İstifadəçi:Zergeroglu
Vikipediya:Babil |
---|
ana dilidir. tr-4 Bu kullanıcı Türkçeyi ana dili gibi anlıyor. ru-3 Этот участник свободно владеет русским языком. |
İstifadəçi dillərini axtar |
3.000 | Bu istifadəçi Azərbaycanca Vikipediyada 3000 redaktə etmişdir. |
Sinan (Vikilüğət) |
Mükafatlar | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
HEYDƏRBABAYA SALAM | |
---|---|
HEYDƏRBABAYA SALAM (Güney ləhcəsində yazıldığından, vəzn və üslubu qorumaq üçün bəzi yerlərdə ədəbi dildən kənara çıxan yazılışlar bilərəkdən saxlanılmışdır) <poem> Həydərbaba, ildırımlar şaxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf baglayıb baxanda, Salam olsun, şövkətizə elizə, Mənim də bir adım gəlsin dilizə. Həydərbaba, kəkliklərin uçanda, Kol dibindən dovşan qalzib qaçanda, Baxçaların çiçəklənib açanda, Bizdən də bir mümkün olsa yad əylə, Açılmayan ürəkləri şad eylə. Bayram yeli çardaxları yıxanda, Novruzgülü, qarçiçəyi cıxanda, Ağ buludlar köynəklərin sıxanda, Bizdən də bir yad eyləyən şad olsun, Dərtlərimiz qoy dikəlsin dağ olsun. Heydərbaba, gün dalıvı dağlasın, Üzün gülsün, buludların ağlasın, Uşaqların bir dəstə gül bağlasın, Yəl əsəndə vər gətirsin bu yana, Bəlkə mənim yatmış bəxtim oyana. Heydərbaba, sənin üzün ağ olsun, Dört bir yanın bulaq olsun bağ olsun, Bizdən sonra sənin başın sağ olsun, Dünya qəzov-qədər, ölüm itimdir, Dünya boyu oğulsuzdur, yetimdir. Heydərbaba, yolum səndən kec oldu, Ömür keçdi, gələmmədim gec oldu, Heç bilmədim gözəllərin nec oldu. Bilməz idim döngələr var, dönüm var, İtkinlik var, ayrılıq var, ölüm var. Heydərbaba, igid əmək itirməz, Ömür keçər, əfsus bəhrə bitirməz, Namərd olan ömrü başa yetirməz. Biz də vallah unutmarıq sizləri, Görəmməsək halal ədin bizləri. Heydərbaba, Mir Əjdər səslənəndə, Kənd içinə səsdən küydən düşəndə, Aşıq Rüstəm sazın dilləndirəndə, Yadındadır nə hövlənək qaçardım? Quşlar təkin qanad çalıb uçardım. Şəngilava yurdu aşıq alması, Gah da gedib orda qonaq qalması, Daş atması, alma, heyva salması, Qalıb şirin yuxu kimi yadımda, Əsər qoyub ruhumda hər zadımda. Heydərbaba, Quru gölün qazları, Gədiklərin sazaxları çalan sazları, Kənd-kövşənin payızları, yazları, Bir sinema pərdəsidir gözümdə, Tək oturub seyr ədirəm özüm də. Heydərbaba, Qaraçimən cadası, Çavuşların gələr səsi-sədası, Kərbəlaya gədənlərin qadası, Düşsün bu ac yolsuzların gözünə, Təməddünün uyduq yalan sözünə. Heydərbaba, şeytan bizi azdırıb, Məhəbbəti ürəklərdə qazdırıb, Qara günün sərnövüştün yazdırıb, Salıb xalqı bir birinin canına, Barışığı bələndirib canına. Göz yaşına baxan olsa, qan axmaz, İnsan olan xəncər belinə taxmaz, Amma heyif , kor tutduğun buraxmaz. Behiştimiz cəhənnəm olmaqdadır, Zilhiccəmiz Məhərrəm olmaqdadır. Xəzan yeli yarpaqları tökəndə, Bulud dağdan yenib kəndə çökəndə, Şəyxülislam gözəl səsin çəkəndə, Nisgilli söz ürəklərə dəyərdi, Ağaşlar da Allaha baş əyərdi. Daşlıbulaq, daş-qumunan dolmasın, Baxçaları saralmasın, solmasın, Ordan keçən atlı susuz qalmasın, Deynə bulaq, xeyrin olsun, axarsan, Üfüqlərə xumar-xumar baxarsan. Heydərbaba, dağın-daşın sərəsi, Kəklik oxur, dalısında fərəsi, Quzuların ağı, bozu, qərəsi, Bir gedəydim dağ dərələr uzunu, Oxuyaydım: "Çoban, qaytar quzunu!" Heydərbaba, Suluyerin düzündə, Bulaq qeynər çay-çəmənin gözündə, Bulaqotu üzər suyun üzündə, Gözəl quşlar ordan gəlib keçəllər, Xəlvətləyib bulaqdan su içəllər. Biçin üstü sünbül biçən oraqlar, Eylə bil ki, zülfü darar daraqlar. Şikarçılar bildirçini soraqlar. Biçinçilər ayrannarın içəllər, Bir huşlanıb sondan durub biçəllər. Heydərbaba, kəndin günü batanda, Uşaqların şamın yeyib yatanda, Ay bulutdan cıxıb qaş-göz atanda, Bizdən də bir sən onnara qissə de, Qissəmizdə çoxlu qəmu-qüssə de. Qarı nənə gecə nağıl deyəndə, Külək qalxıb qap-bacanı döyəndə, Qurd keçinin Şəngülünü yeyəndə, Mən qayıdıb bir də uşağ olaydım. Bir gül açıb onnan sora solaydım. Əmməcanın bal-bəhməzin yeyərdim. Sondan durub üst donumu geyərdim. Baxçalarda tiringəni deyərdim. Ay özümü o əzdirən günnərim, Qarğı minib at gəzdirən günnərim. Həçi xala çayda paltar yuvardı, Məmməd Sadıq damlarını suvardu, Heç bilməzdik dağdı, daşdı, duvardı, Hər yan gəlsə şıllaq atıb aşardıq, Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq. Şeyxəlislam münacatı deyərdi, Məşəd Kazım ləbbadəni geyərdi, Məşədcəli bozbaşları yeyərdi, Biz xoş uduq, xəyrat olsun, toy olsun, Fərq ələməz, hər nə olacaq, qoy olsun! Məlik Niyaz vərəndilin salardı, Atın çapıp, geydacıdan çalardı, Qırxı təkin gədik başın alardı, Dolayıya qızlar açıp pəncərə, Pəncərələrdə nə gözəl mənzərə! Heydərbaba, kəndin toyun tutanda, Qız-gəlinlər həna, piltə satanda, Bəy gəlinə damdan alma atanda, Mənim də o qızlarında gözüm var, Aşıqların sazlarında sözüm var. Heydərbaba, bulaqların yarpuzu, Bostanların gülbəsəri, qarpuzu, Çərçilərin ağ nabatı, sakqızı, İndi də var damağımda dad verər, İtgin gedən günlərimdən yad verər. Bayram idi, gecəquşu oxurdu, Adaxlı qız bəy corabı toxurdu, Hər kəs şalın bir bacadan soxurdu. Ay nə gözəl qaydaydı şal sallamaq. Bəy şalına bayramlığın bağlamaq. Şal istədim mən də övdə ağladım, Bir şal alıb tez belimə bağladım, Qulamgilə qaşdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı. Heydərbaba, Mirzəməmmədin baxçası, Baxçaların turşaşirin alçası, Gəlinlərin düzmələri, taxçası, Hey düzülür gözlərimin rəfində, Heymə vurur xatirələr səfində. Bayram olub qızıl palçıq əzəllər, Nakqış vurub otaqları bəzəllər, Taxçalara düzmələri düzəllər, Qız-gəlinin fındıqcası, hənası, Həvəslənər anası, qaynanası. Bakiçinin sözü-sozu, kağızı, İnəklərin bulaması, ağızı, Çərşənbənin girdəkanı, mövizi, Qızlar dəyər: " Atıl-matıl çərşənbə, Ayna təkin baxtım açıl çərşənbə" Yumurtanı göyçək güllü boyardıq, Çakqışdırıb sınanları soyardıq, Oynamaqdan bircə məgər doyardıq ? Əli mənə yaşıl aşıq vərərdi, İrza mənə Novruzgülü dərərdi. Novruzəli xərməndə vəl sürərdi, Gahdan yenib küləşlərin kürərdi. Dağdan da bir çoban iti hürərdi. Onda gördün ulaq ayaq saxladı, Dağa baxıb qulaqların saxladı. Axşambaşı naxır ılan gələndə, Qoduqları çəkib vurardıq bəndə, Naxır keçib gedib yetəndə kəndə, Heyvanları çılpaq minib qovardıq, Söz cıxsaydı sinə gərib sovardıq. Yaz gəcəsi çayda sular sarıldar. Daş-qayalar seldə aşıb harıldar. Qaranlıgda qurdun gözü parıldar. İtlər gördün, qurdu seçib ulaşdı, Qurd da gördün, qalxıb gədikdən aşdı. Qış gecəsi tövlələrin otağı, Kəndilərin oturağı, yatağı, Buxarıda yanar odun yanağı, Şəbçərəsi, girdəkanı, iydəsi, Kəndi basar gülüb-oynamaq səsi. Şüca xaloğlunun Bakı sövqəti, Damda qurar samavarı, söhbəti, Yadımdadır səsi, qəddi, qaməti, Cünəmmədin toyu döndü yas oldu. Nənəqızın bəxt aynası kas oldu. Heydərbaba, Nənəqızın gözləri, Rəxşəndənin şirin-şirin sozləri, Türki dedim, oxusunlar ozləri, Bilsinlər ki, adam gedər ad qalar, Yaxşı-pisdən ağızda bir dad qalar. Yaz qabağı gün güneyi dövəndə, Kənd uşağı qar gülləsin sevəndə, Kürəkçilər dağda kürək züvəndə, Mənim ruhum eylə bilin ordadır, Kəklik kimi batıb qalıb qardadır. Qarı nənə uzadanda işini, Gün bulutda əyirərdi teşini, Qurd qocalıb çəkdirəndə dşini, Sürü qalxıb dolayıdan aşardı, Baydaların südü dolub daşardı. Həccə Sultan əmmə, dişin qısardı, Molla Bağır əmoğlu tez mısardı, Təndir yanıb tüssü övü basardı, Çaydanımız ersin üstə qaynardı, Qovurqamız sac içində oynardı. Bostan pozub gətirirdik aşağı, Doldururduq övdə taxta-tabağı, Təndirlərdə pişirərdik qabağı, Özün yeyib toxumların çıtdardıq, Çox yeməkdən lap az qala çatdardıq. Vərziğandan armut satan gələndə, Uşaqların səsi düşərdi kəndə, Biz də bu yandan eşidib biləndə, Şıllaq atıp bir qışqırıq salardıq, Buğda verip armutlardan alardıq. Mirza Tağıynan gecə getdik çaya, Mən baxıram seldə boğulmuş aya, Birdən işıq düşdü o tay baxçaya, "Ey vay"-dədik-"qurtdur", qəyitdik qaşdıq. Heç bilmədik nə vaxt küllüktən aşdıq. Heydərbaba, ağacların ucaldı, Amma heyif cavanların qocaldı, Toxluların arıqlayıb acaldı, Kölgə döndü, gün batdı, qaş qərəldi. Qurdun gözü qaranlıqda bərəldi. Eşitmişəm yanır Allah çırağı, Dayir olup məscidizin bulağı, Rahat olup kəndin əvi, uşağı, Mənsur Xanın əli qolu var olsun ! Harda qalsa Allah ona yar olsun ! Heydərbaba, Mol İbrahim var, ya yox ? Məktəb açar, oxur uşaqlar, ya yox ? Xərmən üstü məktəbi bağlar, ya yox ? Məndən axunda yetirərsən salam. Ədəbli bir salamı-ma la-kalam. Həccə Sultan əmmə gedib Təbrizə. Amma nə Təbriz ki, gələmmir bizə. Balam durun, qoyaq gedək əmmizə. Ağa öldü tufağımız dağıldı. Qoyun olan yad gedübən sağıldı. Heydərbaba, dünya yalan dünyadır, Süleymandan. Nuhdan qalan dünyadır, Oğul doğan dərdə salan dünyadır, Hər kimsəyə hər nə verib alıbdır. Əflatundan bir quru ad qalıbdır. Heydərbaba, yaru-yoldaş döndülər. Bir də məni çöldə qoyub çöndülər. Çeşmələrim, çıraqlarım söndülər. Yaman yerdə gün döndü, axşam oldu, Dünya mənə xərabəyi-Şam oldu. Əmoğluynan gedən gece Qıpcağa, Ay ki, cıxdı atlar gəldi oynağa, Dırmaşardıq, dağdan aşarıq dağa. Məşməmi Xan, göy atını oynatdı, Tüfəngini aşırdı, sakqıldatdı. Heydərbaba, Qara Gölün dərəsi, Xoşqənabın yolu, bəndi, bərəsi, Orda düşer çil kehliyin feresi, Ordan keçər yurdumuzun özünə, Biz də keçək yurdumuzun sözünə Xoşqənabı yaman günə kim salıb ? Seyyidlərdən kim qırılıb, kim qalıb ? Amir Qaffar dam-daşını kim alıb ? Bulaq ginə gəlib gölü doldurur ? Ya quruyub baxçaları soldurur ? Amir Qaffar seyyidlərin tacıydı, Şahlar şikar etməsi qeyqacıyfı, Mərdə şirin, namərdə cox acıydı, Məzlumların hakqı üstə əsərdi, Zalımları qılış təkin kəsərdi. Mir Mustafa dayı, uca boy baba, Heykəlli, sakqallı Tolustoy baba, Eyləyərdi yas meclisin toy baba, Xoşqənabın abırrısı, ərdəmi, Mescidlerin, meclislerin görkemi. Məcdüssadat gülerdi bağlar kimi, Guruldardı bulutlu dağlar kimi, Söz ağzında ərirdi yağlar kimi, Alnı açıq, yaxşı, dərin qanardı, Yaşıl gözlər çıraq təkin yanardı. Mənim atam süfrəli bir kişiydi, El əlindən tutmaq onun işiydi, Gözəllərin axıra qalmışıydı, Ondan sora dönərgələr dönüplər, Məhəbbətin çıraqları sönüplər. Mir Salehin dəlisovluq etməsi, Mir Əzizin şirin şaxsey getməsi, Mir Məmmədin qurulması, bitməsi, İndi desək əhvalatdı, nağıldı, Keçdi, getdi, itdi, batdı, dağıldı. Mir Əbdülün aynada qaş yaxması, Cövcülerinden qaşının axması, Boylanması, dam-duvardan baxması, Sah Abbasın dürbünü yadəş bəxeyr ! Xöşqənabın xoş günü, yadəş bəxeyr ! Sitar emme, nəzikleri yapardı, Mir Qadir də hər dəm birin qapardı, Qapıp yeyip, dayca təkin çapardı, Gülmeliydi onun nəzik qappası, Əmmənin de ərsininin şappası. Heydərbaba, Amir Heydər neyniyür ? Yine yə'qin samovarı qeyniyür. Day qocalıb alt əngiynən çeyniyür. Qulaq batıp, gözü girib qaşına, Yazıq əmme, hava gəlib başına. Xanım əmmə Mir Əbdülün sözünü, Eşidəndə əyər ağzı-gözünü, Məlkamıda verər onun özünü, Davaların şuxluq ulan qatallar, Əti yeyip, başı atib yatallar. Fizzə xanım Xoşqənabın gülüydü. Amir Yahya əmqızının quluydu. Rüxsarə artist idi, sevgiliydi. Seyyid Hüseyn Mir Salehi yamsılar, Amir Cəfər qeyrətlidir, qan salar. Səhər tezdən naxırçılar gələrdi, Qoyun -quzu, dam-bacada mələrdi, Əmmə Canım körpələrin bələrdi. Təndirlərin qavsanardı tüssüsü, Çörəklərin gözəl iyi, issisi. Göyərçinler dəstə qalxıp uçallar, Gün saçanda qızıl pərdə açallar, Qızıl pərdə açıp yığıp qaçallar. Gün ucalıp artar dağın cəlalı, Təbiətin cavanlanar cəmalı. Heydərbaba, qarlı dağlar aşanda, Gecə kərvan yolun azıp çaşanda, Mən hardasam, Tehranda ya Ka'şanda, Uzaqlardan gözüm seçər onnarı, Xiyal gəlip aşıp keçər onnarı. Bir çıxaydım Damqayanın başına, Bir baxaydım keçmişinə, yaşına, Bir görəydim nələr gəlmiş başına. Mən də onun qarlarıynan ağlardım, Qış donduran ürəkleri dağlardım. Heydərbaba, gül qönçəsi xəndandir, Amma heyif, ürek qəzası qandır, Zindəganlıq bir qaranlıq zindandir, Bu zindanın dəriçəsin açan yox, Bu darlıqdan bir qurtulub qaçan yox. Heydərbaba, göylər bütün dumandır, Günlərimiz birbirindən yamandır, Birbirizdən ayrılmayın amandır, Yaxşılığı əlimizden alıplar, Yaxşı bizi yaman günə salıplar. Bir soruşun bu qarğımış felekden, Nə istiyir bu qurduğu kələkdən ?! Deynə keçirt ulduzları ələktən. Qoy tökülsün bu yer üzü dağılsın. Bu şeytanlıq qurğusu bir yıxılsın. Bir uçaydım bu çırpınan yelinən, Bağlaşaydım dağdan aşan selinən, Ağlaşaydım uzaq düşen elinən, Bir görəydim ayrılığı kim saldı ? Ölkəmizdə kim qırılıp, kim qaldı ? Mən sənin tək dağa saldım nəfəsi, Sən də qeytər göylərə sal bu səsi, Bayquşun da dar olmasın qəfəsi, Burda bir şir darda qalıp bağırır. Mürüvvətsiz insanları çağırır. Hedərbaba, qeyrət qanın qaynarkən, Qaraquşlar səndən qopup qalxarkən, O sıldırım daşlarınnan oynarkən, Qavzan mənim himmətimi orda gör, Ordan əyil qamətimi darda gör. Heydərbaba, gecə durna keçəndə, Koroğlunun gözü qara seçəndə, Qıratını minip kəsip biçəndə, Mən də burdan tez mətləbə çatmaram, Eyvaz gəlip çatmayıncan yatmaram.
Heydərbaba, sənin göylün şad olsun, Dünya varkən ağzın dolu dad olsun, Səndən keçən tanış olsun, yad olsun, Deynə menim şair oğlum Şəhriyar, Bir ömürdür, qəm üstünə qəm qalar. Heydərbaba, gəldim səni yoxluyam, Bir də yatam qucağında yuxluyam, Ömrü qovam, bəlkə burda haxlıyam, Uşaqlığa deyəm, bize gelsin bir, Aydın günnər ağlar üzə gülsün bir. Heydərbaba, çəkdin məni gətirdin, Yurdumuza-yuvamıza yetirdin, Yusufuvu uşaq ikən itirdin, Qoca Yəqub itmişsəm de tappısan, Qovalayıp qurt ağzından qappısan. Gedənlərin yeri burda görünür, Xanım nənəm ağ kəfənin bürünür, Dalımcadır, hara gedəm sürünür, Bala gəldin ? Niyə beylə gej geldin ? Səbrim sənnən güləşdi, sen güj gəldin. Mən gördüyüm karvan çatıp köçüpdü, Ayrılığın şərbətini içipdi, Ömrümüzün köçü burdan keçipdi. Keçip, gedip, qedər-gəlmez yollara, Tozu qonup bu daşlara, kollara. Burda şirin xatirələr yatıplar, Daşlar ılan başı başa çatıplar, Aşnalığın daşın birdən atıplar, Mən baxanda qavzanıllar, baxıllar, Bir də yatıp yandırıllar yaxıllar. Qəbiləmiz burda qurup ocağı, İndi olmuş qurd-quşların yatağı, Gün batanda sönər bütün çırağı, Və bəldətin leysə ləha ənisü, İllel yeafirü ve illel isü. Zaman keçir, üfüqlərə toz qalır, Karvan kimi uzaqlarda toz salır, Duman gəlir, ürəkləri çulqayır, Ürək deyir: "Zaman, keçmə, aman dur, Keçenlərdə gözüm var, bir dayan dur " . Rüzigarın dəyirməni fırlanır, Məxluq onun dişlərinə tullanır, Bax ki, bəşər, gənə necə allanır, Həmişəlik şadlıq umur özünə, Qəbri görür, toz qondurmur üzüne. Köhnələrin sür-sümüyü dartılıp, Qurtulanın çul-çuxası yırtılıp, Mol İbrahim lap əriyip, qurtulup Şeyxəlislam səhman qalıp qıvraqdır, Novruzəli qaçaq keçip, qoçaqdır. Ahılların yetmiş kəfən çürüdüp, Cahılların dünya qəmi kiridip, Qız-gəlinlər ət-cannarın əridip, Rəxşəndənin nəvə dutur əlini, Nənəqızın kürəkəni, gəlini. Çox şükrü var, ginə gəldux, görüşdux, İtənlərdən, bitənlərdən soruşdux, Küsmüşdux da, Allah qoysa barışdux, Bir de görüş qismət ola olmıya, Ömürlərdə fürsət ola olmıya. Burda xıyal meydannarı genişdi, Dağlar-daşlar bütün mənlə tanışdı, Görçək məni Heydərbaba danışdı, Bu nə səsdir, sən aləmə salıpsan ? Gəl bir görək, özün harda qalıpsan? Kəcavəylə bu çaydan çox keçmişik, Bu çeşmədən sərin sular içmişik, Bu yoncalıqlarda əkip-biçmişik, Çəpişləri qıdıqlıyan günnərim, Çəpiş kimi, oynaqlıyan günnərim. Bu xərmanda "aradan xır" oynardıq, Cumalaşıp qarışqa tək qaynardıq, Yavaş-yavaş baxçalara ağnardıq, Ağaşlardan çəling, ağac kəsərdik, Qoruqçunun qorxusundan əsərdik. Bu tövlədə sarı inək doğardı, Xanım nənəm inəkləri sağardı, Ana iysi dam-dibvardan yağardı, Mən buzovu qucaqlardım qaşmasın, Deyərdi bax, bayda dolup daşmasın. Bu damlarda çoxlu cızıq atmışam, Uşaqların aşıqların utmuşam, Qurquşumlu sakqa alıp satmışam, Uşaq necə hç zadınan şad olar? İndi bizim qəmi dutmur dünyalar. Məktəb qalır, uşaqlar dərs alıllar, Hey yazıllar, hey pozullar, yalıllar, Mol İbrahim özü evi qalıllar, Amma bizim yoldaşlardan qalan yox, Bunlardan bir bizi yada salan yox. Bir vaxtında bu məktəb pərgar idi, Bir Müseyyib, bir Məmdəsən var idi, Biri xəlfə, biri vərzişkar idi. Axud bizlə oynamağa gedərdi, Özü bizə oynamaq öyrədərdi. Dedim balam, o Məmdəsən nolupdu? Mə'lum oldu, tifil bala ölüpdü, Nə var, nə var, burnundan qan gəlüpdü, Bir yel əsir, baxısan Məmdəsən yox, Bu kətdə bir burun qanı kəsən yox. Dedim deyin, Müseyyibə nə gəldi? Qulam gördüm ağlar göz ilə güldü, Dedi: "O da bahalıq düşdü, öldü." Dedim yazıq, bizlə hasıl bölənlər, Bitməyəndə aclarıdan ölənlər. Bu məktəbdə şe'rin şəhdin dadmışam, Axundun ağzından qapıp udmuşam, Gahdan da bir axundu alladmışam, "Başım ağrır"-deyip qaçıp getmişəm, Baxçalarda gedip gözdən itmişəm. Azad olanda məktəbdən çıxardıq, Hücum verip birbirin sıxardıq, Yolda hər nə gəldi vurup yıxardıq. Uşaq demə, ipin qırmış dana de, Bir dana da demə, əlli dana de. Məlik Niyaz itgin gedip, yox olup, Əmir Aslan səktə ilə yıxılup, Hərə qaçıp bir dərədə sıxılup, Çörək qəmi çıxıp xalqın ayına, Hərkəs qalıp öz canının hayına. Kətdi yazıq çıraq tapmır yandıra, Görüm sizin bərqiz qalsın andıra Kim bu sözü ərbablara qandıra, Nədir axı bu millətin günahı? Dutsun sizi görüm məzlumların ahı. Hər nə alır baha verir qiyməti, Ucuz fəqət əkinçinin zəhməti, Bitəndən artıq biçənin ücrəti Kənd uşağı gedir yolda işliyə, Orda bəlkə qəndi tapıp dişliyə. Kətdi gəlin kimi dünyanı bəzər, Öz övrəti yamaq yamağa düzər, İynə bəzər xalqı, özü lüt gəzər. İmdi də var çərşabları, albaqdır, Uşaqların qıpaçası çılpaqdır. Bu baxçada aş tərəsi əkərdik, Hey su açıp kərdiyə göz tikərdik, Çıxcaq həmin dərip aşa tökərdik. Fınqılışlar qaşıqlardan aslanır, Yağlı desəm quru ağzın ıslanır. Bu döşlərdə quzuları yayardıq, Axmasınlar ulduz təkin sayardıq, Quşqovanı çəkip daşa dayardıq, Quşqovan da elə bil ki, qabandır, Qurd uzaqdan deyər bəs ki, çobandır. Xanım nənəm naxoş olan il idi, Qış var ikən külək idi, yel idi, Qış da çıxdı yağış idi, sel idi. Yük-yapını hey çatırdux ki, gedax, Sel çımxırıp məcbur idux qayıdax. Neysan düşdü, biz də düsdük yağışa, Kim bacara sellər ilə boğuşa, Hey deyirdik bəlkə yağış yığışa, Balakişi, faytonçumuz gəlmişdi, İmamiyə qəhvəsində qalmışdı Bu zəmidə gedip gözdən itərdik, Tonqal qurup sütülləri ütərdik, Deyip-gülmək muradına yetərdik, El də gülsün, muradına yetişsin, Ürəklərin yaraları bitişsin. Xalvarçılar burda xalvar daşırdı, Bu küllükdən ulaqlar dırmaşırdı, Sellər kimi ne'mət aşıp-daşırdı, Hər iş deyəydin hər kimə görərdi, Can dərmanı istəyəydin, verərdi. İndi bəşər ac qurd təkin uduxup. Çömbələnti göz qıcırdıp duruxup. Baxıllar ki, görsünlər kim sınıxıp ? Tökülsünlər onun leşin yırtsınlar, Hərə bir diş ənsəsindən qırtsınlar. Heydərbaba, səndə dəfin"lər var, Dağlar və'dəsi, xəzinələr var, Amma sənə bənzər də sinələr var, Bu sinələr dağlar ilə danışır, Dağlar kimi göylər ilə qonuşur. Gör hardan mən sənə saldım nəfəsi ? Dedim qaytar aləmə sal bu səsi, Sən də yaxşı Simurq etdin məqəsi, Sanki qanad verdin yelə, nəsimə, Hər tərəfdən səs verdilər səsimə. Heydərbaba, səni vətən bilimişdim, Vətən deyip baş götürüp gəlmişdim, Səni görüp göz yaşımı silmişdim, Halbuki, lap qəmli qürbət səndəymiş, Qara zindan acı şərbət səndəymiş. Kim qaldı ki, bizə buğun burmadı , Atdan atdan bizə kəl"k qurmadı, Bir mərd oğul bizə havar durmadı, Şeytanları qucaqlayıp gəzdiz siz, İnsanları ayaqlayıp əzdiz siz. Duvar ucaldı, gün bizə düşmədi, Zindan qaraldı, göz-gözü seşmədi, Gündüz gözü mənim lampam geşmədi, Sel də basdı emmiz dolup göl oldu, Çox yazığın evi çönüp çöl oldu. Əvvəl başı məndən istiqbal etdiz Sondan çönup işimdə ixlal etdiz, Öz zənnizcə üstadı iğfal etdiz, Eybi yoxdur, keçər gedər, ömürdür, Qış da çıxar, üzü qara kömürdür. Mənim yolum məhəbbət caddəsiydi, Son sözlərim Hakqın iradəsiydi, Məhəbbətin risalət və'dəsiydi, Yoxsa məndə bir kəs ilə qərəz yox, Siyasət adlı məndə bir mərəz yox. Haq nə deyir? Küfrə qarşı getməyiz, Nurdan çıxıp zulmat içrə itməyiz, Fırıldağa fırfıra tək bitməyiz, Gördüz də ki olmadı küfrün dibi, Pul da versə almağa tikmiş cibi. Şeytan bizim qibləmizi çöndərip, Allah deyən yoldan bizi döndərip, İlanlı çeşməyə bizi göndərip, Minnət qoyur ki, arxıvız nəhr olup, Biz görürürk, sular bizə zəhr olup. Heydərbaba, gileylikdən nə çıxar ? Zülmün evin səbri-təhəmmül yıxar. Dərviş olan səbrin əlin bərk sıxar. Gəl qayıdaq cıxaq Ağadüzünə, Keçək ginə məhəbbətin sözünə. Deynə uşaq birbiriylə saz olsun, Bəlkə bu qış bir də çönüp yaz olsun, Çay-çəmənlər örd"k olsu, qaz olsun, Biz də baxıp fərəhlənip bir uçaq, Sınıq-salxaq qanadları bir açaq. Bu baxçadan alçaları dərərdik, Qış adına çıxıp damda sərərdik, Hey də çıxıp yalandan çöndərərdik, Qış zumarın yayda yeyip doyarduq, Bir küllü də xalqa minnət qoyardıq. Evlər qalır, ev sahibi yox özü, Ocaqların ancaq işıldır gözü, Gedənlərin az çox qalıpdır sözü, Bizdən də bir söz qalacaq, ay aman ! Kimlər bizdən söz salacaq, ay aman ! Bizdən sora kürsülərin tovunda, Kəndin nağılarında, söz-sovunda, Qarnənənin çaxmağında qovunda, Heydərbaba, özün qatar sözlərə, İşqi kimi xumar verər gözlərə. Aşıq deyər bir nazlı yar var ımış, Eşqindən odlanıp yanar var ımış, Bir sazlı-sözlü Şəhriyar var ımış, Odlar sönüp onun odu sönməiyp, Fələk çönüp onun çərxi çönməyip. Heydərbaba, alçaqların köşq olsun, Bizdən sora qalanlara eşq olsun, Keçmişlərin gələnlərə məşq olsun, Övladımız məzhəbini danmasın, Hər içi boş sözlərə aldanmasın. |