İslamda dua
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dua — çağırış, dindarın ALLAHA müaraciəti.
İslam dinində dua
[redaktə | mənbəni redaktə et]İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Ərəb dilindən tərcümədən, çağırmaq və səsləmək mənalarını ifadə edir.
Dini termində isə dua, müxtəlif hacətlərin həyata keçməsi üçün, Allah-taala ilə danışıb, Ondan kömək diləmək mənasını daşıyır.
Allah-taala Qurani-Kərimdə buyurur: "(Ya Peyğəmbər!) Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (onlara) de ki, Mən (onlara) daha yaxınam, çağıranın duasını Məni çağırarkən icabət edirəm. Onlar hidayət olsunlar deyə, Mənim də`vətimi qəbul edib, Mənə iman gətirsinlər!"
Digər bir ayədə buyurur: "Rəbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!"[3] Bir çox hədislərdə də duanın əhəmiyyətindən söz açılmış və onun üzərində təkid olunmuşdur. Hətta bəzi hədislərdə dua, möminin və Peyğəmbərlərin silahı adlandırılmışdır. Lakin, əsas məsələ insanın dua edərkən kimi çağırması, necə çağırması və nə üçün çağırmasını bilməsi və başa düşməsindən ibarətdir.
DUANIN QAYDASI İslam dinində hər bir əməlin özünəməxsus qayda və şərtləri olduğu kimi, duanın da özünəməxsus olan bir sıra qayda və şərtləri vardır. Onların əsaslarını qeyd edirik:
- Təharətli olmaq
- Dua edərkən üzü qibləyə tərəf əyləşmək
- Haram və pis işlər üçün dua etməmək
- İnam və yəqinlə dua etmək
- Duada hacətlərin həyata keçməsinə təkid etmək
- Səhər çağı dua etmək
- Dua edərkən hacətləri dilə gətirmək
- Duadan qabaq Allah-taala üçün həmd-səna demək
- Duadan qabaq və sonra Həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək;
- Müqəddəs məkanlarda dua etmək və s.
(1. Müfrədatu əlfazil-Quran, (Rağib), səh-315.), (2. Bəqərə surəsi, ayə. 186) (3. Qafir surəsi, ayə. 60).
Dua
[redaktə | mənbəni redaktə et]Bir insanın Allaha iman gətirdiyini göstərən önəmli əlamətlərdən biri də duadır. Dua edən insan özünün aciz və zəif qul olduğunu, istədiklərini özü tək yerinə yetirə bilməyəcəyini və bunları ona ancaq Allahın verə biləcəyini qəbul etmiş olur. Dua Allaha qul olmağın ən saf, ən təmiz, ən səmimi ifadələrindəndir. Quranda da möminlərin əsas xüsusiyyətlərindən birinin "gecə-gündüz səbir edərək Allaha dua etmək" olduğu belə xəbər verilir:
"Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!"[1]
Ancaq duanın nə demək olduğunu və necə edildiyini yaxşı bilmək lazımdır. Çünki Qurandan kənar qaynaqlardan (məsələn, ata-anadan, ətrafdan, ənənələrdən) öyrənilən dua anlayışı adətən Quranda bildirilən həqiqi dua anlayışına uyğun gəlmir. Buna görə də Quranda bu mövzuda verilən nöqteyi-nəzəri və ruhi halı yaxşı dərk etmək lazımdır.
Quranda duanın ancaq təkbaşına və "için-için" edilməsinin vacibliyi bildirilir. Duanın həqiqətən istənilərək, Allah qarşısında insanın acizliyinin və fəqirliyinin qavranılaraq edilməsi vacibdir. Bu vəziyyətdə ediləcək dua Quranda bildirilən "için-için və yalvara-yalvara" ifadəsi ilə uyğun olacaqdır:
"Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!"[2]
Quranda da möminlərin gizli şəkildə və son dərəcə səmimi dua etdikləri xəbər verilir. Zəkəriyyə bu məsələdə nümunə göstərilən peyğəmbərlərdən biridir:
"Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır! Zəkəriyya Rəbbinə gizlicə dua edib yalvardığı zaman belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et"[3]
Başqa bir ayədə isə duanın "ümid və qorxu" içində edilməsinin vacibliyi xəbər verilir: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edərlər"[4]. Mömin daxilində həm Allaha qarşı ehtiram dolu bir qorxu duyacaq, həm də onun rəhmətinə və nemətinə ümid bəsləyəcəkdir. Allah səmimi şəkildə öz rizası üçün edilən duanı qəbul edəcəkdir. Quranda bu mövzu ilə bağlı verilən ayələr belədir:
"Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər"[5]
"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadə etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!"[6]
İnsan dua edərkən Allahın onu qəbul edəcəyinə əmin olmalıdır. Allahın hər yeri ehtiva etdiyinin fərqində olub buna daxilən iman gətirən bir mömin Allahın onu hər zaman hər yerdə görüb eşitdiyi şüuru ilə dua edər. Coşğulu ümidlə, bir an belə ümidsizliyə düşmədən duasının qəbul edilməsini gözləyər.
Allahın köməyindən qətiyyən şübhələnməyərək, qəbul olacağına qətiyyətlə iman gətirərək duanı dilə gətirmək lazımdır. Əks bir davranış nümayiş etdirən, yəni Allahın icabətinə qarşı şübhə ilə yanaşan insanın etdiyi dua isə Quran məntiqi ilə düz gəlmir. Çünki duanın özündə Allaha tam inam vardır. Salehin "Şübhəsiz, mənim Rəbbim yaxın və (duanı) qəbul edəndir" ("Hud" surəsi, 61) ifadəsi ilə bildirildiyi kimi, mömin Allaha qarşı tam bir inam içində olmalıdır.
Ancaq bu icabət insanın istədiyi hər bir şeyin mütləq həyata keçməsi anlamına gəlməz. Çünki bəzən insan, həqiqətdə, özü üçün zərərli olan bir şeyi də Allahdan istəyə bilər. Bu vəziyyətdə Allah ona istədiyini vermək əvəzinə daha xeyirli və gözəl olan bir başqa şeyi verər.
Allah hər zaman səmimi bir duanı qəbul edər. Ancaq bu icabət hər zaman insanın tələbinin eynilə yerinə yetirilməsi demək deyildir (Həmçinin "icabət", "cavab vermək" mənasını daşıyır).
Çünki insan "…Olur ki, xoşunuza gəlməyən bir şey sizin üçün xeyirlidir və olur ki, sevdiyiniz şey də sizin üçün bir zərərdir. Allah bilər, amma siz bilməzsiniz" ("Bəqərə" surəsi, 216) hökmünə görə nəyin yaxşı, nəyin pis olduğunu hər zaman ayırd edə bilmir. Bu səbəbdən fərqinə varmadan "İnsan xeyrə dua etdiyi kimi, zərərə də dua edər. İnsan çox tələsəndir" ("İsra" surəsi, 11) ayəsinə görə bəlkə həqiqətən zərərli olan bir şeyi istəyər.
Bu səbəbdən insan Allahdan əvvəlcə Onun razılığını, Onun rəhmətini istəməlidir. Allahdan özünün tərbiyələnməsini və kamilləşməsini diləməlidir. Bunun necə olacağını Allah daha yaxşı bilir. Həmçinin peyğəmbərlərin duaları da bu şəkildədir. Süleymanın "Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver" ("Nəml" surəsi, 19) şəklindəki duası bir nümunədir.
Bununla yanaşı, mömin Allahın Quranda təriflədiyi və nümunə olaraq göstərdiyi hər cür neməti Allahdan istəyə bilər. Bu barədə etdiyi duasında isə son dərəcə səmimi və ürəkdən davranmalı, istədiyi hər şey üçün Allaha dua etməkdən çəkinməməlidir. Çünki insanın nə istədiyini bilən, ona istədiyini verən yalnız Allahdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kəhf surəsi, 28.
- ↑ Əraf surəsi, 55.
- ↑ Məryəm surəsi, 2–5.
- ↑ Səcdə surəsi, 16
- ↑ Bəqərə surəsi, 186.
- ↑ Mumin surəsi, 60.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Deyerler sitesi Dil--aztr Arxivləşdirilib 2011-02-01 at the Wayback Machine
- Əlşiə sitesi Dil--aztr Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine
- İrfan dergisi Dil--aztr Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine
- DUA HAQQINDA RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ DUANIN MƏNASI Arxivləşdirilib 2008-10-10 at the Wayback Machine