feodosiyanın ("a" şəkilçısi ilə ədəbi səslənir).--MrArifnajafov 09:25, 19 mart 2011 (UTC)Cavabla

P.S. Mənə gündəlik danışıq dilim çox təəsüf ki, işdə (100%) alman və evdə (70%) rus , (30%) azəri dilində olduğundan çox çətindir. Bir qədər dadıma orta məktəbi (necə deyərlər köhnə zapas) ana dilində oxumağım çatır.--MrArifnajafov 09:25, 19 mart 2011 (UTC)Cavabla

O adların hamısının dəqiq Azərbaycan dilində yazılışını mən 1 həftə-10 günə sizə yollayaram. Tanış mütəxəssislər var, onlarla bayramdan sonra hamısını dəqiqləşdirərəm ki, bir də düzəliş etmək lazım gəlməsin. Qarşıdan gələn Novruz bayramınız mübarək! Hörmətlə:--Sortilegus 09:56, 19 mart 2011 (UTC)Cavabla
Təşəkkürlər. Mən də sizi və ailənizi qarşıdan gələn bu gözəl bayram münasibətilə təbrik edir, cansağlığı, xoşbəxtlik, bol ruzu arzulayıram.--MrArifnajafov 10:24, 19 mart 2011 (UTC)Cavabla

Hörmətli Sortilegus. Tariyel Həsənov məqaləsinə vikiləşdirmək şablonu qoymusunuz. Bu məqaləni mən hazırlamışam. Mənim fikrimcə, həmin məqaləni vikipediya qaydalarına uyğun hazırlamışam. Xahiş edirəm, Tariyel Həsənov məqaləsinə vikiləşdirmək şablonu qoymanızın səbəbini izah edəsiniz. --A.Zakirqızı 08:32, 21 mart 2011 (UTC)Cavabla

Kateqoriyalar

[vikimətni redaktə et]

Hə... İndi aydın oldu. Çox sağ ol! :) --Proger danış 00:18, 26 mart 2011 (UTC)Cavabla

Yanlış Məqalə haqqında

[vikimətni redaktə et]

Cəfər Əhmədov (II) MƏQALƏSİ səhvdir. bu məqalə Cəmil Əhmədov olmalıdır səhv yaradılıb. xaiş edirəm onu tamam silin. Araz Yaquboglu.

Türkler'den nefret ediyosan neden Türkçe konuşuyosun?Bu soruyu kendine ne zaman soracaksın?

[vikimətni redaktə et]

Terekemeler Türktür, haberin olsun.Bu bilgiden ne zamana kadar kaçabilirsiniz?Diğer taraftan Azeri diye biri vardır ve Türk değildir, haberin olsun.Bunları dünyanın her yerinde herkes biliyor.Bunları internet üzerinde silebilirsin ama bir Türk ile karşılaştığında onun yüzüne de söyleyebilecek misin?.:))Trajikomik durumunuzdan en kısa sürede kurtulmanızı dilerim, zira bu gidişle başınız büyük derde girecek.. — Bu imzasız yazı 88.247.141.83 (m) tərəfindən əlavə edilib;

Midiya

[vikimətni redaktə et]

Salam. Midiya məqaləsi ətrafında gedən müzakirələri təftiş edərək son qərar çıxarmağı idarəçilər adından siz öhdənizə götürmüşdünüz. Artıq xeyli müddətdir ki, müzakirələri dayandırmışıq. Yəni həm həmkarımız Məlikov Məmməd, həm də mən fikirlərimizi bildirmişik. İndi növbə sizindir. Lütfən müzakirəyə nəzər salaraq son qərarı verin və məqalə ətrafındakı müzakirələri yekunlaşdıraq. --sefer 14:13, 1 aprel 2011 (UTC)Cavabla

Ok.--Sortilegus 09:16, 1 aprel 2011 (UTC)Cavabla

Fikrimcə məqalənin ən qısa zamanda səsverməyə çıxarılması doğru qərar olardı. ----Cek Li Taranmesaj 09:24, 1 aprel 2011 (UTC)Cavabla

Lütfən kömək edin

[vikimətni redaktə et]

salam hörmətli Sortilegus . Mən Asparuh - am . Uzun müddət istifadə etmədiyim üçün buradakı səhifəmə daxil olma parolumu unutmuşam , təkrar isə qeydiyyatdan keçmək istəmirəm . Yeni giriş parolu istədim və həmin parol yenə də daxil olma parolunu yadırğadığım [email protected] -a göndərildi . Mənim yeni e-mail ünvanım [email protected] dur . Mənim öz səhifəmə bərpa olunmaq şansım varmı ? Bütün hallada indidən sizə təşəkkür edirəm ! Hörməntə !!!! — Bu imzasız yazı 81.17.89.220 (m) tərəfindən əlavə edilib;

Salam. Təəssüf ki, məndə bunun üçün texniki səlahiyyətlər yoxdur. Hər halda [email protected] ünvanının parolunu gərək bərpa edəsiniz. Çünki, buradan istifadəçi hesabınızın bütün yeni parolları məhz həmin emailə göndəriləcək. Hörmətlə:--Sortilegus 17:07, 5 aprel 2011 (UTC)Cavabla

Midiya

[vikimətni redaktə et]

Salam. Bu gün Midiya məqaləsinin Seçilmiş məqalə laboratoriyası qalmasının son günüdür. Siz həmin məqalənin laboratoriyadan çıxarılmasına səs vermiş 3 istifadəçidən birisiniz. Bu amil məqalənin Seçilmiş məqalə namizədliyinə təqdim olunmasının qarşısını alır. Lütfən, səsinizi bir daha dəqiqləşdirin. Çünki, səs verdiyiniz tarixdən 1 aydan artıq vaxt keçib. Qeyd edim ki, mən səsimi dəqiqləşdirmişəm. ----Cek Li Taranmesaj 07:08, 5 aprel 2011 (UTC)Cavabla

Dəvət

SİZİ DƏVƏT EDİRİK!
Salam!
Vikipediya:Bloklama qaydaları ilə əlaqədar Vikipediya:Səsvermə/Bloklama qaydaları səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə,--Melikov Memmedemail 07:28, 7 aprel 2011 (UTC)Cavabla

Dəvət

[vikimətni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Növbəti yalan ilə əlaqədar burada (Vikipediya:Kənd_meydanı) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə,--Melikov Memmedemail 05:31, 8 aprel 2011 (UTC)Cavabla

İstiqamətləndirmə

[vikimətni redaktə et]

Salam. Bu istiqamətləndirmələr nəyə lazımdır? 2000 lazımsız istiqamətləndirmədir. Belə kütləvi dəyişikliklər olanda kənd meydanında məsləhətləşmək lazımdır.--Sortilegus 09:23, 11 aprel 2011 (UTC)Cavabla

Heç nəyi dəyişdirmirəm. Sadəcə yeni istiqamətləndirmə səhifələri yaradıram. Bu ismarıcdan sonra bunu etmək fikrinə gəldim. Kənd meydanlıq nəsə olduğunu zənn etmirəm. İstiqamətləndirmə səhifələri nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Çünki, belə səhifələr keyfiyyət göstəricisinin artmasına xidmət edir. ----Cek Li Taranmesaj 09:31, 11 aprel 2011 (UTC)Cavabla

O təcrübəsiz istifadəçinin yazdığı ismarıcdır. O ismarıcı əsas tutub bundan sonra da məsələn, "2010 il" səhifəsini "2010", "2011 il" səhifəsini "2011"-ə istiqamətləndirə bilərsən və bu sonsuz belə davam edə bilər. Süni şəkildə keyfiyyət artırmaq düzgün deyil. --Sortilegus 09:39, 11 aprel 2011 (UTC)Cavabla

"2010 il" səhifəsini "2010", "2011 il" səhifəsini "2011"-ə istiqamətləndirmək fikrim yoxdur. Olsaydı əgər, 2010 il səhifəsini silməzdim. Amma 2010-cu il səhifəsini bu gün, ya da sabah yaradacağam. Bu fəaliyyətimin nəticəsi süni şəkildə keyfiyyət göstəricisini artırmaq deyil. Çünki buna bənzər istiqamətləndirmə səhifələri RuVikidə və digər vikilərdə də var.

P.S.: Təcrübəsiz istifadəçi sadəcə təcrübəsizdir, bu o demək deyil ki, o, ... ----Cek Li Taranmesaj 09:47, 11 aprel 2011 (UTC)Cavabla

Tacikistan

[vikimətni redaktə et]

Salam, Sortilegus. Tacikistan Vikipediyasında latın-kiril sistemini kim düzəldib, bəlkə bunu öyrənək? Məncə ilk öncə bu sistemi tətbiq də etmək olar. Sonradan, ərəb əlifbasına keçid üçün həmin sistemdən istifadə edərik. Hörmətlə, →VagoMüzakirə 11:28, 13 aprel 2011 (UTC)Cavabla

Salam Vago. O sistemi düzəltmək problem olmaz. Problem odur ki, həmin sistemi tətbiq etsək məqalələr yalnız bir əlifbada yaradılmalıdır. Yəni latınla yaradılır və latınla olan məqalələrdə düzəlişlər edilir. Ərəblə olan məqalələr avtomatik yaranır və orda düzəliş aparılmır. Latınla olan məqalədəki düzəliş orda öz əksini tapır. Bir də ki, əlifba problemi hələ ki, qalır. "Köçürgə"ni yaradanla da yazışırıq. Söz verib ki, 2 aydan sonra bizə kömək edəcək. Gözləyək görək.--Sortilegus 11:36, 13 aprel 2011 (UTC)Cavabla

Avtomobil Yolları

[vikimətni redaktə et]

Hörmətli Sortilegus,

Yazdığım Azərbaycan Respublikasının avtomobil yolları məqaləsinin tarixçəsində heç bir yazdığım düzəliş qalmadı, yaradıcı yerində sizin adınız görünür. Görürəm ki, şəxslərin siyahısı da silinib. Silinmiş siyahıdaki bütün şəxslər yollara aid ensiklopediyadan götürülüb, bizim Respublikamızın infrastrukturasını tikən əməkdar işçilərdir. Bu bizim tariximizdir, Azərbaycan Vikipediyası Azərbaycana aid məqalələri məncə daha ətraflı təsvir etsə yaxşı olar. Siyahıda görkəmli şəxslər var idi, onlar da silinib. Ola bilsin hamı üçün şəkil lazım deyildir. O qədər əziyyətlə mən bu məlumatı parça-parça yığırdım ki, bunun elektron versiyası olsun.

Zəhmət olmasa bu barədə öz fikrinizi yazın, və səbəblərinizi izah edin.

Natura rerum 09:25, 15 aprel 2011 (UTC)Cavabla

Salam Natura rerum. Məqalə çox dəyərli və lazımlı məqalədir. Dəyişiklikləri mən etmişəm. Müəyyən qeydlər var ki, onları sizin diqqətinizə çatdırım. Bir məqalədə həddən artıq çox xırda redaktələrin edilməsi Vikipediyada süni şəkildə redaktə sayının artırılması kimi dəyərləndirilir. Mən sizin həmin məqalədəki fəaliyyətinizi məhz o cür dəyərləndirdiyimdən redaktələrinizi ləğv etmişəm. Şəkillərlə də məqalə çox yüklənmişdi. Təxminən 80 şəxsin şəkli məqaləyə yüklənmişdi ki, bu da düzgündeyil. Çünkü o şəxslərdən ən yaxşı halda 5-10-u ensiklopedik şəxsdir. Ümumiyyətlə, şəkilləri çalışıb commonsa yükləmək lazımdır. Nəyəsə etirazınız varsa,mən məqalənin köhnəvariantını bərpa edə bilərəm. Hörmətlə:--Sortilegus 10:23, 15 aprel 2011 (UTC)Cavabla

Bu məqalədə tarixçənin silinməsi doğru deyil. Mən əvvəlki redaktələri bərpa edirəm. ----Cek Li Taranmesaj 06:09, 18 aprel 2011 (UTC)Cavabla

İnzibati bölmələr

[vikimətni redaktə et]

Salamlar bəy. Neçə sualım varidi:

1- İranın inzibati bölmələri ,"Ostan","Şəhristan","Bəxş"və"Dehistan" kimidir. Biz (Əeəb əlifbailə çalışanمar) bunlarin əvəzinə tərtiblə "İyalət", "Bölgə", "Bölüm" və "Qəsəbə" qavramlarından faydalanırıq. İstəyirdim biləm Latın əlifbada yazanda nə etməliyik?

2- ویکی‌پئدییا:بئش اساس پرینسیپ, ویکی‌پئدییا:یازماق قایدالاریویکی‌پئدییا:یئر آدلاری kimi qaydalar hazırlanıblar və ya hazırlanırlar. İstəyirəm qalan qaydalarıda ərəb əlifbasifa köçürəm. Bunları "Layihə لایحه" kimi göstərmək imkani varmı?

3- Əsli səhifələrdə olan ərəb əlifbali kəlimələri daha düzgün yazmaq olar. Örnək üçün "سون دییشیکلر" əvəzində "سون ده ییشیکلر" yazılsa daha düzgün olar. Vəya "مذاکره" əvəzinə "موزاکیزه" həmçinin "لایحه" əvəzində "لاییحه" və "کند میدانی" əvəzinə "کند مئیدانی" yazmaq olar. Hörmətlə--Ebrahimi-amir 19:42, 15 aprel 2011 (UTC)Cavabla

Salam. Əvvəlcə Sizə son vaxtlar Azərbaycan dilində olan Vikipediyanın zənginləşməsi üçün göstərdiyiniz fəallığa görə təşəkkür etmək istəyirəm. Yorulmayasız.

Suallara gəlincə:

Biz İranın ərazi bölgüsünü latın məqalələrində də olduğu kimi saxlayırıq. Yəni, ostan, şəhristan və s. kimi. Bununla bağlı bir vaxtlar müzakirə aparılıb burda və belə qərara gəlinib. Yəni rayon, qəsəbə kimi bölgülərdən istifadə etmirik İranın inzibati ərazisinə dair.

İki əlifba problemi bizim vikinin böyük problemidir. Amma bu problemi inanıram ki, bu yaxınlarda həll edəcəyik. Yəni latınca olan heç nəyi əziyyət çəkib ərəb əlifbasına, eləcə də ərəb əlifbası ilə olan mətnləri latın əlifbasına çevirməyə ehtiyac yoxdur. Xüsusi sistem qurulandan sonra bir düyməni basmaqla bu avtomatik olacaq. Qaydalar da hər iki əlifba ilə təbii ki, eyni olmalıdır. Sadəcə ərəb əlifbası ilə sözlərin, kəlimələrin yazılışına, istisna hallara və s. dair bir səhifə hazırlamaq pis olmazdı.

Bir də ki, ərəb əlifbası ilə kateqoriya və şablonlar yaratmağa da tələsmək lazım deyil. Məsələn, İranın şəhristanları haqqında olan məqalələri elə adı latınca olan kateqoriyaya əlavə etmək yaxşı olardı. Çünki gələcəkdə ərəb əlifbası ilə şablon və kateqoriya yaradılması da avtomatik olacaq. Hörmətlə:--Sortilegus 19:57, 15 aprel 2011 (UTC)Cavabla

şablonlar

[vikimətni redaktə et]

Salamlar bəy. Məndə sizdən təşəkkür edirəm.


Bundan öncə şablonların üstündə "gizlə" kəliməsi varidi, indi yoxdur Şablon: موغان بولگه سی - Şablon:اردبیل ایالتی]]- اردبیل ایالتی نین كندلری]]. Bunun dəlili nəmənədir? Hörmətlə--Ebrahimi-amir 10:11, 16 aprel 2011 (UTC)Cavabla

Salam Ebrahimi-amir. İndi də var. Məncə şablonlarda problem yoxdur. Hörmətlə:--Sortilegus 11:21, 16 aprel 2011 (UTC)Cavabla

Ocurdu. İrad "Mozilla Firefox" imnənimiş. Internet Explorer la açdim düz görsədir. Diyəsən hər şey qaydasındadır --Ebrahimi-amir 11:31, 16 aprel 2011 (UTC)Cavabla

İllər

[vikimətni redaktə et]

Salam. Bu illərin "cı"-"cu"-larını şablonlara necə əlavə edirsən?:) Vaxtın olanda mütəxəssis kimi bir bu şablona baxarsan "Onillik". Bu şablonda da nəsə texniki səhv var, 1 mötərizə artıqdır deyəsən {{Doğum tarixi və yaşı}} Hörmətlə:--Sortilegus 11:15, 16 aprel 2011 (UTC)Cavabla

Salam, hörmətli şübhəli şəxs qismində olan Bürokrat! ) {{Doğum tarixi və yaşı}} ✅Y. Onilliklə bağlı nə etməliyəm ki könlünüz xoş olsun? )) Hörmətlə, →VagoMüzakirə 11:59, 16 aprel 2011 (UTC)Cavabla

Rusların Десятилетие şablonunu düzəltmək istəyirdim. Amma onlarda hamısının sonuna "-e" artırırlar, bizdə "cı-ci-cu-cü" olmalıdır. "Onillik"--Sortilegus 12:09, 16 aprel 2011 (UTC)Cavabla

cesur olun deyisdirin

[vikimətni redaktə et]

burada movularda maddedler azdir coxunun adi var amma ozu haqqinda melumat yoxdur menim diger istifadecilere sualim var ? — Bu imzasız yazı Wg-asna (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

exchange knowledge ideas fikirleri bolusek SUALLAR ?

[vikimətni redaktə et]

men bura baxdim daha cox kend meydaninda diger movzular muzakire edilir/amma menim bir sualim var evezliyin nece novu var / burda evezlik movusu bos qalmisdi ama yeni elave etdik / rus dilinde evezliyin 11 hali var azerbaycan dlinde 7 hali / bunlara bir aydinliq getirin // ingilis dilinde obyekt hal deye evezliyin novu var mene deyiller bu azerbaycan dilinde sexs evezliyinin icindedir ? bele ola biler hormetle sizi gozleyirem — Bu imzasız yazı Wg-asna (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Xəbərdarlıq edilmiş IP-lər

[vikimətni redaktə et]

Salam. Xəbərdarlıq edilmiş IP-lərin müzakirə səhifələrini niyə silirsən. Ciddi əsas yoxdursa, onları bərpa edirəm. ----Cek Li Taranmesaj 04:09, 18 aprel 2011 (UTC)Cavabla

Salam. Qeydiyyatdan keçməyib burda fəaliyyət göstərən (və ya göstərmək istəyən) 3 nəfərdən oxşar məzmunlu email almışam son 40 gündə. Heç bir redaktə etmədən belə səhifə açan kimi onlara xəbərdarlıq edildiyini yazırlar. Araşdırdım - dinamik IP-lərdir. Yəni eyni provayderi olan kimsə nə vaxtsa burda zərərli fəaliyyət göstərib xəbərdarlıq alıb, inetdən çıxıb, indi həmin IP təsadüfən bir başqa istifadəçiyə düşüb. Düzdür, ehtimal belə hallarda çox az olur, amma hər halda olur. Qorxub çəkinirlər və redaktə etmirlər. 2-3 statik IP var, onların müzakirə səhifəsini saxlamışam. 1-i müddətsiz bloklanıb. --Sortilegus 18:31, 18 aprel 2011 (UTC)Cavabla

Son 40 gündə 3 nəfərdən aldığın oxşar məzmunlu e-maillərə nə cavab verdiniz? Yalnız onlarla bağlı nə isə bir tədbir görmək olardı. Xüsusilə də onları qeydiyyatdan keçməyə dəvət etsəydiniz, müzakirə səhifələrini silməyə ehtiyac qalmazdı. Xəbərdarlıq edilmiş IP-lərin müzakirə səhifələrinin silinməsi yanlışdır. ----Cek Li Taranmesaj 04:07, 19 aprel 2011 (UTC)Cavabla

Yanlış hesab edirsənsə, bərpa elə, heç bir etirazım yoxdur. Sözün düzü, çox böyük ehtimal ki, vikipediyada müəyyən təcrübəsi olan şəxslərdir. Çünki, mənim istifadəçi səhifəmə daxil olub email adresimi tapıblarsa, mənə email ünvanlayıblarsa hər halda müəyyən təcrübələri var. Rus vikisində bir xəbərdarlıq şablonu var - adətən IP-lərin müzakirə səhifəsinə əlavə edilir. Onu tərcümə edib hazırlamaq lazımdır ki, belə anlaşılmazlıqlar yaranmasın. Mən bu işlə məşğul olaram. --Sortilegus 09:13, 19 aprel 2011 (UTC)Cavabla

Oldu. Bərpa edirəm. Təcrübəli istifadəçilərin IP ilə fəaliyyətini isə müsbət dəyərləndirmirəm. Onların qeydiyyatdan keçərək fəaliyyət göstərmələri daha məqsədəuyğun olardı. ----Cek Li Taranmesaj 09:17, 19 aprel 2011 (UTC)Cavabla

Elədir:) Mən sənin bu mövqeyini alqışlayır, dəstəkləyir və sənin bu fikrinə tam şərik olduğumu səmimi qəlbdən bildirirəm:)--Sortilegus 09:22, 19 aprel 2011 (UTC)Cavabla

Tamam:) ----Cek Li Taranmesaj 09:47, 19 aprel 2011 (UTC)Cavabla

Dəvət

[vikimətni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Vikipediya rəsmi prinsiplərin qəbulu ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Yaxşı məqalə nədir?) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, ----N KOziMüzakirə 07:21, 19 aprel 2011 (UTC)Cavabla

Layihə / لایحه

[vikimətni redaktə et]

Salamlar. Qulluğunuzdan bir sualım varidi. "Layihə / لایحه " səhifələrin necə yaradmaq olur? ویکی‌پئدییا:بئش اساس پرینسیپ səhifəsi və obiri qaydaların başında "Məqalə مقاله" əvəzinə "Layihə / لایحه " olmaq uçun nə etmək lazımdır? Hörmətlə --Ebrahimi-amir 07:50, 19 aprel 2011 (UTC)Cavabla

Salam. Sadəcə yaratmaq istədiyiniz məqalənin əvvəlinə "Vikipediya:" əlavə edin. Məsələn, Vikipediya:Ərəb əlifbası. Busəhifəni yaratsanız o layihə kimi qeyd olunacaq. Hörmətlə:--Sortilegus 09:19, 19 aprel 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Salam Sortilegus, bu müraciət haqda nə düşünürsünüz? --N KOziMüzakirə 14:28, 22 aprel 2011 (UTC)Cavabla

Salam. Azərbaycan dilində Vikixəbər layihəsinin də açılmasının mən bilən vaxtıdır. Təşəbbüsü alqışlayıram və dəstəkləyirəm. Hörmətlə:--Sortilegus 14:32, 22 aprel 2011 (UTC)Cavabla

Cənubi Azərbatcan

[vikimətni redaktə et]

Salamlar. Xidmətinizə bir neçə soz demək istəyirəm:

İran Azərbaycanı” məqaləsi, “Cənubi Azərbaycan” məqaləsinə istiqamətləndirmək nədən xatırdır?

Bu onu göstərir ki bura “Cənubi Azərbaycan”dır. İndi bu “Cənubi Azərbaycanlılar”, “İran Azərbaycanlıları” yox “Cənubi Azərbaycanlı”lardırlar. Hörmətlə --Ebrahimi-amir 04:26, 26 aprel 2011 (UTC)Cavabla

Bot

[vikimətni redaktə et]

Salam. Botu da keçdin:) AzViki yaranandan bu günə qədər bütün fəal istifadəçilər və botlar arasında 2-ci yerə yüksəlməyin münasibətilə səmim təbriklərimi qəbul elə:)--Sortilegus 08:10, 25 aprel 2011 (UTC)Cavabla

Fantastika:) --►Cek Li Taranmesaj 08:16, 25 aprel 2011 (UTC)Cavabla

Salam. Təşəkkür edirəm. İnşallah bir azdan Cekli 2-ci yerə çıxar. Hörmətlə. →VagoMüzakirə 04:38, 26 aprel 2011 (UTC) )Cavabla

Cekli Cekli II-lik planlaşdırmır, I-lik planlaşdırır:)))) --►Cek Li Taranmesaj 04:47, 26 aprel 2011 (UTC)Cavabla

Təşəkkür

[vikimətni redaktə et]

Salam Sortilegus. Diqqətinizə və qayğıkeşliyinizə görə sizə öz təşəkkürümü bidirirəm. Sizə bütün işlərinizdə hər daim uğurlar arzulayıram. Səmimiyyətlə:--Sultan11 17:49, 26 aprel 2011 (UTC)Cavabla

Dəvət

SİZİ DƏVƏT EDİRİK!
Salam!
Azərbaycan dilində VikiXəbər ilə əlaqədar [[6]] səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, ----N KOziMüzakirə 05:02, 28 aprel 2011 (UTC)Cavabla

Salam,Sortilegus

[vikimətni redaktə et]

Bu gün Sani Hacıyev məqaləsini səliqəyə saldım. Ancaq sonra ora "Müəllif hüquqları pozuntusu" şablonu salınıb. Düzü söhbətin nədən getdiyini anlamadım. Xahiş edirəm baxasınız. Hörmətlə --Acategory 16:31, 29 aprel 2011 (UTC)Cavabla

Salam. Müəllif hüquqları pozuntusuna görə metanın idarəçisi yerləşdirib şablonu. Müəllif hüquqları ilə qorunan bu saytdan olduğu kimi köçürülüb. Müəyyən əlavə və düzəlişlərdən sonra şablonu məqalədən çıxarmaq olar. Hörmətlə: --Sortilegus 16:39, 29 aprel 2011 (UTC)Cavabla

salam

[vikimətni redaktə et]

salam.nia bu maqala nun dil larin silibsez.[7] — Bu imzasız yazı E THP (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam. Hələlik ancaq latınla olan məqalələrə intervikilər yerləşdiririk ki, botlar çaşmasın.--Sortilegus 17:54, 30 aprel 2011 (UTC)Cavabla

Tərəkəmələr

[vikimətni redaktə et]

Tərəkəmələr Azərbaycan türklərindən deyilmi? Niyə ayrı bir kateqoriyada göstərilmiş, Türkiyə türkcəsi Vikipedidə belə olduğu üçün? Əgər elə isə mənə bu ilə əlaqədar menbə göndərə bilərsinizmi? Mən heç menbə tapa bilmədim. Esc2003 09:33, 1 may 2011 (UTC)Cavabla

Düşüncələrinizi köçürə bilərsinizmi?

[vikimətni redaktə et]

Buraya Esc2003 14:30, 7 may 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Salamlar. Mən bundan qabağki etdiyim bəhsdə həyəcanları çıxışlarımla sizi incidə bilmiş olaram. Buna xatir sizdən üzr istəməyi özümə borc bilirəm. Hörmətlə--Ebrahimi-amir 20:02, 8 may 2011 (UTC)Cavabla

Salam. Həssasdığınıza görə təşəkkür edirəm:) Heç bir problem yoxdur. Vikipediya açıq ensiklopediya olduğu kimi, həm də azad fikir mübadiləsi məkanıdır - fikirlərinizi etik çərçivələr daxilində bölüşməkdən və sərbəst ifadə etməkdən çəkinməyin. Hörmətlə:--Sortilegus 20:07, 8 may 2011 (UTC)Cavabla

Daxil olma problemi

[vikimətni redaktə et]

Hörmətli Sortilegus adlı idarəçi. Mən hər zamankı kimi saytın ana səhifəsinə daxil olduqdan sonra daxil ol edib adımı və kodu daxil edirəm. daxil də oluram. çünki yuxarıda adım və digər görüntülər görünür. elə ki axtar qrafasında məqalənin adını yazıram məqalə açılanda mənim göstəricilərim itir və yenidən daxil olmaq lazım olur. neçə gündür ki belədir. Hörmətlə:--Araz Yaquboglu

Salam. "Daxil ol" bölməsində "Məni xatırla" xanasının qarşısına "quş" qoyub əməliyyatı bir də təkrar edin. Amma sistem probleminə oxşamır, belə olsaydı digər istifadəçilərdə də bu problem yaranardı. Hörmətlə:--Sortilegus 17:20, 11 may 2011 (UTC)Cavabla

İkiəlifba

[vikimətni redaktə et]

Salam hörməyli Sortilegus. Mən bu yaxında qazax vikipediyasında olan üçəlifbalı sistemə [8] [9] [10] rast gəldim. Bu sistem mənə çox məqbul göründü. Zəhmət olmasa, deməzdinizmi, bizim keçəcəyimiz sistem buna yaxındırmı? ----N KOziMüzakirə 14:32, 10 may 2011 (UTC)Cavabla

Salam. Bəli, eyni sistemdir. Amma kiril əlifbası qazaxlardan fərqli olaraq bizim üçün artıq aktual deyil, ona görə latın-ərəb sistemi daha məqbuldur. Hörmətlə:--Sortilegus 17:09, 11 may 2011 (UTC)Cavabla

dini rehberleri tanimirsiz!

[vikimətni redaktə et]

Mehemmed Henife axund menim anamin bbasidir.O boyuk shexsiyyet olub.Onu butun Azerbaycan taniyir.Mescidimizde shekilleri var.Amma adami yoxdur ondan yazsin.Men calishadim tanidim siz imkan vermediz.Idareciliyinize dini bilen alimleri celb edin.Hec neden bashi cixmayan ushag mushagi yox.O oz olkesini atib getmeyib,satqin olmayib.Bilseydi gelecekde onun haqqinda yazilmish meqaleleri silib atacaqlar,bu qeder fedakarliq etmezdi.Eh.... — Bu imzasız yazı Leyla31 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

meqalemi geri isteyirem

[vikimətni redaktə et]

Xahish edirem sildiyiniz meqalemi de poctama geri gonderin.Onu ayrica acdigim saytda qeyd edeceyem — Bu imzasız yazı Leyla31 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam. Axund Məhəmməd Hənifə ← geri qaytardım. Azərbaycan dlilinin qaydalarına uyğunlaşdırın, əks tədirdə yenə silinə bilər. Hörmətlə:--Sortilegus 09:12, 17 may 2011 (UTC)Cavabla

Qəbulzadə

[vikimətni redaktə et]

Salamlar, Vikidə iki Abdulla əfəndi QəbulzadəAbdulla Qəbulzadə məqaləsi var. Zəhmət olmazsa, birini silin. Hörmətlə: --Enver62 16:58, 15 may 2011 (UTC)Enver62Cavabla

Salam.Meqalemi gonderdiyiniz ucun teshekkur.Bilirsiz ,men ingilis rejiminde yazdigimdan bezi herfleri sehv yazmishdim.Inaniram ki,bu defe meqalemi silmeyeceksiz.

Meqlemi geri gonderdiyinizcun teshekkur

[vikimətni redaktə et]

Onceki yazini men yazdim.Leyla 31

Bot

[vikimətni redaktə et]

Salam, Sortilegus. Bot proqramları haqqında, bir məlumatın varmı, — necə yaradılır və s.? Barmaqlarım yoruldu ) Deyirəm bəlkə bir botdan-filandan açıb işlədək, nə məsləhət görürsünüz? Hörmətlə →VagoMüzakirə 11:52, 18 may 2011 (UTC)Cavabla

Salam Vago. Yaradılması yolu çox sadədir - rusca nəzəri ədəbiyyatını o gün bir az vərəqlədim. 2-3 günə vaxt edib dəqiq öyrənməyə çalışaram. Adama birini yaradıb buraxarıq meydana:) --Sortilegus 11:55, 18 may 2011 (UTC)Cavabla

Mən birini yaratmışam. Amma hələ meydana buraxmamışam:) --►Cek Li Taranmesaj 12:00, 18 may 2011 (UTC)Cavabla

İmkan varsa, rusca ədəbiyyatı mənə də göndər, görüm orada nə var (başa düşməsəm, uzaqbaşı googledə polyak dilinə tərcümə edib oxuyaram). Deyəsən indiyədək təpik döyməklə məşğul olmuşuq )→VagoMüzakirə 11:59, 18 may 2011 (UTC)Cavabla

Elə ruslardan oxumuşdum, tapıb yollayaram. Cekliynən bot da "döyüşdürərsiz" sonra:)--Sortilegus 12:03, 18 may 2011 (UTC)Cavabla

User:Aylin

[vikimətni redaktə et]

Hi Sortilegus, I hope this is the right place to make my request ;) – could you please rename User:Aylin to User:Aylin_old (who has no contributions on az.wiki)? I'm la:User:Aylin and I'd like to usurp this account for my SUL. Here's the confirmation link: [11]. --95.223.206.151 12:11, 18 may 2011 (UTC)Cavabla

Thank you! --Aylin 19:13, 20 may 2011 (UTC)Cavabla

Vikipediya:Kənd meydanı

[vikimətni redaktə et]

Merhaba Sortilegus, Vikipediya:Kənd_meydanı#Silinməyə növbəti namizəd başlığı altında yaşanan tartışma vikipedi kurallarına aykırı bir şekilde gidiyor. Kullanıcı Irada'nın "Devletlerin daimi dostu olmuyor, devletlerin daimi çıkarları olur!", "Tarafsızlık YOK Şerefsizlik!" gibi yorumları bir hizmetliye yakışmayan ve küfür içeren yorumlardır. Ayrıca bence, kullanıcı "Acategory" de görüşlerini belirtirken "tarafsızlık" konusunda sorun yaşıyor. Bir hizmetli olarak durumu gözden geçirmeniz dileğiyle. Koc61 12:13, 19 may 2011 (UTC)Cavabla

Acabot

[vikimətni redaktə et]

Salam, Sortilegus, bəlkə İstifadəçi:Acebot - a müraciət edərək bot statusu verəsiniz ki, {{NUMBEROF/data}} şablonunda ruslardakı kimi hər saatdan bir dəyişiklik eləsin. Bununla həm də gələcəkdə bütün vikipediyaların siyahısını avtomatik yenilənməklə öz səhifəmizdə düzəldə bilərik. Hörmətlə, →VagoMüzakirə 11:33, 20 may 2011 (UTC)Cavabla

Salam. Ancaq ruvikidə bu funksiyanı yerinə yetirir. Sahibinə yazaram görək bizdə də yerinə yetirə bilərmi. Hörmətlə:--Sortilegus 17:09, 20 may 2011 (UTC)Cavabla

Vagobot

[vikimətni redaktə et]

Salam, Sortilegus. Vagobot botunu yaratmışam. Hələlik Yeni istifadəçilərin müzakirə səhifəsinə {{xg}} şablonu əlavə edə bilir. Kateqoriyaların da adını dəyişir. Lakin bir problem var ki, DOS-da Azərbaycan şriftlərini götürmür, onu həll etməliyəm. İnşallah yavaş-yavaş BOTlaşmaq lazımdır ). Hörmətlə, →VagoMüzakirə 15:57, 23 may 2011 (UTC)Cavabla

Salam Vago. Mən də Sortibot yaratmışam:) Funksiyaları çox olmalıdır, sadəcə vaxt tapıb təkmilləşdirə bilmirəm hələ.Hörmətlə:--Sortilegus 07:39, 24 may 2011 (UTC)Cavabla

Salam, Sortibotun yiyəsi ). Kateqoriyalardakı orfoqrafik xətaların düzəldilməsinə başlamışam. Hələlik "ə" hərfləri olan kateqoriyaları dəyişə bilmirəm. Bot statusu almaq üçün müraciət etmişəm. Görək nə cavab verirlər ) Hörmətlə →VagoMüzakirə 14:47, 25 may 2011 (UTC)Cavabla
Xeyirli-uğurlu olsun:) Bot elə o formada kateqoriyalarda dəyişiklik edə bilsə, xeyli işimiz asanlaşar, 1-1 əllə düzəltməyə ehtiyac qalmaz. Mən də 1 həftə-10 günə botu təkmilləşdirəcəm, sonra məsləhətləşərik görək hansı bot funksiyaları bizə daha lazımlıdır, hansı botda hansı funksiyalar olsun və s. Hörmətlə:--Sortilegus 09:18, 26 may 2011 (UTC)Cavabla
Təşəkkür )→VagoMüzakirə 12:40, 26 may 2011 (UTC)Cavabla

Türkiyə coğrafiyası

[vikimətni redaktə et]

Türkiyənin kənd, şəhər və s. coğrafi ərazi vahidləri haqqında standart məqalələr və kateqoriyalar yaratmağa tələsmək lazım deyil. Bu çox böyük transliterasiya problemi yaradacaq. Belə bir cəhd olmuşdu, onun qarşısını mən almışam bir vaxtlar. --Sortilegus 15:16, 28 may 2011 (UTC)Cavabla

Salam, Sortilegus, Türkiyə köylərinin adı Azərbaycanlaşdırılacaq ki?~-→VagoMüzakirə 07:48, 29 may 2011 (UTC)Cavabla

Salam Vago. Təbii ki transliterasiya edilməlidir. Məsələn, Erzurum deyil ki bizim dildə - Ərzurumdur. Bircə elə "e" "ə" transliterasiyası çoxlu sayda problem yaradacaq. Özü də bir türk dilindən digər türk dilinə tərcümə və transliterasiya daha çətin məsələdir, nəinki digər dillərdən. Hər halda mən belə düşünürəm ki, bu cür kütləvi şəkildə Türkiyənin kəndləri haqqında məqalələrin yaradılmasının bizə süni şəkildə məqalə sayımızı artırmaqdan başqa heç bir xeyri olmayacaq, amma yaratdığı texniki problemlər çox olacaq. Biz bir istisna kimi ancaq Azərbaycanın kəndləri haqqında şablon məqalələrin yaradılmasına icazə vermişdik. Amma indi həm İranın (ərəb əlifbası ilə), həm də Türkiyənin kəndləri haqqında bu tip məqalələr yaradılır. Şəxsən mən buna qarşıyam. Hörmətlə:--Sortilegus 09:24, 2 iyun 2011 (UTC)Cavabla

Müdaxilə etdiyim üçün üzr istəyirəm. Amma bu məsələ məni çox maraqlandırdığı üçün cavab vermək məcburiyyətindəyəm. Transliterasiya olmamalıdır məncə. Çünki türk dili Azərbaycan dilinə son dərəcə yaxın dil olduğu üçün səhv, tamaamilə absurda bərabər dəyişikliklər (uyğunlaşdırmalar) ola bilər. Üstəlik də bizdən öndəki vikilərin ənənəsinə baxmaq lazımdır. Məsələn bubu kifayət edər məncə. Digər ölkələrin yaşayış məntəqələri haqqında məqalələrin yaradılması fikrinə gəlincə isə yenə envikidə bütün Azərbaycan kəndləri haqqında məqalələrin yaradılmasını və ruvikidəki bu səhifənin gözdən keçirilməsinin kömək edəcəyi fikrindəyəm. --N KOzi Müzakirə 09:38, 2 iyun 2011 (UTC)Cavabla

Vikisitat

[vikimətni redaktə et]

Salam. rashad adlı istifadəçimizin Vikisitatda son zamanlar çox fəal olduğunu bildirmək istəyirəm. Görəsən yaxın zamanlarda ona vikisitatda idarəçilik satusu verə bilərikmi? Hörmətlə --Robert Langdon 11:17, 29 may 2011 (UTC)Cavabla

Xeyr. --►Cek Li Taranmesaj 04:11, 1 iyun 2011 (UTC)Cavabla

Xahiş edirəm xeyrinizi əsaslandırın. --Robert Langdon 19:42, 1 iyun 2011 (UTC)Cavabla

Hazırda Vikisitat layihəsində 2 idarəçi var. Layihənin mövcud vəziyyətini və həmin idarəçilərin operativliyini nəzərə alsaq, III idarəçiyə heç bir ehtiyacın olmadığını görmək olar. --►Cek Li Taranmesaj 04:28, 2 iyun 2011 (UTC)Cavabla

Layihənin kiçik olduğunu deyirsiniz. Və iki idarəçinin olduğu. Deməli belə, birincisi idarəçilərin hər ikisi də nə üçün idarəçidir mən bilmirəm həftədə bir dəfə girirlər. Nəysə Elə iki idarəçi olduğu üçün həm də idarəçilərimizin çox "əla" işləməsi nəticəsində layihə kiçik olaraq da qalır əgər bir dəyişiklik olmasa layihə elə siz dediyiniz vəziyyətdə olaraq da qalacaq. --Robert Langdon 07:03, 2 iyun 2011 (UTC)Cavabla

Hörmətli Robert Langdon kim harada idarəçi, bürokrat olmaq istəyir, namizədliyini versin, o zaman bu məsələlər orada müzakirə olunar. Namizədliyin verilməsi üçünsə ilk növbədə idarəçiliyə namizəd tələblərinin ödənilməsi yoxlanılsın, uyğundursa, Ya Allah! Seçilər, lap yaxşı, seçilməzsə də, kimsə "İdarəçiyə nə gərək var!" deyib əleyhinə səs verərsə, namizədlə səs verənlər arasında inşallah inciklik yaranmaz!→VagoMüzakirə 07:14, 2 iyun 2011 (UTC)Cavabla

Mənə də elə gəlir ki, Rəşadın Vikisitatda idarəçi olması lazımdı. Vikipediyada aktiv olanlar digər vikilayihələrdə çox işləyə bilmirlər. Səsvermə başlasın, kimin də etirazı var, üçüncü idarəçini görmək istəmir səsini qarşıya verər.--Eмϊn >> 07:12, 2 iyun 2011 (UTC)Cavabla

Sırf bu məsələ üçün deyil, ümumiyyətlə bütün qardaş layihələrin hamısı üçün mənim fikirlərim var. İnşallah az sonra onları təklif kimi VikiCəmiyyətə bildirərəm.

P.S. İdarəçi sayında limit tətbiq olunmasının tərəfdarı deyiləm. --N KOzi Müzakirə 07:28, 2 iyun 2011 (UTC)Cavabla

Hər hansı bir istifadəçinin idarəçiliyə namizədliyini irəli sürdüyünüz zaman diqqətli olun. İlk əvvəl həmin istifadəçinin fəaliyyətləri ilə hərtərəfli tanış olun. Məsələn, belə fəaliyyət idarəçi olmağa kifayət etmir. Ümumiyyətlə onun statistik göstəriciləri idarəçi olması üçün çox aşağıdır. Çünki idarəçiliyə namizəd irəli sürmək istədiyiniz istifadəçi cəmi 5 ay əvvəl - 31 dekabr 2010 tarixində qeydiyyatdan keçmişdir. İlk redaktəsini isə cəmi ay yarım əvvəl - 17 aprel 2011 tarixində etmişdir. Bu günə qədər redaktələrinin 97% (!) i yalnız məqalə səhifələrində olmuşdur. Bütün redaktələri aşağıdakı kimidir:

  • Məqalə səhifəsi=686 redaktə=97.58%
  • İstifadəçi səhifəsi=12 redaktə=1.71%
  • İstifadəçi müzakirəsi səhifəsi=2 redaktə=0.28%
  • Şablon səhifəsi=3 redaktə=0.43%

Məqalə səhifələri üzrə redaktələri isə aşağıdakı kimidir:

  • 71 - İohann_Volfqanq_Göte
  • 69 - Can_Yücəl
  • 51 - Nəcib_Fazil_Qısakürək
  • 49 - Can_Dündar
  • 48 - Paul_Ouster
  • 42 - Mövlana_Cəlaləddin_Rumi
  • 40 - Özdəmir_Asaf
  • 37 - Oskar_Uayld
  • 30 - Nazim_Hikmət
  • 26 - Çarlz_Bukovski
    • Cəmi 463 redaktə! 65,77%!

Mən yuxarıdakı bütün göstəriciləri nəzərə alaraq irəli sürmək istədiyiniz namizədin idarəçi olmasının qəti əleyhinəyəm! --►Cek Li Taranmesaj 08:18, 2 iyun 2011 (UTC)Cavabla

Bugzilla

[vikimətni redaktə et]

Salam, Sortilegus. Ərəb skripti ilə bağlı yalan-gerçək Bugzillaya da yazmışam, bilmirəm nə təhər olacaq. Bəlkə Siz də müzakirələrə qoşulasınız?! Hörmətlə, →VagoMüzakirə 15:59, 31 may 2011 (UTC)Cavabla

Salam Vago. Oldu. İngiliscəm o qədər gözəl olmasa da çalışaram qoşulum:)Hörmətlə:--Sortilegus 09:24, 2 iyun 2011 (UTC)Cavabla

Botlar

[vikimətni redaktə et]

Salam Sortilegus. Botlar səhifəsinə bir göz gəzdirə bilərsinizmi? Bir sıra passiv botlar var. Məncə statusları alınmalıdır. Bir də zəhmət olmasa VikiMənbənin Kənd Meydanına baxardınız. --N KOzi Müzakirə 05:21, 2 iyun 2011 (UTC)Cavabla

Salam. Passiv botlar təhlükəli deyil. Müəyyən müddətdən sonra təftiş edib statuslarını almaq olur. Bəzən elə olur ki, 1 bot 1 il passiv olur, sonra yenə aktiv fəaliyyətə başlayır. Təhlükəli olanlar yanlış fəaliyyət göstərən botlardır - yanlış intervikilər əlavə edirlər və s. VikiMənbəyə də baxaram. Hörmətlə:--Sortilegus 09:34, 2 iyun 2011 (UTC)Cavabla

Cekli

[vikimətni redaktə et]

Salam. Olanlardan xəbəriniz var ve susdunuz. Nəysə bürokratsınız deyə hər söhbətə də girmək məcburiyyətində deyilsiniz. Amma haqqım olan tələblər üçün sizə müraciət edirəm. İki əsassız ve xəbərdarlıqsız blok qoyuldu. Haqqı olmadan digər istifadəçilərin müzakirə səhifələrində dəyişiklikləri geri qaytardı. Mənim olduğum yeri bardaqxana adlandırdı. Öz sözünü də deyib məni blok etdi. İzah verməyimə imkan vermədi. Bu yazdıqlarım sizin çox təcrübəli idarəçiniz Cekliyə aiddir. Və haqqım olaraq tələb edirəm ki, Ceklinin idarəçiliyi səsverməyə çıxarılsın. Və Mənə qarşı etdiklərinə qarşı mütləq blok edilsin. Əgər mən admin olsaydım və Cekli də həmçinin. Mən Cekliyə blok qoysaydım bu səbəblərlə hamınız məni haqlı hesab edərdiniz, amma indi admin deyiləm və yenə də haqlıyam ona Blok qoyulmasını tələb edirəm. Və səsverməyə çıxarılmasını.

P.S: Saqqalım yoxdur deyə sözüm keçmir, amma hamı da yaxşı bilir ki, bütün istifadəçilərimiz Təcrübəli idarəçidən artıq yığıblar! --Robert Langdon 19:20, 2 iyun 2011 (UTC)Cavabla

Vago@azwikipedia

[vikimətni redaktə et]

Salam. Sizdən buna əsasən Vagonun idarəçi statusunu bərpa etməyinizi xahiş edirəm. --►Cek Li Taranmesaj 10:36, 6 iyun 2011 (UTC)Cavabla

Mümkünsə, bu mövzuya qayıtmayaq.→VagoMüzakirə 10:59, 6 iyun 2011 (UTC)Cavabla

Mən bu məsələni diqqətdə saxlayacam və qayda-qanunlar çərçivəsində qərar qəbul edəcəm. --Sortilegus 18:53, 6 iyun 2011 (UTC)Cavabla

Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarını diqqətlə incələdikdə Vagonun "idarəçi bayrağı"nı geri qaytarmaq hüququna malik olduğunu gördüm. Həmin qaydaların İdarəçilərin və bürokratların statuslarının alınması bölməsinin 3-cü bəndində deyilir:

  • Öz "idarəçi bayrağı"nı geri qaytarmaq istəyən istifadəçi səsvermə keçirmədən, istənilən vaxt metaya müraciət edə bilər.

Yuxarıda istinad etdiyim bəndin kommentarisindən belə anlaşılır: idarəçilikdən məhrum olunmuş istifadəçi, yenidən metaya müraciət edib, "idarəçi bayrağı"nı geri qaytara bilər. Deməli, Vago istəsən əgər "idarəçi bayrağı"nı geri ala bilər. Amma fikrimcə bürokrat olaraq bunu sənin etmən daha doğru ola bilər. --►Cek Li Taranmesaj 05:00, 22 iyun 2011 (UTC)Cavabla

Burda prinsiplər tələm-tələsik hazırlanır, ona görə belə boşluqlar yaranır. Ən optimal variant həm idarəçilikdən öz istəyi ilə istefa vermiş, həm də vikicəmiyyətin etimadını itirmiş istifadəçi üçün əgər o yenidən idarəçi olmaq istəyirsə üç aydan sonra yeni idarəçi seçkiləri keçirməkdir. Metaya müraciət olunsa, Meta aktiv bürokrata müraciət etməyi məsləhət görəcək, çünki bizim vikinin daxili prinsiplərini bilmirlər və bunu yalnız lokal vikinin bürokratı bilir. Mən statusumdan və qanundakı boşluqdan istifadə edib istifadəçinin idarəçi statusunu bərpa edə bilərəm. Amma bu pis presedent yaradacaq və gələcəkdə əgər burda bir neçə aktiv bürokrat olacaqsa onlar arasında status "alma-verməsi" probleminə cevriləcək. Yəni hansısa idarəçidən lap vikicəmiyyətin səs verməsi yolu ilə status alınıbsa hansısa bürokrat qanundakı boşluğa istinad edib onun statusunu bərpa edəcək. İndiki durumda bürokratın əlavə səlahiyyətləri bir neçə tam texniki səlahiyyətlərlə məhdudlaşır. Vago istifadəçilərin böyük əksəriyyətinin etimadını qazanmış vikipediyaçıdır. İdarəçi statusundan imtina etməsi tələsik addım idi. Amma mən onu yaxşı başa düşürəm. Əgər özü etiraz etməsə mən səlahiyyətdən imtina etdiyi müddətdən üç ay keçəndən sonra yenidən onun idarəçiliyə namizədliyini irəli sürəcəm. Hörmətlə:--Sortilegus 10:27, 22 iyun 2011 (UTC)Cavabla

Salamlar. Mən təkcə bir məsələyə toxunmaq istəyirəm. Belə fikr edirəm ki qaydanın mənası elə deyil. Orada deyilir ki:

  • Öz "idarəçi bayrağı"nı geri qaytarmaq istəyən istifadəçi səsvermə keçirmədən, istənilən vaxt metaya müraciət edə bilər.

Məncə bunun mənası belədir "halhazırda idarəçi olan və öz qərarilə onu geri qaytarmaq istəyən idarəçi, öz "idarəçi bayrağı"nı geri qaytarmaq üçün səsverməyə ehtiyac olamadan metaya müraciət edə bilər."

Yanı idarəçilikdən istefa vermək üçün metaya müraciət edə bilər, yenidən "idarəçi bayrağı"nı almaq üçün yox. Hörmətlə --Ebrahimi-amir 04:29, 11 iyul 2011 (UTC)Cavabla

Uannis

[vikimətni redaktə et]

Salam Sortilegus. Cekliyə etdiyim bu müraciətlə bağlı nə düşünürsünüz. Bunu bilmək mənim üçün maraqlıdır. --N KOzi Müzakirə 14:04, 9 iyun 2011 (UTC)Cavabla

Şəxslər

[vikimətni redaktə et]

Salam Vago. Şəxslər şablonunu bütün məqalələrdə standartlaşdırdığına görə təşəkkürlər. Çox lazımlı bir iş idi. Bir başqa məsələ - bəlkə "əsas məqaləsi göstərilən kateqoriyalar" kateqoriyasını gizli kateqoriya edək? Hörmətlə: --Sortilegus 12:22, 10 iyun 2011 (UTC)Cavabla

Salam, Sortilegus. Təklifini yerinə yetirdim. Əslində onu özüm məlumatlı olum deyə müvəqqəti yaratmışdım. Lazımdırsa, qalsın. Şəxslərlə bağlı da bir az dəqiqləşmələr qalıb (şair, yazıçı). Hörmətlə, →VagoMüzakirə 12:33, 10 iyun 2011 (UTC)Cavabla

Təkrar məqalələr

[vikimətni redaktə et]

Salamlar, istifadəçi Çapay məqalələri süni surətdə çoxaldır. Baxır ki, eyni familyadan var, o dəqiqə zadə və yaxud Əliməmmədi Alıməmməd əlavə edir. Xahiş edirəm, nəzarətdə saxlayın. İşlək şəxs olduğu üçün xoşagələndir. Hörmətlə:--Enver62 19:21, 10 iyun 2011 (UTC)Cavabla

Salam. Oldu, nəzarət edərəm. Elədir, son dövrlər ən fəal istifadəçilərimizdəndir. Hörmətlə:--Sortilegus 19:27, 10 iyun 2011 (UTC)Cavabla

Nəzarət

[vikimətni redaktə et]

Salam Sortilegus. Siz Məlikov Məmmədin fəaliyyətini nəzarət altına alacağınızı qeyd edərək, blokunu açmışdınız. İndi isə o [12] böhtançılıqla, faktları saxtalaşdırmaqla və s. bu kimi əməllərlə məşğuldur. --N KOzi Müzakirə 07:26, 11 iyun 2011 (UTC)Cavabla

Salam. Bəli, istifadəçinin blokunu açıb onu AzVikidə "himayəmə" götürmüşəm. Bu əslində inkişaf etmiş digər vikipediyalarda çox geniş yayılmış metoddur. Mübahisəli məsələlərdə tez-tez iştirak edən və bloklanma dərəcəsinə qədər gəlib çıxan istifadəçilərin fəaliyyəti ilə bağlı birmənalı mövqe yoxdursa idarəçilərdən biri onu "himayəsinə" götürür. Rus vikipediyasında bu qanun təxminən məsələyə uyğundur:[13] Çox təqdirəlayiq haldır ki, istifadəçinin fəaliyyəti ilə bağlı qeydlərini mənə yazırsan. Amma ümumi müzakirələrə keçid vermək düzgün deyil. Konkret istifadəçinin fəaliyyətində nəylə razı deyilsənsə, fəaliyyətində hansı prinsipi pozubsa onu mənə yaz. Bir onu diqqətinə çatdırım ki, bütün bunlar AzViki ilə bağlı olmalıdır (istifadəçinin burdakı fəaliyyəti ilə bağlı) və yaxşı olar ki, qısa tezislər şəklində verilsin. Hörmətlə:--Sortilegus 21:23, 11 iyun 2011 (UTC)Cavabla

İstifadəçi konkret trollinqlə məşğuldur. Misal üçün bu məqaləyə və müzakirə səhifəsinə baxın. Mübahisənin mənası və Məlikov Məmmədin etirazının əsasını anlasanız mənə deyin. Çünki altında rusca "шемаханские баядерки" yazılmış şəklə görə bu qədər mübahisə etməzlər. Şübhələnirəm ki, Məlikov Məmməd konkret Səfəri izləyir. Üstəlik o məni Cekli ilə qruplaşma yaratmaqda, Amirin kuklası (ya da Amiri mənim) olmaqda ittiham etmişdir. Zənnimcə bu məsələni tam olaraq sonlandırmaq üçün bütün iddiaları axıra kimi tədqiq etmək lazımdır. --N KOzi Müzakirə 05:24, 13 iyun 2011 (UTC)Cavabla

Əlavə: Məlikov Məmməd mənim və Amirin birlikdə bloklanmadığımızı bilmədiyini deyir. Halbuki bu qeydi məhz o yazıb. İndi bu nədir yaddaşsızlıq ya nə? --N KOzi Müzakirə 05:33, 13 iyun 2011 (UTC)Cavabla

Ümumiyyətlə, bu səhifəyə də diqqət yetirin. --N KOzi Müzakirə 05:47, 13 iyun 2011 (UTC)Cavabla

Məni heç vaxt kimin kim olduğu maraqlandırmadığı üçün bunu heç araşdırmamışam, bu yazı da nəinki yadımda deyil, hətta şənbə günü harda sizi bloklamaları axtarsam da tapmadım. Yəni siz yazmasa idiniz, mən bunu bilmirdim (yadımda qalmamışdı). --Melikov Memmedemail 06:07, 13 iyun 2011 (UTC)Cavabla

Zənnimcə, sizin vəzifəniz istifadəçilərin bir-birinə qarşı hücum etməsinə mane olmaqdır. Melikov Memmed mənə, Ebrahimi Amirə və Səfərə qarşı sonsuz hücumlar etmişdir. Kənd Meydanı və İdarəçilərə müraciət səhifəsinə baxmanız kifayətdir. Hesab edirəm ki, VP:TYV , VP:N, və s. bəndlər pozulmuşdur. Üstəlik trollizm də açıq-aşkardır. Məlikov Məmməd Səfəri təqib etdiyini etiraf etmişdir. Yuxarıda dediyim məsələləri nəzərə alaraq, məni, Amiri və Səfəri Çek-yuzer yoxlamasından keçirməyinizi, Məlikov Məmmədi isə bloklamanızı təklif edirəm. --N KOzi Müzakirə 09:59, 13 iyun 2011 (UTC)Cavabla

Məsələni təftiş edib Vikipediya:İdarəçilərə müraciət səhifəsində müvafiq bölmədə fikrimi bildirəcəm.--Sortilegus 18:39, 13 iyun 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Salam siz niyə Kateqoriya:Zaqafqaziya (Qоri) Müəllimlər Seminariyasının məzunları (1904) sildiniz səbib nədir--Capay 09:01, 11 iyun 2011 (UTC)Cavabla

Mənim hazırladığım Kateqoriya:Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunlarını silib özünüz Kateqoriya:Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları hazırladınız bu hərəkət mənim heç xoşuma getmədi mən əziyyət çəkib bir şey hazırladım onu öz adınza çıxırsız Capay 09:03, 11 iyun 2011 (UTC)Cavabla

Təkrar məqalələrSalamlar, istifadəçi Çapay məqalələri süni surətdə çoxaldır. Baxır ki, eyni familyadan var, o dəqiqə zadə və yaxud Əliməmmədi Alıməmməd əlavə edir. Xahiş edirəm, nəzarətdə saxlayın. İşlək şəxs olduğu üçün xoşagələndir. Hörmətlə:--Enver62 19:21, 10 iyun 2011 (UTC)

Salam. Oldu, nəzarət edərəm. Elədir, son dövrlər ən fəal istifadəçilərimizdəndir. Hörmətlə:--Sortilegus 19:27, 10 iyun 2011 (UTC)

Sortilegus‎ qardaş Enver qardaş sizə yazıb ki Salamlar, istifadəçi Çapay məqalələri süni surətdə çoxaldır. Baxır ki, eyni familyadan var, o dəqiqə zadə və yaxud Əliməmmədi Alıməmməd əlavə edir. Xahiş edirəm, nəzarətdə saxlayın. İşlək şəxs olduğu üçün xoşagələndir. Hörmətlə:--Enver62 19:21, 10 iyun 2011 (UTC)

Sortilegus‎ Qardaş mən Əliməmmədi adlı bir məqalə yaratdığını bilmirdim bağışlayın siz həmin şəxsi google də Alıməmməd adıyla axtarın çıxacaqdır

http://www.anl.az/down/medeniyyet2007/may/medeniyyet2007_may_434.htm baxa bilərsiz

--Capay 09:29, 11 iyun 2011 (UTC)Cavabla

Salam. Əvvəlcə onu deyim ki, sizin son vaxtlardakı aktiv fəaliyyətinizi çox bəyənirəm və buna görə sizə təşəkkür edirəm. İndi sizi narahat edən məsələlərlə bağlı bir-bir açıqlama verim: Kateqoriyaları mən ümumiləşdimişəm. Ehtiyac yoxdur ki, seminariyanı bitirən məzunlar üçün onların məzun olduqları illərə uyğun kateqoriyalar yaradılsın. Elə hamısı bir kateqoriyada olsa yaxşıdır. Təsəvvür edirsiz onda məsələn BDU-nu qurtaranlar üçün gələcəkdə nə qədər kateqoriyalar yaradıla bilər? Amma elə bircə "BDU-nun məzunları" olsa kifayət edir. Vikipediya elə bir layihədir ki, burada heç kim heç kimə deyə bilməz ki, mənim əməyimi "özəlləşdirdin". Burda hamının əməyi var. Enver62-nin mənə yazdıqlarını da anlaşıqla qəbul etmək lazımdır. Siz müəyyən vaxt keçəndən, təcrübə toplayandan sonra bunu anlayacaqsınız. Sadəcə bir tövsiyə verim sizə. Məqalə yaratmamışdam əvvəl səhifənin yuxarı sağ küncündəki "axtar" xanasına onun adını yazıb məqalənin burada mövcud olub olmadığını öyrənin. Ola bilər ki, mövzuyla bağlı bir az fərqli ad altında artıq məqalə mövcuddur. Məsələn, siz 3 gün bundan əvvəl Xosrov Axundzadə məqaləsi yaratmısız, amma bu şəxs haqqında 2009-cu ildə Enver 62 artıq məqalə yaradıb Mirzə Xosrov Axundov. Siz yaratdığınız məqalə daha ətraflıdır, amma dublikat olduğuna görə bu iki məqaləni birləşdirmək lazım gələcək - yəni artıq iş yaranıb. Elə özünüz əvvəlcə məqaləni axtarıb tapıb məlumatları ora əlavə etsəydiniz, yaxşı olardı. Bu cür dublikat məqalələri bəzən yaratdığınıza görə Enver 62 fəaliyyətinizi nəzarətə götürməyi məndən istəyib. Bu o deməkdir ki, mən sizin fəaliyyətinizi təftiş edib belə halları müəyyənləşdirib düzəldəcəm. Yəni burda sizə hansısa xəbərdarıq etməkdən və s. söhbət getmir. İnanıram ki, məni anladınız. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə:--Sortilegus 20:52, 11 iyun 2011 (UTC)Cavabla

Sortilegus qardaş ətraflı izzah etdiyiniz üçün çox sağolun xosrov axundzadə haqqında məqalə olduğunu bilmirdim çünki enver qardaş onun əvvəlinə mirzə əlavəsi olaraq qoyubdur Yəni Allah şahiddir ki mən qəsdən məqalələlri süni surətdə çoxaltmıram mən məqaləni gooogledə axtarıram olmayanda məqalə hazırlayıram oda hərdən bir istəmiyərək başqa adda məqalə yaratmış oluram indi çalışaram diqqətlə axtarım Enver qardaşda inşallah məni bağışlayar

--Capay 03:54, 12 iyun 2011 (UTC)Cavabla

Salam. Bilirəm ki, bu hal bilməyərəkdən olub. Heç bir problem yoxdur. İnşallah müəyyən dövrdən, təcrübə toplayandan sonra bu texniki məsələlərin hamısına bələd olacaqsınız. Onacan nə kömək lazım oldu, çəkinmədən mənə və digər stajlı vikipediyaçılara müraciət edə bilərsiniz. Hörmətlə:--Sortilegus 18:32, 13 iyun 2011 (UTC)Cavabla

İstifadəçi:Melikov Memmed

[vikimətni redaktə et]

Mən burada etdiyim şikayətə hələ cavab verən olmayıb. Vaxtınız varsa siz cavab verin.

Məncə idarəçilər vikipediyanı qorumaqda zəyif dəbərirlər. Melikov Memmedemailburada bütün vikini oyuna tutub. Bu Gaming the system deməkdir. Bir obiri istifadəçilərlə etdiyi bəhsi əvəzləyib gah etibarlı qaynaqdan danışır, soz tapa bilmədiyi halda hamını birbirinin koklası olmağı ortaya atır axırdada heç nəyi qəbul etmir. Bu aydın bir vandalizdirVP:V. Mən idarəçilərdən istəyirəm, vikipediyanı qorumaq üçün bu oyuna son versinlər. Hörmətlə --Ebrahimi-amir 03:42, 12 iyun 2011 (UTC)Cavabla

Birdə həmin istifadəçi Güneylilərin ləhcəsin "pozuq" sayır. Bu böyük bir ihanət olaraq VP:TYV qarşıdır. --Ebrahimi-amir 06:06, 12 iyun 2011 (UTC)Cavabla

Məsələni təftiş edib Vikipediya:İdarəçilərə müraciət səhifəsində müvafiq bölmədə fikrimi bildirəcəm.--Sortilegus 18:40, 13 iyun 2011 (UTC)Cavabla

Təşəkkürlər

[vikimətni redaktə et]

Salam Sultan 11. Son bir neçə ayda AzVikiyə yüklənən şəkillərə tam nəzarət etdiyinizə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Bundan əvvəl faylların adlarında apardığınız düzəlişlər, lazımsız faylların silinməsi, dublikat faylların commonsdakılarla əvəz olunması da çox dəyərli və lazımlı iş idi. Şəxsən mən artıq AzVikidə çox vacib bir sahə olan şəkil fayllarına nəzarət məsələsindən sizin sayənizdə çox arxayınam. Yorulmayasız. Hörmətlə:--Sortilegus 21:00, 11 iyun 2011 (UTC)Cavabla

Salam Sortilegus. Təşəkkür üçün sizə əvvəlcədən minnətdarlığımı bildirirəm. Qeyd etdiyiniz kimi AzVikidə olan şəkil fayllarına nəzarət məsələsi çox vacib bir sahədir. Hələ adi istifadəçi olanda belə bu məsələ məni narahat edirdi. Bu gün də bu məsələ öz aktuallığını itirməyib. Sizin və digər təcürbəli istifadəçilərin köməyi sayəsində bu işlər müəyyən qədər qaydasına düşüb. Ümidvaram ki, yaxın aylar ərzində yüklənən yeni fayıllar tam qaydasında olacaq. Köhnə fayıllar üzərində isə işləri davam etdirəcəyik. Sizə fəaliyyətinizdə və işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Səmimiyyətlə: --Sultan11 17:00, 12 iyun 2011 (UTC)Cavabla

Azvikiyə yüklənən fayllarla (ogg fayllar azdır, əsasən şəkil fayllarıdır) bağlı bəzi statistik məlumatları təxminən bir ay əvvəl özüm üçün bu səhifədə qaralamışam. Keçən aya olan məlumatlara görə bura 15 350 fayl yüklənib (hazırda 15 681-dir). Keçən ay 11 idarəçi 1 934 fayl, 4 istifadəçi 10 263 fayl yükləmişdi. Ümumilikdə 12 197 fayl edirdi. Qalan bütün istifadəçilər 3 153 fayl yükləmiş olurlar. 11 4=15 - 15 istifadəçinin fayl problemini həll etsək deməli indinin statistik göstəricilərə görə 30 630 istifadəçinin payına cəmi 3 200- 3 300 fayl düşür. 15 istifadəçinin yüklədiyi 10 163 fayldan da 7 798-ini ancaq 1 istifadəçi yükləyib. --Sortilegus 21:42, 14 iyun 2011 (UTC)Cavabla

Salam. Şəkillərlə bağlı bir texniki məsələni də yazım. Əgər hansısa istifadəçi çox sayda şəkil yükləyirsə, sizin lisenziyalaşdırma, kateqoriyalaşdırma ilə bağlı qeydləri nəzərə almırsa və onun bu fəaliyyətinə nəzarət müəyyən problem yaradırsa (adətən yeni və təcrübəsiz istifadəçilərdə bu hal tez-tez olur) - onun fəaliyyətini hər gün təftiş etməmək və ona hər gün xəbərdarlıq mesajı göndərməmək də olar (təbii ki, əgər bu kütləvi hal almayıbsa - gündə 50-100-300 şəkil deyil, 3-4 şəkil yükləyirsə). Çünki adətən təcrübəsiz istifadəçilər bu cür xəbərdarlıqlardan çəkinirlər və bu onların vikipediyaya marağını azaldır. Sadəcə fəaliyyətini nəzarətə götürün. Bu mənim şəkil yükləmə statistikamdı → [14]. Fayl yükləmə fəaliyyətini nəzarətə götürdüyünüz istifadəçinin burdakı ssılkada name=sortilegus&lang bölməsində istifadəçi adını mənim istifadəçi adımın yerinə yazın, məsələn, sizin öz istifadəçi adınız name=Sultan11&lang, yəni ki bu formada [15] Və həftədə 1 dəfə istifadəçinin yüklədiyi 10-15, 20 şəklin lisenziya problemi olduğunu ona cəmi 1 xəbərdarlıq mesajında bildirin. Amma fəaliyyətə başlayan və lisenziyasız elə ilk şəkli yükləyən kimi xəbərdarlıq ismarıcı göndərmək pis fikir deyil. Son vaxtlar görürəm ki, sizin bu xəbərdarlıqlardan sonra təcrübəsiz istifadəçilər kənd meydanında, ya elə sizin özünüzün istifadəçi müzakirəsi səhifənizdə dərhal şəkil yükləmə qaydaları ilə maraqlanırlar və səhvlərini düzəldirlər. Hörmətlə:--Sortilegus 19:08, 18 iyun 2011 (UTC)Cavabla

Sortilegus bir daha salam. Tövsiyyə üçün sizə təşəkkür edirəm. Doğrudan da sizin sonda söylədiyiniz üsul daha effektlidir. Çünki bu zaman təcrübəsiz istifadəçilər şəkil yükləmə qaydaları ilə maraqlanırlar və səhvlərini düzəltməyə çalışırlar. Belə etməsək yəqin ki, bir müddət sonra qaydalar yenidən pozulacaq. Səmiiyyətlə: --Sultan11 19:47, 18 iyun 2011 (UTC)Cavabla

Tövsiyə verməm də bəlkə bir az yersiz göründü:) AzVikiyə yüklənən faylların təftişi ilə bağlı bütün qərarlarınızı dəstəkləyirəm. Yuxarıda da qeyd etdiyim kimi sizin sayənizdə bu sahədən tam arxayınam. Hörmətlə:--Sortilegus 20:00, 18 iyun 2011 (UTC)Cavabla

Bir daha minnətdaram. Səmiiyyətlə:--Sultan11 20:08, 18 iyun 2011 (UTC)Cavabla

Dəvət

[vikimətni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Bürokrat seçkisi ilə əlaqədar ilə əlaqədar burada (Vikipediya:Bürokratlar) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, --N KOzi Müzakirə 04:37, 16 iyun 2011 (UTC)Cavabla

Cavab

[vikimətni redaktə et]

Salam. Sən heç özün kənd meydanında mənə yazdığın ittihamları oxuyub özün onlardan baş çıxarırsan? Ümumiyyətlə, bürokratlıq statusu haqqında sənin məlumatın var? Bürokrat məktəb direktoru deyil və burdakılar da şagird deyil. Sənin yazdıqlarından belə çıxır ki, burda nə baş verirsə hamısına görə bürokrat günahkardır. Elə müzakirələr var ki, mən onlara qoşulmağı lazım bilmirəm. Çünki müzakirənin mövzusu mənə maraqsızdır. Bir az çalış əsəblərini sakitləşdir. Son bir neçə gündə burda bilərəkdən, ya bilməyərəkdən ab-havanı gərginləşdirirsən. --Sortilegus 09:18, 16 iyun 2011 (UTC)Cavabla

Bəli, mən səni mənimlə trollu bir cərgədə qoymağına görə ittiham edirəm. AzVikini tayfa-qəbilə quruluşuna döndərsiyinə görə ittiham edirəm. Müzakirələrə qıraqdan baxıb gərginləşməsini gözlədiyinə görə ittiham edirəm. Haqqı qoyub, nahaqqı tutduğuna görə ittiham edirəm. Mənim yox e, buranın adminlərinin çoxunun heç gördüyü vəzifənin mahiyyətindən anlayışı yoxdur. Bəs səncə, mənim seçki təşkil etmək hüququn yoxdur? --N KOzi Müzakirə 09:25, 16 iyun 2011 (UTC)Cavabla

Bax bu tonda mən axı səninlə necə müzakirə aparım. Ya gərək ittihamlarına görə səni bloklayım, ya da sənin apardığın səviyyədə müzakirə aparım. Nə birini istəyirəm, nə o birini. Ona görə də son vaxtlar AzVikidə gedən müzakirələrə qatılmıram. Hamısı şəxsi müstəvidə olan ittihamlardır. --Sortilegus 09:43, 16 iyun 2011 (UTC)Cavabla

Dəvət

[vikimətni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Earth Song məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, --sefer 16:53, 16 iyun 2011 (UTC)Cavabla

Səsvermə

[vikimətni redaktə et]

Salam İradə xanım. Bürokrat seçkisinin elə ilk günündəcə səsverənlərin böyük əksəriyyətinin etimadını qazanman münasibəti ilə səni təbrik edirəm. Burda prinsiplərin tərtibində fəal iştirak edən bir vikipediyaçı kimi yəqin yaxşı bilirsən ki, bir çox problemlərin kökü məhz elə bu sahədəki qanun boşluğundadır. Bunları nəzərə alıb bəzi qeydlərimi sənə yazıram və suallarımı ünvanlayıram: bürokrat statusu almaq üçün namizədliyinin səsverməyə çıxarıldığı seçkidə özünün bunun əleyhinə səs verməyin necə izah oluna bilər? Çünki sənin əsas müəllifin olduğun prinsipə görə bürokratlığa namizəd ya idarəçinin özü tərəfindən (belə ki, bürokrat yalnız idarəçilər arasından seçilə bilər), ya da idarəçi namizəd etiraz etməzsə (razılığı olarsa), digər istənilən aktiv istifadəçi tərəfindən irəli sürülə bilər. Aktiv istifadəçi sənin namizədliyini irəli sürüb, yazdığın şərhlərdə buna etiraz etmirsən, amma özün-özünün namizədliyinin əleyhinə səs verirsən? Bunu necə başa düşmək olar? "Mən özüm statusu istəmirdim, amma aktiv istifadəçilər məni məcbur etdilər" kimi? --Sortilegus 18:44, 16 iyun 2011 (UTC)Cavabla

Salam, Sortilegus. Təbrikə görə təşəkkür edirəm. Əslində belə gərgin bir vəziyyətdə ssvermənin keçirilməsini istəmirdim. Amma burada insanların əsəbləri o qədər gərgindir ki, bürokrat səsverməsinin keçirilməsindən başqa çıxış yolu görmürəm. Çünki bəzi idaəçilərin müəyyən qaydaları pozmaları bütün idarəçilərə qarşı bir inamsızlıq, hətta deyərdim ki, hörmətsizlik yaratmışdır. Bunu kənd meydanındakı şərhləri diqqətlə oxusan görərsən. Ümüd yalnız bürokrata idi. Amma təəssüf ki, sən də bu məsələdə müəyyən passivlik göstərdin. Vikipediya:Bürokratlar səhifəsində sualın cavabını vermişəm: "Bürokrat olub-olmamağım mənim üçün elə də həyati əhəmiyyətli bir hadisə deyil. Bunu sübut etmək üçün özümə "qarşı" verirəm!" Qarşı verməklə onu demək istəyirəm ki, mən yalnız istifadəçilərin maksimum səsini topladıqdan sonra bürokratlığı qəbul edə bilərəm. Digər tərəfdən də "Qarşı" səsi məni qorxutmur. kimin ürəyindən "qarşı" yazmaq keçirsə, ehtiyat etmədən yazsın. İlk "qarşını" özüm yazdım ki, ürəyi istəyənlər çəkinmədən "qarşı" yazsınlar. Lakin əgər məndən başqa səsvermənin sonuna kimi "qarşı" yazan olmasa, səsimi siləcəm! Əks halda səsim qalacaq və yekunlaşmada nəzərə alınacaq.--Irada 19:20, 16 iyun 2011 (UTC)Cavabla

Cavaba görə təşəkkürlər. Məsələ mənə aydın idi, indi tam aydın oldu. Yəni bürokrat statusu sənə hansısa idarəçiyə qarşı mübarizə aparmaq üçün lazımdır. Çox təəssüf. Olmaz ki, hamımız mehriban olaq? Gərək elə mütləq bir-birimizə qarşı mübarizə aparaq? Əslində mən daha ciddi ittihamlar gözləyirdim. Məsələn, Vikipediya:Botlar səhifəsində bot müraciətləri yığılıb qalıb amma cavab vermirəm (haqlı, ya haqsız ittiham), öz fəaliyyətsiz botuma (Sortibot) bot statusu vermişəm,Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsində problemlər var bəlkə də:) Yəni sən "mən niyə bürokrat olmaq istəyirəm" - sualına cavab verməlisən. Hörmətlə:--Sortilegus 20:00, 16 iyun 2011 (UTC)Cavabla

Sözdən söz düzəltmə. Əgər mən bürokrat olmaq istəyirəmsə ilk növbədə Vikipediyada əmin-amanlığı bərpa etmək üçün bunu edirəm. Botlar yığılıb qalıb nə deməkdir? Məgər bürokratlıq bunun üçündür? Bürokrat statusu yalnız botlar üçündür? Bunu səndən eşitmək istəmzdim.--Irada 20:41, 16 iyun 2011 (UTC)Cavabla

P.S. Vüqar bürokrat səsverməsini botlara görə keçirmir! Mən cavabımı səsvermə səhifəsində vermişəm! --Irada 20:51, 16 iyun 2011 (UTC)Cavabla

Bloklanmış istifadəçilər

[vikimətni redaktə et]

Salam. Bu səhifədə hazırda bloklu olan istifadəçilərin siyahısı verilmişdir. Bu səhifədə isə fəaliyyəti sizi maraqlandıran istifadəçinin adını axtarışa verirsiz. Axtarışdan sonra açılan səhifədə yuxarı hissədə bloklama qeydləri var. O qeydlərə baxıb istifadəçinin nə vaxtsa bloklu olub-olmadığını görə bilərsiz. Hörmətlə:--Sortilegus 17:18, 17 iyun 2011 (UTC)Cavabla

Təşəkkür !--Acategory 17:37, 17 iyun 2011 (UTC)Cavabla

Şəkil

[vikimətni redaktə et]

Mənim düzəltdiklərimi niyə dəyişmisən?!Şəkilləri niyə çıxartmısan?!--coci 07:43, 21 iyun 2011 (UTC) Corcinya}}

Salam. Hələ şəkil yükləməyə tələsməyin. Yavaş-yavaş Vikipediyada şəkilləri axtarıb tapmağı, şəkil anbarından (commons) istifadə etməyi, şəkil anbarına şəkil yükləməyi öyrənəndən sonra özünüz görəcəksiniz ki, çoxlu lazımsız şəkillər yükləmisiniz. Hörmətlə:--Sortilegus 08:34, 21 iyun 2011 (UTC)Cavabla

Salam.Cənubi Koreya səhifəsindəki şəkilləri bəs nəyə görə dəyişmisiz?Onlar lazımsız deyildi!.Sizin qoyduqlarınızdan daha effektli və yaxşıydı.Zəhmət olmasa mənim yaratdığım səhifədən mənim yüklədiyim şəkili silməyin və dəyişməyin.Hörmətlə coci 14:46, 21 iyun 2011 (UTC)

Şəkil

[vikimətni redaktə et]

Salam. Xahiş edirəm bu şəkli [16] bərpa edin. --sefer 19:47, 22 iyun 2011 (UTC)Cavabla

Usurp

[vikimətni redaktə et]

Təbriklər. Qaldı 5-i. Sən lap Aşıq Veysəl demişkən, uzun, incə bir yoldasan ki:) Problem olmamalıdır, bəlkə 1 quote uzun çəkə. Bürokratları olmayanlarda metaya müraciət elə. Bürokratı olan da 2 həftədən gec cavab versə müraciət elə. Bəlkə bürokrat aktiv deyil. --Sortilegus 19:17, 24 iyun 2011 (UTC)Cavabla

Təşəkkür edirəm, neyləyim, yavaş-yavaş şələ-şüləni yığışdırmaq lazımdır :) →VagoMüzakirə 07:46, 25 iyun 2011 (UTC)Cavabla

"Şələ-şüləni yığışdırmaq" deyəndə qlobal adı nəzərdə tutursansa, səninlə razıyam. Dünyada 1 Vago var, o da bizim Vago:) --Sortilegus 19:59, 25 iyun 2011 (UTC)Cavabla

Şəkillər

[vikimətni redaktə et]

Salamlar bəy. Tiraxturun istifadə olmuş şəkillərinin silinmə nədəni nədir? Hörmətlə--Ebrahimi-amir 12:11, 27 iyun 2011 (UTC)Cavabla

Salam Ebrahimi-amir. Traktorsazi mənim azarkeşlik etdiyim futbol komandalarından biridir:) Amma burda səhifəni artıq şəkillərlə yükləmək düzgün deyil. Əgər şəkillər commonsa yüklənsə o ayrı məsələ. Tanışlıq məqsədi ilə bizim vikiyə yüklənirsə 1-2, uzaqbaşı 3 şəkil kifayətdir. Bunu da edəndə elə eləmək lazımdır ki, şəkillər bir-birinin bənzəri olmasın. Məsələn, 3 azarkeş şəkili yükləməkdənsə, 1 azarkeş şəkili, 1 komandanın stadionunun şəkili, 1 heyət üzvlərinin şəkili olsa daha yaxşı olar. Yəni minimum şəkil yükləməklə maksimum məlumat veririk. Hörmətlə:--Sortilegus 13:01, 27 iyun 2011 (UTC)Cavabla

Təəssüflə əsli şəkilləri (məqalənin mətnində istifadə olmuş) silibsiniz! Onları qaytarmaq olarmı? Hörmətlə --Ebrahimi-amir 13:09, 27 iyun 2011 (UTC)Cavabla

Təbii ki, olar. Ümumiyyətlə hansı idarəçi nə şəkili, nə məqaləni sildisə, istifadəçi istəyəndə onu bərpa etməyə borcludur. Əgər idarəçi şəkli və ya məqaləni bərpa edəndən sonra da onların yenidən silinməsini istəyirsə artıq bunun üçün müzakirə açılmalıdır. Onda mən hamsını bərpa edirəm, siz özünüz göz gəzdirin, şəkilləri təftiş edin, ən lazımlı 3-4-ünü saxlayaq, qalanlarına özünüz "sil" şablonu yerləşdirin (təbii ki, commnonsa yüklənənlər varsa onlardan başqa). Hörmətlə:--Sortilegus 13:19, 27 iyun 2011 (UTC)Cavabla

Şəkillərin bir neçəsi müəllif hüquqları gözlənilməyib. Onları silmək olar. Hörmətlə--Ebrahimi-amir 13:23, 27 iyun 2011 (UTC)Cavabla

Bu işi artıq sizin öhdənizə buraxıram:)--Sortilegus 13:25, 27 iyun 2011 (UTC)Cavabla

--Ebrahimi-amir 13:29, 27 iyun 2011 (UTC)Cavabla

Astronom adları

[vikimətni redaktə et]

Salam, Sortilegus, astronom adlarının Azərbaycan dilində necə olmasını mümkünsə dəqiqləşdirərdiniz. Hörmətlə, →VagoMüzakirə 14:57, 27 iyun 2011 (UTC)Cavabla

Salam Vago. Oldu. Əvvəlcə ruslardakı adlandırmalara baxıb düzəldəcəm, olmayanları özüm transliterasiya edəcəm. Bəziləri haqqında heç ingilis vikisində məlumat yoxdur. Hörmətlə:--Sortilegus 15:18, 27 iyun 2011 (UTC)Cavabla

Təşəkkür :) →VagoMüzakirə 15:21, 27 iyun 2011 (UTC)Cavabla

Kino məqalələri

[vikimətni redaktə et]

Salam. Filmlər haqqında çox dəyərli məqalələr yaratdığına görə bir daha sənə təşəkkür edirəm. Həm də müşahidə etmişəm, çox vaxt dünya kinosundan çox dəyərli rejissorların filmləri haqqında məqalələr yaradırsan. Bu çox sevindirici haldır ki, bir Azərbaycan gənci dünya kinosuyla belə yaxından maraqlanır. Alfred Hiçkok, Federiko Fellini, Franko Zeffirelli... bunlar klassikadır:) Sənə fəaliyyətində uğurlar arzulayıram. Hörmətlə:--Sortilegus 16:06, 27 iyun 2011 (UTC)Cavabla

Salam. Dəyərli fikirlərinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Mənim fikrimcə kino klassikadan başlayır. Bu mövzuda nadir hallarda özümə həmfikir tapanda sevinirəm. Çünki 2011-ci ilin gəncləri klassikaya yox hansısa qrafika filmlərinə üstünlük verirlər. Hər halda bu məqalələr olmalıdır ki, heç olmasa belə filmlərdən və rejissorlardan xəbər tuta bilsinlər. Xoş sözlərinizə görə sizə bir daha minnətdaram. Hörmətlə:--Babək Akifoğlu 16:11, 27 iyun 2011 (UTC)Cavabla

Qrafik kino da, onlar haqqında Vikipediyada məqalələr də olmalıdır, zamanın tələbidir. Amma məsələn, məndən soruşanda ki, döyüş janrında (boevik) ən sevdiyin film hansıdır, mən birinci "Yeddi samuray"ın adını çəkirəm ("Terminator" demirəm). Məncə sən etimad qazanmış bir istifadəçi kimi artıq kino sahəsinə aid olan məqalələrə nəzarət etməkdə bizə yardımçı ola bilərsən. Hörmətlə:--Sortilegus 16:27, 27 iyun 2011 (UTC)Cavabla

Mən kino üçün əlimdən gələni eləməyə hazıram. O ki qaldı mənə, çalışıram həm klassik, həm yeni filmlər haqqında, həm də burada olmayan Azərbaycan filmləri haqqında məqalələr yaradım. --Babək Akifoğlu 16:42, 27 iyun 2011 (UTC)Cavabla

İlkin nəticələr

[vikimətni redaktə et]

Salam. Sizin namizəd olduğunuz bürokrat seçkisində verilən səslərin ilkin təftişi bu səhifədə aparılır. Hansı istifadəçinin səsinin sayılıb-sayılmayacağı ilə burada tanış ola və əgər etirazlarınız varsa onu mənə bildirə bilərsiniz. Səsvermə iyunun 30-dan iyulun 1-nə keçən gecə dayandırılacaq. Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları prinsipinə uyğun olaraq hesablanacaq. Bizim vikipediyada bildiyiniz kimi səsvermə adətən Bakı vaxtı ilə hesablanır. Bəzi bir neçə seçki zamanı "Vikipediya vaxtı" əsas götürülüb. İkinci variantı mən daha məqbul sayıram (yəni seçkini iyunun 30-dan iyulun 1-nə keçən gecə Bakı vaxtı ilə 00 00-da yox, iyulun 1-i Bakı vaxtı ilə 05 00-da (Vikipediyanın 00 00-ı) dayandırmaq). Buna da etirazınız varsa onu da bildirin və əgər 2 namizəddən biri etiraz edəcəksə bu günə qədər keçirilən seçkilərin ənənəsi əsas götürülərək səsvermə Bakı vaxtı ilə iyunun 30-u 00 00-da dayandırılacaq. Səslərin yekun hesablanmasına və onların şərh olunmasına hər ikiniz bu səhifədə dəvət ediləcəksiniz. Sizə seçkidə uğurlar arzulayıram. Hörmətlə:--Sortilegus 14:48, 29 iyun 2011 (UTC)Cavabla

Göstərdiyiniz səhifədəki təftişə və səsvermə vaxtı, qaydaya istinadla bağlı heç bir iradım yoxdur. Təftişlə bağlı əməyinizi yüksək qiymətləndirir və sizə təşəkkürümü bildirirəm. Çox ümid edirəm ki, səsvermələrin yekunu Vikipediya qaydalarına uyğun aparılacaqdır! Hörmətlə, --Irada 16:55, 29 iyun 2011 (UTC)Cavabla

✅Y Əslində səsvermə çoxdan dayandırılmalı idi. Amma nə isə... Məlumat verdiyiniz üçün təşəkkür!

P.S. Uğuru seçkinin əvvəlində arzulayarlar, sonunda yox:))))) --►Cek Li Taranmesaj 04:03, 30 iyun 2011 (UTC)Cavabla

İstifadəçi Rovshan.95

[vikimətni redaktə et]

Salam. İstifadəçi ilə onun istifadəçi müzakirəsi səhifəsindəki müzakirənizi oxudum. Mən orda öz fikrimi yazmışam və sözün düzü, seçkidən sonra istifadəçinin qeyri-müəyyən müddətə bloklanması məsələsini qaldırmaq istəyirəm. Amma digər tərəfdən də vikigörüşlərimizdə mənə çox xoş təəssürat bağışlayan, vikipediyanın zənginləşdirilməsində müəyyən xidmətləri olan istifadəçidir. Onsuz da çox az qüvvə ilə Vikipediyamızın zənginləşməsi üçün çalışırıq, belə bir vəziyyətdə fəal istifadəçilərdən kimi isə itirmək (bloklamaq, küsdürüb burdan uzaq salmaq (halbuki küsüb getməyi mən heç cür başa düşə bilmirəm)) bizə lazım deyil. Digər tərəfdən yazdıqları tənqid də yox, başdan-ayağa təhqirdir. Bu da əgər inzibati cəza tətbiq olunmasa burda onsuz da güclü olan cəzasızlıq sindromunun güclənməsi ilə nəticələnəcək. İnkişaf etmiş vikilərdə belə istifadəçiləri idarəçilərdən hansınınsa "himayəsi" altına alması praktikası var. O praktikanı mən burda istifadəçi Melikov Memmed ilə bağlı məsələdə tətbiq etmişəm (o müzakirələrdə cəmi bir dəfə təhqir sayıla biləcək ifadə işlətmişdi və bloklanmışdı). İndi istifadəçi ilə bağlı kimin nə şikayəti varsa mənə bildirir. Bəlkə İstifadəçi Rovshan.95-i siz bir idarəçi kimi himayəniz altına alasınız? Əgər belə olsa indiki blok müddəti bitəndən sonra mən onun qeyri-müəyyən müddətə bloklanması məsələsini qaldırmayacam və blokdan sonrakı fəaliyyəti ilə bağlı hansısa şikayətim olsa (eləcə də digər istifadəçilərin şikayəti olsa) onu sizə bildirib sizin qərarınızı gözləyəcəm. Hörmətlə:--Sortilegus 19:06, 30 iyun 2011 (UTC)Cavabla

Sizinlə tam razıyam. İstifadəçiləri xırda bir səhvə görə bloklamaq qüsurlu praktikadır. Ümumiyyətlə, idarıçi bloklamaq sözünü nadir halda dilinə gətirməlidir. Həmçinin hesab edirəm ki, bloklanma məsələsi kənd meydanında müzakirədən sonra əksəriyyət razı olarsa baş verməlidir. Rövşən.95 istedadlı gəncdir. Ancaq həyat təcrübəsinin azlığı ona müəyyən problemlər yaradır. Əgər razı olarsa himayə məsələsinə etiraz etmirəm. Hiss edirəm ki, bir-birimizi başa düşə bilərik. (Rövşən, fikirini kənd meydanında yaz)
Həmçinin Arbitraj Komitəsini tezliklə işə salmaq lazımdır. Bu mexanizm bir çox lazımsız polemikanın qarşısını ala bilər.--Acategory 19:26, 30 iyun 2011 (UTC)Cavabla
Elədir. Bloklamaq ən son vasitə olmalıdır. İstifadəçiyə 1-2-3 xəbərdarlıq etmək lazımdır, əgər bu xəbərdarlıqlardan sonra səhvini düzəltmirsə onda onu bloklamaq olar. Konkret bu halda məncə, istifadəçinin mövcud blokunun vaxtının bitməsini gözləməyimiz daha məqsədəuyğun olar. 1 həftədən sonra vaxt bitir. Əgər istifadəçi bu müddət ərzində sizin himayəniz altında fəaliyyət göstərməyə razı olsa blok müddəti bitəndən sonra mən onun müzakirə səhifələrində yazdıqlarının təftişini ona qarşı idarəçilərin müzakirəsinə çıxarmayacam. Arbitraj Komitəsi haqqında dedikləriniz də düzdür. Amma son proseslər onu göstərir ki, komitənin tərkibini müəyyənləşdirmək bizə çox çətin olacaq. Təəssüflər ki, çox az tərəfsiz fəal idarəçi və istifadəçimiz var. Hörmətlə:--Sortilegus 19:39, 30 iyun 2011 (UTC)Cavabla


Salamlar. Mən belə düşünürəm ki qaydalar əsasında bloklamaq şəxsi səliqələrdən üstündür. Örnək üçün VP:TYV əsasında "...Müzakirələr zamanı şəxsi zəmində təhqiredici və alçaldıcı replikaların istifadəsi qəti qadağandır.

Bu hal müşahidə olunarsa istifadəçi ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər."

Vəya "İstifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçalması" "Bu cür təhdidlərə yol verən istifadəçi xəbərdarlıqsız və ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər".

Bunlar buna əsaslanır ki "Vikipediyada baş verən bütün müzakirələr yalnız Vikipediyanın inkişafı naminə olmalıdır. Müzakirələrin sonunda konsensus əldə edilməlidir. Odur ki, şəxsi müstəviyə keçən bər hansı bir müzakirə Vikipediyanın ruhuna ziddir. İstifadəçinin digər istifadəçiyə qarşı pis münasibəti müzakirələrdə əks oluna bilməz".

Burda çalışanların hamısının şəxsəyyətinə hörmət lazımdır. Bu əsasda bu qaydanı kanara qoyub şəxsi səliqə ilə davranmağı zianlı bilirəm. Təhqirə məruz qalan insan qaydaların himayəsin dərinliklə görməlidir yoxsa biz onu məcbur edəcəyik ki ozu bu təhqirə cavab verə. Bu o deməkdir ki biz əlnən açılan düyünü dişnən açmaq məcburiyyətindəyik. Hörmətlə --Ebrahimi-amir 09:22, 1 iyul 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Salam. Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları prinsipində "Kimlər seçici hüququna malikdir?" bölməsində Səsvermə başlayan tarixə kimi Azərbaycan dilindəki Vikipediyada stajı 3 aydan az olmayan istifadəçilərin səs verə biləcəkləri qeyd olunub. Siz 07 april 2011-ci ildə vikipediyada qeydiyyatdan keçmisiniz, səsverməyə isə 16 iyunda start verilib. Ona görə bu məhdudiyyət sizə şamil edilib. Hörmətlə:--Sortilegus 20:26, 1 iyul 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Salam Sortilegus mən bir mətnin adını necə dəyişdirə bilərəm. Yəni məqalədəki bütün sözləri, cümlələri redaktə yazısı vasitəsilə dəyişmək olur. Amma adı necə dəyişmək olar onu tapa bilmirəm. Xahiş edirəm kömək edəsiniz.--Rızayeva Leyla 13:40, 1 iyul 2011 (UTC)Rızayeva LeylaCavabla

Salam. Vago bunun yolunu göstərib. Hər bir məqalədə yuxarıda "Oxu" "Redaktə" "Tarixçə" bölmələrinin yanındakı ulduzun solunda aşağıya ox işarəsi var. Onun üzərinə kursorla gəlin - orda "Adını dəyişdir" bölməsi olacaq. Hörmətlə:--Sortilegus 20:32, 1 iyul 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Kömək etdiyinizə görə minnətdaram.--Rızayeva Leyla 06:00, 2 iyul 2011 (UTC)Rızayeva LeylaCavabla

Dəvət

[vikimətni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
İdarəçi seçkisi ilə əlaqədar burada (Vikipediya:İdarəçilər) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə --Ebrahimi-amir 07:43, 3 iyul 2011 (UTC)Cavabla

Vikipediya:İstifadəçi adı dəyişdirmək

[vikimətni redaktə et]

Salam. Lutfən bu səhifəyə baş çəkin. Əlləriniz var olsun. --Elmaxtar 05:32, 5 iyul 2011 (UTC)Cavabla

Sizdən xahiş ediram ki bu səhifəyə baş çəkəsiniz. Çox vacibdir. Yaşa. --Elmaxtar 05:09, 6 iyul 2011 (UTC)Cavabla

Salam. Gördüm istifadəçi adınızı dəyişməklə bağlı istəyinizi geri götürmüsünüz. Mən istifadəçi adınızı yalnız bir variantda dəyişə bilərdim: əvvəlcə İstifadəçi:Elmaxtar hesabının adını dəyişib bu adı sizin üçün azad etmək, sonra İstifadəçi:Elmju - nun adını İstifadəçi:Elmaxtar-a dəyişmək. Çünki siz hər 2 adla qeydiyyatdan keçmisiniz. Əslində, heç İstifadəçi:Elmaxtar kimi qeydiyyatdan keçməyib istifadəçi adınızın (İstifadəçi:Elmju-nun) dəyişməsini istəməliydiniz. Belədə artıq hər iki istifadəçi hesabınızla xeyli redaktəniz var və identifikasiya (şəxsiyyətin müəyyənləşdirilməsi) problemi olduğuna görə adı dəyişmək çətin olacaq. Siz işlək olmayan istifadəçi hesabınızın istifadəçi səhifəsində qeyd edin ki, (məsələn, İstifadəçi:Elmju-nun) bu istifadəçi hesabı da İstifadəçi:Elmaxtar-a məxsusdur və İstifadəçi:Elmaxtar kimi fəaliyyətinizi davam etdirin. Bizdə burda belə hallar var: İstifadəçi:Asparux Xan Bulqar şifrəsini unutduğuna görə İstifadəçi:Asparuh hesabını sadəcə indiki istifadəçi hesabına yönəldib. Belədə düzdür, redaktə sayı statistikası köhnə hesabda qalır. İdentifikasiya problemi olduğuna görə bunu başqa cür həll etmək mümkün deyil. Amma İstifadəçi:Elmaxtar-ın redaktə statistikası 0 və ya 5-10 əhəmiyətsiz redaktə olsaydı sizin o adı özününküləşdirmənizdə də problem olmazdı. İnanıram fikrimi izah edə bildim. Hörmətlə:--Sortilegus 12:19, 7 iyul 2011 (UTC)Cavabla

Vagobot-un fəaliyyəti

[vikimətni redaktə et]

Salam. Sahibi olduğun Vagobot-un fəaliyyətini təftiş edirdim. Bot xeyli lazımlı iş görüb. Bizim vikipediyada ilk çoxfunksiyalı botdur. Belə görürəm ki, bu botla burdakı texniki problemlərin ən azı 60-70%-ni həll edə bilərsən. Dəqiqləşdirmə səhifələrinə keçid verən məqalələr, istiqamətləndirmə səhifələri, kateqoriya adları və s. bu tip bir neçə məsələ ilə bağlı sənə bir təkliflər paketi hazırlayıb təqdim etmək istəyirəm. Vaxtın olanda dəyərləndirsən çox sevinərəm. Dəyərli fəaliyyətinə görə təşəkkürlər. Hörmətlə: --Sortilegus 21:05, 5 iyul 2011 (UTC)Cavabla

Salam, Sortilegus, hansılara imkan olsa, məmnuniyyətlə boş vaxtarda yardım etməyə hazıram.
P.S.: Yəqin ki təkliflər paketini konvertin içərisində göndərməyirsiniz. ) Hörmətlə→VagoMüzakirə 05:05, 6 iyul 2011 (UTC)Cavabla
Konvertə yerləşsəydi nə dərdimiz olardı ki, gərək yeşiklər ola:) Əvvəlcə indi yazacağım problemə oxşar problemləri bax gör Vagobot həll edə bilər: məsələn, bizdə 2 Nadir Hüseynov var. Nadir Hüseynov (aktyor) məqaləsinə 20 daxili keçid var hamısı da Nadir Hüseynov kimi [17]Nadir Hüseynov (diplomat) məqaləsinə 1 daxili keçid də yoxdur. Gərək burdakı məqalə içində olan bütün "Nadir Hüseynov"ları "Nadir Hüseynov (aktyor)"a dəyişək ki, istiqamətləndirmə səhifəsinə keçid verməsin. Bu cür hardasa 30-40 şəxs adı ilə bağlı problem var. Botun bu problemləri həll edə bilsə, siyahısını sənə verərdim. Hörmətlə:--Sortilegus 12:31, 7 iyul 2011 (UTC)Cavabla

✅Y [18] Bir dənəsini əl ilə dəyişəndə botdan tez eləmək olur. Paket halında inşallah daha sürətlə olacağını ehtimal edirəm.→VagoMüzakirə 13:24, 7 iyul 2011 (UTC)Cavabla

Flaq

[vikimətni redaktə et]
Başqa bir məsələ bayraqlı şablonlarla bağlıdır. Məsələn, ingilislərdə bir Flagicon şablonu var. Ölkənin bayrağını göstərmək istəyəndə "Flagicon|Azerbaijan", "Flagicon|Russia" və s. əlavə edirlər və lap 200 ölkə bayrağı veriblərsə 1 məqalədə yalnız bir "flagicon" şablonu əlavə olunur. Bizdə isə "Azərbaycan-bayraq", "Rusiya-bayraq" və s. hamısı ayrı-ayrı şablonlardır, bir də görürsən 1 məqalədə 250 şablondan istifadə olunur. Ölkənin adını Azərbaycan dilində yazmaqla ("flagicon|Azərbaycan", "flagicon|Rusiya" və s. bu kimi) belə bir şablon biz yarada bilsək, ən azı artıq 300 şablondan azad olarıq. Vagobot da bacarsa gələcəkdə bütün "Azərbaycan-bayraq", "Rusiya-bayraq" kimi məqalədəki şablonları "flagicon|Azərbaycan", "flagicon|Rusiya" ilə əvəz edər. Hörmətlə:--Sortilegus 12:45, 7 iyul 2011 (UTC)Cavabla
Bizdəki "Bayraq" şablonu Flagicon şablonunun eynisidir. Sadəcə təkmilləşdirmək lazımdır. --►Cek Li Taranmesaj 12:49, 7 iyul 2011 (UTC)Cavabla
Envikidə də ölkələr üzrə ayrıca şablonlar yaradılıb, sadəcə həmin şablonları bir ad altında - "flagicon" şablonunda birləşdiriblər. İstəyirsiniz o cür də edək.→VagoMüzakirə 12:53, 7 iyul 2011 (UTC)Cavabla
Mümkün qədər çalışaq şablonları ümumiləşdirib az şablondan istifadə edək. Həm də şablondan istifadəni asanlaşdıraq. Hər halda sən özün bir şablonlar üzrə mütəxəssis kimi en vikiyə, ru vikiyə də nəzər sal. Məsləhət olsa o formanı tətbiq edək. Ehtiyac yoxdursa elə belə qalsın. --Sortilegus 13:01, 7 iyul 2011 (UTC)Cavabla
Mümkün olsa, inşallah ən modern formada edərəm.→VagoMüzakirə 13:03, 7 iyul 2011 (UTC)Cavabla
--Sortilegus 13:08, 7 iyul 2011 (UTC)Cavabla
TrVikinin təcrübəsindən də istifadə et. --►Cek Li Taranmesaj 13:16, 7 iyul 2011 (UTC)Cavabla

✅Y{{Flaq}} şablonunu hazırlasaq, məncə arzuladığınız problemi həll etmiş oluruq. Nümunə üçün Azərbaycan və Rusiya variantlarını qeyd etmişəm.→VagoMüzakirə 14:04, 7 iyul 2011 (UTC)Cavabla

Bayraq1 şablonu ilə işi yoluna qoydum, məncə bundan sonra iş bir az da rahat olar ) →VagoMüzakirə 13:04, 8 iyul 2011 (UTC)Cavabla

Guya mən sənə bu işdə kömək edəcəkdim. İşin 90%-ni təkbaşına gördün ki. Deyirəm bəlkə işin qalanını da Cekliyə tapşıraq?:) Azvikidəki "bürokrat"izmin təzahürləri bu ismarıcda görünür:)--Sortilegus 13:12, 8 iyul 2011 (UTC)Cavabla

Bu "təzahür"ə imkan vermədim ) Artıq "bayraq-ölkə" hazırdır! Arada hansı ölkə yaddan çıxsa, yaxud yenisini yaratsalar (deyəsən bu, yavaş-yavaş "mod"a minir, qabaq rayon düzəldirdilər, indi ölkə :)) qarşıya çıxsa, şablonlara əlavə olunar.→VagoMüzakirə 07:50, 12 iyul 2011 (UTC)Cavabla
--Sortilegus 07:54, 12 iyul 2011 (UTC)Cavabla

Fəxri adlar və mükafatlar

[vikimətni redaktə et]

Salam. Azərbaycanın fəxri ad və mükafatlarını alan şəxslərin siyahılarını tərtib etmək çox lazımlı işdır. Həmin şəxslərin hamısı haqqında burda ensiklopedik məqalələr də olsa lap əla olar. Siyahılarda cüzi qeyri-dəqiqliklər olur daxili keçidlərlə bağlı. Onları sonra mən də bacardığım qədər düzəldərəm. Yorulmayasan. Hörmətlə:--Sortilegus 12:32, 8 iyul 2011 (UTC)Cavabla

Demək olar ki, yaratdığım həmin siyahıların hamısında keçidlərlə bağlı problem var. Həm də siyahılar hələ yekunlaşmayıb. Bu səbəbdən də {{İş gedir}} şablonunu həmin məqalələrə yerləşdirmişəm. Çünki işin tam yekunlaşmasına hələ çox var. Hazırki sürətlə işləsəm, 3-4 aya yekunlaşdıra bilərəm. O layihəm məni qətiyyən yormur. Sadəcə işlə əlaqədar zamanım məhduddur. --►Cek Li Taranmesaj 12:41, 8 iyul 2011 (UTC)Cavabla

Fərq etməz, 3-4 ay olsun, 1 il olsun, əsas odur ki, lazımlı siyahılardır. Sovet vaxtı (Azərbaycan SSR-də) da bu cür fəxri adlar, mükafatlar alanların siyahısını tapıb bura yerləşdirsək lap əla olar. Xalq yazıçısı və xalq şairi fəxri adları alanların siyahısını mən tərtib etmişəm.--Sortilegus 12:48, 8 iyul 2011 (UTC)Cavabla
Sovet vaxtı ilə bağlı Azərbaycan SSR fəxri adlarının siyahılarını yaratmışam. Əlavə olaraq evdə xeyli məlumatım da var. Onları da imkan olduqca AzVikiyə yerləşdirəcəyəm. --►Cek Li Taranmesaj 12:55, 8 iyul 2011 (UTC)Cavabla
--Sortilegus 13:03, 8 iyul 2011 (UTC)Cavabla

Bot statusu

[vikimətni redaktə et]

Salam. Təbrik edirəm, botunuz status almışdır. Botun fəaliyyətini araşdırdım, bot sahibi kimi sizə bir kiçik tövsiyə vermək istəyirəm: hələlik botla ərəb əlifbasında məqalələr yaratmağa tələsməyin. Digər bütün texniki problemlərin həlli istiqamətində olan fəaliyyətiniz təqdirəlayiqdir. Hörmətlə:--Sortilegus 16:13, 10 iyul 2011 (UTC)Cavabla

Salamlar. Təbrikinizə görə təşəkkür edirəm. Hələki zəhmət çəksəmdə, məqalə yaratmağı başarmıram. Öyrənəndən sonra məqalə yaratmağada marağım vardır. Ancaq çox saylı məqalə yaratmaq qərarına gələn zamazn onu kənd meydanında məsləhətləşəcəyəm.

Ərəb əlifbasında yaranan məqalələrin sayısı çox azdır (istifadəçiləridə çox azdır) bunları yavaş-yavaş çoxaltmaq lazımdır. Eyni halda AzVikinin keyfiyyətinində fikrində olmalıyıq. Gərək bir cur davranaq ki nə şiş yansın nə kabab. Hörmətlə --Ebrahimi-amir 19:02, 10 iyul 2011 (UTC)Cavabla

İxtisarlar

[vikimətni redaktə et]

Xoş gördük! Çoxdandır ünsiyyətdə olmuruq. Necəsiniz? :) Soruşmaq istəyirdim ki, nəyə görə mövzulu aylarla bağlı bəzi kiçik ixtisarlar (məs.: "Ölkə mövzularda" kimi) etmisiniz? --Proger danış 01:39, 12 iyul 2011 (UTC)Cavabla

Salam Proger. Üzünü görək, haralardasan?:) Tələb olunan şablonlar bölməsinə düşmüşdülər həmin ixtisar etdiyim hissələr. Hansı ölkənin ki azvikidə ayı keçiriləcək, onda əlavə edərik yenidən. Hörmətlə:--Sortilegus 07:43, 12 iyul 2011 (UTC)Cavabla

Gəzirəm belə demək olarsa :). Mm, aydındır. Keçirəndə əlavə edərik. --Proger danış 09:05, 12 iyul 2011 (UTC)Cavabla

Vikihaber'de hizmetlilik oylaması

[vikimətni redaktə et]
  • Vikihaber'de şu anda bir hizmetlilik oylaması yapılmaktadır ve değişen oy politikasına göre oy hakkınız bulunmaktadır. Katılımın artması ve farklı görüşlerin de temsilini artırmak amacıyla kişilere oylamaya davet mesajları göndermekteyim. Oy kullanmanız ve/veya görüşlerinizi belirtmenizi rica ederim. İyi akşamlar.--Reality 23:21, 13 iyul 2011 (UTC)Cavabla

Bütün vikipediyaların siyahısı Azərbaycan dilində

[vikimətni redaktə et]

Salam, Sortilegus. Vikipediya:Bütün Vikipediyaların siyahısı/Tablo-da yanlış qeyd olunan adlara nəzər yetirməyinizi xahiş edirəm. Yanlış olanları {{Vikipediya bölməsinin adı}} şablonunda düzəltmək lazımdır. Çoxdan arzusunda olduğum bu məsələni də deyəsən həll etmək üzrəyik :) Hörmətlə, →VagoMüzakirə 13:13, 16 iyul 2011 (UTC)Cavabla

Salam Vago. Siyahıya baxdım, yanlış adlandırmalar var. Sözün düzü, ixtisasca filoloq-dilçi olsam da orda elə dillər var ki, onlar haqqında 1-ci dəfədir eşidirəm:) Rusun, türkün belə siyahıları varmı, onları ingilislə tutuşdurub bir ortaq variant tapa bilək? Amma çox lazımlı bir səhifədir. Hörmətlə:--Sortilegus 17:39, 19 iyul 2011 (UTC)Cavabla

Bu barədə türkün sözünün olduğunu bilmirəm, amma ruslar deyiblər :) →VagoMüzakirə 04:37, 20 iyul 2011 (UTC)Cavabla

10 səs 15 yox

[vikimətni redaktə et]

Qaydada 10 səs yazılıb, 15 yox! 1) İdarəçiliyə namizəd ən azı 10 səs alarsa və onun seçilməsinə qarşı səs verənlərin sayı etibarlı səslərin sayının 1/3-ni keçməzsə, o seçilmiş, əks halda isə seçilməmiş sayılır. --N KOzi Müzakirə 10:20, 19 iyul 2011 (UTC)Cavabla

Qaydanı yaxşı oxu. Ondan sonra bürokrata irad bildir:)))) --►Cek Li Taranmesaj 10:22, 19 iyul 2011 (UTC)Cavabla

Cavab gözləyirəm! --N KOzi Müzakirə 10:24, 19 iyul 2011 (UTC)Cavabla

Mənim cavabım kifayət deyil? --►Cek Li Taranmesaj 10:28, 19 iyul 2011 (UTC)Cavabla

Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarının Səslərin hesablanması və nəticə hissəsinin Səsvermə o zaman baş tutmuş hesab olunur ki, etibarlı səslərin sayı 15-dən az olmasın bəndinə əsasən lazımi qədər səs kvotası yığılmayıb. Hörmətlə:--Sortilegus 10:30, 19 iyul 2011 (UTC)Cavabla

Vəssalam! --►Cek Li Taranmesaj 10:31, 19 iyul 2011 (UTC)Cavabla

Bəs bu 10 nədi? --N KOzi Müzakirə 10:33, 19 iyul 2011 (UTC)Cavabla

Ən azı 10 səs "lehinə" nəzərdə tutulur, ümumi səs verənlərin də "əleyhinə" hissəsi 1/3-dən çox olmamalıdır. İstənilən halda seçkinin baş tutması üçün 15 etibarlı səs olmalıdır.--Sortilegus 10:36, 19 iyul 2011 (UTC)Cavabla

Hər nəsə. Təşəkkürlər. --N KOzi Müzakirə 10:37, 19 iyul 2011 (UTC)Cavabla

Əslində Elmaxtar (müzakirətöhfələrstatistikalar) səsi də etibarsız hesab olunur. Çünki onun 200 redaktəsi yoxdur. Bunu Elmaxtarın Elmju (müzakirətöhfələrstatistikalar)nun kuklası olduğunu və bu barədə özünün istifadəçi adı dəyişdirmək səhifəsindəki müraciətlərinə görəmi nəzərə almısınız!?→VagoMüzakirə 05:17, 20 iyul 2011 (UTC)Cavabla

Həmin səs etibarlı hesab olunur. Çünki bu redaktə bütün anlaşılmazlığı aradan qaldırır. --►Cek Li Taranmesaj 05:35, 20 iyul 2011 (UTC)Cavabla

Diqqət eləməmişdim. →VagoMüzakirə 05:43, 20 iyul 2011 (UTC)Cavabla

Film adları

[vikimətni redaktə et]

Salam. Fəaliyyətini maraqla izləyirəm. AzVikidə zəngin olan kino məqalələri sənin sayəndə daha da zənginləşir:) Buna görə sənə təşəkkürlər. Görürəm filmlərin adlarını məqalələrdə düzəldirsən - amma istəmirəm artıq əziyyət çəkəsən. Filmlərin adlarının hamısını standarta uyğunlaşdırdıqdan sonra Vagobotdan xahiş edərik bu düzəlişləri bütün səhifələrdə qısa zaman içində avtomatik edər. Hörmətlə:--Sortilegus 17:22, 19 iyul 2011 (UTC)Cavabla

Fəaliyyətimi izlədiyiniz üçün sizə təşəkkür edirəm. Verdiyiniz məsləhət üçün sağ olun. Elə böyük fərqi yoxdur. Məsləhətdirsə, qoy Vagobot etsin. --Babək Akifoğlu 17:27, 19 iyul 2011 (UTC)Cavabla

Məncə hər işi vagobotun üstünə atıb, onu pis öyrəşdirmək lazım deyil :) Niyə bu işləri, məsələn, BabəkBot, yaxud SortiBot görməsin?! ) Sizi bot fəaliyyətinə dəvət edirəm. İnşallah bu sahədə əlimdən gələn köməkliyi əsirgəmərəm. →VagoMüzakirə 04:50, 20 iyul 2011 (UTC)Cavabla
  • Yok yanlışlık yok mesajda. Herhangibir vikide katkıda bulunmanız yeterli illa Türkçe viki olacak diye birşey yok. Ancak sanırsam oylama çoktan kapanmıştır zaten.--Reality 19:18, 20 iyul 2011 (UTC)Cavabla

Bot statusu

[vikimətni redaktə et]

Mənim botuma bot statusu verdiyiniz üçün təşəkkür edirəm! --►Cek Li Taranmesaj 04:30, 21 iyul 2011 (UTC)Cavabla

Vikipediya müzakirəsi

[vikimətni redaktə et]

Vikipediya müzakirəsi:... səhifələrini niyə silirsən ki? Qalmasının ziyanı yoxdur axı. Tam əksinə dərinlik göstəricisi üçün faydası var. --►Cek Li Taranmesaj 04:34, 28 iyul 2011 (UTC)Cavabla

"Sil" şablonu

[vikimətni redaktə et]

Kateqoriya

[vikimətni redaktə et]

Salam. Adında da qeyri-dəqiqlik var, əvvəlcə onu dəqiqləşdirmək lazımdır. Bir də lisenziyasız çox şəkil yükləməyin. Şəkilləri çalışın commonsa yükləyin. Məsələn, bu rəssam amerika rəssamıdır, ingilis dilli vikidə onun cəmi 2 rəsmini yükləyiblər. Siz elə fikirləşirsiz ki, bu amerika rəssamını amerikalılar və ingilislər arasında sevən yoxdur ki, onun milyonlarla məqaləsi və istifadəçisi olan ingilisdilli vikiyə cəmi 2 şəklini yükləyiblər, amma Azərbaycan dilində olan vikidə rəssamın qızğın azarkeşi Fuad Sultan onun 8 şəklini yükləyib? Əgər commonsda şəkil yoxdursa lokal vikiyə 1-2 şəkil yükləmək kifayət edər. Tanışlıq məqsədi ilə (rəssamın ən məşhur əsəri və ya öz şəkli). Hörmətlə:--Sortilegus 19:52, 28 iyul 2011 (UTC)Cavabla

  • Adı gedilən rəssam haqqında məqalədə qeyri-dəqiqlik yoxdur. Belə deyək, bu İngilis dilli Vikipediyada unudulmuş məqalədir. Bir də maraqlıdır, şəkilləri Azərbaycan Vikipediyasına yükləmək hər hansısa bir problem yaradır? Bu da məqalənin dəqiqliyi -Franz Klayn --Fuad Sultan 01:00, 29 iyul 2011 (UTC)Cavabla

"Franz Kline" (Franz Klayn) - adlandırma səhvdir. Baxın "Franz Kafka" (Frans Kafka) və ya hələ bizdə yaradılmayan məqalə "Franz Beckenbauer" (olacaq, Frans Bekkenbauer). Transliterasiya problemi var. Çoxlu sayda şəkillər yükləmək isə problem yaradır - məsələn, şəkilləri yoxlayan lokal idarəçi indi bir-bir baxmalıdır ki, həmin şəkillər doğrudan da bu rəssamındırmı? Bəlkə Frans Klayn məqaləsinə siz Maleviçin çəkdiyi rəsmi yerləşdirmisiz? Yəni ən yaxşısı şəkilləri commonsa yükləməkdir, orda şəkillər artıq ciddi təftiş olunur. --Sortilegus 20:13, 28 iyul 2011 (UTC)Cavabla

  • Adlandırmada səhv yoxdur, dəqiq yoxlanılıb. Şəkillərə qaldıqda, konkret olaraq mənbə qeyd edir ki, bu Maleviçin deyil, Franz Klaynın əsərləridir. Vikipediya qaydalarına uyğun olaraq mənbə göstərilib. İndi bu şəkillərin aqibəti necə olacaq? --Fuad Sultan 01:18, 29 iyul 2011 (UTC)Cavabla

Mən tövsiyə formasında şəkillərlə bağlı müraciət etdim. Yəni çalışmaq lazımdır ki, azvikiyə mümkün qədər az "qeyri-azad" (promo) lisenziyalı şəkillər yükləyək. --Sortilegus 20:31, 28 iyul 2011 (UTC)Cavabla

Ok:) Amma rəssamın adı Azərbaycan dilinə "Franz Klayn" deyil, "Frans Klayn" kimi transliterasiya olunur. Bir də kateqoriyaya şəkillərin özünü deyil, şəkillər haqqında məqalələri daxil edin. Sonra nə əyər-əskik olsa mən düzəldərəm.--Sortilegus 20:40, 28 iyul 2011 (UTC)Cavabla

O da mümkündür. Mümkün olmayan çox az şey var:)--Sortilegus 15:22, 29 iyul 2011 (UTC)Cavabla

Elədir. Əsas səbrdir:) Hörmətlə:--Sortilegus 16:00, 29 iyul 2011 (UTC)Cavabla

İdarəçi nəzarəti

[vikimətni redaktə et]

Salam. Son 5-6 gündə azvikidə istifadəçilərin fəaliyyətinə lazımınca nəzarət etmək imkanlarım məhdud idi. Təftiş apardım gördüm ki, sənin sayəndə narahatlığa əsas yoxdur. Özün təftiş edib bütün lazımsız redaktələri ləğv etmisən. Təşəkkürlər. Hörmətlə:--Sortilegus 21:12, 26 iyul 2011 (UTC)Cavabla

Təşəkkür edirəm! Zamanım imkan verdikcə heç nədən iyrənmədən fəaliyyət göstərməyə çalışacağam. --►Cek Li Taranmesaj 08:03, 29 iyul 2011 (UTC)Cavabla

Mənim vikistajım səninkindən bir qədər çoxdur, ona görə düşünürəm sənə məsləhətəbənzər, tövsiyə səciyyəli bəzi sözlər deməyə haqqım çatar:) "İyrənmək", "küsmək", "incimək", "bağışlamaq", "bağışlamamaq", "naz etmək" və s. bu kimi terminlər və bu terminlərə uyğun fəaliyyət vikipediya prinsiplərinə tam yaddır. --Sortilegus 20:03, 30 iyul 2011 (UTC)Cavabla

Sizin məsləhətinizi dinləməyə hər zaman hazıram. --►Cek Li Taranmesaj 04:03, 1 avqust 2011 (UTC)Cavabla

Şablon:Region

[vikimətni redaktə et]

Salam! {{Region}} şablonda regionun bayrğı və gerbi yanında regionun loqosunun şəkili olmalıdır. Əhalidən sonra isə, əhali yeri və aşağda regionun rəsmi saytı bölməsi olmalıdaır. Eləyə biləriniz? --Мурад 97 16:56, 2 avqust 2011 (UTC)Cavabla

Səsvermə

[vikimətni redaktə et]

shekil nece elave olunur?

[vikimətni redaktə et]

Salam.Zehmet olmasa deyerdiniz meqaleme shekli nece elave ede bilerem.Onceden teshekkurler — Bu imzasız yazı Leyla31 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 02:37, 5 avqust 2011 (UTC)Cavabla

Xoş gəlmisən!

[vikimətni redaktə et]

Xoş gəlmisən! --►Safir yüzüklü Ceklimesaj 09:05, 9 avqust 2011 (UTC)Cavabla

Təşəkkürlər həmkar.--Sortilegus 09:06, 9 avqust 2011 (UTC)Cavabla

Salamlar. Məndə sizə xoş gəlmisiniz deyirəm. AzVikiyə Hayvadan nələr gətirdiniz? Hörmətlə --Əmir İbrahimi *danışıq* 14:56, 9 avqust 2011 (UTC)Cavabla

Hayvada çox təəssüf ki, ola bilmədim:) Hayfadan Azvikiyə ancaq xoş arzular və sayğılar gətirmişəm:) --Sortilegus 15:02, 9 avqust 2011 (UTC)Cavabla

Yaxşı ki Hayvaya getmeyibsiniz, yoxsa Azvikiyə bir şey gətirə bilməzdiz heç, Hayfa səfərinizdəndə qalardız!!--Əmir İbrahimi *danışıq* 15:08, 9 avqust 2011 (UTC)Cavabla

Məncə, Hayvaydan sonra da Hayfaya gedə bilərdim. Hər halda fərq etməz, Hayfadan sonra Hayvaya getməyə cəhd edəcəm. Amma cavablar çox fəlsəfi cavablardır:) Hörmətlə:--Sortilegus 16:30, 9 avqust 2011 (UTC)Cavabla

Müzakirələrdə iştirak

[vikimətni redaktə et]

Salam. Son 10 gündə bütün vikipediya müzakirə səhifələrində yazılan şərhləri təftiş edirdim, onların arasında sizin də bir çox şərhiniz var. Şərhlərinizdəki aydın və səlis, təmkinli, qayda-qanunlara və vikipediya prinsiplərinə əsaslanan cavablarınızı çox bəyəndim. Sizə fəaliyyətinizdə uğurlar. Hörmətlə:--Sortilegus 17:50, 10 avqust 2011 (UTC)Cavabla

Diqqətinizə görə təşəkkürlər. Arzu edirəm ki bir gün belə bəhslər, bütünlüklə buradan yığlışsın. Hörmətlə --Əmir İbrahimi *danışıq* 18:59, 10 avqust 2011 (UTC)Cavabla


Xəbərdarlıq

[vikimətni redaktə et]

Salam. Qeydlərimi nəzərə almaq istəmədiyinizi görürəm. Ona görə sizə ilkin xəbərdarlıq edirəm - bu formada ərəb əlifbası ilə çoxlu sayda qaralama məqalələr yaratsanız əvvəlcə qısa müddətə bloklanacaqsınız. Çalışın ərəb əlifbası ilə yazılmış mövcud qaralama məqalələri zənginləşdirin. Hörmətlə:--Sortilegus 17:28, 11 avqust 2011 (UTC)Cavabla

Bu gülüş edir.mani məqalə yaradmaq ucun blokl yersez.gözəl dir.yorğun olmayin.Məne blokl dən qorxodmayin.hər Bir şey edə bilərsiniz.

E thp 17:39, 11 avqust 2011 (UTC)Cavabla

Ərəb əlifbası ilə yaratdığınız məqalələrdə də qrammatik cəhətdən çoxlu qüsurlar var. Azərbaycan dilinin qarammatik, leksik, semantik qanunları pozulur. Bunu təbii qəbul edirəm. Yaratdığınız 50-100 məqaləni sonra redaktə edib düzəltmək olar. Amma sizin fəaliyyətiniz artıq kütləvi xarakter alıb və yalnız qaralama məqalələr yaratmaqla məşğulsuz. --Sortilegus 18:11, 11 avqust 2011 (UTC)Cavabla

من یارادان مقاله لر ا.صلا سورونی یوخدیرسیز هچ بیر اولمامیش قانون اوچون منی تهدید یدیب سیز. سیزین ادارچی اولماقینیز ویکی اوچون بیر ضعف دیر. E thp 18:21, 11 avqust 2011 (UTC).Cavabla

Hamıya salamlar. Məncə hörmətli E THP fəaliyyətləri çox dəyərli və qaydalar əsasındadır. Məqalələri zəngişləşdirməklə razıyam. İndi başım şuluqdur, bir neçə gündən sonra hörmətli həmkarımızın yaraddığı məqalələri zənginləşdirməyə yardımcı olacağım. Hörmətlə --Əmir İbrahimi *danışıq* 18:31, 11 avqust 2011 (UTC)Cavabla

Faktiki azvikidə ərəb əlifbası ilə olan 10 000 məqalənin 10 000-i də qaralama halındadır. 10-15 ələgələn məqalə tapmaq olar, ya olmaz. Ona görə bu formada qaralama məqalələr yaratmağa fasilə vermək lazımdır. Mövcud məqalələri zənginləşdirmək gərəkdir. 2 əlifbalı sistemə keçmək alınsa qaralama halında olan çoxlu sayda ərəb əlifbalı məqalələr bizə problem yaradacaq. Hörmətlə:--Sortilegus 18:48, 11 avqust 2011 (UTC)Cavabla

Bu problem necə olacaq?--Əmir İbrahimi *danışıq* 18:58, 11 avqust 2011 (UTC)Cavabla

Ərəb əlifbası ilə yazılan bütün məqalələrin məzmunu latın əlifbasına çevrilib onların latınla yazılan qarşılığına köçürüləcək. Latınla qarşılığı olmayan ərəb əlifbalı məqalələrin latınla qarşılığı yaradılacaq. Sonra ərəblə yazılan bütün məqalələr ləğv ediləcək. 70 min latınla məqalə varsa, onlar avtomatik çevrilib həm də ərəblə yazılmış məqalə olacaq. Amma bu vaxt Azvikinin məqalə sayı 140 min yox, elə 70 min olaraq qalacaq. Redaktələr latınla və latın əlifbası ilə yazılmış məqalələrdə ediləcək. Bu məqalələrin güzgüsü olan ərəb əlifbalı məqalələrdə həmin redaktələr avtomatik olaraq görünəcək. --Sortilegus 19:07, 11 avqust 2011 (UTC)Cavabla

Mən belə bir viki yaranmasına tam qarşıyam. Nəzərimi burada Vüqar bəyə söyləmişəm. Belə bir viki yaranarsa onda Güneylilər buyurun eşiyə təkcə biz yazanı oxuyun deməkdir. Bu bizim üçün bir gəlişmə yox geriləşmə sayıla bilər. Elə bir sistem yaradmalıyıq ki hər iki əlifbada redaktə etmək olsun. Serb vikisi bizim üçün bir çıxış yolu kimi qəbul oluna bilər. Hörmətlə--Əmir İbrahimi *danışıq* 19:43, 11 avqust 2011 (UTC)Cavabla

Serb vikipediyası kiril və latın əlifbaları ilə yazılır. Əsas əlifba kirildir. Orda gör latın əlifbası ilə hansısa məqalədə redaktə edə bilərsənmi? Bizdə çox təəssüf ki, güneyli qardaşlarımız Azərbaycan dilini məişət səviyyəsində bilirlər. Ərəb əlifbası ilə yazdıqları məqalələrdə də bu aydın görünür. Çünki İranda Azərbaycan dili heç bir məktəbdə, universitetdə tədris olunmur. Latın əlifbası ilə isə normal Azərbaycan dilində məqalələr yaratsaq və onları avtomatik ərəb əlifbasına çevirsək, gör Güney üçün nə boyda bir ensiklopedik baza yaratmış oluruq. --Sortilegus 19:51, 11 avqust 2011 (UTC)Cavabla

Mən latın əlifbalı məqalələri ərəb əlifbasına keçirməklə razıyam və on adəstək verirəm, ancaq ərəb əlifbalı məqalələrdə redaktə imkanı olmamaqla qarşıyam. --Əmir İbrahimi *danışıq* 19:59, 11 avqust 2011 (UTC)Cavabla

Əmir, mən də artıq 2 ildir ki, bu istiqamətdə çalışıram. Mən də çox istəyirəm ki, hər iki əlifba (ərəb və latın) bir-birinin bərabərhüquqlu güzgüsü olsun. Tutaq ki, Traktorsazi haqqında bir məqalə olsun - həm latında, həm də ərəbdə. Kim ki, latını bilir redaktə etsin, həmin redaktə ərəbdə də avtomatik görünsün, ərəbdə bir başqa istifadəçi əlavələr etsə bu da latında görünsün. Bütün redaktələr 1 məqalədə aparılsın. 2 Traktorsazi məqaləsi olmasın. Amma bu qeyri-mümkün görünür. Hətta latını əsas götürüb məqalə yazmaq və onun ərəbdə güzgüsünün avtomatik yaradılması da ərəb əlifbasının özünəməxsusluğuna görə indilik qeyri-mümkündür. Serblərdə olduğu kimi latın-kiril - kiril-latın çevirmələri problemsizdir. Sadəcə bizdə kiril əlifbasını tətbiq etməyə ehtiyac yoxdur. --Sortilegus 20:09, 11 avqust 2011 (UTC)Cavabla

Salam. Söhbətə kənardan müdaxilə kimi çıxmasın, amma deməliyəm ki, serb vikisində ikiəlifba ilə redaktə olunur və iki əlifba ilə oxunur. Misal kimi bunlara baxın. [19] [20]. Burada əsas məsələ budur ki, bir əlifbada yaradılan, yalnız o əlifbada redaktə olunur. --N KOzi FORUM 04:39, 12 avqust 2011 (UTC)Cavabla



Çox bərbad dildə yazılan məqalələr

[vikimətni redaktə et]

Salam. Lütfən yaratdığınız məqalələrin Azərbaycan dilində olmasına fikir verin. Tərcümə proqramları vasitəsilə yaratdığınız məqalələr qısa bir zamanda silinə bilər. Belə ki, bu cür məqalələri redaktə etmək onları normal Azərbaycan dilində yenidən yaratmaqdan daha çətindir. Hörmətlə:--Sortilegus 18:20, 11 avqust 2011 (UTC)Cavabla

Kabul ediyorum, Azebaycan dilini yazıya geçirecek kadar bilmiyorum ya da şöyle diyim: Azebaycan dilinin yazım kurallarını yeterince bilmiyorum. Bu makale yazmama engel olmamalı. Zira yarattığım bir kaç makale kısa değil uzun makalelerdir. Daha önce Türkçe vikipediye bizzat yazdığım makaleleri Azerbaycan diline çeviriyorum. Eskimo-Aleut dilleri ve halkları benim ilgi alanıma giriyor. Bu konuda fazlaca bilgi birikimim var ve Türkçe Vikipedide ve İngilizce Vikipedide (4 tanesi) maddeler açtım. Burada yaptığınız değişiklik uygun mudur? Zira, "suk" sözdür, "-piaq" ise ek'dir. Her ikisine söz demek lengüstik kargaşa yaratır. Eskimo dillerinin yapısı gereği iki kelime birleşmez; kelimeye ancak bir ek gelebilir ve yeni bir kelime türetilir. Bu makale yazacağım son makale idi. Eğer gerçekten "çox berbad dilde" yazıldığını düşünüyorsanız, çekinmeden silebilirsiniz. --Kmoksy 18:35, 11 avqust 2011 (UTC)Cavabla

Məqalənin dili çox anlaşılmaz olduğuna görə onda redaktələr etmək də çox çətindir və belə redaktələr çox vaxt məqalənin məzmununun təhrik olunmasına gətirib çıxarır. Son bir neçə gündə yaratdığınız bütün məqalələrdə bu problem var. Ona görə hələ məqaləni silmirəm, fəaliyyətinizi ümumi təftiş edib sonra qərar verəcəm. Çalışacam mümkün olduğu qədər məqalələrinizi Azərbaycan dilinə çevirib saxlayım. Azərbaycan dilini bilmədən Azərbaycan dilində olan vikipediyada məqalə yaratmaq qeyri-mümkündür - istər uzun, istər qısa məqalə olsun. Ancaq texniki işlər görmək olar. Hörmətlə:--Sortilegus 18:42, 11 avqust 2011 (UTC)Cavabla

  • Salam.Mən eskimos xalqları ilə bağlı olan məqalələri Azərbaycan dilinə tam tərcumə edilməsini öz üzərimə götürürəm.Əvvələr Kmoksy adlı şəxsə bu barədə bir az yardım edirdim.İndi mənə 5 gün vaxt lazımdır ki, onları düzəldim.Və məsləni həll edəndən sonra sizə xəbər verəcəm.Hörmətlə--Baskervill 08:48, 13 avqust 2011 (UTC)Cavabla
  • Mən Naukan yupikləri məqaləsi üzərində olan məsələləri həll etdim, kordinatlar yerləşdirdim.Hörmətli Sortilegus siz məqaləyə baxın, əgər xoşunuza gəlsə bərbad gündə olan digər məqalələridə düzəldə bilərəm.

P.S Bəzi sözlər Azərbaycan dilində heç bir məna vermir deyə onları silmişəm.Hörmətlə--Baskervill 09:22, 13 avqust 2011 (UTC)Cavabla

Salam. Baxdım. Xeyli əziyyət çəkmisiniz, dil qüsurlarını düzəltmisiniz, məqalə indi məqaləyə oxşayır. Hörmətlə:--Sortilegus 17:58, 14 avqust 2011 (UTC)Cavabla

  • Mən Kmoksy adlı şəxsə xəbərdarlıq etmişdim ki, bu cür fəaliyyət düzgün deyil.Ançaq daha sonra düşündüm ki, onun tərəfindən yaradılan məqalələr lazımlıdır və mən onları tərcümə edərəm.Görünür Kmoksy adlı şəxsə edilən xəbərdarlıq onun xətrinə dəyib və artıq o aramızda yoxdur.Sizə söz verirəm ki, keçmiş həmkar tərəfindən yaradılan 10 yaxın məqalə 7 gün ərzində Naukan yupikləri məqaləsi kimi olaçaq.Dərin Hörmətlə--Baskervill 21:14, 14 avqust 2011 (UTC)Cavabla

Məqalələrin sayı

[vikimətni redaktə et]

Salamlar bəy. Məncə biz iki əlifbalı vikimizin məsələlərin addım-addım həll etməliyik. İlk öncə məqalələrin sayı düzgün göstərilməlidir. Düz hisablasam, halhazırda 1000 məqalə civarında ortaq məqaləmiz var. Hər məqalədəki onda {{Ar}} şablonu var və içindəki link mavidir, AzVikinin məqalələr sayından bir numrə azalmalıdır. Bunu 100.000 məqaləyə çatmaqdan öncə həll edə bilsək çox əla olar. Hörmətlə --Əmir İbrahimi *danışıq* 06:02, 17 avqust 2011 (UTC)Cavabla

Salam. Razıyam. Əslində indiki halda nə qədər çox ortaq məqalə (həm ərəbdə, həm də yazılan) olsa, bu gələcəkdə bir o qədər çox problem yaradacaq. Ola bilməz ki, bir vikidə tutaq ki, Babək haqqında 2 məqalə olsun (ərəb və latın) və məzmunları da bir-birindən fərqlənsin. Gələcəkdə bütün bunları redaktə edib eyni məzmunlu 2 əlifbada olan məqalə yaratmalı olacağıq. Amma tutaq ki, latında olmayıb ərəbdə olan və ya ərəbdə olmayıb latında olan məqalələrlə bağlı problem daha sadədir. O artıq texniki problemdir. Hörmətlə:--Sortilegus 18:41, 17 avqust 2011 (UTC)Cavabla

Dəvət

[vikimətni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
VP:TYV qaydalarına əməl olunması ilə əlaqədar burada (Vikipediya:Kənd_meydanı#VP:TYV_2011) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə,--Melikov Memmedemail 06:27, 17 avqust 2011 (UTC)Cavabla

"Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydaları/test"

[vikimətni redaktə et]

Bu səhifədə mənim etdiyim hansı dəyişikliyi "mənim istəyimə uyğun" və "bərbad" hesab edirsiz? Mən bütün dəyişiklərimi digər vikilərə uyğunlaşdırmışam. Özümdən velosiped kəşf etməmişəm. Zəhmət olmasa bənd-bənd yazın bunların harası "bərbad"dır? -- Pərviz  06:53, 18 avqust 2011 (UTC)Cavabla

Salam. Mən konkret kiminsə dəyişikliyini nəzərdə tutmamışam, prinsipə təklif olunan bütün dəyişiklikləri təftiş edib bunu yazmışam. Kim hansı əlavəni edib heç onu araşdırmamışam da. Mən test səhifəsində bənd-bənd iradlarımı yazaram, onlarla tanış olarsan. Hörmətlə:--Sortilegus 16:41, 18 avqust 2011 (UTC)Cavabla

İnterviki

[vikimətni redaktə et]

Salamlar bəy. Məncə latın əlifbasında qarşılığı olmayan məqalələrdə interviki olmaq iradsızdır. Latın əlifbalı məqalə yaranandan sonra onları keçirtmək olar. Hörmətlə --Əmir İbrahimi *danışıq* 20:24, 22 avqust 2011 (UTC)Cavabla

Salam. Elə olanda latınla da nə vaxtsa məqalənin qarşılığı yaranır və ona da intervikilər əlavə olunur. İnterviki əlavə edən botlar avtomatik digər vikilərdə latın əlifbalı məqaləyə də keçid verirlər və azvikiyə 2 interviki yönlənir - həm ərəblə, həm də latınla olan məqaləyə. Məsələn, en vikidə bir məqalədə interviki bölməsində 2 "Azərbaycanca" keçidi olur. Bu da gülüş doğurur. Vikipediyada belə bir praktika yoxdur. Hörmətlə:--Sortilegus 20:32, 22 avqust 2011 (UTC)Cavabla

Bot statusu

[vikimətni redaktə et]

Salam. Sizin idarə etdiyiniz botun fəaliyyəti təftiş edilmiş və ona AzVikidə rəsmi bot statusu verilmişdir. Təbrik edirəm və gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə: --Sortilegus 19:38, 22 avqust 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. İnşallah botlaşma prosesi AzVikiyə faydalı olacaq. --N KOzi FORUM 04:17, 23 avqust 2011 (UTC)Cavabla


İstifadəçi adı dəyişmə

[vikimətni redaktə et]

Salam Sortilegus.Vikipediyada bürokrat sizsiz.Xahiş edirəm bu səhifəyə baxasız.

http://az.wikipedia.org/wiki/Vikipediya:İstifadəçi_adı_dəyişdirmək

Xahiş edirəm istifadəçi adımı dəyişdirəsiniz.Hörmətlə.Rızayeva Leyla 18:10, 24 avqust 2011 (UTC)Rızayeva LeylaCavabla

Salam Rızayeva Leyla. Sizin istifadəçi adınızı dəyişməkdə problem görmürəm. Amma onu nəzərinizə çatdırmaq istəyirəm ki, istifadəçi adınız Azvikidə dəyişəndə digər layihələrdəki hesabınız elə olduğu kimi qalır - yəni burda istifadəçi hesabınız "İstifadəçi:Rzayeva Leyla" olacaq, digər layihələrdə isə "İstifadəçi:Rızayeva Leyla". Və bu istifadəçi hesabları arasında əlaqə qırılacaq. Amma mən sizin digər layihələrdəki fəaliyyətlərinizi təftiş etdim - onlarda elə bir ciddi redaktə sayınız yoxdur. Baxın: [21]. İstifadəçi hesablarınız arasındakı əlaqənin qırılmasında problem görmürsünüzsə, mən istifadəçi adınızı dəyişə bilərəm. Hörmətlə:--Sortilegus 19:03, 24 avqust 2011 (UTC)Cavabla


[vikimətni redaktə et]

Salam Sortilegus.İstifadəçi adını dəyişdikdə yaratdığım məqalələrlə adım arasında əlaqənin qırılacağını bilmirdim.Amma elədirsə çox sağ olun adımı dəyişmək istəmirəm.Yardımınıza görə təşəkkür edirəm.Hörmətlə.Rızayeva Leyla 22:53, 24 avqust 2011 (UTC)Rızayeva LeylaCavabla

Bot statusu

[vikimətni redaktə et]

Salam Khutuck. Sizin idarə etdiyiniz İstifadəçi:Khutuck Botun fəaliyyəti təftiş edilmiş və ona Azvikidə bot statusu verilmişdir. Sizə və botunuza Azvikidəki gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə:--Sortilegus 21:09, 25 avqust 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. --Khutuckmsj 21:18, 25 avqust 2011 (UTC)Cavabla

Silinən məqalələr

[vikimətni redaktə et]

Salam indi silinən məqalələr, hansılardır? Bir məlumat əldə edə bilmədim.Hörmətlə--Baskervill 19:49, 26 avqust 2011 (UTC)Cavabla

bacarıqlı menecer

[vikimətni redaktə et]

səlam . sizin güclü və qiymətli çalışmağınızdan çox məmnunam .Mən sizə uğurlar arzulayıram.-- E thp 20:15, 26 avqust 2011 (UTC)Cavabla

Avroviziya

[vikimətni redaktə et]

Salam. Bakıdakı Avroviziyaya Vikipediyanın fotoqrafları kimi səninlə Gulustana akreditasiya almağa cəhd etsək necə olar? Bu sahənin mütəxəssisləri siz ikinizsiz bizim vikidə. Öz aranızda da məsləhətləşsəz pis olmaz - birdən cəmi 1 nəfərə akreditasiya verməyi təklif edə bilərlər. Amma onu da nəzərə alın ki, müsabiqə keçirilən ərəfədə ən azı 1 həftə digər bütün iş-gücdən ayrılmalı olacaqsınız. Vaxt hələ çoxdur, amma indidən artıq bu məsələ haqqında fikirləşməyə başlasaq pis olmaz. --Sortilegus 20:48, 25 avqust 2011 (UTC)Cavabla

Salam. Xəbər etdiyiniz üçün təşəkkürlər. Gulustanla əlaqə saxladım. Dediyinə görə, işləri çox gərgin olduğundan, 1 həftəlik vaxt ayıra bilməyəcək. Məncə mənim akreditasiya almağımda problem olmaz. Hörmətlə,-- Pərviz  00:17, 27 avqust 2011 (UTC)Cavabla
Yəqin ki, akreditasiya işləri hələ gələn ilin əvvəlindən başlayacaq. O vaxt təşkilat komitəsi ilə danışıqlara başlayıb səni vikipediyanın təmsilçisi kimi akreditə etməyə çalışarıq. Alman vikipediyası bu il belə bir addım atıb və Almaniyada keçirilən Avroviziyada onların öz fotoqrafı olub. Düzdür, alman vikisi Almaniyada azviki Azərbaycanda olandan daha məşhurdur. Əgər problem yaranarsa bizim yerli qəzetlərdən biri ilə danışıqlar aparıb səni həmin qəzetin fotoqrafı kimi akreditə edərik. Təbii ki, çəkdiyin bütün fotoların müəlliflik hüquqlarını özündə saxlamaq şərtiylə. Hörmətlə:--Sortilegus 15:45, 27 avqust 2011 (UTC)Cavabla

Niyə silinib?

[vikimətni redaktə et]

Türkiyə kəndlərini niyə silmisiniz? Bu barədə müzakirələr keçirilməmişdir. --N KOzi FORUM 04:12, 27 avqust 2011 (UTC)Cavabla

Salam. O məqalələr kiminlə məsləhətləşib yaradılmışdı ki? Mən bir daha xahiş edirəm ki, kütləvi fəaliyyətlə bağlı mütləq vikicəmiyyətlə məsləhətləşin. İndi konkret problemin nədən ibarət olduğunu bir-bir yazım. Azvikidə adlandırmada heç vaxt vergüldən istifadə olunmur. Bozhüyük, Adıyaman kimi adlandırmalar düzgün deyil. Bizdə standart bu cürdür Yenikənd (Quba). Yəni adlandırma olmalıdır Bozhüyük (Adıyaman). Nəzərə alsaq ki, sizin Türkiyənin bütün kəndləri haqqında məqalə yaratmaq planınız olub və Türkiyənin ən azı bəlkə 50 000 kəndi var, deməli sonrada 50 000 məqalənin adını dəyişməliydik. Bu birinci məsələ. İkinci məsələ, türk dillərindən bir-birinə transliterasiya çox böyük problemdir. Elə "e"-"ə" transliterasiyası nə qədər vaxt aparır. Türkiyənin 50 000 kəndi haqqında türk vikisindən adını kopyalayıb burada 50 000 məqalə yaratsaq, sonra onların ən azı 40 000-nin adında transliterasiya aparılmalıdır, buna uyğun olaraq içində yazdığınız 1 cümlə düzəldilməlidir. Məsələn, Hasankendi, Adıyaman olacaq Həsənkəndi (Adıyaman), Kayatepe, AdıyamanQayatəpə (Adıyaman), Şerefli, AdıyamanŞərəfli (Adıyaman) və s. 10 minlərlə belə transliterasiya. Yaxşı olmazmı ki, əvvəlcə bir səhifə yaradasınız, orda əvvəlcə bir-bir Türkiyə vilayətlərinin kəndlərinin adlarını transliterasiya edək? Yoxsa ki, türk vikisindən 50 000 məqalənin adını kopyalayıb burda 50 000 məqalə yarat, hərəsinin də içinə 1 cümlə yaz - bununla nə olur ki? Əvvəlcə adları transliterasiya edək, sonra bu kəndlər üçün ümumi bir şablon düzəldək, heç olmasa standart da olsa 5-6 cümləlik mətn yazaq. Adlar transliterasiya olunanda məlum olacaq ki, Türkiyənin Şerefli, Adıyaman kəndindən başqa bizim Bərdə rayonunun da Şərəfli kəndu var. Artıq dəqiqləşdirmə səhifəsi yaratmalı olacağıq və s. və i. Yəni ensiklopedik fəaliyyət bu cür olur, adları kopyalayıb bura atmaqla ensiklopedik məqalə yaradıla bilməz. İnanıram ki, fikirlərim aydın oldu.

P.S. Yuxarıdakı mənə ünvanladığın ismarıcın tonunu sonradan bir qədər "yumşaltdığına" görə sənə təşəkkür edirəm. Hörmətlə: --Sortilegus 16:06, 27 avqust 2011 (UTC)Cavabla

Bu məsələyə 4 ay əvvəl sənə yazmışdım. Yaddan çıxmaq ehtimalının olmasını nəzərə alaraq təkrar edirəm. Müdaxilə etdiyim üçün üzr istəyirəm. Amma bu məsələ məni çox maraqlandırdığı üçün cavab vermək məcburiyyətindəyəm. Transliterasiya olmamalıdır məncə. Çünki türk dili Azərbaycan dilinə son dərəcə yaxın dil olduğu üçün səhv, tamaamilə absurda bərabər dəyişikliklər (uyğunlaşdırmalar) ola bilər. Üstəlik də bizdən öndəki vikilərin ənənəsinə baxmaq lazımdır. Məsələn bubu kifayət edər məncə. Digər ölkələrin yaşayış məntəqələri haqqında məqalələrin yaradılması fikrinə gəlincə isə yenə envikidə bütün Azərbaycan kəndləri haqqında məqalələrin yaradılmasını və ruvikidəki bu səhifənin gözdən keçirilməsinin kömək edəcəyi fikrindəyəm. --N KOzi Müzakirə 09:38, 2 iyun 2011 (UTC) --N KOzi FORUM 10:31, 31 avqust 2011 (UTC)Cavabla

P.S. Ən azından sildiyin məqalələrdə nəsə var idi. Silmək istəmədiyin xeyli məqalələrdə isə adddan başqa heç nə yoxdur. [22] [23] [24] --N KOzi FORUM 10:27, 31 avqust 2011 (UTC)Cavabla

Salam. Burda kim nə ziyanlı, böyük mənada kütləvi lazımsız fəaliyyətlə məşğul olmaq istəyirsə bizdəki kino məqalələrinə istinad edir. 2007-ci ildə azvikidə Vüsalın "sayəsində" bu ziyanlı tendensiyanın əsası qoyulub. Azviki ay yarımın içində (1 iyul 2007-ci ildən 15 avqust 2007-ci ilə qədər) 7 130 məqalədən 15 000 məqaləyə çatıb. O proses 2008-ci ildə dayandırılıb (tam yox, müəyyən qədər). Yəni 2007-ci il avqustun 15-də burda 15 000 məqalə olub, 2008-ci il iyulun 29-da isə 19 000. Məlumatlar burdadı: Vikipediya:Elanlar/Arxiv/1 Həmin 1 ilin içində burda fəal olan 4-5 istifadəçinin gücü ilə məqalələri zənginləşdirməklə məşğul olmuşuq ki, "qaralama məqaləli vikipediya" adından azad olaq. Sən indiki bütün fəaliyyətinlə azvikini yenə "qaralama məqaləli vikipediya" statusu almağa və ya böyük mənada bu statusu möhkəmləndirməyə yönləndirirsən. O vaxt (2008-ci ildə) nümunəvi məqalə problemimiz var idi və mən Elvis Presli məqaləsini zənginləşdirdim ki, kimsə qaralama halında olan məqalələri misal çəkəndə bu məqaləni nümunə göstərə bilim. Sonra bu məqalənin statusunun alınmasını istədim (düşündüm ki, azvikidə indi belə məqalələr çox olacaq və mənim zənginləşdirdiyim məqalə onların arasında "zəif məqalə" kimi görünəcək, amma indi görürəm ki, yanılmışam), bəzi istifadəçilər buna qarşı oldular. Mən sonra Ədəbiyyat üzrə Nobel mükafatı laureatları kateqoriyasını zənginləşdirməyə başladım. Eləcə də, Azərbaycan şair və yazıçılarının siyahısını tərtib etdim və hələ yarımçıq olsa da, orda da bir çox ensiklopedik məqalələr yarada bildim. Başqa layihələr, kateqoriyalar var ki, onlardakı məqalələrin inkişafında, zənginləşdirilməsində də iştirak etmişəm, heç özüm məqalələri yaradan olmasam da. Sənin də Misir inqilabı (2011) məqaləni yüksək qiymətləndirirəm (orda qəzet üslubu və s. qüsurlar olsa da). Olmazmı ki, bu cür fəaliyyətini davam etdirəsən? Yəni ƏSL MƏQALƏLƏR yaradasan? Hörmətlə:--Sortilegus 20:41, 31 avqust 2011 (UTC)Cavabla
Yenə salam. Sualının son hissəsinə cavab verim. Mən ən son bu məqaləni zənginləşdirirdim ki, bu istifadəçi gəldi çıxdı və hər şey zibilə döndü. İnsanda əsəbilik yaratmadan həvəs oyandırmaq lazımdır. --N KOzi FORUM 04:07, 1 sentyabr 2011 (UTC)Cavabla

Philosopher2 --> Philosopher

[vikimətni redaktə et]

Hello, Sortilegus, please rename my account from İstifadəçi:Philosopher2 to İstifadəçi:Philosopher for meta:SUL (I am an Administrator under that name at en.wiki and simple.wiki and use that name at commons; see http://toolserver.org/~quentinv57/sulinfo/Philosopher). I requested it back in 2008 (İstifadəçi müzakirəsi:Mehrdad#SUL Usurpation 2), but never got a reply. Thanks for your time. --Philosopher2 20:28, 27 avqust 2011 (UTC)Cavabla

Salam, Sortilegus, Hesabımı adını dəyişmək edin İstifadəçi:Philosopher2 üçün İstifadəçi:Philosopher üçün meta:SUL (I am an İdarəçi həmin adı altında en.wikisimple.wiki və həmin adı commons; bax http://toolserver.org/~quentinv57/sulinfo/Philosopher). Mən 2008-ci ildə geri tələb (İstifadəçi müzakirəsi:Mehrdad#SUL Usurpation 2), ancaq bir cavab var, heç vaxt. Zaman üçün təşəkkür edirik. (Google mənim üçün bu tərcümə Tərcümə) --Philosopher2 20:28, 27 avqust 2011 (UTC)Cavabla

Bağışlayın...

[vikimətni redaktə et]

Başa düşürəm ki, bu vikipediya ilə bağlı deyil, amma xahiş edirəm, [25][26] saytlarda öz səslərini qoyun. --Мурад 97 00:39, 28 avqust 2011 (UTC)Cavabla

؟

[vikimətni redaktə et]

؟ -- E thp 19:48, 28 avqust 2011 (UTC)Cavabla

Salam. Həmin adda kateqoriya mövcud deyil, ona görə səhifədən çıxarılıb. Hörmətlə:--Sortilegus 19:37, 28 avqust 2011 (UTC)Cavabla

,təşəkkür.Hörmətlə -- E thp 19:48, 28 avqust 2011 (UTC)Cavabla

Kulinariya

[vikimətni redaktə et]

Salam. Kulinariya ilə bağlı məqalələrə əlavələrinizə baxıram. Çox əladır. Ən əlası isə özünüzün müəllifi olduğunuz və commonsa yüklədiyiniz şəkilləri bizim məqalələrə yerləşdirmənizdir. Kaş bura saysız-hesabsız lisenziyasız şəkil yükləməklə məşğul olan istifadəçilərimiz bundan nümunə götürəydilər. Vaxtınız olsa, kulinariyayla əlaqədar məqalələrə baxın. Şəkillərlə bağlı ora çoxlu problemlər var. Məsləhət olsa mən özüm müəllifi olduğum müxtəlif növ kabab və xaş kimi yeməklərin elə özümün müəllifi olduğum şəkillərini gələcəkdə commonsa yükləyə bilərəm:) Hörmətlə:--Sortilegus 20:05, 28 avqust 2011 (UTC)Cavabla

Salam. Vaxt tapdıqca təcrübədən çıxan reseptləri və onların şəkillərini yerləşdirəcəm. Şaftalı mürəbbəsi Şaftalı mürəbbəsi hələ şirədə səhər bişirilməsini gözləyir. Məqalə o bişən kimi inşallah son görüntü ilə səhər tamamlanacaq :). Yeri gəlmişkən kabab çəkməkdə çox kababçılara meydan oxuya bilərəm. Yəqin ki, commonsda kabablarımızında iştah açan şəkilləri yer alar. Diqqətə görə təşəkkürlər! Hörmətlə --E-citizen 20:12, 28 avqust 2011 (UTC)Cavabla

Mən vikipediyamızın zənginləşdirilməsində maraqlı olan bir şəxs kimi səmimi qəlbdən həmin şaftalı mürəbbəsinin həm dadlı, amma ən əsası isə vizual baxımdan yaraşıqlı olmasını istəyirəm (ki, bu mürəbbə haqqında olan məqaləmizdə gözəl şəkil yerləşdirilsin):) Hörmətlə:--Sortilegus 20:18, 28 avqust 2011 (UTC)Cavabla

Azviki istifadəçilərinin botları

[vikimətni redaktə et]

Bizim vikipediyada istifadəçilərimizin yaratdığı botların fəaliyyətində ciddi qüsur aşkarlanıb. Bu xüsusilə kino və kino sənətçiləri ilə əlaqədar məqalələrdə özünü göstərir. Kino məqalələrinin adlarında dəyişikliklər edib onları standartlara uyğunlaşdırmışıq. Məsələn (problemi izah etmək üçün təxmini ad yazıram), "Salam (2013)" adlı film məqaləsinin adını "Salam (film, 2013)"-ə dəyişmişik. Botlar bunu problemsiz yerinə yetirirlər və bütün məqalələrdə keçidləri düzəldirlər. Amma əgər həmin məqalədə filmə aid "Şəkil:Salam (2013)" adlı fayl varsa onu da dəyişdirib edirlər "Şəkil:Salam (film, 2013)". Amma faylın adı dəyişmir və olduğu kimi qalır. Beləliklə həmin fayl o məqalədə görsənmir.--Sortilegus 21:57, 28 avqust 2011 (UTC)Cavabla

Xətanın haradan qaynaqlandığını müəyyənləşdirdim, bu eyni məqalədə həm Salam (2013) həm də Şəkil:Salam (2013).jpg məqaləsi olan səhifələrdə baş verir. Sonuncu nüans bota komanda verərkən nəzərə alınmadığından qeyd etdiyiniz qüsur baş verirb. Hansı məqalələrdə həmin situasiya yarana bilərsə, inşallah hörmətli Vüsal1981 ilə təxmini müəyyənləşdirib, düzəldərəm. Hörmətlə, →Vago ms 15:10, 30 avqust 2011 (UTC)Cavabla

Salam Vago. O qədər də çox olmamalıdır, amma hər halda ən azı 100-dən artıq məqalədə çox böyük ehtimal ki, bu problem var. Mən onların bir neçəsini "Tələbat olan şəkillər" bölməsindən baxıb tapdım. Dəyişiklik olanda tutaq ki "Şəkil:Salam (2013)" tələbat olan şəkillər bölməsinə qırmızı keçidlə düşür. Orda siyahı uzun olduğuna görə bunların hamısını müəyyənləşdirmək olmur. Hörmətlə:--Sortilegus 18:06, 30 avqust 2011 (UTC)Cavabla

Vikipediya: Botla madde açma yönergesi

[vikimətni redaktə et]

Merhaba Sortilegus. Türkçe Vikipedi'de tavsiye niteliğinde bir yönergemiz var, bu sayfada. Azericeye uyarlayıp oylamaya sunsak mı? Bir de botla açılacak maddeler için burada bir oylama yapmıştık. Türkçe Vikipedi'de botla madde açma konusunu 1,5 ay tartıştık, o sürede ben NGC maddelerini hazırlayıp geliştirdim. Azericede yeterli altyapıyı oluşturmadan botla madde açma işine girilmesine bir anlamda ben ön ayak oldum, kend meydanındaki son tartışmaları okuyunca üzüldüm. Politikalara bakıver, uyarlayalım? Khutuckmsj 20:08, 29 avqust 2011 (UTC)Cavabla

Salam. Keçidlərə görə təşəkkür edirəm. Mənə trvikinin praktikasını öyrənmək üçün vaxt lazımdır. Həmin keçidlərdə müzakirələri və qaydaları oxuyub təftiş etməliyəm. Hörmətlə:--Sortilegus 18:03, 30 avqust 2011 (UTC)Cavabla

Bura şəxsi saytdır?

[vikimətni redaktə et]

Qayda istifadəçilərin şəxsi istəklərini əhatəetmir, yazılır və əməl olunur. Botların statusunu niyə almısan? Bu nə deməkdir? Bunlar statusdan yüksəkdə duran məsələlərdir. --N KOzi FORUM 05:14, 31 avqust 2011 (UTC)Cavabla

.va silinan maqalalar-- E thp 10:31, 31 avqust 2011 (UTC)Cavabla

Eks-bot: CekPotBot

[vikimətni redaktə et]

Salam. Mümkünsə CekPotBotun bot statusunu bərpa edin. Avqustun 29-da bot statusunu aldığınız zaman səbəb kimi kütləvi fəaliyyət göstərmisiniz. Amma həmin botun fəaliyyətlərində kütləvi fəaliyyət demək olar ki, yoxdur. Xüsusilə, avqustun 10-dan sonra yalnız intervikilər əlavə etməklə məşğul olub. Əgər interviki əlavə etmək kütləvi fəaliyyətdirsə, o zaman kütləsiz fəaliyyət bəs nədir? Botların başlıca məqsədi elə düzgün kütləvi fəaliyyətdir da bə:) --►Safir yüzüklü Ceklimesaj 06:22, 1 sentyabr 2011 (UTC)Cavabla

Eduard Qranvil Braun

[vikimətni redaktə et]

Salamlar, zəhmət olmazsa, bu şəxsin fotolarını kiçiltməyə yardım əlini uzat. Hörmətlə:--Enver62 10:27, 2 sentyabr 2011 (UTC)Cavabla

Ağdaş

[vikimətni redaktə et]

Salam. Ağdaş məqaləsində siz heç bir səbəb göstərmədən şəkilləri və digər lazımlı məlumatları silirsiniz. Vikipediya dilində danışsaq vandalizmlə məşğulsunuz. Bəlkə vaxt ayırıb buna aydınlıq gətirəsiniz? --Verman1 17:09, 3 sentyabr 2011 (UTC)Cavabla

Pesare amolMehdi

[vikimətni redaktə et]
Hi dear Sortilegus. Please confirm My request Because a week was spent and I'm wait for this usurp.--Pesare amol 08:43, 11 sentyabr 2011 (UTC)Cavabla

Dəvət

[vikimətni redaktə et]
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Şirvanşahlar dövləti məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, --sefer 20:47, 06 sentyabr 2011 (UTC)Cavabla

İmzanın yeni görünüşü

[vikimətni redaktə et]

Salam Baskervill. Ancaq öz müzakirə səhifənizdə imzanızı dəyişib onun yeni formasını verə bilərsiniz. Arxivləşdirilmiş müzakirələrdə, digər istifadəçilərin müzakirə səhifələrində, məqalələrin, şablonların müzakirə səhifələrində bunu etmək olmaz. Onlar olduğu kimi qalmalıdırlar. Hörmətlə:--Sortilegus 21:49, 6 sentyabr 2011 (UTC)Cavabla

Salam Hörmətli Sortilegus.Yəni Kənd meydanında və ya kiminsə müzakirə səhifəsində yeni imza görünüşü ilə nəsə yaza bilmərəm? yoxsa bunlar mənim əvvəl ki, imzalarıma aid olan məsələdir.Hörmətlə--Baskervill 04:58, 7 sentyabr 2011 (UTC)Cavabla

Mən sizi anladım.Əgər mümkündürsə tərəfimdən edilən dəyişikliklər dəyişdirilməsin.--Baskervill 05:06, 7 sentyabr 2011 (UTC)Cavabla

Etiraz

[vikimətni redaktə et]

Salam. Xəbərdarlığa yazılan şərhləri nəzərdən keçirin. Və etirazlarla tanış olun. Mən o xəbərdalığı qərəzli hücum kimi qiymətləndirmişəm. Verilən linklərdə də mənim cavablarım əsas götürülüb və hansı sözün qarşılığında fikrimi bildirmişəmsə buna baxılmayıb. [32] Hörmətlə --E-citizen 19:17, 8 sentyabr 2011 (UTC)Cavabla

Salam. Şəxsən mənim fikrimi bilmək istəyirsinizsə - mən xəbərdarlıqda haqsız irad görmürəm. Problem idarəçilərin sizin blokunuza münasibətindədir. Biri bloklayır, biri bloku götürür və bu cür davam edir. Bununla sizin istifadəçi hüququnuz pozulub. Başqa bu cür və buna oxşar hallar da ola bilər. Hamısı araşdırılacaq. Hörmətlə:--Sortilegus 19:31, 8 sentyabr 2011 (UTC)Cavabla

Canlı kukla mövzusunu birdə yada salaq o zaman. Mən canlı kukla adlandırılmışdım həmdə təhqir formasında. Buna cavab olaraq da idarəçiyə o sözü ailə üzvlərinə şamil etməyi məsləhət etmişdim. Bundan ötrü blok etdi. Axı onun ailə üzvlərinin adıyla istifadəçi səhifələri var və onların adından özü redaktələrlə məşğul olub. İndi Sİz deyin kimdir günahkar! Əgər bunlara göz yumursuza açıq aşkar tərəfsizlik mövqeyiniz şübhə altına düşür. Demək təhqir də edilsək səsimizi çıxarmayaq? Sizə sualım bu sözü yaxınlarınız üçün götürərdiz? Hörmətlə --E-citizen 19:38, 8 sentyabr 2011 (UTC)Cavabla

Oxumuşdum o müzakirələri. Sonra "İdarəçi müzakirəsi" səhifəsində də müzakirə etdik. Mən soruşdum bu cür adlandırmanın səbəbini - idarəçi cavab verdi. Azvikidə mənim əsas prinsipim tərəfsizlik prinsipidir. İdarəçi və bürokrat kimi də fəaliyyət göstərdiyim müddətdə bu məncə, açıq-aydın görünür. Elə vaxtlar olub ki, məni kiminləsə "dost" olmaqda, kiminləsə "düşmən" olmaqda ittiham ediblər. Amma elə məqamlar olub ki, "dostlar" "düşmənlərə" çevrilib, "düşmənlər" "dostlara". Bu da ondan irəli gəlib ki, mən ancaq Azviki prinsiplərinə, qaydalarına istinad edən mövqe tutmuşam. Kim istəsə burda nəinki ailə üzvlərinin, hətta uzaq qohumlarının adı ilə də qeydiyyatdan keçə bilər. Bunun nə fiziki baxımdan (ailə üzvünün adına hesab açanda kompyuter arxasında onu tutub döymək:)), nə də texniki baxımdan (müxtəlif IP-lərdən istifadə) qarşısını almaq mümkündür. Əsas həlledici məqamlar səsvermələrdə üzə çıxır. Burdakı həlledici səsvermələrdə də, bu günə qədər olan əsas problem ailə üzvlərinin səs verməsi yox (çünki hələ ki, kim-kimin ailə üzvüdür o bilinir), təsir vasitəsilə səsvermədir (səsvermənin gedişindən xəbərdar olan aktiv istifadəçi səsvermə vaxtı aktiv olmayan, bununla belə səsvermə hüququna malik istifadəçini hansısa mövqe sərgiləməyə dəvət edir).

Mənə ünvanlanan suala gəlincə - mənim yaxınlarım Azvikidə elə sizsiz (bütün azvikiçilər). Siz də çox ərköyün yaxınlarsız. Burda bir-birimizlə mehriban olaq, ana-ata, baba-nənə, bacı-qardaş və s. söhbətlər eləmiyək. Hamımız burda bir ailəyik. Hər halda bu mənim gəldiyim qənaətdir. Hörmətlə:--Sortilegus 20:16, 8 sentyabr 2011 (UTC)Cavabla

Salam. Demək oxumuşduz. Bəs niyə tədbir görmədiz. Sizi cavab qane etdi. Demək sizi idarəçinin özbaşına fəaliyyəti və istifadəçini təhqir etməyi qane edib? Məni canlı kukla adlandırıb məndə onun əlinin altında olan nikləri. Bu zaman niyə məni bloklayır və hələdə bu fəaliyyəti açıq qalıb. Bu zaman bizim cavablar görəsən niyə qane etmir? Özü yaxşı anlayıb ki, məni təhqir etdiyi üçün məndə onu təhqir etmişəm. Uzun illərdir vikidəsiz o zaman cavab verin. Yeni doğulmuş körpə redaktə edə bilərmi? Bu suallı bəlkə digər vikilərdə ünvanlayaq. Mən sadəcə aktiv olan Seferin müdafiyyəsineə durdum. Hansı ki, dəfələrlə onun fəaliyyətinə hər dəfə müdaxilələr edilir. Sevinmək əvəzinə vikinin inkişafına göstərdiyi əməllərin qarşısı müxtəlif hücumlarla alınır. Mən o iki istifadəçiyə öz yaratdığı müəllifi olduğu məqalələrin linklərini göstərmişəm. Yən bununla ilk öncə öz fəaliyyətinizi təftiş edin sonra digərlərinə hücum edin demək istədim. Məlikovun babasına heç bir ləkə gətirəcək söz deməmişəm. Məlikova qaydalardan danışdığı halda qaydalara uyğun olmayan yaratdığı məqaləni göstərmişəm. LAkin cavabda işlədiyim İnstitut, babam, özüm təhqir olunub. Belə görürəm ki, doğurdan da az vikidə fəaliyyət göstərməyimiz kmlərəsə mane olur. Mənim dil problemim yoxdur çox güman ki, elə vikipediyaya töhfə vermək istədikdə commonsda və digər dillərdə fəaliyyət göstərəcəm. Az vikidə təhqir təhqir üstünə. İdrəçilərin qərəzli mövqeyi. Nədən qorxulur görəsən. Bunu yazmıram oxucuların beynində hər şey gözəl canlandı. P.S. Mən ərköyün deyiləm sadəcə haqqsızlıq görəndə susa bilmirəm. Dəfələrlə hörmətsizlik görən --E-citizen 12:10, 10 sentyabr 2011 (UTC)Cavabla


Sistem məlumatları

[vikimətni redaktə et]

Salam Sortilegus. Sistem məlumatlarındakı ərəb əlifbalı yazıları nəyə görə silmisiniz?-- Pərviz  12:04, 9 sentyabr 2011 (UTC)Cavabla

Salam. Sistem məlumatları iki əlifbalı vikidə bu formada olmalıdır (yenə qazaxlardan nümunə): latınlaərəblə Bizdəki kimi drob işarəsi qoyub sistem məlumatına keçid verən heç bir viki yoxdur. Bu həm vizual baxımdan düz deyil, həm də elə oxunuş baxımından (biri soldan sağa, biri sağdan sola). 10 minlərlə sistem məlumatı var, yavaş-yavaş da Azərbaycan dilinə tərcümə olunur. Onların hamısını "droblamaq" düzgün deyil. --Sortilegus 14:52, 10 sentyabr 2011 (UTC)Cavabla

Başa düşürəm. Amma belə ediriksə, transliterasiya edən sistem də hazırlamalıyıq. Fikirləşirəm ən azından "güzgü" variantını düzəldə bilsəydik yaxşı olardı. Siz bu işlə maraqlanırdınız. Vəziyyət nə yerdədir?-- Pərviz  15:36, 10 sentyabr 2011 (UTC)Cavabla
Vəziyyət belədir ki, hələlik yalnız 1 çıxış yolu görünür. Burda qısaca yazacam, amma təbii ki, bunu etməkdən ötrü gərək vikigörüş də keçirək, burda geniş müzakirələr də aparaq. AzConvert proqramı var - latından ərəbə, ərəbdən latına çevirir. Onun sistemini bizim vikiyə tətbiq edə bilərik. Amma bilirsən ki, ərəblə yazan istifadəçilərimiz də hərəsi bir formada yazırlar. Çünki ümumi qanun yoxdur. Azconvert də tam təkmil deyil. Hər halda bu sistemi tətbiq etsək ərəblə yazıların yazılış üslubu standartlaşır. Amma vikidə sistemdə yalnız 1 çevirmə ola bilər, biz də gərək latını əsas götürüb latından ərəbə çevirək. Yəni ərəb güzgü variantı olsun. Redaktələr hamısı latında aparılsın. İndi onu gərək buqzillada müzakirə edək - bəlkə ikili çevirmə mümkün oldu. Elə olsa lap əla olar. Elə olsa tutaq ki, mən latınla məqalə yaradıram, ərəbi bilən mənim yaratdığım məqaləni ərəblə oxuyub öz ərəblə əlavələrini edir, yaddaşa verən kimi latında bu görünür. Mən sonra yenidən həmin məqalənin latınla variantını açıram, ərəblə edilmiş redaktələri düzəldib Azərbaycan dilinin qanunlarına uyğunlaşdırıram (belə ki, ərəblə yazan istifadəçilərimizin demək olar ki, hamısında dil qüsurları var) və yaddaşa verəndə bu ərəblə olan variantda da görsənir. Bir müsbət cəhəti odur ki, ərəblə yazana istifadəçilərimiz bu redaktələri görüb Azərbaycan dilinin qanunlarını da öyrənirlər. Yəni latınla yazan istifadəçilər bir növ həm də ərəblə yazanlar üçün Azərbaycan dili müəllimi rolunda da çıxış edirlər. Amma bu sistemi bilmirəm tətbiq edə biləcəyik, ya yox. Çünki burda da məqalələrin əsas adları latınla olmalıdır ki, intervikilərdə latınlaya keçid görünsün. Yəni yenə də ərəblə məqalə yaradılmamalıdır. Tətbiq edə bilməsək, bütün məqalələr latınla yaradılır, redaktələr latınla edilir, ərəb güzgü variantı olur. Onda gərək ərəblə yazan istifadəçilərimiz nə yazmaq istəyirlərsə əvvəlcə AzConvert proqramını komplarına yükləyib orda yazsınlar, orda latına çevirib mətni vikiyə "atsınlar". Əlacımız yoxdur, sonra o məqalələrin dilini redaktə edərik. Təxminən belə bir məsələ. --Sortilegus 15:50, 10 sentyabr 2011 (UTC)Cavabla
Məncə hələlik bu güzgü variantı tətbiq etsək yaxşı olar. Bəlkə baqzillaya müraciət edək? Əgər ikili çevirmə alınsa sonra onu da sonradan əlavə edərik.-- Pərviz  20:23, 10 sentyabr 2011 (UTC)Cavabla
Mən bu güzgü variantına tam qarşıyam. Ərəb əlifbalı bölümdə redaktə imkanı olmalıdır. Hörmətlə --Əmir İbrahimi *danışıq* 04:34, 11 sentyabr 2011 (UTC)Cavabla
Əslində vəziyyətin belə qeyri-müəyyən davam etməsindənsə, nəyəsə cəhd etməyimiz daha düzgündür. Ərəb əlifbası ilə yazan istifadəçilər ərəblə redaktənin də olmasını istəyirlər. Buqzillaya müraciət edək görək belə bir şey mümkündürmü. Azconverter proqramını burdan yükləmək olar. Onlara demək lazımdır ki, yükləyib baxsınlar. Bilmirəm bizdən başqa texniki nələr istəyə bilərlər. Hər halda sən özün əvvəlcə ikili çevirməni onlarla bir müzakirə et. Vago da bilirəm ki, bununla bağlı orda nəsə müzakirə aparırdı. Ondan həmin səhifəyə keçidi də al, mümkün olursa elə orda müzakirə aparaq. Hər halda bir cəhd edək. İkili çevirmə alınmasa qalır ancaq ərəbin latının güzgüsü olması. --Sortilegus 14:34, 11 sentyabr 2011 (UTC)Cavabla

Hörmətli Sortilegus sizi təbrik edirəm.Bu doğru bir addımdır.--Baskervill 15:57, 10 sentyabr 2011 (UTC)Cavabla

Sən əminsən ki, Bizdəki kimi drob işarəsi qoyub sistem məlumatına keçid verən heç bir viki yoxdur? O vikini tapıb sənə göstərsəm nə edəcəksən? --N KOzi FORUM 04:20, 12 sentyabr 2011 (UTC)Cavabla

Çox qəliz sual verdin - nə edəcəm. Heç özüm də bilmirəm necə cavab verim:) Yəqin axtarıb serb-xorvat vikisini tapmısan. Onlarda da həmin məsələ problemdir. Biz həmişə nəsə axtarıb bir problemli nümunə tapırıq, onu özümüzə əsas götürürük. Məsələn, tatar vikisi də iki əlifbayla məqalə yaradır, serb-xorvat vikisi də drob qoyub sistem məlumatlarını yazır. Sən narahat olma, buqzillayla bu iki əlifba məsələsini müzakirə edib həll edə bilsək bütün bu problem avtomatik aradan qalxacaq. --Sortilegus 20:11, 12 sentyabr 2011 (UTC)Cavabla

Bunlar ona xatırdırkı bəzilərimiz gerçəkləri görmürük, gerçəkləri görsək, bilərik ki heç bir vikidə belə durum olmasada bizim vikinin özəl şərayiti üçün, bizim viki iki əlifbalı olmalıdır. Bu sadəlikdə məsələ üçün neçə yerdən nümünə gətirmək lazım deyil, ancaq bu aydın durumu istifadəçilərə necə izah etmək üçün ayrı bir yol varmı?

Bura parçalanmış bir millətin vikisidir, bunu başa düşmək lazımdır. Bu vikidə gözəllikdən öncə "istəklər"ə baxmaq lazımdır. Bu parçalanmış millətin bir yerdə çalışmaq imkanı yaradan "istəklər". İndi ola bilsin bir məqalə latınla ərəb əlifbasında fərqlı olsun, bu heç kim üçün idəal bir durum deyil bu bizim vikinin "özəl şərayitidir". Dərin hörmətlə --Əmir İbrahimi *danışıq* 06:00, 13 sentyabr 2011 (UTC)Cavabla

Şikayət

[vikimətni redaktə et]

Salamlar. Metada sizdən şikayət olunubdur [33]. Özüzdən mudafiyə edə bilərsiniz. Hörmətlə --Əmir İbrahimi *danışıq* 18:28, 9 sentyabr 2011 (UTC)Cavabla

Salam. Məlumata görə təşəkkürlər. Bütün narazılıqlar bənd-bənd yazılandan sonra hamısına cavab verəcəm. Bir tövsiyə də verim - metada bu cür şikayət edəndə çalışıb ingiliscə yazmaq lazımdır ki, onların idarəçiləri anlasınlar və bir də iradları mümkün qədər konkret bəndlərlə və çoxlu istinadlarla göstərmək lazımdır. Hörmətlə:--Sortilegus 14:58, 10 sentyabr 2011 (UTC)Cavabla

Melikov Memmed

[vikimətni redaktə et]

Salam. Yadımdadır ki, istifadəçi Melikov Memmedin blokunu açaraq fəaliyyətini nəzarətə götürəcəyinə söz vermişdin. Vaxtın olsa bu məsələyə münasibətini bildir: [34] --Irada 11:15, 11 sentyabr 2011 (UTC)Cavabla

Global bot

[vikimətni redaktə et]

Salam, Sortilegus, Bura nə cavab yazmağı məsləhət görürsünüz? :) Hörmətlə, →Vago ms 09:34, 12 sentyabr 2011 (UTC)Cavabla

Salam Vago. Bot statuslarınız artıq bərpa olunub. Ora olanı yaz: botlarla azvikidə məqalələrin yaradılmasına start verilib. Viki istifadəçilərin bəziləri buna etiraz edib. Kənd meydanında bunun müzakirəsi gedən müddətdə bürokrat məqalə yaradan 5 botun, o cümlədən Vagobotun statusunu alıb. Problem həll olunandan sonra botların statusu qaytarılıb. Lazım olsa sonra mən bürokrat kimi izahat yazaram. Amma ehtiyac olmamalıdır. Hörmətlə:--Sortilegus 19:27, 12 sentyabr 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. →Vago ms 06:48, 13 sentyabr 2011 (UTC)Cavabla

My request

[vikimətni redaktə et]

Hi dear Sortilegus. Please confirm My request Because a week was spent and I'm wait for this usurp.--Pesare amol 12:30, 12 sentyabr 2011 (UTC)Cavabla

Thanks a lot dear Sortilegus @};- --Mehdi 19:49, 12 sentyabr 2011 (UTC)Cavabla

Tarixdə bu gün

[vikimətni redaktə et]

Salam. Bu bölməni mən sizə təhvil verməmişəm. İşləməsəniz yaxşı olar. Bu işlə Cekli məşğul olacaq. --Robert Langdon 18:25, 13 sentyabr 2011 (UTC)Cavabla

Barışıq layihəsi

[vikimətni redaktə et]

Salam, Sortilegus. Vikipediya:Barışıq layihəsi barədə təklif və rəylərinizi bilmək xoş olardı. Şübhə etmirəm ki, bu layihəyə istənilən münasibətiniz Vikipediyanın inkişafına xidmət göstərəcək. Hörmətlə, →Vago ms 10:32, 19 sentyabr 2011 (UTC)Cavabla

Maedin → Julia W

[vikimətni redaktə et]

Hi Sortilegus. Please rename my account User:Maedin to User:Julia W. I ask for a rename on all accounts where I have edits, for SUL. My confirmation is here: [35] Thank you, Maedin 09:15, 22 sentyabr 2011 (UTC)Cavabla

Tövsiyə

[vikimətni redaktə et]

Salam. Xahiş edirəm ki, mühafizəni kənarlaşdırdığınız zaman nə səbəbdən mühafizə olunduğunu araşdırardınız və mühafizəni götürdükdə isə səbəb göstərərdiniz. --►Safir yüzüklü Ceklimesaj 06:37, 24 sentyabr 2011 (UTC)Cavabla

Salam. Çox səhifələri mühafizə etmək lazım deyil. Lap əgər müharibə redaktəsinə görə mühafizə olunubsa da, mübahisə səngiyəndən sonra mühafizəni qaldırmaq lazımdır. Ən demokratik vikipediya ən az səhifə mühafizə olunan vikipediyadır. --Sortilegus 16:44, 24 sentyabr 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Salam.Bu məqalə کانییو کریستالئس silinibdir,səbəbi nədir? --Orartu 09:06, 26 sentyabr 2011 (UTC)Cavabla

Salam. Məlumat verdiyinizə görə təşəkkür edirəm. Səhifə səhvən silinib. Ümumiyyətlə yaxın vaxtlarda sizin köməyinizə ehtiyacım olacaq. İlin sonuna qədər burda olan ərəblə bütün məqalələri təftiş etmək istəyirəm. Həddən artıq çox yönləndirmə səhifələri var. Məsələn, normalda 20 latınla məqaləyə orta hesabla 30-40 yönləndirmə düşür. Amma ərəblə 20 məqaləyə 100-dən artıq yönləndirmə var. Bu da bot fəaliyyətinin nəticəsidir və mən bota status verən və məsuliyyət daşıyan bürokrat kimi onun bütün qeyri-qənaətbəxş fəaliyyətinin nəticələrini aradan qaldıracam. Digər tərəfdən ilin sonuna qədər istəyirəm ki, Cənubi Azərbaycanın hər bir kəndi, kəndistanı, şəhəri, şəhristanı, bəxş və ostanı haqqında burda həm ərəblə, həm də latınla məqalə olsun. Məzmunlarını da ilkin olaraq standartlaşdırmaq lazımdır. Bununla bağlı 1 aya ərəblə yazan istifadəçilərimizə müraciət edəcəm. Hörmətlə:--Sortilegus 13:41, 26 sentyabr 2011 (UTC)Cavabla

Tarixdə bu gün/oktyabr 1

[vikimətni redaktə et]

Salam, Sortilegus! Xahiş edirəm, bu müzakirədə öz fikirini bildirin. --Мурад 97 16:44, 2 oktyabr 2011 (UTC)Cavabla

Səhifədən bloku çıxarmaq olmaz. Birbaşa ana səhifəyə bağlı bölmələr kaskad mühafizə olunur və onları yalnız idarəçilər redaktə edə bilirlər. Yəni oktyabr ayı boyunca oktyabrın bütün günlərinə aid "tarixdə bu gün" bölmələri mühafizə olunacaq. Noyabr ayı indi mühafisəzidir, istifadəçilər o bölməni redaktə edib zənginləşdirə bilərlər. Amma mən "tarixdə bu gün" bölməsinin belə genişləndirilməsinə qarşıyam. Yəni bu günə qədər cəmi 7 məlumat və 1 kiçik şəkil əlavə edirdik. Məncə, bu ənənəyə sadiq qalsaq daha yaxşıdır. --Sortilegus 11:47, 2 oktyabr 2011 (UTC)Cavabla
"tarixdə bu gün" şablonlar bu boyda qalsa, bu şəkillər dəyişilməlidilər. --Мурад 97 16:53, 2 oktyabr 2011 (UTC)Cavabla
Qalmamalıdır. Şəkil də 1 şəkil olmalıdır və hadisələr içində ən əhəmiyyətli hadisəyə aid olmalıdır. Yəni bu günə qədər necəydisə, elə.--Sortilegus 11:58, 2 oktyabr 2011 (UTC)Cavabla
1 şəkil olsa, bu olmalıdır. --Мурад 97 17:00, 2 oktyabr 2011 (UTC)Cavabla

Kateqoriyalar

[vikimətni redaktə et]

İngiltərə yazıçıları‎ və İngilis yazıçılar eyni şey deyil? --Мурад 97 17:46, 2 oktyabr 2011 (UTC)Cavabla

Yox. İngiltərə yazıçısı olub, milliyətcə ərəb də olmaq olar. Məsələn, Frans Kafka Avstriya yazıçısıdır, amma milliyəti yəhudidir. --Sortilegus 12:49, 2 oktyabr 2011 (UTC)Cavabla

Şablon:Bilirsinizmi

[vikimətni redaktə et]

Salam, Sortilegus! Bağışlayın ki, axır vaxtları sizə elə çox müraciət edirəm. Təəsüf ki, yenə də bir balaca problem yaranılıb. Ümid edirəm ki, sizin üçün onu həll etmək çətin olmaz. Problemi həll etmək üçün sizə lazım olan xər şeyi "Bilirsinizmi" şablonunVagonun müzakirə səhifələrdəki axırıncı bölmələrdə tapa bilərsiniz. --Мурад 97 18:26, 3 oktyabr 2011 (UTC)Cavabla

necə müraciət etməli

[vikimətni redaktə et]

Salam.Istifadəçi adınızı tanıyın محسن عبدالهی üçün نگونبانگونی 1. gizlət Bu Hələ mənim şəxsi məlumat Çünki. Ayrıca, bu məqalə, Ərəb körfəzinə Ebrahimi-amir Fars körfəzi ilə saxta ad. Bu Ahura21 istifadəçi təhqir edir 2. Mən idarə edə bilərsiniz. təşəkkür. محسن عبدالهی 17:49, 6 oktyabr 2011 (UTC)Cavabla

Bu maddənin qoruyun. Thank.-- E thp 18:03, 6 oktyabr 2011 (UTC)Cavabla

Request for Rename

[vikimətni redaktə et]

Hello Sortilegus and all Azerbaijanian wikipedians! Greetings from Georgian wikipedians :)) Please, rename my account Mikheil88 → MIKHEIL

Best regards! — Mikheil88 07:13, 8 oktyabr 2011 (UTC)Cavabla

İstiqamətləndirmə

[vikimətni redaktə et]

Salamlar. İstiqamətləndirmələrin silmə səbəbi nədir? Məsələn آزربایجان سینیرلاری nəm-neçə məqalədə link verilib, indi onlar qırmızı görsənirlər. O biri lərdə müxtəf "ي" "ی" və ya "ک"" ك" kimi fərqlərə görə, həmdə yarım fasilə üçün lazımdırlar (kənd məqalələrindən bəhs getmir). --Əmir İbrahimi *danışıq* 20:03, 8 oktyabr 2011 (UTC)Cavabla

Salam. Səbəbini heç göstərmədən silə bilərəm - istiqamətləndirmə səhifəsi kimi. Latınla yazsan silinən səhifəni necə adlandırardın?--Sortilegus 20:13, 8 oktyabr 2011 (UTC)Cavabla

Mənzurunuzu baş açmadım, hər halda səbəbsizdə silirsiz, silin. --Əmir İbrahimi *danışıq* 20:17, 8 oktyabr 2011 (UTC)Cavabla

İnanıram ki, mənə güvənirsən və mənim azvikiyə heç bir halda ziyan verməyəcəyimə əminsən. Bot kimi sənə və 1-2 digər istifadəçiyə səlahiyyət verəndə də mən inanırdım ki, azvikinin inkişafı üçün çalışacaqsınız. Amma indi təftiş edəndə yanıldığımı görürəm. Və bundan çox təəssüfləndiyimi elə şəxsən sənə bildirmək istəyirəm. --Sortilegus 20:27, 8 oktyabr 2011 (UTC)Cavabla

Məm fikr etmirəm hansısa güvəni itirmiş olam. İstiqamətləndirmə səhifə yaratmaq vikinin nəyinə zərər verir ki? --Əmir İbrahimi *danışıq* 20:34, 8 oktyabr 2011 (UTC)Cavabla

İdarəçinin "etimadını itirmək" və ya "etimadını qazanmaq" kimi müəyyənləşdirmələr düzgün deyil. Bu vikipediya prinsiplərinə də ziddir. Çünki idarəçi müəyyən texniki statuslara sahib sıravi istifadəçidir. İstiqamətləndirmə səhifələrinə gəldikdə isə - çox böyük qüsurların var. Bu da əsasən bot fəaliyyətinlə bağlıdır. Onları da mən sənə bu statusu verən bürokrat kimi aradan qaldıracam. --Sortilegus 20:46, 8 oktyabr 2011 (UTC)Cavabla

Nəmənədir bunun qusuur?--Əmir İbrahimi *danışıq* 20:48, 8 oktyabr 2011 (UTC)Cavabla

İdarəçi namizədi

[vikimətni redaktə et]

Salam Enver62. Sizin Azvikidə qeydiyyatdan keçdiyiniz ilk gündən fəaliyyətinizi maraqla izləyirəm. Azərbaycan dilində olan vikipediyanın inkişafı üçün bu müddət ərzində böyük işlər görmüsünüz. Bütün bu fəaliyyətinizi nəzərə alaraq mən sizin Azviki idarəçiliyinə namizədliyinizi irəli sürmək istərdim. Xahiş edirəm bu təklifimlə bağlı yaxın 1-2 gün ərzində mənə müzakirə səhifəmdə öz fikrinizi bildirəsiniz. Hörmətlə:--Sortilegus 17:27, 13 oktyabr 2011 (UTC)Cavabla

Salamlar. Mənə göstərdiyiniz etimada görə təşəkkür edirəm. Mən istifadəçi kimi də AZVİKİ-yə xidmət etməyi şərəf bilirəm. Bu təyinat kimisə qıcıqlandırıdsa, mən bəri başdan razı deyiləm. Mən əmin-amanlıq tərəfdarıyam. Hörmətlə:--Enver62 17:53, 13 oktyabr 2011 (UTC)Cavabla
O etimadı siz Azvikinin inkişafı üçün sərf etdiyiniz vaxtınızla - dəqiqələrlə, saatlarla, günlərlə, aylarla qazanmısınız. O etimadı siz yaratdığınız dəyərli məqalələrlə, məqalələrdəki dəyərli redaktələrinizlə qazanmısınız. Burda təyinatdan da söhbət getmir - mən Azvikinin inkişafı üçün etdikləriniz qarşılığında sizin namizədliyinizi idarəçiliyə irəli sürmək istəyirəm. Ona da əminəm ki, necə ki, bu günə qədər bizim vikipediyamızın inkişafı üçün çalışıbsızsa, idarəçi seçiləndən sonra da bu templə davam edəcəksiniz. Kim qıcıqlanırsa seçkidə "əleyhinə" bölməsi onların ixtiyarındadır. Hörmətlə:--Sortilegus 18:13, 13 oktyabr 2011 (UTC)Cavabla

İdarəçi namizədi

[vikimətni redaktə et]

Salam Babək Akifoğlu. Sizin Azvikidə qeydiyyatdan keçdiyiniz ilk gündən fəaliyyətinizi maraqla izləyirəm. Azərbaycan dilində olan vikipediyanın inkişafı üçün bu müddət ərzində böyük işlər görmüsünüz. Bütün bu fəaliyyətinizi nəzərə alaraq mən sizin Azviki idarəçiliyinə namizədliyinizi irəli sürmək istərdim. Xahiş edirəm bu təklifimlə bağlı yaxın 1-2 gün ərzində mənə müzakirə səhifəmdə öz fikrinizi bildirəsiniz. Hörmətlə:--Sortilegus 17:27, 13 oktyabr 2011 (UTC)Cavabla

Salam, Sortilegus. Fəaliyyətimə yüksək qiymət verdiyiniz üçün sizə minnətdaram. Mənə etimad göstərdiyinizə və idarəçi namizədi görməyinizə görə də sağ olun. Lakin bu günə qədər AzVikidə olan saysız-hesabsız qalmaqallar, boş-boş mübahisələri görəndən sonra idarəçi kimi fəaliyyət göstərmək, ya göstərməmək mənim özümə də sual olaraq qalır. İdarəçi seçilsəm, istər-istəməz burada olan bəzi söz-söhbətlərə qarışmalı olacağam. AzVikidə intriqalar və s. isə məndən uzaqdır. Sizə elə gəlmir ki, Vikipediyaya istifadəçi kimi daha çox xeyir verə bilərəm? Hörmətlə:--Babək Akifoğlu 12:26, 14 oktyabr 2011 (UTC)Cavabla

Mən sizin mövqeyinizə hörmətlə yanaşıram. Hər halda təklifim də qüvvədə qalır. Əgər fikrinizi dəyişsəniz xahiş edirəm məlumat verin. İstifadəçinin azadlıqları daha çoxdur. İdarəçi istər istəməz mübahisəli məsələlərin həllində iştirak etməlidir və bu da dediyiniz kimi bəzən çox vaxt aparır. Hörmətlə:--Sortilegus 17:08, 14 oktyabr 2011 (UTC)Cavabla

Çox güman ki, mövqeyim dəyişməyəcək. İdarəçi olmaq, demək olar ki, səhifə düzəltməyə vaxt qoymayacaq. Mən bir daha sizə təklifiniz üçün təşəkkür edirəm. Əgər AzVikiyə neytral idarəçi lazımdırsa, mən hazır. Amma yalandan idarəçi adını daşıyıb idarəçilik etməmək istəməzdim. Xüsusilə də, söz-söhbətlər mənlik deyil. Enver62-nin idarəçi seçilməyinə isə ancaq sevinə bilərəm. Minnətdaram. Hörmətlə:--Babək Akifoğlu 17:28, 14 oktyabr 2011 (UTC)Cavabla

Bot fəaliyyəti

[vikimətni redaktə et]

Salam. Botun "Xoş gəlmisiniz" şablonunun məzmununu yeni qeydiyyatdan keçən istifadəçilərin müzakirə səhifəsinə əlavə edir. Bu o deməkdir ki, həmin şablonda hansısa dəyişiklik olsa, səhifədə görünməyəcək. Şablon kimi əlavə etmək daha yaxşı olardı. Hörmətlə:--Sortilegus 22:45, 15 oktyabr 2011 (UTC)Cavabla

{{Xoş gəlmisiniz}} de yapılabilir, {{subst:Xoş gəlmisiniz}} de olabilir. Türkçe'de subst kullanıyoruz, o sebeple subst ile kullandım. Şablon olarak ekleyince bir vandal şablonu bozarsa her sayfa bozulmuş oluyor, hem yeni kullanıcılar {{Xoş gəlmisiniz}} kodunun ne olduğunu anlamakta zorlanıyorlar. Ama yine de subst yerine şablon kullanalım derseniz ona göre ayar yapayım. Khutuckmsj 17:03, 16 oktyabr 2011 (UTC)Cavabla

O sahədə fəaliyyət göstərməyə tələsmə. Biz burda lokal qeydiyyatdan keçən bütün istifadəçiləri salamlayırıq ("Xoş gəlmisiniz" şablonu əlavə olunmaqla). Qlobal qeydiyyatdan keçən istifadəçilərdən isə hansısa burda 1 redaktə edirsə onun istifadəçi müzakirəsi səhifəsi yaradılır ("Xoş gəlmisiniz" şablonu əlavə olunmaqla). Botunun fəaliyyətini təftiş edi buraxdığı səhvləri düzəldəcəm, amma bu formada fəaliyyəti davam etdirmə (fəaliyyət kütləvi hal almasın) Hörmətlə: --Sortilegus 17:28, 16 oktyabr 2011 (UTC)Cavabla

Tamamdır, "Xoş gəlmisiniz" mesajlarını göndermeyi bırakıyorum. Khutuckmsj 17:36, 16 oktyabr 2011 (UTC)Cavabla

İndi botunun fəaliyyətini təftiş edəcəm, özün nəticə çıxar. --Sortilegus 17:40, 16 oktyabr 2011 (UTC)Cavabla

Usurp Request

[vikimətni redaktə et]

Hi, in order to make my SUL global, can you please do me a favor and change my username to "Mehran" (usurp this)? Beforehand thanks. MehranVB 12:40, 18 oktyabr 2011 (UTC)Cavabla

May you answer please? Don't you want do that for me? MehranVB 12:36, 22 oktyabr 2011 (UTC)Cavabla

StrikerDefender

[vikimətni redaktə et]

Hello. I have renamed my account to Defender on my homewiki, ptwiktionary, and I want to do the same here to be able to complete the unification my login. There is a local Defender account that has only 2 test edits made at the sandbox in 2009. Please rename it to Defender (usurped) or any other name to take it out of the way, then rename my account Striker to Defender. If there's any concern please say so. Thanks in advance, Striker 17:19, 28 oktyabr 2011 (UTC)Cavabla

Silinən şablonlar

[vikimətni redaktə et]

Salamlar. {{تاریخ‌ده بوگون}}{{سئچیل‌مه‌دی}} şablonları yanlış olaraq silinibdir. Bərpa edin lütfən.--Əmir İbrahimi *danışıq* 05:10, 30 oktyabr 2011 (UTC)Cavabla

İstifadəsiz şablonlar və kateqoriyalar

[vikimətni redaktə et]

Salam. İstifadəsiz şablonlar bölməsində sənin yaratdığın çoxlu sayda istifadəsiz ölkə ordenləri şablonları var. Mən təklif edirəm ki, onları ləğv edək. Sonra ehtiyac yarandıqca bir-bir yaratmaq olar. Ümumiyyətlə həmin bölmənin göstəricisini ilin sonuna qədər "0" etmək lazımdır. Necə ki, istifadəsiz fayllar bölməsində bunu etmişik. İstifadəsiz kateqoriyalar bölməsində vəziyyət daha mürəkkəbdir. Orda isə demək olar ki, 5000 istifadəsiz kateqoriyadan 99%-ini sən yaratmısan. Ona artıq özün bax gör neynirsən. Belədə texniki cəhətdən hamısının göstəricisinin "0" olması lazımdır. Ondan sonra artıq idarəçilər üçün tələb olunan şablonlar və tələb olunan kateqoriyalar bölmələrinə nəzarət etmək asan olacaq. Hörmətlə:--Sortilegus 19:05, 3 noyabr 2011 (UTC)Cavabla

❌N Əgər sonradan bu səhifələrin yaradılması ehtimalı kifayət qədər yüksəkdirsə, o zaman onları niyə silməliyik ki? Dediyiniz bölmələrə nəzarət etmək mənim üçün qətiyyən çətin deyil. İstifadəsiz şablon və kateqoriyaların istifadəsiz fayllarla müqayisəsi isə doğru deyil. Hesab edirəm ki, yalnız istifadəsiz faylların deyil, ümumilikdə bütün faylların sayını "0" etmək lazımdır. Texniki cəhətdən istifadəsiz şablon və kateqoriyaların göstəricisinin "0" olmasını vacib hesab etmirəm. Əsas diqqəti məqalə sayının artmasına yönəltməliyik. Məhz məqalələrin artımı sayəsində istifadəsiz səhifələrdən də istifadə olunacaq. Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 05:14, 4 noyabr 2011 (UTC)Cavabla

Bencmq

[vikimətni redaktə et]

Salam. Bundanbundan xəbəriniz varmı? Mümkünsə səlahiyyətiniz çərçivəsində müvafiq addımları atardınız. Dərin hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 09:43, 4 noyabr 2011 (UTC)Cavabla

Silinən şablonlar

[vikimətni redaktə et]

Salamlar. Siz tl|شرقی آذربایجان silibsiz və sonra o şablon işlənən səhifələrdəndə şablonu silibsiz. Bu şablonlar səhifədə lazım olduğu üçün yaranıblar. Bunların silinməsi məqalədə hansisa keyfiyyət çoxulmasına xidmət etmir, əksinə onların keyfiyyətin azaldır. Silməkdən öncə şablonların istifadə olduqlarına diqqətli olun lütfən.--Əmir İbrahimi *danışıq* 10:27, 4 noyabr 2011 (UTC)Cavabla

Azvikinin bürünc medalı

[vikimətni redaktə et]

Salam Babək Akifoğlu. Azvikinin bürünc medalını qazanmanız münasibətilə sizi təbrik edirəm. Azviki fəaliyyətə başlayan ilk gündən indiyə qədər Siz bu mükafata layiq görülən 11-ci həmkarımızsınız. Məncə fəxr etməli bir göstəricidir. Sizə daha yüksək nailiyyətlər və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə:--Sortilegus 19:32, 3 noyabr 2011 (UTC)Cavabla

Təbrik edirəm. Babək Akifoğlunun fəaliyyəti vikipediyada ən məhsuldar fəaliyyətlərdən hesab olunur. Xüsusəndə onun son zamanlar tək kino sahəsində deyil, digər sahələr üzrədə məqalələr yaratması və ya zənginləşdirməsini qeyd etmək istərdim. Bir daha təbriklər və gələcək fəaliyyətnizdə uğurlar. Hörmətlə--Baskervill 19:42, 3 noyabr 2011 (UTC)Cavabla

Hörmətli Babək Akifoğlu, nail olduğunuz bu statistik uğur münasibətilə mən də Sizi səmimiyyətlə təbrik edirəm. Unutmayın ki, növbədə gümüş var. --►Safir yüzüklü Ceklimesaj 04:52, 4 noyabr 2011 (UTC)Cavabla

Salam. Fəaliyyətimə yüksək və layiqli qiymət verdiyinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Xüsusən də, Sortilegus, BaskervillCekli829-a. Mən də hər birinizə Vikipediya fəaliyyətində uğurlar arzulayıram. Hörmətlə --Babək Akifoğlu 17:35, 4 noyabr 2011 (UTC)Cavabla

Sov.İKP məqaləsi barədə

[vikimətni redaktə et]

Salam. Məqalədə Sizin etdiyiniz dəyişiklikləri geri qaytarmaq istəyirəm. Çıxarılan məlumatlar və istinadlar fikrimcə məqaləni daha informativ edir.--Acategory 08:50, 9 noyabr 2011 (UTC)Cavabla

İstifadəsiz şablonlar

[vikimətni redaktə et]

Salam Vago. Bu cür {{Alcedinidae}} istifadəsiz şablonları silək, ya lazım olacaq? Təxminən 20-30 belə şablon var. 5-6-sını artıq silmişəm bir neçə gün əvvəl:) Gör lazımlıdırlarsa onları da bərpa edim. Yaxşı olar ki, istifadəsiz şablonlar bölməsinə özün də bir göz gəzdirəsən. Ora sənin yaratdığın bəzi başqa şablonlar da düşüb. Hörmətlə:--Sortilegus 17:51, 5 noyabr 2011 (UTC)Cavabla

Salam Sortilegus. {{Alcedinidae}} tipli şablonları silməyə ehtiyac yoxdur, onların siyahısını müəyyənləşdirsəm, məqalələrdə istifadə edərəm, olar istifadəli şablon :) Amma silsəniz də problem deyil. İnşallah arada istifadəsiz şablonlar səhifəsinə də göz gəzdirərəm. Hörmətlə, →Vago ms 10:55, 9 noyabr 2011 (UTC)Cavabla
Onda mən siyahını müəyyənləşdirim, sən bir ona "əl gəzdir".--Sortilegus 21:43, 10 noyabr 2011 (UTC)Cavabla

Salam, Sortilegus, "Test0" və "Test2" şablonlarını lütfən bərpa edin. Hörmətlə, →Vago ms 13:01, 10 noyabr 2011 (UTC)Cavabla

Təşəkkür!→Vago ms 13:13, 10 noyabr 2011 (UTC)Cavabla
Dəyməz.--Sortilegus 21:43, 10 noyabr 2011 (UTC)Cavabla

Şəkillərlə bağlı təşəkkür!

[vikimətni redaktə et]

AzVikidəki şəkillərə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirəm! --►Safir yüzüklü Ceklimesaj 12:46, 17 noyabr 2011 (UTC)Cavabla

Dəyməz. Hələlik şəxslərin şəkillərini yerbəyer edirəm.--Sortilegus 12:47, 17 noyabr 2011 (UTC)Cavabla

Müəllif hüquqları ilə qorunmayan şəkillərlə rastlaşsan xəbər elə onları Vikianbara yükləyim. Ya da xəbərsiz onları özün Vikianbara yüklə. --►Safir yüzüklü Ceklimesaj 13:06, 17 noyabr 2011 (UTC)Cavabla

Çoxdur elə şəkillər. Sən yavaş-yavaş yükləsən yaxşı olar. Yüklədikcə də burdan sil.--Sortilegus 13:08, 17 noyabr 2011 (UTC)Cavabla

Bot üçün iş

[vikimətni redaktə et]

Salam, Sortilegus! Mümkünsə, buraya əlavə və düzəlişlərinizi qeyd edərdiniz. Hörmətlə, →Vago ms 13:38, 17 noyabr 2011 (UTC)Cavabla

Qərbi Azərbaycan mahalları

[vikimətni redaktə et]

Salam Araz Yaquboglu. Vikipediyadakı çox dəyərli fəaliyyətinizə görə Sizə təşəkkür edirəm. Bir məsələni sizinlə məsləhətləşmək istərdim. Qərbi Azərbaycanın mahalları ilə bağlı bizdə yaradılan kateqoriyaları qaydaya salanda bir qarışıqlıqla rastlaşdım. Bəzi kateqoriyaların adında "mahal" sözü yox idi, əsasən siz yaratdığınız kateqoriyalarda isə "mahal" sözünü işlətmişdiniz (məsələn, "Zəngəzur" kateqoriyası və "Zəngəzur mahalı" kateqoriyası formasında). Mən ümumi təftiş edəndən sonra belə qərara gəldim ki, sizin variant bir qədər uzun olsa da daha məqsədəuyğundur. Ona görə mahalların adında standartlaşma apardım (təkcə "Göyçə" qalıb). Necə fikirləşirsiz, buna uyğun olaraq, məsələn, "Dərələyəzdə doğulanlar" kimi kateqoriyaların adını dəyişdirib "Dərələyəz mahalında doğulanlar" kimi adlandırsaq necə olar? Onda standartlaşdırma tam yekunlaşar və digər bu tip kateqoriyalara da bu standartları tətbiq edərik. Hörmətlə:--Sortilegus 17:22, 23 noyabr 2011 (UTC)Cavabla

salam liderimiz. Qayğınız üçün çox sağ olun. mən sizin fikirlər ilə tam razıyam. Ancaq onlar onsuz da eyni məna daşıyır. Çətin deyilsə dəyişsəz daha dəqiq olar. sağ olun. Araz Yaquboglu

Lider sizlərsiniz, azvikinin bütün fəal istifadəçiləri. Doğrudan da çox böyük zəhmətiniz var azvikinin inkişafında. "Sərdarabad mahalı" kateqoriyasında gördüm ki, bu adda mahal da (Sərdarabad mahalı), rayon da (Sərdarabad), şəhər də (Sərdarabad (şəhər)) var. Ona görə kateqoriyalarda dəqiqləşdirmələr aparmasaq, gələcəkdə böyük kateqoriyalar daha kiçik kateqoriyalara parçalananda problemlər yarada bilər (adları üst-üstə düşə bilər). Onda hələlik mahallarla bağlı kateqoriyaların hamısında "mahal" sözünü qeyd edək. Hörmətlə:--Sortilegus 17:45, 23 noyabr 2011 (UTC)Cavabla

Xankəndi

[vikimətni redaktə et]

Salam Sortilegus. Xahiş edirəm Xankəndi məqaləsinə semi-protected statusu verin, bu halda giriş etməyən birisi məqaləni dəyişə bilməsin. Məqalə çox bərbad hala salınmaqdadır. Mən hər dəfə onu düzəltməyə çalışırıam, lakin Maqdaun adlı istifadəçi və giriş etməyən digərləri (mən onların Maqdaun olmasından şübhələnirəm, çünki eyni şeylər yazırlar) yenidən məqaləyə əsassız məlumatlar doldururlar. Hörmətlə, --Thunder Storm 12:55, 25 noyabr 2011 (UTC)Cavabla

Müzakirə səhifələri

[vikimətni redaktə et]

Salam. Təbrik eləyirəm səni, boş müzakirə səhifələri probleminin axırına çıxdıq:) Əsas sənin zəhmətin böyük oldu. Hörmətlə:--Sortilegus 10:45, 28 noyabr 2011 (UTC)Cavabla

Hə. Mən də elə bilirdim ki, vaxtımı boş yerə sərf edirəm. Bu ismarıcınız mənə ürək-dirək oldu. İndi tam əmin oldum ki, vaxtımız boş yerə getməyib:) Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 10:52, 28 noyabr 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Mən sizi istifadəçi səhifəmdə yaranan problemə görə narahat edirəm. İstifadəçi səhifəmdə tərəfimdən yaradılan məqalələri göstərən bölmədə, son günlər problem yaşanır. Orada mənim yaratdığım son məqalələr bir-birindən ayrı şəkildə əks olunur. Ancaq mən onları alt alta yazıram. Nə qədər cəht etdimsə, məsələni həll edə bilmədim. Əgər mümkündürsə lütfən problemi həll edin. Hörmətlə--Baskervill 18:45, 28 noyabr 2011 (UTC)Cavabla

Məsələnin həllində göstərdiyiniz köməyə görə təşəkkürlər.--Baskervill 19:28, 28 noyabr 2011 (UTC)Cavabla
Dəyməz. Vəzifə borcumuzdur:) Sadəcə belə hallarda sətir qıran koddan ("br"-dən) istifadə etməyə ehtiyac yoxdur. "#" - bu kod həm nömrələyir, həm də sətri qırır. Hörmətlə:--Sortilegus 19:30, 28 noyabr 2011 (UTC)Cavabla

Username rename request: White Cat -> とある白い猫

[vikimətni redaktə et]

I'd like to rename my account per SUL. -- Cat chi? 16:30, 3 dekabr 2011 (UTC)Cavabla

sortilegous salam. PKK məqaləsində PKK-lıların İraqla əlaqəli olduğunu qeyd etməməyinin səbəbi nədir?

Salam

[vikimətni redaktə et]

salam Sortilegus. Xahis edirem sizin emailinize yazdigim mektuba cavab yazin. Mende Vikipediyada problem yaranib deye hec bir deyiwiklikleri gore bilmirem. Sizin komeyinize ehtiyacim var. --Thunder Storm 11:48, 7 dekabr 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Tərəfimdən yaradılan Fridrix Bodenştedt məqaləsinə bu şəkil əlavə edilib. Lakin siz şəkili istifadəsiz olduğunu əsas götürərək, onu silmisiniz axı həmin şəkil məqaləyə əlavə edilmişdi? Yəni ki, istifadəsiz deyildi. Zəhmət olmasa məsələyə aydınlıq gətirin. Hörmətlə--Baskervill 18:20, 13 dekabr 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Sortilegus, xahiş edirəm başqalarının çəkdiyi əziyyətə hörmət edin. Əvvəllər də mənim etdiyim dəyişikliklərlə əlaqədar soruşmadan öz istədiyiniz kimi hərəkət edirdiz. Bunları əvvəl çox problem etmək istəmirdim. Bəlkə deyirəm indidən sonra belə hərəkətlərə son verəsiniz. Şəkli əvvəl məqalədən çıxarırsız, sonra da istifadəsizdir deyə silirsiz. Bu şəkli silməmiş istədiyiniz şəkli əlavə edə bilmirdiniz? Mən bu hərəkətinizə ad verə bilmirəm.--Bakuemil 03:44, 16 dekabr 2011 (UTC)Cavabla

Salam. Əvvəla çalışıb şəkilləri commonsa yükləmək lazımdır. Əgər lisenziya ilə bağlı problem varsa, eybi yox, tutaq ki, bir şəxsin 1 şəklini azvikiyə yükləmək olar ki, məqaləni oxuyan oxucu şəxslə vizual da tanış olsun. Əgər şəxsin artıq "promo" lisenziyalı 1 şəkli varsa kifayətdir. Hörmətlə:--Sortilegus 08:41, 16 dekabr 2011 (UTC)Cavabla

Vikipediya:Bütün Vikipediyaların siyahısı

[vikimətni redaktə et]

Salam, Sortilegus. Nəhayət ki, Vikipediya:Bütün Vikipediyaların siyahısı səhifəsi avtomatlaşdırıldı - yəni özü avtomatik yenilənir, amma hərdənbir Vikipediya:Bütün Vikipediyaların siyahısı/Tablo səhifəsinə nəzarət eləmək lazımdır ki, hansı vikipediya qabağa gedibsə, onların yerlərini mexaniki dəyişmək lazımdır. Hörmətlə, →Vago ms 16:36, 16 dekabr 2011 (UTC)Cavabla

Salam Vago. Təşəkkürlər!

P.S. Amma o qabağa gedən vikipediyaların da qabağa getməsi prosesini avtomatlaşdırmaq olsaydı, əla olardı:) Atalar demiş - "İştah diş altdadır":) Hörmətlə:--Sortilegus 16:51, 16 dekabr 2011 (UTC)Cavabla

Düz deyirsiniz, lap xəcalət çəkdim ki, onu da avtomatlaşdırmamış prezentasiyasını keşirmək istədim ))) →Vago ms 16:55, 16 dekabr 2011 (UTC)Cavabla

Dırnaq

[vikimətni redaktə et]

Salam. Vagobot "dırnaq" problemini burda həll etməkdə böyük işlər görüb. Buna görə təşəkkürlər. Bu formalarda - “”, «» işarələrin əksəriyyəti bu formaya - "" dəyişdirilib. Bir problem məqalələrdəki xarici keçidlər bölməsində rusdilli mənbələrə olan keçidlərdə də bu əməliiyatın aparılmasıdır (rus dilində dırnaq işarəsi belədir - «»). Amma bunların sayı çox az olduğuna görə (100-150-dən çox olmaz, məncə) sonra əllə də düzəltmək olar. Hörmətlə:--Sortilegus 18:10, 19 dekabr 2011 (UTC)Cavabla

Salam Sortilegus, təşəkkürə görə təşəkkür edirəm. :) Hələ ki, defis və tire ilə bağlı məsələni həll edə bilmirəm, çünki bunlar üçün ümumi formul tapmaq çətindir. Bir az başım ayılan kimi, inşallah qalan problemlərin həllinə bir də baş vuraram. Hörmətlə, →Vago ms 05:19, 20 dekabr 2011 (UTC)Cavabla

Salam, Sortilegus. Şəkil adlarında tirelərin düzəldilməsinə görə təşəkkür edirəm. Ümumi bir hal olduğuna görə bu cür xüsusi halları istisna edə bilməyib Sizə də artıq əziyyət verirəm. Buna görə hətta bloklanmaq botun haqqı olduğunu da bildirmənizə gərək yoxdur :) Hörmətlə, →Vago ms 14:33, 29 dekabr 2011 (UTC)Cavabla

Salam, Vago. Yox, bloklamıram, bu dəfə keçirəm:) Az o cür fayl olmalıdır, onları əllə düzəltmək problem deyil. Ancaq adlarında tire olan faylları düzəldir. Görsək sayı çoxalır onda botun bu istiqamətdə fəaliyyətini dayandırarsan. Hələlik no problem. Hörmətlə:--Sortilegus 14:36, 29 dekabr 2011 (UTC)Cavabla