İslam Kərimov
İslam Kərimov | |
---|---|
özb. Islom Karimov | |
24 mart 1990 – 2 sentyabr 2016 | |
Baş nazir | Şavkat Mirziyayev |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Niqmatilla Yoldoşev (s.i.) Şavkat Mirziyayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1938[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 2016[3][1][…] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Həyat yoldaşı | Tatyana Kərimova |
Uşaqları | |
Dini | sünni islam |
Hərbi xidmət | |
Qoşun növü | Özbəkistan Silahlı Qüvvələri |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
fondkarimov.uz | |
Vikianbarda əlaqəli mediafayllar |
İslam Əbdülqəniyeviç Kərimov (özb. Islom Abdugʻaniyevich Karimov, Ислом Абдуғаниевич Каримов; 30 yanvar 1938[1][2][…], Səmərqənd[1] – 2 sentyabr 2016[3][1][…], Daşkənd[1]) — Özbəkistan Respublikasının 1-ci Prezidenti (1990–2016).
Həyatı
[redaktə | mənbəni redaktə et]İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olub. Atası özbək, anası tacikdir. 1941-ci ildə uşaq evinə verilən İslam Kərimov bir ildən sonra yenidən ailəsinə qayıdır, lakin 1945-ci ildə yenidən uşaq evinin əbədi qonağı olur. Orta məktəbi bitirdikdən sonra Daşkənddə Orta Asiya Politexnik institutuna qəbul olur. 1960-cı ildə Kərimov mühəndis-mexanik ixsisası ilə universitet təhsilini başa vurur.
Universiteti bitirdiyi il "Taşselmaş" zavodunda usta köməkçisi kimi işləməyə başlayır. 1961–1966-cı illərdə "Çkalov" adına Daşkənd aviasiya istehsalat birliyində mühəndis, konstruktor və aparıcı mühəndis-konstruktor işləyir.
1967-ci ildə o, Daşkənd institutunu bitirərək iqtisadçı ixtisasına yiyələnir.[4] 1983-cü ildə onu Özbəkistan SSR-in maliyyə naziri təyin edirlər. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986–1989 illərdə Kərimov Kommunist Partiyasının Kaşkadarinskaya vilayət komitəsinin birinci katibi işləyir. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyasının I katibi (1989–1991) olub. Onu prezident olaraq Özbəkistan SSR-in Ali Soverti 1990-cı ilin 24 martında seçmişdi. 1990-cı ildən ölkənin prezidenti idi. İslam Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik etmişdir.
Ölümü
[redaktə | mənbəni redaktə et]İslam Kərimov avqustun 27-də qəfildən vəziyyəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdir. Qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini bildirmişdi. Bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İslam Kərimov 2 sentyabrda vəfat etmişdir. Onun ölümü ilə əlaqədar matəm elan olunmuş, bir çox dövlət və hökumət nümayəndələrinin iştirakı ilə təşkil olunan dəfn mərasimi ilə Səmərqənddə dəfn edilmişdir.
Xarici münasibətləri
[redaktə | mənbəni redaktə et]İslam Kərimovun xarici siyasəti izolasionist sayılır.[5]
=== Azərbaycanla münasibəti[mənbə göstərin] ===
Məqalənin bu bölməsinin neytrallığı şübhə doğurur. Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
İslam Kərimov siyasi fəaliyyəti dövründə yürütdüyü xarici siyasət kursunda isə Azərbaycan üçün maraqlı bir məqam daha diqqətçəkici olmuşdur. MDB-də yeganə ölkə idi ki, Ermənistanla heç bir iqtisadi, siyasi, mədəni münasibət qurmamışdır. Heç bir vaxt bir-birlərinə rəsmi səfər də etməmişdirlər. İndiyə qədər də Özbəkistanın İrəvanda Ermənistanın isə Daşkənddə səfirliyi fəaliyyət göstərmir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 http://www.nytimes.com/2016/09/03/world/asia/uzbekistan-islam-karimov-obituary.html.
- ↑ 1 2 Islam Karimow // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 https://www.whitehouse.gov/the-press-office/2016/09/02/statement-president-death-president-islom-karimov-uzbekistan-0.
- ↑ "Arxivlənmiş surət". 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
- ↑ Lillis, Joanna. "Uzbekistan: The Life and Legacy of Islam Karimov". EurasiaNet. 2016-09-02. 2016-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-06.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İslam Kərimov. Yüksək mənəviyyat-yenilməz güc. "Oskar" NRM, Bakı, 168 səh.,2010.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 30 yanvarda doğulanlar
- 1938-ci ildə doğulanlar
- Səmərqənddə doğulanlar
- 2 sentyabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 78 yaşında vəfat edənlər
- Daşkənddə vəfat edənlər
- Səmərqənddə dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Daşkənd Dövlət Texniki Universitetinin məzunları
- İqtisad elmləri namizədləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şəfəq" ordeni kavalerləri
- "Qızıl runo" ordeni kavalerləri
- "Etiraf" xaçı ilə təltif edilənlər
- Ukraynanın I dərəcəli Knyaz Yaroslav Mudrı ordeninin kavalerləri
- "Stara Planina" ordeni ilə təltif edilənlər
- Qızıl Qartal ordeninin kavalerləri
- Özbəkistanın "Dostluq" ordeni ilə təltif edilənlər
- "Müstəqillik" ordeni ilə təltif olunanlar
- Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı ilə təltif edilənlər
- "Serbiya Respublikası" ordeni kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Vikipediya:Tərəfli məqalələr
- Siyasətçi qaralamaları
- İslam Kərimov
- Özbəkistan prezidentləri
- Özbəkistan siyasətçiləri
- Bakı Dövlət Universitetinin fəxri doktorları
- "Şeyxülislam" ordeni laureatları