İsmayıl Haniyə sui-qəsdi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsmayıl Həniyyə sui-qəsdi
Əsas münaqişə: Qəzzədə müharibə (2023–hal-hazırda)
İsmayıl Həniyyənin 2022-ci ildə çəkilmiş fotosu.
İsmayıl Həniyyənin 2022-ci ildə çəkilmiş fotosu.
Ümumi məlumatlar
35°49′10″ şm. e. 51°24′57″ ş. u.HGYO
Yeri Tehran, İran
Tarix
  • 31 iyul, 2024
  • 02:00
Hücum metodu Raket zərbəsi
Silah(lar) Ballistik raket
Ölü sayı 2
Törədən(lər) İsrail Hərbi Hava Qüvvələri (İran və HƏMAS-ın iddiası)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsmayıl Həniyyə sui-qəsdiHƏMAS-ın siyasi lideri olan İsmayıl Həniyyə yə qarşı törədilmiş sui-qəsd hadisəsi. Hadisə 2024-cü ilin 31 iyul tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində, gecə saat 02:00 radələrində Həniyyənin gecələdiyi villanın ballistik raketlə vurulması nəticəsində baş vermişdir. Hadisə gününün səhəri İslam İnqilabı Keşikçiləri Korpusu HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin Tehranda öldürüldüyünü açıqlamışdır.[2][3] Raket zərbəsi nəticəsində Həniyyədən başqa onun yanında olan bir mühafizəçisi də həlak olmuşdur.

İsmayıl Həniyyə Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana getmişdi. Çərşənbə axşamı o, Tehranda Məsud Pezeşkianla görüşüb. Bu görüşdə o, Pezeşkianı Qəzza müharibəsi ilə bağlı son siyasi hadisələr haqqında məlumatlandırmış və İran İslam Respublikasının Fələstin xalqını dəstəkləməkdə tutduğu mövqeyini yüksək qiymətləndirmişdir.[4]

İsmayıl Həniyyə ötən əsrin 80-ci illərindən etibarən Fələstində siyasi lider kimi ön plana çıxmışdır. 1987-ci ildə HƏMAS-ın səhra komandirilərindən biri kimi tanınmışdır. O, əvvəllər Fələstin Muxtariyyətinin baş naziri və Qəzza zolağında HƏMAS-ın rəsmi nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə isə HƏMAS-ın siyasi bürosunun rəhbəri seçilmişdir.

İsmayıl Həniyyə 2023-cü ilin 7 oktyabr tarixindən etibarən başlamış olan Qəzza müharibəsində bu günə qədər öldürülmüş ən yüksəkrütbəli HƏMAS rəsmisi kimi qəbul edilmişdir.[5]

  1. "LIVE: Hamas chief Ismail Haniyeh killed in Iran, dozens in Gaza | Israel-Palestine conflict News | Al Jazeera".
  2. Sewell, Abby. "Hamas leader Ismail Haniyeh is killed in Iran by an alleged Israeli strike, threatening escalation" (ingilis). Associated Press. 31 July 2024. 31 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2024.
  3. "Hamas chief Ismail Haniyeh killed in Iran, Hamas says". Reuters. 2024-07-31.
  4. Jeong, Andrew. "Iran's Islamic Revolutionary Guard Corps said the cause of Ismail Haniyeh's death is under investigation and that the results would be announced later in the day, Iranian state media reported". The Washington Post. 31 July 2024. 31 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2024.
  5. Jones, Rory. "Hamas Political Leader Ismail Haniyeh Killed in Iran". The Wall Street Journal. 31 July 2024. 31 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2024.